9
İslam tarixi üzrə mənbələr ilahi və bəşəri olmaqla iki yerə ayrılır:
1)
İlahi mənbələr uca Allahın vəhy etdikləri və peyğəmbərlər vasitəsilə in-
san
lara bildirdikləridir. Peyğəmbərlərə verilən kitablarda Tövrat, Zəbur, İncil
və Quranda insanlıq tarixi geniş göstərilmişdir. Bunlardan xüsusilə Qurani-Kə-
rim Hz.
Muhamməddən
(s) əvvəlki peyğəmbərlər zamanında meydana gələn
ha
disələri geniş şəkildə bildirməkdədir.
2.
Bəşəri mənbələr özlüyündə ikiyə ayrılır:
1)
Nəbəvi xəbərlər – yəni peygəmbərlərin söylədikləri hədislər və kəlamlar;
2)
İnsanların ələ aldığı əsərlər – bu əsərlər rəvayət və dirayət əsasında ol-
muşdur. Rəvayət əsərlərində əsasən Quran ayələri əsas götürülür. Müəllif bu
əsərlərə öz fikrini əlavə edə bilməz. Dirayət tipli əsərlərdə isə müəllif ayə və
hədislərə müraciət etməklə bərabər həmin ayə və hədislər haqqında öz
fikirlərini də qeyd edə bilər.
Ən qədim islam tarixçiləri aşağıda adları sadalananlardır:
1.
Urvə ibn Zubeyr (644-713)
2.
Kabul Əhbar (v. 652) – əsərləri “Sirətu-İsgəndər”, “Vəfatu-Musa”, “Hədi-
su-Zilkifl”.
3.
Vəhb ibn Munəbbih (v.728) – “əl-Mübtəda risaləsi”;
4. Sihab-
əz-Zühri (670-741) – “Kitabul-Məğazi”;
5.
İbn İshaq (704-789) – “Kitabul-Məğazi”;
6.
İbn Quteybə (813-889) – “Kitabul-Məğazi”;
7.
Əbu Hənifə Dinəvəri (v.895) – “Kitabul-Əhbarut-Tival”;
8.
Bəlazuri (v.897) – “Futuhul-Buldan”.
Dinlər haqqında ümumi məlumat
İnsanları dünya və axirətdə xoşbəxtliyə çatdıran ilahi bir qanuna din
deyilir. Dinlər başlıca olaraq üç yerə bölünür:
1. Haqq din –
Allah tərəfindən göndərilən, peyğəmbərlər vasitəsilə insanla-
ra bil
dirilən və heç bir dəyişikliyə məruz qalmayan dindir.
Bu xüsusiyyətə
malik İslam dinidir.
2.
Təhrif edilmiş dinlər – Allah tərəfindən göndərilən, peyğəmbərlər vasi-
təsilə insanlara bildirilən və sonralar insanlar tərəfindən dəyişdirilən dinlərə de-
yi
lir. Xristianlıq və yəhudilik kimi.
3.
Batil dinlər – İnsanlar tərəfindən uydurulan və peyğəmbərlərin təbliğ et-
di
yi dinlərlə heç bir əlaqəsi olmayan dinlərə deyilir. Budduizm, Hinduizm, Şin-
toizm, Sabiilik və s. bu qəbildəndir.
İlk insan olan Hz.Adəmdən Hz.İsaya qədər gələn bütün peyğəmbərlər
Allahın birliyi inancını təbliğ etmiş və Allaha necə ibadət ediləcəyini öyrətmiş-
lər. Lakin bu peyğəmbərlərin təbliğ etdiyi iman əsasları və dini hökmlər zaman
keç
dikcə pozulmuş və təhrif olmuşdur. Bundan sonra Allah son peyğəmbər
10
olan Hz.Mu
həmməd (s) vasitəsilə bütün insanlara son və mükəmməl din olan
İslamı göndərdi. Allah yanında tək və məqbul olan din İslamdır. Bu həqiqət
Allah tərəfindən Qurani-Kərimdə belə bildirilir: “
Allah qatında din, şübhəsiz
ki, İslamdır”.
3
Başqa bir ayədə belə deyilir: “
Kim islamdan başqa bir din
ardınca gedərsə, (belə bir din) heç vaxt ondan qəbul olunmaz və o axirətdə
zərər çəkənlərdən olar!”.
4
İslam dininin hökmləri üçdür:
1.
İman – insan imanın əsaslarına inanmaqla mənəvi cəhətdən qidalanmış
olur. O, bunun
la yalnış inanclardan uzaqlaşır və əsl həqiqəti dərk edir. İman iki
yerə ayrılır:
a)
icmali iman, yəni kəlmeyi-şəhadət,
b)
təfsili-iman, yəni Allaha, peyğəmbərlərə, mələklərə, kitablara və axirətə
ayrı-ayrılıqda inanmaqdan ibarətdir.
2.
Əməl – əməl insanların gördüyü işlərdir. Əməl də iki yerə bölünür:
a)
Allaha ibadət, b) İnsanların öz aralarındakı əlaqələri nizamlayan hökmlər.
3.
Əxlaq – insanlara qarşı davranış və düşüncələrimizi nizamlayan hökmlər.
İslam dininin özəllikləri:
1.
İslam axırıncı dindir.
2.
İslam bəşəri bir dindir.
3.
İslam dininin hökmləri bütün insanların ehtiyaclarını yerinə yetirəcək şə-
kildə mükəmməldir.
4.
İslam dini özündən əvvəl Allah tərəfindən göndərilən peyğəmbərləri və
ilahi kitabları təsdiq edir.
5.
İslam dini əvvəlki peyğəmbərlərin təbliğ etdiyi dinlərin fəaliyyətini da-
yan
dırmışdır.
İslam dininə bəşərilik qazandıran özəlliklər bunlardır:
1.
İslam bütün insanlığa göndərilən bir dindir.
2.
İslam ağıl və elm dinidir.
3.
İslam həm dünya, həm də axirət dinidir.
4.
İslam dininin hökmləri asanlıqla yerinə yetirilir.
5.
İslamda həddi aşmaq yoxdur.
6.
İslam sülh və sevgi dinidir.
Milli və ilahi dinlər
İnsanlar tərəfindən uydurulan, bir qəbiləyə və ya millətə aid olan dinlərə
mil
li dinlər deyilir. Bu dinlərə misal olaraq Konfiyusçilik, Taoizm, Şintoizm,
Hin
duizm, Cayniizm, Sihizm, Zərdüştlik, Sabiilik və s. qeyd edə bilərik.
3
Ali-
İmran surəsi, ayə 19.
4
Ali-
İmran surəsi, ayə 85.