Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə21/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

adamlar  üçün  nəfslə  mübarizə  meydanı  açılır; 
məhəbbət və mənəviyyat sınağa çəkilir. 
Beləliklə, qızların və dul qadınların ictimai 
həyata qatılması ilə ailəli qadınların işləməsi eyni 
tərtibli hadisə deyil və bu problemin geniş sosial-
psixoloji tədqiqinə böyük ehtiyac vardır. 
«Qadınların  ictimailəşməsi»  kişilərin  iş 
yerlərini  rəngarəng  etməklə  onları  yeni  həvəsə 
sala  bilər.  Xüsusən,  ailə  məhəbbəti  həqiqi  və 
güclü  deyilsə,  açılan  yeni  imkanlar  müqabilində 
sınaqdan uğurla çıxmaq çətin ola bilər. 
Qərbdə ictimai həyat ailə həyatına nəzərən 
daha önəmlidir. Ailələr çox vaxt qısa ömürlü olur. 
Qadınlar çoxdan ictimailəşiblər. Kişilər də ictimai 
həyatın  açdığı  «məhəbbət  fonu»nu  lazımınca 
dəyərləndirirlər. 
Don  Cuanlıq  da  təbii  ki,  Qərb  təfəkkürü-
nün  məhsuludur.  Əgər  məqsəd  sadəcə  qadında 
maraq  oyatmaq,  onu  «yoldan  çıxarmaq»,   «ələ 
keçirmək»dirsə  və  kimsə  bu  sahədə  çox  məha-
rətlidirsə,  bunun  böyük  sevgi  ilə,  eşqlə  heç  bir 
əlaqəsi  yoxdur.  Burada  söhbət  sadəcə  olaraq 
hissiyatının  fövqünə  qalxa  bilməyən  qadınların 
zəifliyindən və ya sadəlövhlüyündən sui-istifadə-
dən  gedir.  Bundan  da  pisi  isə  heç  qəlbi  ələ 
keçirməyə  təşəbbüs  də  göstərmədən,  hansı  isə 
gözəlin sadəcə cisminə sahib olmaq, öz şəhvətini 
söndürmək  üçün  istifadə  etmək  və  bu  yolda 
90


rəyasətdən,  vəzifədən,  var-dövlətdən  yararlan-
maqdır. 
Əlbəttə,  burada  da  həm  zahirən,  həm  də 
nəticə  etibarilə  bir-birinə  bənzəyən  iki  situasiya 
əxlaqi  baxımdan  fərqləndirilməlidir.  Birinci  hal-
da, qarşı tərəf könüllü surətdə, heç bir inzibati və 
ya  digər  asılılığı  olmayan,  hətta  heç  tanımadığı 
adama  pul  müqabilində  təslim  olur.  Gecə 
klublarının  çoxu  bu  məqsədlərə  xidmət  edir. 
Burada  qadın  artıq  konkret  bir  sosial-əxlaqi 
statusda  çıxış  edir.  Və  belə  yerə  gedən  kişi  də 
məhəbbət  axtarmaq  üçün  yox,  ancaq  şəhvani 
hissini  təmin  etmək  üçün  gedir.  Onun  mənəvi 
təskinliyi  də  var  ki,  bu  qadınları  kluba  o  dəvət 
etməyib  və  onların  əxlaqı  üçün  məsuliyyət 
daşımır. Qərbdə buna normal baxılır. Burada heç 
kimin  öz  kimliyini  gizlətməsinə  ehtiyacı  olmur. 
Qərbdə  belə  hesab  edilir  ki,  insan  öz  həyat 
tərzindən utanmamalıdır. Utanılası əməllər onsuz 
da 
hüquq 
müstəvisinə 
keçir.
 Hüquqla 
məhdudlaşdırılmayan bir sfera var ki, onun daxi-
lində  insan  özünü  tam  azad  hiss  edə  bilər.  Yəni 
əməllər hüquq və ağılla tənzim olunur. 
Şərqdə isə əxlaqi normadan azca da kənara 
çıxan  əməllərin  üstü  açıldıqda  hüquqda  nəzərdə 
tutulduğuna nisbətən daha ağır cəza verildiyindən 
və  ictimai  tənbeh  də  həqarətli  olduğundan, 
insanlar  özlərinin  hissi  və  iradi  zəiflik 
məqamındakı  əməllərini  gizlətmək  məcbu-
91


riyyətində  qalırlar.  Nəticədə  pərdəarxası  real-
lıqlardan  fərqli  olaraq  hamı  zahirdə  başqa  cür, – 
«abırlı» görünməyə çalışır; cəmiyyət riyakarlaşır, 
əxlaqi 
baxımdan 
kimin 
kim 
olduğunu 
müəyyənləşdirmək  xeyli  çətin  olur.  Beləliklə, 
əxlaq  məsələlərində  Şərqdə  insanları  riyakarlığa 
sövq  edən  ictimai  tənbehin  və  cəzanın  əmələ 
adekvat  olmaması,  tərbiyəedici  yox,  qəhredici 
olmasıdır.
Lakin  digər  hal  da  var.  Öz  sosial-əxlaqi 
statusuna  görə  «küçə  qadını» olmayan,  ailədə  və 
cəmiyyətdə  müəyyən  mövqe  tutan  gənc  qıza, 
hətta ana olan, ailəsi olan bir qadına qarşı təhrikçi 
münasibət və bu zaman vəzifə səlahiyyətlərindən 
sui-istifadə  edilməsi,   –  bu,  daha  ezamiyyət 
sərgüzəşti,  gecə  klubuna  getmək  və  ya  hansı  isə 
ailəsiz  qadınla  könüllü  münasibət  qurmaq  deyil. 
Bu,  sadəcə  əxlaqi  səbatsızlıq  da  deyil;  əxlaqi 
pozğunluğun  ifrat  halı,  əsl  cinayətdir  və  Qərbdə 
belə  münasibətə,  hətta  «sadəcə»  təşəbbüsə  görə 
ciddii  hüquqi  cəza  nəzərdə  tutulur.  Bəli,  bizim 
bəyənmədiyimiz 
Qərbdə 
vəzifəli 
şəxsin 
tabeliyində  olan  işçiyə  başqa  gözlə  baxması, 
müəllimin  öz  tələbəsinə  müsbət  qiymət 
müqabilində  təmənnalı  münasibət  bəsləməsi 
halları  nəinki  hüquqi  məsuliyyətə  cəlb  olunur, 
hətta  cəmiyyət  özü  belə  adamları  Daşqalaq  edir 
və  ən  başlıcası,  belə  şey  normal  insanların  heç 
qəlbindən  də  keçmir;  yəni  Qərb  bu  məsələdə 
92


hüquq və əxlaqın adekvatlığına nail ola bilmişdir. 
Qadınlar  da  öz  hüquqlarını  gözəl  bildiyindən  və 
qarşı  tərəfin  qeyri-əxlaqi  rəftarına  görə  onun 
əvəzinə 
utanmaq 
məcburiyyətində 
olmadıqlarından

,  belə  hallarda  mütləq  məh-
kəməyə  müraciət  edirlər.

 
Fəal  hüquq,  hüquqi 
mədəniyyətin yüksəkliyi nəticə etibarilə əxlaqı da 
yönləndirir.
 Yəni 
kişi 
qarşı 
tərəfin 
utandığındanmı, ya nədənsə susmayacağına əmin 
olduğu üçün heç belə bir təşəbbüs də   göstərmir. 
Çünki  cəzanın,  ictimai  tənbehin  qaçılmaz 
olduğunu  bilir. (Tək  bir  Monika  əhvalatı  hamıya 
görk  deyildimi?).  Tədricən  bu  qorxu  əxlaqi 
mövqeyi  formalaşdırır,  daha  doğrusu  peşə  əxlaqı 

 Şərqdə qadın günahsız olanda, «abrını itirən» 
kişidən   daha   çox   qadın   olur.   Məhz   bu   sosial 
ədalətsizlik, ayrı-seçkilik kişilərə bu üstün vəziyyətdən 
sui-istifadə üçün meydan açır.


 
Qərbdə (xüsusən ABŞ-da) qadınların bu hü-
ququ bəzən absurd səviyyəsinə qaldırılır və nəticədə 
hətta   şantaj   üçün   baza   yaranır.   Qadın   istədiyi   kimi 
açıq-saçıq geyinə bilər, amma vəzifəli kişi sadəcə ona 
diqqətlə («pis  gözlə»,  yaxud hətta «yaxşı  gözlə»,    – 
fərqi yoxdur) baxsa, bu, qadının məhkəməyə müraciət 
edib   cərimə   kəsdirməsi   üçün   yetərlidir.   Həyat 
şəraitinin   yüksək   olduğu   Qərb   ölkələrində   hakimlər 
qadınların   öz   «şef»lərini   səbəbsiz   yerə   cərimə 
etdirməsi   üçün   əsas   görmədiklərindən,   belə 
məsələlərdə bir qayda olaraq qadınların xeyrinə qərar 
çıxarırlar və bundan xeyli pul qazananlar da olur. 
93


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə