SƏYAVUŞ, SƏNİ SORUŞDUM...
Sıramızı vaxtsız tərk etmiş istedad
lı şair dostumuz Səyavuş Sərxanlının
ölümündən sonra çap olunmuş şeirlər
kitabı “Məni soruşan olsa" adlanır. Bu
ad altında çapdan çıxmış şeirlərindən
soruşdum, öz-özümdən, öz xatirələ
rimdən soruşdum Səyavuşu. Xatirələr
başladı canlanmağa, sorğularıma cavab
verməyə.
Mən Səyavuşu nə vaxtdan tanıyı
ram?...
Deyəsən, 1967-ci ilin erkən yazı
idi. Mən o vaxt Buynuz kəndində müəllim işləyirdim. Eşitdim ki,
bir maşında xalq şairimiz Məmməd Rahim, Tofiq Bayram və
Səyavuş bizə - Buynuz kəndinə gəlirmiş. Kəndə gələn yolda
Axox çayını keçə bilməyiblər və rayon mərkəzinə qayıdıblar.
Mən həmin gün rayona gəldim. Məmməd Rahim, Tofiq Bay
ram və Səyavuşla isti bir görüşümüz oldu. Elə o vaxt M.Rahimin
“Ulduz” jurnalında “Çiçəklər m üxtəlif boyda böyüyür" adlı m ə
qaləsi Səyavuş Sərxanlıya həsr olunmuşdu. Rahim müəllim ilk
yaradıcılığında Səyavuşa uğurlar diləyir, ədəbiyyatımıza istedadlı
gənc bir şairin gəlişini alqışlayırdı. Dorudan da az bir zaman için
də Səyavuş ən gözəl şeirlərini yazırdı, öz oxucularını sevindirirdi:
Maral buynuzuna döndü ağaclar,
Maral sürüsünə bənzədi meşə.
Bu payız mənzərəsi, bu incə müşahidə, bu poetik deyim məni
lap heyrətə gətirmişdi.
Həmişə dağlara baxanda, dərələrdən qalxan əlçim-əlçim bu
ludları görəndə Səyavuşun: “Dağlar qəlyanını tüstüləndirir” mis
rasını pıçıldamışam. Televiziyada, radioda, qəzet və jurnallarda
Səyavuşun çıxışlarını dinləyəndə könlüm pərvazlanıb, qələm dos
Səyavuş S ərxa n lı
-----------------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
tumuzun ədəbi uğurları ilə sevinmişəm.
O vaxtlar tez-tez ədəbi görüşlər olardı. O görüşlərdə Səyavuşla
bir çox çıxışlarımız olub.
Yadımdadır, Səyavuş, Nüsrət Kəsəmənli və mən Şəkiyə ədə
bi görüşlərə getmişdik. Şəki Pedaqoji texnikumunda Səyavuşun
tələbələrlə görüşü, oxuduğu şeirlər bəlkə də heç vaxt yadımdan
çıxmayacaq. Onu necə də hərarətlə qarşılayırdılar. Oxucular Sə
yavuşun “Duz-çörək” və digər məhəbbət şeirlərini elə bil birdə
fəlik ürəklərinə həkk edirdilər.
Mən “Azərbaycan” jurnalının şeir şöbəsində işləyəndə Səya
vuşla xüsusi ünsiyyətimiz vardı. Jurnalda M.Rahimin 70 illiyi mü
nasibətilə yazı hazırlamaq lazım idi. Məsləhətləşdik, Səyavuşla
mən Rahim müəllim haqqında maraqlı bir şairi xatırlama sual-
cavabı - müştərək bir yazı meydana gətirdik, jurnalda çap olundu.
Yuxanda adını çəkdiyim “A qarlı dağlar” şeirinin məşhur bən
dini bir daha yada salıram.
Gün çıxır, dumanla qalxır savaşa,
Dağların kürkünü istiləndirir.
Sanki qocalardı, verib baş-başa,
Dağlar qəlyanını tüstüləndirir.
Canlı, poetik bir mənzərə! Belə poetik ifadə tərzi Səyavuş şei
rinin əsas məğzini təşkil edir.
Başım üstə qəhqəh çəkib zaman hey,
Döyüb yağış, döyüb dolu, duman hey.
Gülüstanlar yada salmaz, aman hey,
Düzlərinə qar ələnmiş könlümü.
Əslində Səyavuş M.V.Vidadi ruhunda yazdığı bu şeiri özünə,
bizə - mənə, sənə, ona, zamanın iztirablarından əzab çəkən şair
ürəyinə, şair dərdinə həsr edib. Bütövlükdə şeir kitabları, publi
sistik yazıları, tərcümə əsərləriylə Səyavuş ədəbiyyatımızın yad
daşında həmişə qalacaq.
