29
Hər iki fərziyyəyə görə bu haqda kəlam bidət, bu məsələyə dalmaq
zəlalətdir".
33
Bu onların, usuluddin elmində araşdırma aparmağın qadağan
olmasına dair dəlil gətirdikləri şeylərdir.
33
Ümumiyyətlə ilk nəslin dini izah eləmədə müəyyən bir üslubdan istifadə
etməməsi o üslubun məzmum və qadağan bir üslub olması demək deyil.
Fərz etsək ki onlar o üslubu bilmirdilər, bu belə bildikləri zaman rədd
edəcəkləri mənasına gəlməz. Bu olsa-olsa zəif bir ehtimal olar. Bunu sabit
bir qayda kimi irəli sürmək yanlışdır.
30
Müəllifin Bu Şübhələrə Verdiyi Cavablar
•“Peyğəmbər –sallAllahu aleyhi və əlihi və səlləm- bu
haqda danışmayıb” şübhəsinin cavabı.
Şeyx Əbul Həsən –radiyAllahu anhu– dedi: Bu gətirdiklərinə
verəcəyimiz cavab üç yöndəndir:
Birincisi: Onların bu şübhələrini özlərinə yönləndirmək. Belə ki,
biz də onlara bu cür deyərik: Peyğəmbər –sallAllahu aleyhi və əlihi
və səlləm– həmçinin “Kim bu barədə araşdırma aparar, bu haqda
danışarsa onu bidətçi və zəlalət əhli elan edin” də deməyib.
Beləliklə gətirdiyiniz şübhəyə əsasən bidətçi və zəlalət əhli
olmalısınız. Çünki Peyğəmbərin –sallAllahu aleyhi və əlihi və səlləm–
danışmadığı bir şey haqda danışmış, onun zəlalət əhlindən
saymadığını zəlalət əhli saymısınız.
•“Quran və Sünnədə yoxdursa batildir” şübhəsinin cavabı.
İkincisi: Onlara belə deyilər: “Peyğəmbər –sallAllahu aleyhi və
əlihi və səlləm– cism, araz, hərəkət, sükunət, cüz, tafra kimi qeyd
etdiyiniz kəlam məsələlərini müəyyən şəkildə qeyd etməsə də, bu
sadalananların heç birindən cahil qalmamışdır. Eyni şeyi
səhabələrdən olan fəqih və alimlər haqda da demək olar. Sadəcə
olaraq bu müəyyən şəkildə qeyd etdiyiniz şeylərin əslləri təfsilatlı
şəkildə deyil, ümumi olaraq Quran və Sünnədə mövcuddur.
Hərəkət və sükunət haqda kəlama gəlincə, hər ikisinin əsli,
onların tövhidə dəlalət etməsi şəklində Quranda mövcuddur. Bir
araya gəlmə və ayrılma haqda da eyni şeyi demək olar. Allah Qurani
Kərimdə ulduzların, günəş və ayın batması və o ikisini bir məkandan
başqa məkana hərəkət etdirmə qissəsində, öz xəlili İbrahimdən –
əleyhissalam– xəbər vermişdir.
Qeyd etmişdir ki, Allah –azzə və
31
cəllə- haqqında bu sadalananlardan (hərəkət və batış) heç bir şey
caiz deyil. Bildirmişdir ki, haqqında batmaq və bir məkandan digər
bir məkana yer dəyişmənin mümkün
34
olduğu biri ilah ola bilməz.
35
Tövhid üsulu haqdakı kəlama gəlincə, o da Qurandan
götürülmüşdür. Allah Təala buyurur:
34
Əşari, əl Lumə Fir Raddi Alə Əhliz Zeyği Vəl Bidə, 19.
35
Ənam Surəsinin 76-78-ci ayələrini qəsd edir. Allah Təala İbrahim
Peyğəmbərin -əleyhissalam- öz qövmünə ibadət etdikləri şeylərin ilah
olmadığını isbatlamaq üçün belə dediyini xəbər verir:
“Gecə olduqda gördüyü ulduza baxaraq “Bu mənim rəbbimdir” dedi.
