Cəmiyyətdə fərdin pis iş görməsi gəmidə bir şəxsin öz oturduğu yeri dəlməsi kimidir. Belə bir hərəkətə sükutla yanaşmaq olmaz. Əgər bir şəxs «kimə nə var» deyib gəmidə öz oturduğu yeri dəlirsə, o bütün heyəti ölümə aparır. Məgər cəmiyyət öz ölümünə biganə qala bilərmi?!
Məlum məsələdir ki, gəmi deşildikdə təkcə onu deşən kəs zərər görməyəcək. Nəticədə bütün gəmi suya qərq olasıdır. Su gəmiyə dolduqda gəmini deşən şəxsi axtarmır. Cəmiyyət də bu gəmi kimidir. Pis əməl gəmini deşmək kimidir.
Qərb dünyasının bugünki məntiqinə əsasən insan onun işinə etiraz edənlərə «sizə dəxli yoxdur» deyə bilər. Əlbəttə ki, bu etirazda nəzakət qaydalarına əməl oluna bilər. Amma istənilən bir halda nəticə eynidir. Belələrinə aydınlaşdırmaq lazımdır ki, sizin gördüyünüz iş təkcə öz həyatınıza təsir göstərmir. Əgər bir qadın yarıçılpaq vəziyyətdə küçəyə çıxırsa onun görünüşü bütün cəmiyyəti təsirləndirir. Azadlıq pərdəsi altında insanların psixologiyasına zərbə vurmaq qadağandır. İstər qadın, istər kişilərə cəmiyyət üçün qeyri-məqbul formada küçəyə çıxmaq icazəsi yoxdur. Məntiq hökm edir ki, cəmiyyətin sağlamlığı xatirinə məhdudiyyətlər qoyulmalıdır.
Bir sözlə, «kimsə mənim həyatıma əl uzada bilməz» məntiqi yanlışdır. Cəmiyyət vahid bir cisimdir. Bir fərdin halının dəyişməsi bütün cəmiyyətə təsir göstərir. Bu səbəbdən də eyni bir cəmiyyətdəki fərdləri ayrıca vahidlər kimi götürmək olmaz. Hətta bir şəxsin gördüyü pis iş cəmiyyət üçün qorxulu olmasa da, onun islahı Allah tərəfindən müəyyənləşdirilmiş vəzifədir. Əlbəttə ki, Allah-təala cəmiyyətin səadətinə ehtiyacsızdır və bütün bunlar bəşəriyyətin xoşbəxtliyinə xidmət edir. Allah hər vasitə ilə insanları cəhənnəm və əzabdan qorumağa çalışır.
İFRAT VƏ TƏFRİT HAQQINDA SON SÖZ
Söhbətimizdən belə bir qənaətə gəldik ki, əmr və qadağa vəzifəsini yerinə yetirərkən onun qaydalarına əməl etmək, daha faydalı üslubda hərəkət etmək lazımdır. Məqsəd təkcə vəzifəni yerinə yetirmək olmamalıdır. Görülən işin təsiri nəzərə alınmalıdır. Əmr və qadağa vəzifəsini zəruri edən cəmiyyətin islahıdır. Əgər bu işdə zərrəcə zərər olarsa, səbr etmək daha yaxşıdır. Var gücümüzlə çalışmalıyıq ki, əmr be məruf və nəhy əz munkərin mənfi təsirləri olmasın, arada kin- küdurət yaranmasın.