«
3
?
Durna qatarıdır şeir misrası,
Gedir payızlara, dönür yazlara.
Səyavuş göylərə yazılmış yazı,
Uçdu dönməzlərə, qayıtmazlara.
Səyavuş elə bil ki, özünü qəsdən dünyadan qopardı getdi, ya
ratdıqlarını bizim üçün qoydu, yazacaqlarını apardı getdi...
Musa YAQUB,
şair
ŞEH İÇİNDƏ NUR
Bir damla sübh şehində kəhkəşan
bütün əzəməti və möhtəşəmliyi ilə
bərq vurur.
Bir damla sübh şehində Günəş kir
pik çalır.
Bir damla şehin paklığından insanın
min bir arzusu boy verir.
Bir damla şeh qəlbi saf insanın tale
yoluna çıraq olur.
Amma belə insanlar az-az doğu
lurlar...
Amma bu səadət hər kəsə nəsib
olmur...
Amma o da bir Tanrı qismətidir, tale naxışıdır...
Tanrının əli üstündə olan belə insanlardan biri də şair-publisist
Səyavuş Sərxanlıdır. Səyavuş Sərxanlı haqq dünyasındadır. Ancaq
görürsünüz ki, mən onun haqqında indiki zamanda danışdım. Çün
ki Səyavuş Sərxanlı bakirəliyi, Səyavuş Sərxanlı munisliyi, Sə
yavuş Sərxanlı ülviyyəti, Səyavuş Sərxanlı ülfəti, Səyavuş Sər
xanlı ünsiyyəti, Səyavuş Sərxanlı səmimiyyəti bu gün də onu
t e s t ?
Səyavuş S ərxa n lı
---------------------------------------------------- -— ------------------------
Vətən, səslə oğlunu
tanıyanların qəlbində işıq saçır.
Səyavuş Sərxanlı mənim yaddaşımda və mənim qənaətimdə
şeh içində nur kimi yaşayır. Bu nur Səyavuşun qəlbindən şölə
lənirdi və həm onun lirikasında, həm onun publisistikasında, həm
də onun nəsrində özünün parlaq təcəssümünü tapmışdı.
Səyavuş Sərxanlı “şeir yazan” deyildi. O, anadan şair doğul
muşdu. Bütün ruhuynan, bütün vücuduynan, uşaq paklığı heyrət
doğuran saf qəlbiynən şair doğulmuşdu. Qələmə sarılanda da şair
kimi sarılırdı.
“Sünbül duruşundan öyrəndiyim sirr, həyat duruşumda gərəyim
olub” deyən Səyavuşu heç vaxt təkəbbürlü, iddialı, boş yerə qür
rələnən, ədasından lovğalıq yağan görməmişəm.
Milli jurnalistikamızın və milli ədəbiyyatımızın publisistika
janrının qüdrətli dühaları, əzəmətli sənətkarları olub. Həmin möh
tərəm dərgahda Səyavuşun öz yeri, öz kürsüsü, öz söz xəzinəsi
var. Çünki Səyavuş Sərxanlı publisistikaya bədii yeniliklər gətir
di.
Hansılardır bu bədii yeniliklər?
Məhz Səyavuş Sərxanlı publisistikaya lirik ahəng hopdurdu.
Bu lirizmin içində həzin və kövrək səmimiyyət dağ çayı kimi
çağlayır.
Məhz Səyavuş Sərxanlı publisistikanın adi faktlarına nağıl ru
hundan, nağıl sehrindən don biçdi. Bu don həmişə bəmbəyazdır,
munis təmizlikdədir və bizi həqiqət dünyasına səsləyir, bu dün
yanın sərtliklərinə, zamanın amansız gərdişlərinə hazır olmağa
kökləyir.
Məhz Səyavuş Sərxanlı oçerk janrının söyləmə prinsiplərinə
öz qələmiynən, öz ruhuynan, öz çılğınlığıynan poetik vüsət verdi.
Bu poetiklikdə möhtəşəm əzəm ət, tükənməz enerji, coşqun ehti
ras var.
Məhz Səyavuş Sərxanlı "Ölüm sevinməsin qoy..." rubrikası ilə
neçə-neçə nakam taleli gəncə ölümsüzlük verdi. Bu ölümsüzlük
dən tükənməz həyat eşqi vulkan kimi püskürür.
Məhz Səyavuş Sərxanlı yazdığı portret-oçerklərin süjetinə das-
«
3 ?
Dostları ilə paylaş: |