Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həqiqətən həmd Allaha məxsusdur. Ona həmd edir, Ondan kömək və bağışlanma diləyirik.
Nəfsimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimə hidayət verərsə onu azdıran
və kimi də, azdırarsa ona hidayət verən tapılmaz. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə
layiq haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd
(sallallahu aleyhi səlləm) Onun qulu ve elçisidir.
“Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz
halda ölün!”
1
“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da
bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən
(cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin!
Həqiqətən, Allah sizə nəzarət edir.”
2
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və
günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar.”
3
Həqiqətən də kəlamların ən doğrusu Allahın kəlamı, yollarin ən xeyirlisi Muhəmmədin
(sallallahu aleyhi ve səlləm) yoludur. (Din adı ilə) ən şərli işlər (əməllər) yeniliklərdir. Hər bir
yenilik bidətdir, hər bir bidət zəlalətdir və hər bir zəlalət isə oddadır.
Bundan sonra:
Həqiqətən də doğru İslam əqidəsi - dinin əsli, millətin ruhu və şəriətin əsasıdır. Bu əqidə, sabit
üsulları, sağlam əsasları və mətin qaydaları ilə başqalarından (dinlərdən) fərqli olaraq, insanların
səadətini, rifahını və sevincini qorumuşdur. Buna görə də, açıq əlamətləri, sağlam dəlilləri və
hüccətləri ilə sağlam fitrətə,düzgün ağıla və sağlam qəlbə müvafiq olmuşdur.
Buna görə də bütün aləmin bu səhih, saf və təmiz əqidəni öyrənməyə ehtiyacı vardır. Çünki bu
əqidə səadətin özəyi, uğurun ruhudur. Ağacda suyun, cismdə ruhun və bədəndə isə sağlamlığın
rolu tək, bu (əqidə də) yaşamağın əsasıdır. Daima onun haqda düşünmək və onu zikr etmək
vacibdir. Hətta bütün müsəlmanların zehnində öz yerini tapsın. Önümüzdə olan əqidə açıq-
aydındır. Heç bir fikrə, xəyala, rəyə və düşüncəyə ehtiyacı yoxdur. Hər bir müsəlmanın üzərinə
rəsulların etiqad etdiyi kimi etiqad etməsi vacibdir. Peyğəmbərimizin (sallallahu aleyhi və
səlləm) dəvət etdiyi üsullara şəksiz və tərəddüd etmədən inanmalıdır.
Uca Allah buyurur:
“Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi.”
4
1
Ali İmran, 102
2
Nisa, 1
3
Əhzab, 70-71
4
Bəqərə, 285
2
Bu qısa faydalı risalə - Şeyx Abdus-Sələm ibn Barcisin (Allah ona rəhmət etsin)
kitabindan
ixtisar etdiyim risalədir. Hansıki, müsəlman onda İslam əqidəsinin açı- aydın üsullarina və
əlamətlərinə, əhəmiyyətli əsaslarına rast gəlir. Hansı ki, onu tərk edə bilməz. Hər bir şeyi
(kəliməni) güclü dəlilləri və şahidləri ilə qeyd etdim. Bu kitabı ilk başlayan müsəlmana əqidəni
öyrənmək və onun həyatında ehtiyacı olduğu şeylər üçün birinci dərəcə səviyyəsində etdim.
Yazdı:
Əbu Muhəmməd
Abdullah ibn Muhəmməd Səid Raslan
Birinci dərs
Rububiyyət tövhidində səhih əqidə
Sual 1.
Rububiyyət tövhidində əqidəmiz nədir?
Cavab:
Əhli sünnə vəl-camaat etiqad edir ki, Uca Allah yaratmağında, mülkündə və idarəçiliyində
təkdir.
Sual 2.
Buna dəlil nədir?
3
Cavab:
Uca Allah buyurur:
“Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O,
gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe
edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə
qədər xeyirxahdır.”
5
Həmçinin uca Allah buyurur:
“Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə
də ancaq oğlan verir.”
6
Sual 3.
Müşriklər (Allaha şərik qoşanlar) rububiyyət tövhidində ixtilaf etmişdirlərmi?
Cavab:
Tövhidin bu qismində insanlardan heç kim – istər müsəlman olsun, istər kafir - (dehrilərdən, yəni
ateistlərdən başqa –tərc.) ixtilaf etməmişdir.
Necə ki, Uca Allah kafirlər haqqında buyurmuşdur:
“Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar hökmən:
“Allah!”– deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu (bunu) bilmir.”
7
Sual 4.
Əgər müşriklər rububiyyət tövhidinə iman etmişdirlərsə, bəs nə üçün Allahdan başqa özlərinə
ilahlar götürürdülər?
Cavab:
Müşriklər etiqad edirdilər ki, onların ilahları Allah ilə onlar arasında vasitədir. Onları Allah
yanında şəfaətçi götürürdülər. Necə ki, uca Allah buyurur:
“Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar:
“Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.)
Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü
verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.”
8
Həmçinin Uca Allah buyurur:
“O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”.
9
5
Əraf, 54
6
Şura, 49
7
Loğman, 25
8
Zumər, 3
9
Sad, 5
4