SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə3/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   74


 
sında  tanrılara  və  başqa  mifik  xarakterlərə  inanc  dururdu. 
Onlar  insanın  və  bütün  varlığın  işlərinə  qarışmış,  onları 
yönəltmiş,  qanunlar  qoymuşdurlar.  İnsanın  bütün  həyatı, 
düşüncə  və  davranışları  onlara  inancla  bağlı  idi.  Eyni  za-
manda,  qədim  Yunanıstanda  təktanrılığa  keçid  əlamət-
lərinə, ənənəvi dinin tənqidinə də rast gəlmək mümkündür.  
Qədim yunan dinində bütün təbii  və ictimai  hadisələr 
sayları  çox  olan  tanrılarla  əlaqələndirilirdi.  Yunanların 
düşüncəsində  bu  tanrıların  hər  birinin  özlərinə  məxsus 
fəaliyyət  sahələrinin  olduğu  inancı  yer  alırdı.  Yunan  pan-
teonunun
1
 başında  Zeus
2
 (yun.
3
 Ζεύς)  adlı  tanrı  dururdu. 
Yunanların  inanclarına  görə  tanrılar  Olimpus  dağında 
yaşayırdılar və insanların həyatına təsir edirdilər. İnsanların 
borcu  isə  onlara  ibadət  etmək  idi.  Bunun  üçün  tapınaqlar 
(məbədlər)  və  başqa  müqəddəs  yerlər  fəaliyyət  göstərirdi. 
Orada tanrıların heykəlləri qoyulur, onlara dualar oxunur və 
qurbanlar  kəsilirdi.  Bunların  əvəzində  isə  insanlar  tanrı-
lardan  müəyyən  istəklərinin  yerinə  yetirilməsini  tələb 
edirdilər.  Nə  qədər  çox  ibadətlər,  nəzirlər  və  qurbanlar 
verilirdisə,  tanrılar  da  əvəzində  o  qədər  çox  nemətlər  ver-
məli  idilər.  Bundan  başqa  yunanlar  müqəddəs  daşlara  da 
tapınırdılar, kütləvi dini mərasimlər həyata keçirdirdilər. 
Tanrılara  xidmətçi  olan  kahinlər  ibadətlər  təşkil 
edirdilər. Orakl (lat.
4
 oraculum) adlanan kahinlər də var idi. 
                                                
1
 Panteon  (yun.  Πάνθειον)  –  Qədim  Yunan  dinində tanrıların  ümumi  təmsil 
olunduqları yerdir. 
2
 Rus  ədəbiyyatında  onun  adı  Zevs  (Зевс)  kimi  verilir.  Bundan  başqa,  bu 
tanrının adı DiosTeosDiiDiaZeu kimi də səslənə bilər. 
3
 Burada və bundan sonra “yunanca” sözünün ixtisarıdır. 
4
 Burada və bundan sonra “latınca” sözünün ixtisarıdır. 


10 
 
Yunanlar  inanırdılar  ki,  onlar  tanrılardan  gələcək  haq-
qında  xəbərlər  alır.  Orakllardan  ən  tanınmışı  Delfi  şəhə-
rində  yerləşən  Apollon  tanrısının  məbədində  (tapına-
qında) idi.  
Qədim  yunan  dininin  hər  hansı  bir  vahid  təlimi, 
müqəddəs kitabı ya da mərkəzi olmamışdır. Hər yerin öz 
adətləri  var  idi.  Ümumiyyətlə,  yunanlar  Yaxın  Şərq 
millətləri  kimi  təəssübkeş  dindar  olmamışlar,  onlar  Şərq 
xalqlarından  fərqli  olaraq  həyatlarında  daha  da  sərbəst 
idilər.  Onların  əsas  əxlaqi  dəyərləri  igidlik  və  ədalət 
olmuşdur.  Bu  sərbəstliyin  də  fəlsəfənin  yaranıb  inkişaf 
etməsində  böyük  rolu  olmuşdur.  Sonralar  isə  yunan  dini 
dünyagörüşü Romaya da təsir etmişdir.  
Təxminən  miladdan  öncə  VII  –  VI  yüzilliklərdə  Yu-
nanıstanda  Orfizm  adlanan  bir  din  yaranmışdır.  Onun 
təlimində  kifayət  qədər  fəlsəfi  görüşlər  də  olmuşdur. 
Orfizmin  adı  mifik  igid,  musiqiçi  və  incəsənətin  rəmzi 
olan Orfeus’la (yun. Ὀρφεύς) bağlıdır. Əfsanələrə görə o, 
çay  tanrısı  Oyaqros  (yun.  Οἴαγρος)  və  Kalliope  (yun. 
Καλλιόπη)  adlı  müzun
5
 (yun.  μοῦσα)  oğlu  idi.  Olimpus 
dağının  yanında  bir  qəsəbədə  yaşayırdı.  Sonra  Misirə 
səfər etmiş, bir müddət orada yaşamış və kahinlərdən elm 
öyrənmişdir. 
Orfeus  bir  neçə  döyüşlərdə  iştirak  etmiş  və  igidlik 
göstərmişdir. O tanrı Dionisusa deyil, günəş tanrısı Apol-
lona  tapınmışdır.  Apollon  da  onu  sevmiş,  ona  qızıl  lira 
                                                
