15
Səba dövləti son qoymuşdur. Hər iki dövləti idarə edən şahların ləqəbi “mükər-
rəb” olmuşdur.
Paytaxtı Məyəb şəhəri olan Səba dövləti yarımadanın cənub-qərbində qurul-
muşdur. Muinilərin zəifləməsindən istifadə edən Səba dövləti bu dövləti də ələ
keçir
mişdir. Səbailərin hakimiyyəti eradan əvvəl 115-ci ilə qədər davam etmişdir.
Qurani-
Kərimin “Nəml” və “Səba” surələrində Səba dövlətindən bəhs olunur.
Səba dövlətinin süqutundan sonra onun yerində Həmirilər dövləti qurul-
muşdur. Həmirilərin hakimiyyəti iki dövrə bölünür:
1.
Səba dövlətinin süqutundan 300-cü ilə qədər olan dövr;
2.
Həbəşilərin bu məntəqəyə hücumuna qədər olan dövr;
Şahları “tübbə” adlanan Həmirilər dövlətinə 525-ci ildə Həbəşilər son qoy-
muşdur.
Pay
taxtı Petra olan Nibtilər dövləti yarımadanın şimalında qurulmuşdur.
Bu dövlətin hakimiyyəti miladi ikinci yüzilliyə qədər davam etmişdir.106-cı
ildə Rumlar bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır. Yarımadanın cə-
nu
bunda isə Qəssanilər və Ləxmilər dövləti mövcud olmuşdur. Qəssani dövləti
İslamın şimaldakı ilk qələbələrinə və Suriyanın müsəlmanlar tərəfindən fəth
olun
masına qədər mövcud olmuşdur. Ləxmilər dövlətinin sonuncu başçısı
Mün
zər ibni Nömanın hakimiyyət dövrü Xalid ibn Vəlidin Hiyrəyə gələn vax-
tına təsadüf edir. Xəlifə Əbu Bəkrin dövründə Hirəyə doğru hərəkət edən Xalid
ibn Vəlid 633-cü ildə Qəssanilər dövlətinə son qoymuşdur.
İslamdan öncə Ərəbistanda səmavi din olan yəhudilik və xristianlıqla bəra-
bər bütpərəstlik də geniş şəkildə yayılmışdır. Tarixi mənbələrə əsasən Ərəbis-
tan
a ilk bütü gətirən şəxs Əmr ibn Qusey (və ya Əmr ibn Luhey) olmuşdur.
Mənbələrə görə Əmr ibn Qusey bütpərəstliyi Şam əhlindən öyrənmiş və oradan
özü ilə bir büt gətirərək Kəbə evinin yaxınlığında yerləşdirmişdir. Cahiliyyət
ərəblərinin ibadət etdikləri bütlər üç növdür:
1)
Sanəm – undan hazırlanmış insan şəkilli bütlər.
2)
Vəsən – taxtadan və daşdan hazırlanmış insan şəkilli bütlər.
3) Nusup –
heç bir surəti olmayan bütlər.
Ərəblərin ibadət etdiyi ən məşhur bütlər bunlar idi:
1) Lat –
Taif məntəqəsində idi.
2) Uzza –
Məkkə əhlinin ibadət etdiyi büt.
3)
Mənat – Mədinə əhlinin ibadət etdiyi büt.
4) Vedd –
Kəlb qəbiləsinin ibadət etdiyi büt.
5) Suvay –
Hüzeyl qəbiləsinin ibadət etdiyi büt.
6)
Yəqus – Məzhic qəbiləsinin ibadət etdiyi büt.
Qureyş qəbiləsinin də Kəbə daxilində və ətrafında bütləri var idi ki, onların
ən böyüyü Hubəl bütü idi.
Xristianlıq cənubdan Həbəşistan vasitəsilə oraya daxil olmuşdur. Rəvayət-
lərə görə, şimalda ilk dəfə Tağlib, Quzaə və Qəssan qəbilələri Rum imperiyası
va
sitəsilə qüvvətlənərək bu dini qəbul etmişdilər. Hiyrə İrana yaxın olduğuna
gö
rə orada zərdüştlik yayılmışdır.
16
Zilqədə, zilhiccə, rəcəb və məhərrəm aylarını haram sayan ərəblər bu ay-
larda bir-
birləri ilə müharibə etməzdilər.
İslamdan əvvəl Ərəbistanda bir qrup insanlar var idi ki, onlar hənif dininə
eti
qad edirdilər. Hənif sözünün mənası batildən haqqa meyl etmək deməkdir.
Həniflik Hz.İbrahimin dininə verilən addır. Bu ad Hz.İbrahimin
(ə) dininin vəs-
fi olma
qla bərabər yalnız ona məxsus olmayıb, bütün peyğımbərlərin təbliğ et-
dik
ləri dinin adıdır. Qurani-Kərimdə İbrahim
(ə) üçün hənif buyurulması onun
haq
qa yönəlməsinə görədir. Qurani-Kərimin Ali-İmran surəsinin 67-ci ayəsin-
də İbrahim (ə) haqqında belə buyurulur: “
İbrahim nə yəhudi nə də xristian
idi, o hənif bir müsəlman idi”.
Bütpərəstliyə nifrət edən bir neçə adamın həqiqi din axtarması, islamdan
əvvəl tövhid əsasında olan dinin mövcud olması demək deyildir. Lakin Məkkə
və Mədinə əhalisindən bir çox adam Hz.İbrahimin (ə) dinin kamilləşdirib,
cəhalət buludlarını dağıdacaq bir peyğəmbərin gəlişini gözləyirdilər.
Məkkə şəhərinin qanunu qəbilələr arasında bağlanan əhd-peymandan iba-
rət idi. Bu qanun əsasında hər qəbilənin və ona qohum olanların hüququna ayrı
qəbilələr tərəfindən hörmət edilirdi. Əgər bir nəfərin hər hansı bir qəbilə ilə qo-
humluğu olmasaydı, heç bir qanun onu zülmkar qarşısında müdafiə etməzdi.
Əshabi-uxdud hadisəsi
İslamdan əvvəl baş verən mühüm hadisələrdən biri də Əshabi-uxdud hadi-
səsidir. Bu hadisə 525-ci ildə Yəməndə baş vermişdir. Tarixi mənbələrə görə
Zu
nuvasın hökmranlığı zamanında yəhudilərlə xristianlar arasında ixtilaflar
olduqca şiddətləndi. Roma imperatoru hər yerdə yəhudilərə əzab və işgəncə
verirdi. Bu vaxt Yəmənə gələn Zunuvas yəhudiliyi qəbul edib xristianları da öz
dinindən döndərməyə çalışdı. Lakin onların öz dinlərindən dönmədiyini görən
Zunuvas xəndək qazdıraraq xristianları faciəli şəkildə odda yandırdı.Yalnız
onlardan bir nəfər Roma sarayına gəlib baş verən faciəni imperatora danışaraq
Zunuvasa qarşı ondan yardım istədi. İmperator belə cavab verdi: “Sizin ölkəniz
mənim ölkəmdən uzaqdadır və mənim ora birbaşa qarışmağım mümkün
deyildir. Lakin sizin qonşunuz olan Həbəşistan kralına məktub yazaram ki, bu
işi icra etsin”. Sonra Roma imperatoru Həbəşistan kralı Nəcaşiyə məktub yazdı
və həmin adamla göndərdi. İmperator məktub vasitəsilə Nəcaşidən xahiş etdi
ki, xristianların intiqamını Zunuvasdan alsın. Buna əsasən Nəcaşi Əbrəhəni 70
min
nəfərlik ordu ilə Yəmənə göndərdi.
Bu vaxt Yəmən əmirləri Zunuvasla düz gəlmirdilər. Çunki Zunuvas bir ne-
çə Roma taciri ilə o qədər qaba rəftar etmişdi ki, xristian tacirləri əlacsız qalıb
Yəmənlə əlaqələrini kəsmişdilər. Buna görə də camaat İduc adlı bir bütpərəstin
ətrafında toplanıb Zunuvasa qarşı qiyam qaldırdı. Aydındir ki, bu qiyam Yəmə-
nin daxili vəziyyətini pisləşdirdi, camaatda hökumətə qarşı bədbinlik yaratdı.