Ulduzun itdiyini gördükdə “Mən itənləri xoşlamıram” söylədi. Doğan ayı
gördükdə “Mənim rəbbim budur” dedi. O da batdıqdan sonra “Rəbbim mənə
hidayət verməsəydi mən də zəlalətə sapanlardan olardım” dedi. Günəş
doğarkən ona baxıb “Rəbbim budur, bu daha da böyükdür” dedi. O da batdığı
zaman “Ey qövmüm! Mən sizin Allaha ortaq qoşduğunuz şeylərdən uzağam”
dedi”. (Ənam: 76-78)
İbrahim -əleyhissalam- sözsüz ki, bu sözləri deyərkən Allaha iman etmiş
birisi idi. Ayədən də bu anlaşılır. Ayın batdığını görüb “Rəbbim mənə hidayət
verməsəydi” dedikdə şübhəsiz ki, onun qəsdi Allah idi. Bundan sonra
günəşə rəbb deməsi onu göstərir ki, o bunu qövmünün nə qədər zəlalətdə
olduğunu onlara göstərmək üçün etmişdir. Doğru olan da İbrahimin -
əleyhissalam- bu sözlə zahiri mənanı qəsd etmədiyidir. Əgər məqam dar
olmasaydı bunu uzun-uzadı əsaslandırardım.
32
“Əgər o ikisində (yerdə və göydə) Allahdan başqa ilahlar olsa
idi yer də göy də fəsada uğrayardılar”
36
Bu ayə qısa olmaqla
bərabər, Onun şəriksiz tək bir ilah olduğuna işarə edir.
37
Mütəkəllimlərin Tövhid mövzusunda elmi münaqişə edərkən
təmanü
38
yolu ilə işlətdikləri dəlillərin qaynağı bu və aşağıdakı
ayələrdir:
36
Ənbiya: 22.
37
Əşari, əl Lumə Fir Raddi Alə Əhliz Zeyği Vəl Bidə, 21; Risələtun İlə Əhlis
Səğr, 156-157.
38
Dəlilut Təmanü, yaxud Burhanut Təmanü kainatın nizamına əsaslanaraq
Allahın vahdaniyyətini isbatlayan dəlildir. Bu dəlilin Qurani Kərimdəki əsli
müəllifin yuxarıda qeyd etdiyi Ənbiya surəsinin 22-ci ayəsidir. Dəlilin izahı
bu cürdür:
Əgər iki ilah olsaydı bu düzənli kainatı ya ikisi də yaratmalı idilər ya da
sadəcə biri. İki ayrı qüdrətin bir şeyə icad yönündən təallüq etməsi qeyri-
mümkündür. Bu səbəbdən birinci ehtimal puç olur. Əgər biri yaratmışsa ya
digərinin istədiyi şəkildə yaradacaqdı, ya da onun istəyinə müxalif olaraq öz
istədiyi kimi xəlq edəcəkdi. İkinci ehtimal olsa istəyi nəzərə alınmayan xəlq
edənə məcbur tabe olduğu üçün ilahlığa layiq olmaz. Birinci ehtimalı alsaq
ya öz istəyiylə digərinin istədiyi uyğun gəldiyi üçün bu cür xəlq etmişdir, ya
da uyğun gəlməsə də öz istəyini digərinin istəyinə görə tərk etmişdir. İkinci
ehtimal olsa başqa bir gücə tabe olduğu üçün ilah olmaz. Birinci ehtimal
olsa ya aralarındakı ittifaq məcburidir, ya da ixtiyari. Əgər məcburidirsə
məcbur edilən ilah ola bilməz. Yox ixtiyaridirsə ixtiyari olan şeyin əksi də
mümkündür. Bu da ilahlığa ziddir. Beləliklə iki ilahın varlığı qeyri mükün
olur.
Başqa bir ehtimal da irəli sürülə bilər ki, o ilahlardan biri öz istədiyini digəri
də öz istədiyini istədikləri cür yarada bilərdi. Cavab budur ki, elə olsaydı hər
biri öz yaratdığı üzərində digərinin istəyinə müxalif davranmalıydı. Bu da
Dostları ilə paylaş: |