Müharibə üç il davam edir və farsların qələbəsi ilə başa çatır. Əhə- mənilər
e.ə. 550-ci ildə Midiyanın paytaxtı Ekbatanı tutur. II Kir özünü Midiya şahı
elan edərək “şahlar-şahı” titulunu qəbul edir. Əhəməni şahlarının
hakimiyyəti irsi xarakter daşıyırdı. Fars tayfalarında hakimiyyətin atadan
oğula çatmasına baxmayaraq, qadın xətti ilə hakimiyyətə sahib olmaq
hüququ da qalmaqda davam edirdi. Belə ki, II Kirin oğulları II Kambiz
(e.ə.530-522) və Bardi öz bacıları ilə, II Artakserks isə (e.s.404-358) arvadı
vəfat etdikdən sonra iki qızı ilə evlənmişdilər.
Dövlətçilik
ənənələri
olmayan
farslar
Ekbatanı
dövlətin
mərkəzlərindən birinə çevirdilər və Midiyanın dövlət quruluşunu
mənimsədilər. Bununla belə Midiya əyanları öz imtiyazlarını saxlamaqda
davam edirdilər.
Əhəmənilər dövləti işğalçılıq siyasətini davam etdirərək keçmiş
Manna, Urartu, Elam, Parfıya, Hikraniyanı zəbt etdi. E.ə.546-cı ildə Lidiya
ələ keçirilir. Tezliklə Mərkəzi Asiya, Xarəzm, Soqdiana, Baktriya,
Marqiana, Sak ölkələri və Hindistana qədər olan ərazilər işğal edilir. E.ə.
539-cu ildə Babilistan məğlubiyyətə uğrayır. Babilistanın işğalından sonra
Suriya, Fələstin və Finikiya könüllü olaraq Əhəmənilərə tabe olurlar.
Finikiyalılar və digər Kiçik Asiya tacirləri və sənətkarları təhlükəsiz və
böyük bazarları olan böyük dövlətin yaranmasında maraqlı idilər.
E.ə. 530-cu ildə II Kir Araz çayı hövzəsində yaşayan Massaget ölkəsinə
qarşı hərbi yürüş təşkil etmişdi. Lakin bu yürüş uğursuzluqla nəticələnir.
Massaget çariçası Tomris fars qoşunlarını darmadağın edərək
məğlubedilməz Fateh II Kiri öldürür.
Hakimiyyətə gəlmiş II Kambiz imperiyada baş qaldıran üsyanları
yatırmış, orduya muzdlu döyüşçülər cəlb etmiş və e.ə. 525-ci ildə Memfesi
işğal edərək özünü Misir fironu elan etmişdir.
II Kambiz Misirdə olarkən e.ə.522-ci ildə Əhəməni hakimiyyətinə qarşı
İranda dövlət çevrilişi baş verdi. Kambizin nəsli əyanların imti- yazlannı
məhdudlaşdırmaq cəhdi və güclü mərkəzləşmiş hakimij^ət yaratmaq istəyi
narazılıqlara səbəb olmuşdur. E.ə. 522-ci ilin martında hakimiyyətə gəlmiş
Qaumat ilk qanunlar verərək əhalinin sosial və
ziyyətini
yaxşılaşdırmağa
çalışır.
Nəsli
əyanların
hüquqlanm
məhdudlaşdıran siyasət isə Qaumata qarşı sui-qəsd təşkil etməklə
nəticələnir. Dara və 7 fars əyan nəsli nümayəndələri oktyabr ayında onu
öldürürlər. I Dara (e.ə.522-486) sui-qəsd nəticəsində hakimyyətə gəlir.
I Daranın hakimi}^ətinə qarşı bütün imperiyada üsyanlar olur. Dara
çətinliklə üsyanlan yatırdı. E.ə.518-ci ildə yaranmış nisbi sakitlikdən
istifadə edən I Dara inzibati-maliyyə islahatlanna başlayır. Mərkəzi
hakimyyətin möhkəmlənməsi üçün əvvəlki inzibati ərazi vahidləri və xərac
qaydaları ləğv edilir. Dövlət idarəetmə sistemində, istila edilmiş ölkələrə
nəzarəti gücləndirmək üçün satraplıq yaradılır. Yaradılmış 20 satraplığa 70
xalq daxil idi. İstilaçı şah kimi tanınan I Dara dövründə Əhəməni imperiyası
3äiksəliş dövrünü keçirirdi.
Şah II Artakserksin (e.ə.404-358) hakimyyətinin sonlarında Əhəməni
imperiyası zəifləyir, Kiçik Asiyada Kariya, Lidiya, Kili- kiya və Hindistan
artıq Əhəmənilərə tabeçilikdən çıxmışlar.
Makedoniyalı İsgəndərinin şərqə yürüşü və e.ə. 331-ci ildə Qavqamel
döyüşündə III Daram (e.ə.336-330) məğlub edilməsi ilə demək olar ki,
Əhəmənilər imperiyasının varlığına son qoyuldu. Zor gücü ilə yaradılmış
imperiya süqut etdi.
İran ərazisi Makedoniyalı isgəndərin imperiyasına qatıldı. E.Ə.312-ci
ildə İran Selevkilər dövlətinin, e.ə. III əsrin ortalarında isə Parfıya
şahlığının tərkibində olmuşdur. Sasani dövlətinin (b.e. 224- cü il)
yaradılmasına qƏdər İran Parfıya dövlətində asılı olmuşdur.
ICTİMAİ QURULUŞ
Əhəmənilər imperiyası quldarlıq dövləti olaraq iki əsas sinifdən: hakim
quldarlardan və qullardan ibarət idi. Bununla yanaşı, əhalinin müxtəlif
kateqoriyaları da mövcud olmuşdur. İmperiyanın ayrı-ayrı ərazilərində
hakim sülalənin maraqlarını ifadə edən quldar əyanlar və fars tayfaları
nümayəndələri böyük imtiyazlara malik idilər.
Akkad və Misir sənədlərinə görə farslar imperiyanın iki Varlı
əyalətlərində - Babilistan və Misirdə məskunlaşaraq iri torpaq və
qul sahiblərinə çevrilirdilər. Fars əyanları torpaqla birlikdə orada yaşayan
icmaçı-kəndlilərdə sahib olurdular. Adətən mülkiyyətə sahiblik irsi olaraq
şah tərəfindən verilirdi.
Onların adına verilmiş sahiblik xüsusi şah reyistrinə daxil edilirdi.
Əhəməni şahları bütün şəhərləri də öz əyanlarına paylayırdılar. Şah
hakimiyyətini “könüllü” olaraq qəbul etmiş şəhər “əfv” edilərək vergi
verməkdən azad edilirdi. Şahdan imtiyaz fərmanı almış əyanlar, hakim
olduqları əyalətdə torpağa sahibliklə yanaşı inzibati, maliyyə və məhkəmə
səlahiyyətlərinədə malikdirlər.
İmperiyanın mərkəzində və inkişaf etmiş və qədim ənənələrə malik
olan əyalətlərində tam hüquqlu əhali xalq yığıncaqlarında iştirak etmək
hüququna malik olmuşdular. İkiçayarası əyalətlərdə tamhüquqlu əhaliyə
dövlət və məbəd məmurları, kahinlər, mirzələr, tacirlər, azad sənətkarlar və
əkinçilər daxil idilər. Hüquqi cəhətdən göstərilən əhali qrupu
bərabərhüquqlu olmaqla onların statusu irsi müəyyən edilirdi.
Mülki hüquqlardan məhrum olunmuş azad əhali, şah hərbi ka-
loniyalarına daxil olan, həmçinin, özgə torpaqlardan olan bu və ya digər
səbəbdən müxtəlif ölkələrdə yaşayan şah xidmətində olan məmurlardan
ibarət olmuşdur. Lakin bu əhali özləri üçün özünüi- darəçilik orqanları
yarada bilirdilər. Göstərilən əhali qrupu ona görə hüquqlardan məhrum
edilmişdilər ki, onlar şəhər icma torpaq fonduna daxil olan torpaqlardan pay
almaq və xalq yığıncağının üzvü olmaq hüququndan məhrum edilmişdilər.
İmperiya əhalisinin digər təbəqəsini torpaqdan məhrum edilmiş asılı
əkinçilər təşkil edirdi. Onlar dövlətə, şaha və xüsusi adamlara məxsus
torpaqlarda irsi olaraq işləyirdilər. Hüquqi cəhətdən onlar təhkimçi kəndli
və ya qul olmasalarda azad əhalidən fərqli olaraq hüquqlardan məhrum
idilər. Lakin onlann ahmb-satılması qanunla qadağan edilirdi.
Əhəmənilər imperiyasının inkişaf etmiş əyalətlərində qullar digər
daşınar mülkiyyət kimi alqı-satqınm predmeti olmuşdur. Onları satmaq,
bağışlamaq, icarəyə vermək, irsi olaraq təhkim etmək mümkün idi. Şərq
ölkələri üçün xarakterik olan köləlik, qulların daha çox evlərdə nökər kimi
işlətməyə üstünlük verməsi Əhəmə-
Dostları ilə paylaş: |