- 23 -
Şu qiyafətlə zahir olmadayım.
1
Əlbəttə, belə düşünmək olardı ki, Cavid müqəddəs ki-
tabın ayələrini əqlin məhsulu kimi izah etməklə, onun ilahi
mənşəyinə, «Allah kəlamı» olmasına alternativ bir şərh ve-
rir. Lakin insanın əql evinin işıqlanması və onun özünə hələ
yaranışdan bəxş edilmiş hikmət dünyasına daxil olması özü
də ancaq Allahın iradəsi ilə mümkündür. Çünki normalda
«insana ruh haqqında çox az bilgi verilmişdir» (Qurani-Kə-
rim 17/85). İnsanın yaranışı, uzaq keçmişi, gələcəyi, ölüm-
dən sonrakı həyatı və s. ancaq Allaha bəllidir.
Cavid insanın kainatla, dünya ilə əlaqəsində görünən
və görünməyən, adi şüur səviyyəsində qaranlıq qalan tə-
rəfləri fərqləndirir və bu qaranlığı keçərək dünyanın ali,
işıqlı mənasını dərk etmək üçün cəhd göstərməyə çağırır.
İnsanın qəlbi Allah nuru ilə dolmayanda dünya da onun
üçün qaranlıq qalır. Quranda deyildiyi kimi, «…Allah on-
ların nurunu aldı və onları zülmət içində qoydu, onlar görə
bilmədi» (Qurani-Kərim 2/17). Sadəcə olaraq Cavid poezi-
yasında «qaranlıq», «gecə» məfhumlarının məcazi mənala-
rını düzgün təsəvvür etmək lazımdır.
O, peyğəmbərin dili ilə deyir:
Gecə pək möhtəşəm… fəqət onu bən
Seyrə daldıqca sanki məhv olurum,
Qəlbim oynar da, çırpınır ruhum.
Anlamam şu ölçüsüz, şu dərin
1
Щ.Жавид.
Ясярляри 5 жилддя, ЫЫЫ жилд, Бакы, «Лидер»,
2005, с.142.
- 24 -
Şu qaranlıq, çiçəkli pərdə niçin?
1
Yeri gəlmişkən, göylərin pərdəsi ilə bağlı Səməd Vur-
ğun da çox gözəl demişdir:
Yerlərə baxıram, bağçalı-bağlı,
Göylərə baxıram qapısı bağlı.
Cavidə görə, bu bağlı qapılar, pərdələr, qaranlıqlar
dünyanın ilahi mənasını dərk etmək üçün bir əngəldir. La-
kin mələk bu idrak yolunun insanın öz qəlbindən keçdiyinə
işarə edir:
Onu dərk eyləmək qolay… Ancaq
Ver içindən gələn sədaya qulaq.
2
Cavid dünyanın bu böyük anlamını, mənasını duy-
maq üçün təkcə idrakın yetərli olmadığını, bunun üçün həm
də əzm və iradə nümayiş etdirilməsinin, əngəllərin aradan
götürülməsinin vacibliyini vurğulayırdı:
Şu siyah çarşaf ən böyük əngəl
Uça bilsəydim iştə ən əvvəl.
Onu yırtardı, parçalardı həmən
Qovuşardım o hüsnü-mütləqə bən.
3
Çarşafla əlaqədar Hüseyn Cavid XX əsrin əvvəllərin-
də Azərbaycanda «qadın azadlığı» adı altında gedən pro-
seslərə müraciət edərək yazır:
İnqilab iştə! Atıb çarşafı siz,
O siyah pərdəyi rədd eylədiniz.
1
Йеня орада, с.144.
2
Йеня орада.
3
Йеня орада.
- 25 -
Qeyd edərkən bunu tarix, ancaq
Bir fəzilət deyə alqışlayacaq.
1
Əlbəttə, Cavid müasirlik tərəfdarı olan bir şəxs idi,
lakin o, müasirləşməyi sadəcə libas dəyişmək kimi bəsit
başa düşmürdü:
Sizi aldatmasın amma bu qürur,
Çarşaf atmaqla bitər sanma qüsur.
Çox beyinlər yenə həp pərdəlidir,
Mənəvi pərdəyi dəf etməlidir
2
.
* * *
Şərq fəlsəfəsində ənənəvi problemlərdən biri də əql
ilə nəfs arasındakı ziddiyyətdir. Bunun təməlində də insanın
cismani varlıq olaraq instinktiv istəklərə meyli və ruhi (ru-
hani) varlıq olaraq ali hisslərə və əqlə bağlılığıdır. İnsanın
özünün ikili təbiəti onun bütün həyatı boyu davam edən
mübarizələrin təməlində dayanır. Bədənə, onun ehtiyacları-
na, istəklərinə qarşı çıxmaq ənənəsi hələ Platondan başlanır.
İslamda nəfsə qarşı cihad ənənəsi də Qurani Kərimin mə-
lum ayələrindən və Peyğəmbərin kəlamlarından, hədislər-
dən qaynaqlanır.
H.Cavidin Şərq fəlsəfi ənənələrinə gətirdiyi ən böyük
yenilik bu daxili mübarizəyə xarici amilləri də əlavə etməsi
və ictimai mühitin rolunu nəzərə almasıdır. İnsan daxilində
1
Щ. Жавид. Ясярляри 4 cilddə Ы жилд, Бакы, Йазычы, 1982, с.
193.
2
Йеня орада, с. 194.
- 26 -
gedən mübarizə fərdi miqyasdan çıxaraq ictimai miqyasa
keçir. İnsanın ilahi mənşəyini ifadə edən və Xeyrin, Ədalə-
tin, Gözəlliyin, Haqqın rəmzi olan əql yeni statusda – sosial
ədalət kimi ortaya çıxır. Cismani tərəf olan insan bədəni isə
ictimai mühitin timsalında genişlənir – daha böyük bir miq-
yasda təzahür edir. Ağıl və ədalətlə qurulmuş və idarə olu-
nan cəmiyyətin naqis cəmiyyətə nisbəti əql və nəfs arasın-
dakı mübarizənin sosial transformasiyası kimi ortaya çıxır.
Ayrıca götürülmüş bir insan – fərd daha artıq ancaq
öz daxili mübarizələri və sarsıntıları ilə yaşamır, onun icti-
mai həyata qədəm qoyması və insan ilə cəmiyyət arasında
yaranan əksliklərin üzə çıxması yeni tipli faciənin predme-
tinə çevrilir. «Azər» poemasında Cavid şəxsin öz daxili alə-
mindən ictimai həyata çıxmaq ehtiyacını belə ifadə edir:
Sevdirmiş içindən ona bir cilvə həyatı,
İnsanlara qoşmaq və qovuşmaq dilər əlan.
Duymaq və duyulmaqla bulur zövqü, nəşat,
Yalnızlığa, ıssızlığa qəlbən edər üsyan.
İstər bulud olsun da, dənizlər kimi axsın,
İstər günəş olsun da, qaranlıqları yaxsın.
1
«Azər» poemasında qəhrəmanın keçdiyi təkamül yolu
və keçirdiyi daxili təbəddülatlar «İblis» faciəsinin də əsas
qayəsini və ideya istiqamətini düzgün qiymətləndirməyə
yardım edir. Azərin keçdiyi yolu fəlsəfi səpgidə təhlil edən
Məsud Əlioğlu diqqəti fərdi mənəvi aləmlə ictimai həyatın
uyğunsuzluqlarına yönəldir. «Özünü daxilən öyrənmək va-
1
Йеня орада, с. 145.
Dostları ilə paylaş: |