Bu gün qərb mədəniyyətinin «fərdin işi onun özünə aiddir» şüarına qarşı iradlarımızı bildirməliyik. Əmr və qadağa vəzifəsi başqasının işinə qarışmaq və ya onun azadlıq haqqını əlindən almaq deyil. Təəssüf ki, bəzilərinin nəzərincə, azadlıq mütləq dəyərdir. Əlbəttə ki, belə bir təsəvvür batildir, İslam və müsəlmanlıq ruhuna uyğun deyil. Əslində həmin qərb ölkələrinin özündə qanunlar mövcuddur. Məgər qanun məhdudiyyət deyilmi? Biz müsəlmanların da öz əqidələrinə uyğun qanunları var. Əgər görülən iş qanuna ziddirsə, ona azadlıq donu geyindirib yol açmaq olmaz. Əlbəttə ki, biz aşkar günahlardan danışırıq və xəlvəti günahların araşdırılması ayrıca bir mövzudur. Qeyd etdik ki, günahın zərəri təkcə fərdə aid deyil. İstənilən bir halda fərdə cəmiyyət arasında qanuna zidd hərəkət etmək imkanı verilməməlidir. İslam mədəniyyətini qərb mədəniyyətindən fərqləndirən ən mühüm nöqtələrdən biri budur ki, qərb yalnız maddi ölçülərə, İslam isə həm də axirət dəyərlərinə istinad edir. Əgər qərb insanın yalnız dünya xoşbəxtliyini nəzərdə tutursa, İslam insanın həm dünya, həm də axirət xoşbəxtliyini nəzərdə tutur. Əmr və qadağa vəzifəsinin icrasını zəruri edən cəmiyyətin hər bir üzvünü təhlükədən qorumaqdır. Əgər atılacaq addım cəmiyyətə fayda verəcəksə, insan öz şəxsiyyətini nəzərə almamalıdır. Unutmamalıyıq ki, keçmişdəkilər məhz öz fərdi mənafelərini və şəxsiyyətlərini qoruduqları üçün uyğun vəzifəni tərk etmiş və Allahın lənətinə düçar olmuşlar: «Bəni-İsraildən küfrə uğrayanlar Davud və İsa ibn Məryəmin dili ilə lənətləndilər. Səbəb bu idi ki, günah və təcavüz etdilər. Bir-birlərini yol verdikləri çirkin işlərdən çəkindirmədilər. Doğrudan da, necə də pis idi onların gördüyü iş.»1
Qeyd etdik ki, imam Səccad (ə) hazırkı ayə ilə bağlı Əmirəl-möminindən (ə) belə nəql edir: «Onlar qarşılarındakı sitəmkarlardan çirkin işlər və fəsad görür, amma onları çəkindirmirdilər; onlardan gözlədiklərinə tamah saldıqlarından və onlardan gözlənilən qorxu səbəbindən!»2
NAŞİRİN MÜQƏDDİMƏSİ 3
TƏDQİQAT MƏRKƏZİNİN MÜQƏDDİMƏSİ 4
BİRİNCİ MƏCLİS: 6
DÜNYADAN QURTULUŞ 6
HƏYATA KEÇMİŞ ARZU 7
DÜNYAPƏRƏSTLİKDƏN PƏHRİZ 8
DÜNYA MƏZƏMMƏT OLUNUR, YOXSA MƏDH? 10
MÜSTƏQİL BAXIŞ 12
MƏNƏVİ TƏKAMÜLDƏ MÖTƏDİLLİK - ORTA HƏDD 17
İNSANIN DÜNYAYA FİTRİ VƏ ZATİ MARAĞI 19
YERSİZ QƏM 21
İKİNCİ MƏCLİS: 24
DÜNYA MƏHƏBBƏTİNDƏN QURTULUŞ YOLU 24
ÖNCƏKİ SÖHBƏTLƏRƏ BAXIŞ 25
DÜNYA MƏHƏBBƏTİNDƏN QURTULUŞ YOLU 30
DAHA ÜSTÜN VƏ DAHA DAVAMLI LƏZZƏT SORAĞINCA 34
ÜNSİYYƏT LƏZZƏTİ HAQQINDA 37
ÜÇÜNCÜ MƏCLİS: 40
ÜÇ MÜHÜM VƏ ƏSAS FƏRMAN 40
DÜNYADAN YOX, DÜNYA MƏHƏBBƏTİNDƏN UZAQ OLMAQ! 41
DOĞRU DANIŞIQ 43
ƏSKİK SATMAQ QADAĞANDIR! 45
ƏN BÖYÜK MUZD (MÜKAFAT) AXTARIŞINDA 48
İSLAM VƏ MÜSƏLMANLAR ZÜLMƏ QARŞIDIR 52
DÖRDÜNCÜ MƏCLİS: 58
NİZAM İSLAM CƏMİYYƏTİNİN HƏYATİ VƏ MÜHÜM ÜNSÜRÜDÜR. 58
BÜTÜN DƏYƏRLƏRİN BÜNÖVRƏSİ TƏQVADIR. 59
TƏQVANIN ARDINCA İLKİN TÖVSİYƏ NİZAMDIR. 60
HANSI NİZAM? 64
NİZAM UNUDULMUŞ BİR ZƏRURƏTDİR. 67
NİZAM YARANMASI ÜÇÜN İKİ ƏSAS ŞƏRT 71
İSLAM CƏMİYYƏTİNDƏ NƏZM 73
BEŞİNCİ MƏCLİS: 77
İMAN QARDAŞLARI ARASINDA RABİTƏLƏRİ MÖHKƏMLƏNDİRMƏK NAMAZ VƏ ORUCDAN ÜSTÜNDÜR. 77
RABİTƏLƏRİN İSLAHI 78
İSLAMDA İCTİMAİ MÜNASİBƏTLƏRİN ƏHƏMİYYƏTİ 79
İSLAMIN İCTİMAİ RABİTƏLƏRƏ ÖNƏM VERMƏSİNİN FƏLSƏFƏSİ 82
İCTİMAİ RABİTƏLƏRDƏ QIRMIZI XƏTT 86
İCTİMAİ RABİTƏLƏRDƏ İXTİLAF LABÜDDÜR. 88
BİR NÖQTƏYƏ DİQQƏT 90
HƏTTA YALAN VASİTƏSİ İLƏ RABİTƏLƏRİ MÖHKƏMLƏNDİRMƏK 91
«ƏYNƏL-MUTƏHABBUNƏ FİLLAH» 93
ALTINCI MƏCLİS: 95
YETİMLƏRİN VƏ QONŞULARIN HAQQI 95
İCTİMAİ RABİTƏLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİ TAPŞIRIĞI 96
İCTİMAİ RABİTƏLƏRİN TƏBİİ YOLLARLA MÖHKƏMLƏNDİRİLMƏSİ 97
İCTİMAİ RABİTƏLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ BAŞQA BİR AMİL AĞILDIR. 99
İCTİMAİ RABİTƏLƏRDƏ ƏDALƏT PRİNSİPİNİN ROLU 100
İCTİMAİ RABİTƏLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ İKİNCİ ƏSAS EHSANDIR. 102
EHSANIN ƏHATƏ DAİRƏSİ 103
YETİMLƏRƏ XİDMƏTDƏ EHSANA ƏSASLANMA 106
QONŞUYA EHSAN 108
YEDDİNCİ MƏCLİS: 112
QURAN VƏ NAMAZ İSLAMIN İKİ HƏYATİ ƏSASIDIR. 112
«İRŞADİ» HÖKM VƏ «MÖVLƏVİ» HÖKM 113
QURAN SONSUZ VƏ UNUDULMUŞ BİR NEMƏTDİR. 114
QURAN MAARİFİNİN QİSİMLƏRİ 118
QURANA ƏMƏLDƏ QEYRİ-MÜSƏLMANLARIN MÜSƏLMANLARI ÖTÜB KEÇMƏSİ 120
NAMAZ DİNİN SÜTUNUDUR. 124
SƏKKİZİNCİ MƏCLİS: 129
HƏCC VƏ KƏBƏ EVİNƏ ALLAHIN XÜSUSİ LÜTFÜ 129
ÖTƏN MƏCLİSLƏRDƏKİ MƏSƏLƏLƏRƏ BİR BAXIŞ 130
HƏCC VƏ KƏBƏ EVİNİN MƏQAMI 131
SARSIDICI ƏZAB KƏBƏYƏ MÜNASİBƏTDƏ QƏFLƏTDƏN DOĞUR. 133
HƏCC VƏ ONUN HESABSIZ FAYDALARI 135
HƏCC İSLAMIN DAVAMLILIĞINA ZAMİNDİR. 138
DİNİ VƏ İCTİMAİ MƏSƏLƏLƏRİN TƏHLİLİNDƏ ƏHATƏLİLİK 140
HƏCC VƏ KƏBƏ EVİNİN TƏKRARSIZ MƏQAMI 142
HƏCCİN QARŞISINI ALMAQ ÜÇÜN QURĞULAR 144
ƏHLİ-BEYTİN (Ə) HƏCCƏ BAXIŞI 145
DOQQUZUNCU MƏCLİS: 150
ÜÇ SAHƏDƏ CİHAD 150
CİHADIN «QİTALLA» FƏRQİ 151
«İCTİHAD» TƏBİRİNİN «MÜCAHİDƏT» TƏBİRİ İLƏ YAXINLIĞI 153
MAL İLƏ CİHAD VƏ ONUN ƏHATƏSİ 154
BUGÜNKİ DÜNYADA MALLA VƏ YA İQTİSADİ CİHADIN ƏHƏMİYYƏTİ 156
DİL İLƏ CİHAD 158
TƏBLİĞAT SAVAŞI HƏRBİ VƏ İQTİSADİ SAVAŞDAN TƏHLÜKƏLİDİR. 159
TƏBLİĞAT MÜHARİBƏSİ NÜMUNƏLƏRİ 161
İRADLARA CAVAB 164
TƏBLİĞAT SAVAŞI HƏRBİ SAVAŞDAN ÜSTÜNDÜR. 166
TƏBLİĞAT CİHADI VƏ ELMİ CİHADIN FƏZİLƏTİ İLƏ BAĞLI RƏVAYƏTLƏR 168
ONUNCU MƏCLİS: 170
CƏMİYYƏTİN SƏADƏT VƏ SAĞLAMLIĞININ ZƏMANƏTÇİSİ YAXŞILIĞA ƏMR VƏ PİSLİYƏ QADAĞADIR. 170
ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MUNKƏRİ TƏRK ETMƏYİN NƏTİCƏSİ ŞƏR ADAMLARIN HAKİMİYYƏTİDİR 171
ƏMR VƏ QADAĞA YOLU İLƏ VƏZİFƏLƏRİN İCRASI 172
ƏN ÜSTÜN İŞ 174
DİNSİZ MÖMİN! 175
YAXŞILIĞA ƏMR VƏ PİSLİYƏ QADAĞA VƏZİFƏSİNİN NECƏLİYİNƏ DİQQƏT 177
YERSİZ MÜDAXİLƏ?! 181
İFRAT VƏ TƏFRİT 182
CƏMİYYƏTİN GÖYƏRTƏSİNİ DƏLMƏK GÜNAHDIR. 185
İFRAT VƏ TƏFRİT HAQQINDA SON SÖZ 187