5
 Müzlər  ya  da  musalar  (yun.  Μο
ῦσαι)  –  yunan  mifologiyasında  incəsənət 
və  elmlərin  himayəçiləri  olan  tanrıcalardır.  “Musiqi”  sözü  bu  sözdən 
törəmişdir. 


11 
 
bağışlamışdır.  Onun  vasitəsi  ilə  heyvanları  əhliləşdirmək, 
qayaları tərpətmək kimi möcüzələr göstərmək olurdu. Be-
ləliklə, Orfeus ən mükəmməl musiqiçi və incəsənət adamı 
olmuşdur. 
Orfeus  Evridike  (yun.  Εὐρυδίκη)  adlı  bir  meşə  nimfi
6
 
(yun.  νύμφαι)  ilə  evlənmişdir.  Ancaq,  az  sonra  Evridike 
ölmüşdür.  Onu  sevən  Orfeus  onunla  yenidən  birləşmək 
üçün yeraltı məkana düşmüş və tanrılarla anlaşaraq az qala 
Evridikeni  oradan  çıxarda  bilmişdir.  Ancaq  son  anda  Ev-
ridike tanrıların qoyduğu şərti pozmuş və yeraltı məkandan 
çıxa  bilməmişdir.  Bundan  sonra  Orfeus  həyatının  sonuna 
qədər  ona  sadiq  qalmış  və  ölümündən  sonra  Evridike  ilə 
yeraltı  məkanda  birləşmişdir.  Orfeusun  ölümü  haqqında 
çoxlu  əfsanələr  vardır.  Bu  rəvayətlərdən  birinə  görə,  onu 
tanrı  Dionisusun  sevgililəri  olan  mainadalar  (yun.  μαινάδες
onların sevgisini rədd etdiklərinə görə parçalamışdırlar. 
Orfizm  dini  cərəyan  kimi  miladdan  öncə  VI  yüzillikdə 
yaranmışdır.  Bu  dinin  yazılı  ədəbiyyatı  da  olmuşdur.  Mə-
lumdur  ki,  orfizm  yunanların  ənənəvi  dini  baxışlarından 
fərqlənirdi,  onlarla  rəqabət  aparırdı.  Bu  dinin  təlimində  ilk 
fəlsəfi  fikirlər  də  olmuşdur.  Bu  da  orfiklərin  dünyanın  ya-
ranması haqqında təsəvvürlərində özünü göstərmişdir. 
Orfizmin  kosmologiasına
7
 görə  öncə  əbədi  zaman  olan 
Xronos (yun. Χρόνος) var idi. Ondan qarışıqlıq (yun. χάος) və 
                                                
6
 Nimflər  –  yunan  mifologiyasında  gözəl  qadın  görkəmində  təsəvvür  edilən 
çay  axarı  ya  da  dağ  və  meşələrin  gözəlliyi  kimi  təbii  olayların 
təcəssümüdürlər. 
7
 Kosmologia – kainatın quruluşu haqqında nəzəriyyələrdir. 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə