Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə20/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

Neçə  əsrlər  ərzində  Şərqdə  qadın  üçün 
ictimailəşmə dərəcəsi «ata evi», «qayınata evi» və 
bunlar  arasındakı  yoldan  ibarət  olmuşdur. 
Qadının həyatında ən böyük dəyişiklik bir ailədən 
başqasına  köçmək,  gəlmək,   «gəlin»  olmaqdan 
ibarət  idi.  Bir  ailədə  oturub  başqa  ailə  üçün 
hazırlanmaq  –  ciddii  bir  sosioloji  və  psixoloji 
problem,  qadın  üçün  isə  hətta  məhəbbətlə 
müqayisə oluna biləcək dərəcədə əhəmiyyətli bir 
hadisə  idi.  Biz  indi  buna  «ailə  qurmaq»  deyirik. 
Lakin  uzun  muddət,  bəzən  elə  indi  də  qız  üçün 
söhbət əslində «ailəyə köçməkdən» gedir. 
«Məhəbbət»  sferası  bir  adamla  münasibəti 
əhatə  edir.   «Köçmək»  isə  qarşıya  tək  sevdiyin 
oğlanla yox, onun ailəsi ilə münasibətlər qurmaq 
problemi  qoyur.  Gəlin-qayınana  ziddiyyəti  də 
ailələr  arasındakı  fərqdən,  bir  ailədə  yetişmiş 
insanın  başqa  ailənin  qaydalarına,  ruhuna  nə 
dərəcədə  adaptasiya  oluna  bilməsindən  və  ya 
hətta  bu  başqa  ailəyə  yeni  qaydaları  nə  dərəcədə 
məharətlə  tətbiq  edə  bilməsindən  asılı  olaraq 
yaranır.  
Düzdür,  Avropada  qızlar  «köçmür»,  onlar 
oğlanla  birlikdə  yeni  ailə  qururlar.  İndi  bizim 
şəhərlərdə  də  çox  vaxt  «köçmək»   «qurmaq»la 
əvəzlənir. Hansı daha yaxşıdır? 
Əlbəttə,  adamın  ağlına  gələn  birinci  rəy 
üstünlüyü  qurmağa  verir.  Cəmiyyətin  yüksək 
dərəcədə inkişaf etdiyi gen-bol bir şəraitdə bu, ola 
86


bilsin  ki,  ən  yaxşı  variantdır.  Hər  halda,  iki  şəxs 
arasındakı məhəbbətin sınağı üçün daha lokal bir 
mühit yaranır. 
Lakin  burada  da  özünəməxsus  problemlər 
ortaya çıxır. Əvvəla, yenicə təhsilini başa vurmuş 
gənclərin qısa müddətdə ailə üçün zəruri olan tam 
şərait  yaratması  qeyri-mümkündür.  Ona  görə  də, 
bu  şəraitin  yaradılması  yenə  də  valideynlərin 
öhdəsinə  düşür.  Yenə  də  mühit  genişlənir, 
zövqlər  toqquşur,  sevgililər  Kimlərdənsə  asılı 
vəziyyətdə qalır.
Lakin  tutaq  ki,  bütün  çətinliklərə  baxma-
yaraq, müstəqil yaşamaq istəyən gənclər hər şeyi 
özləri  həll  edirlər.  Bu  zaman  onların  fəaliyyət 
istiqamətləri sosial-iqtisadi problemlərə və məişət 
qayğılarına yönəlmiş olur ki, bu da yenə romantik 
məhəbbətin  yerə  enməsi  və  bəzən  arxa  plana 
keçməsi ilə nəticələnir. Bu halda birgə quruculuq 
işi,  ortaq  çətinliklər  yoxsulluqdan  və  ya  vaxt 
çatışmazlığından 
irəli 
gələn 
narahatlıqlar 
məhəbbəti  daha  ağır  bir  sınağa  çəkir.  İstər-
istəməz  belə  bir  fikir  yaranır  ki,  gəlinin  qurulu 
evə köçməsi, məişət məsələlərində daha təcrübəli 
və  təmkinli  olan  yaşlı  nəslin  himayəsini  qəbul 
etməsi  sevgililərin  münasibətində  romantikanın 
qorunub  saxlanılması  üçün  daha  əlverişli  ola 
bilər. 
Göründüyü  kimi,   «köçmək»  və  «qurma-
ğın» – hərəsinin öz üstünlükləri və çatışmazlıqları 
87


vardır.  Bütün  hallarda  məhəbbəti  sərt  reallığın 
ağır  sınaqları  gözləyir.  Məhəbbətin  ikinci,  daha 
realistik mərhələsi bundan sonra başlanır. Mənafe 
birliyi,  birgə  quruculuq  işləri,  ortaq  çətinliklər, 
birgə  mübarizə  və  bu  mübarizədə  qazanılan 
uğurların  ortaq  sevinci  –  bütün  bunlar  göydən 
yerə 
enmiş 
məhəbbətin 
yeni 
şəraitdə 
möhkəmlənməsi üçün əlavə impuls verir. 
Lakin  ictimailəşmə  şəraitində  məhəbbət 
üçün yeni təhlükələr və yeni sınaqlar ortaya çıxır. 
Müstəqil  yaşamaq  və  ailəni  dolandırmaq  üçün 
kişi  işləməli  və  vaxtının  çox  hissəsini  evdən 
kənarda  keçirməli  olur.  Ərin  ailə  miqyasından 
kənardakı  həyatı  gəlin  qarşısında  ailə  daxilində 
həyata  uyğunlaşmaq  və  ya  əri  kimi  ailədən 
çıxaraq  ictimai  həyata  qatılmaq  alternativini 
qoyur.  Bu  ikinci  seçim  ancaq  son  dövrlərdə 
aktuallaşmış  və  «qadınların  ictimailəşməsi» 
prosesi üçün əsas olmuşdur. Bu zaman məhəbbət 
üçün  yeni  sınaqlar  ortaya  çıxır.  Ərin  iş  yerində 
çoxlu sayda başqa qadınlar, gəlinin iş yerində də 
çoxlu  sayda  başqa  kişilər  çalışır  ki,  onlarla 
münasibətlərin 
qurulması 
zərurəti 
yeni 
mədəniyyət  və  yeni  əxlaq  normalarının 
formalaşmasını  tələb  edir.  Şərqdə  bu  sahədə 
ənənəvilik  olmadığından,  çox  vaxt  Qərb  ste-
reotipləri önə keçir. 
88


Ər  və  arvadın  ailə  daxilində  keçirə  billə-
cəyi  romantik  anlar  azalır.  Məişətdə  və  ailə  qu-
ruculuğunda  ortaya  çıxan  qayğılar,  problemlər  – 
bir  tərəfdən,  qayınata  və  qayınana  ilə  müna-
sibətlərin  çətinlikləri  –  ikinci  tərəfdən,  əgər  kA-
sıbçılıq  varsa  maddi  problemlər  –  üçüncü  tərəf-
dən və s., və s. – hamısı yüksək estetik hissin və 
romantik anların əleyhinə işləyir. 
Amma  iş  yerində…   İş  yerində  hamı  səli-
qə-sahmanlı,  hamı  sanki  dərd-sərini  evdə  qoyub 
gəlir və burada rahat nəfəs alır, dinclik tapır. 
İşdə  dincəlmək  paradoksu!  Əlbəttə,  bütün 
iş yerləri rahat deyil, insan burada da əlavə stress 
ala  bilər.  Və  bunları  da  evinə  daşıyar  ki,  bu  da 
yenə məhəbbətin əleyhinədir.
Amma çox vaxt əsəblər ailədəki kimi tarım 
çəkilmir,  qayğılar  az  olur.  Zahirən  hamı 
mədənidir və bir-birinə xoş sözlər deyir. Evdə xoş 
sözə həsrət qalan qadınlar bəzi iş yerlərində gen-
bol  kompliment  eşidirlər.  Bax,  belə  bir  şəraitdə 
insanların  romantik  hiss  üçün  əhval  ruhiyyəsi 
ailədəkindən daha əlverişli olur. Kimlərsə bu xoş 
əhval  impulsunu  işdə  biruzə  verməyərək  evə 
ərməğan  gətirir.  Kimlərsə  «səadətini»  elə  işdə 
tapmağa çalışır. 
İctimailəşmə  faktoru  subaylar  və  ailəlilər 
üçün xeyli fərqli üfüqlər açır. Daha doğrusu, hələ 
seçimini  etməyənlər  üçün  geniş  seçim  meydanı 
açıldığı  halda,  könlünü  artıq  kiminləsə  bağlamış 
89


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə