Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə16/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   12   13   14   15   16   17   18   19   ...   194

Telman Huseynov 

onun üçün müəyyən olunmuş – iqtisadi, sosial, hüquqi norma və 

normativlərdən istifadə etməklə öz fəaliyyətində  təşəbbüskarlıqla 

sərbəstlik göstərə bilər, istehsalın səmərəliliyni yüksəldər, gəlirli-

yini təmin etmiş olar. 

Müəssisənin bazar münasibətlərinə uyğunlaşdırmağın bir yoluda 

onun (müəssisənin) firmaya çevirilməsidir. 

Müəssisənin firmaya çevrilməsi 2 mərhələdən – a) müəssisənin 

kommersiyalaşdırılması  və b) müəssisənin yenidən strukturlaşdırıl-

ması – ibarətdir. 

Müəssisənin kommersiyalaşdırılması onun mülküyətinin dəyişdi-

rilməsi – dövlət sektorundan çıxarılaraq xüsusi sektora daxil edilməsi 

əsasında ona təsərrüfatçılıq müstəqilliyinin verilməsidir. Bundan 

məqsəd isə müəssisənin bazar münasibətlərinə uyğunlaşdırmaq, ona 

bazarın rəqabət mühütündə vərdişlər aşılamaqdır. 

Müəssisənin firmaya transformasiya olunmasının II mərhələsi 

onun (müəssisənin) yenidən strukturlaşdırılmasıdır. Bu, kompleks 

tədbirləri – texniki və təşkilati – nəzərdə tutur; məhsulun istehsaldan 

götürülməsi, idarə strukturunun təkmilləşdirilməsi (bəzi  şöbələrin 

ləğvi, birləşdirilməsi, yenisinin yaradılması), texnoloji avadanlıqların 

moderinləşdirilməsi, məhsul keyfiyyətinə  nəzarətin gücləndirilməsi 

və s. bu qəbildən olan tədbirlərdir. Məsələn, hər bir firmada kadrlar, 

əmək və əmək haqqı, əməyin mühafizəsi və texniki təhlükəsizlik, so-

sial inkişaf şöbələri bazasında istehsal heyyətinin və kadr hazırlığının 

idarə edilməsi xidmətini yaratmaq olar.Yaxud maddi – texniki təmi-

nat və satış  şöbələrinin bazasında marketinq şöbəsinin təsis etmək 

olar. Bu proses MDB – nin qabaqcıl ölkələrinin firma və müəssisələ-

rində artıq xeyli vaxtdır ki, başlamışdır. Bir sözlə, həm müəssisənin 

kommersiyalaşdırılması və həm də yenidən strukturlaşdırılması onun 

firmaya – bazar subyektinə – çevrilməsini şərtləndirən həlledici pro-

seslərdir. 

Müəssisələrin yenidən strukturlaşdırılması, bütün başqa amillərlə 

yanaşı, onların makroiqtisadi sabitlik şəraitində hansı istiqamətlərdə 

təkmilləşəcəyi (sanasiya, rekonstruksiya, istehsal strukturunun dəyiş-

dirilməsi və s.) məsələlərin həllinə  və bununla da mikroiqtisadi sə-

viyyədə iqtisadi inkişafa nail olmaq istiqamətində öz imkanlarını 

reallaşdıra bilərlər. 

 

46




Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

Bütün bunlar, nəticə etibarilə, istehsal müəssisələrinin – milli iqti-

sadiyyatın  əsası kimi – ölkənin sosial-iqtisadi inkişafındakı rol və 

əhəmiyyətini artıra bilər. 



3. Sahibkarlıq və firmanın (müəssisənin) təşkilati-hüquqi 

formaları  

Tarixi təkamülü baxımından insanın sahibkarlıq fəaliyyəti onun 

«özü üçün» məhsul istehsalı ilə yanaşı həm də «özgəsi üçün», bazar 

üçün – digər əmtəələrlə mübadilə məqsədilə – məhsul istehsalı döv-

ründən başlamışdır. Həmin vaxtlar bir istehsalçı özünün istehsalı 

olan məhsulu ilə başqasının ehtiyacını, başqasının istehsal etdiyi 

məhsulla isə öz ehtiyacını ödəyə bilmişdir. Beləliklə, məhsulların də-

yişdirilməsi (mübadiləsi) sahibkarlıq üçün ilkin şərt, daha doğrusu 

çıxış nöqtəsi olmuş, bazar münasibətlərinə keçid isə sahibkarlıq tipli 

iqtisadiyyata transformasiyanı mümkün etmişdir. 

Sahibkarlıq – iqtisadi azadlığa söykənən, lakin qanunvericlik 

aktlarına və  təsərrüfat riskinə  əsaslanmaqla, cəmiyyətin məhsul və 

xidmətlərə ehtiyaclarını ödəmək üçün, məqsədi gəlir əldə etmək və 

əmlakını çoxaltmaq olan fəaliyyət növüdür. Başqa sözlə, sahibkar-

lıq fəaliyyətinin motivi və  məqsədi mürəkkəb bazar situasiyaların-

da, güclü rəqabət mübarizəsi  şəraitində heçdə xeyriyyəçilik etmək 

deyil, maddi marağı, sahibkarlıq gəliri  əldə etmək istəyi ilə  əlaqə-

dardır. 


Sahibkarlığın təməlində duran əmək bölgüsü, əmək kooperasiyası 

və əmtəə (məhsul) istehsalı və onun mübadiləsinin baş tutması üçün 

4 amilin (resursun) mövcudluğu həlledici  şərtdir. Bunlar əmək (iş 

qüvvəsi), kapital (əsas və dövriyyə), təbii resurslar və birdə sahib-

karlıq fəaliyyətinin özüdür. 

Əmək – istehsalın «baş agenti» olan iş qüvvəsi – insanların bilik 

(intelektual), təcrübə, vərdiş və fiziki enerjisini sərf etmək bacarığıdır 

ki, məhsul (əmtəə) istehsalında onların hamısından məcmu  şəkildə 

istifadə edir.  



Kapital – insanların özləri tərəfindən yaradılmış istehsal vasitələ-

ridir – investisiya resurslarıdır. Bunlara əmək vasitələri (bina, maşın, 

avadanlıq və s.) və ilkin emaldan keçmiş xammal, daha doğrusu ma-

teriallar, yarımfabrikatlar və s. aid edilir.  

 47



Telman Huseynov 

Təbii resurslar – təbiətin insanlara bəxşişidir, tövhəsidir; bun-

lara meşə, hava, su, tikinti üçün meydançalar, mineral xammallar, 

əkin yerləri və biçənəklər və s aiddirlər. İnsanların bu resursların ya-

ranmasında heç bir rolları olmayıb. İnsanlar həmin resursları təbiət-

dən hazır şəkildə götürüb onlarda müəyyən dəyişikliklər (fiziki, kim-

yəvi və s.) aparmaqla öz ehtiyacları üçün istifadə edirlər. 

İstehsal amillərindən biridə insanın (qrup insanların) sahibkar-

lıq bacarığıdır. Bu amil istehsalın xüsusi, qeyri–maddi, maddi olma-

yan amilidir. Fiziki şəxsin (şəxslərin) sahibkarlıq bacarığı bütün di-

gər amilləri müəyyən kəmiyyət nisbətində istehsalın vahid sisteminə 

çevirə bilir,onların hər birindən ayrılıqda və habelə kompleks şəkildə 

istifadə səmərəliliyinin yüksəldilməsinə təminat verir. 

Sahibkarlığın özünə məxsus əlamətləri vardır və onlar aşağıdakı-

lardır: 

a)  Təşəbbüskarlıq. Sahibkarlıq insanların durğunluqla, mühafi-

zəkarlıq və  ətalətlə ziddiyyət təşkil edən fəaliyyət növüdür. Təşəb-

büskarlıq sahibkarlığı daimi «müşayət» edən, yardımçı olan, ona ye-

ni məhsul istehsalı və yeni bazar tapmaqla fayda gətirən imkanların 

aşkarlanmasında köməklik göstərən sahibkara məxsus məziyyətdir. 

Sahibkarlıq təşəbbüskarlığı zorakılığa, qanun pozuntusuna yol ver-

mədən ictimai təlabatı ödəmək şərtilə sahibkarın öz marağının real-

laşdıra bilmək səriştəsidir, bacarığıdır. Yeni məhsulun istehsalında və 

bazarın genişləndirilməsində sahibkarın davranış  fəallığı  və  təşəb-

büskarlığı ölkə daxilində mövcud olan iqtisadi azadlığın səviyyəsin-

dən bir başa asılıdır. Təsərrüfatçılıqda liberallaşdırma məhduddursa, 

belə şəraitdə sahibkarlıq təşəbbüskarlığı, sahibkarın bazardakı davra-

nış aktivliyi azalır. 

b)  Kommersiya riski və  təsərrüfatçılıq məsuliyyəti.  Sahibkar 

müəyyən təsərrüfat qərarı qəbul edərkən özünün bilik və təcrübəsi ilə 

yanaşı qorxu və cəsarətinə, riskinə əsaslanır. 

Bazar münasibətləri şəraitində baş verən qeyri – müəyyənlik, bir 

çox hallarda sahibkarın düzgün qərar verməsini  əngəlləyir və onun 

(sahibkarın) riskə getməsini zərurətə çevirir. Lakin sahibkarın riskə 

getməsi kor-koranə olmur, düşünülmüş  şəkildə baş verir. Riskə ge-

dən sahibkar baş verməsi gözlənilən neqativ halların bütün variantları-

nı mümkün qədər nəzərə almağa cəhd göstərir. Riskin dərəcəsini düz-

 

48




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə