Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə11/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   7   8   9   10   11   12   13   14   ...   194

Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

ixrac  əməliyyatları, fəaliyyətin tənzimlənməsi vəzifələri, firmanın 

xarici iqtisadi fəaliyyətinin səmərəli təşkilində kömrük siyasətinin 

rolu və əhəmiyyəti kimi məsələlərə lazımınca diqqət yetirilmişdir. 

 Dərsliyin müəllifi belə hesab edir ki, «Firmanın iqtisadiyyatı» dər-

sliyinin təklif edilən məzmunda və quruluşda təhsilin bakalavr səviy-

yəsində hazırlanan iqtisadçılara istehsal firmalarının iqtisadiyyatı haq-

qında zəruri biliklərin mənimsənilməsinə köməklik göstərə biləcəkdir. 

 Ümumiyyətlə, oxuculara təqdim olunan bu dərsliyin strukturu 8 

bölmədən, 21 fəsildən və 102 sualdan ibarətdir. 

 Nəhayət, dərsliyin sonunda «Firmanın iqtisadiyyatı» kursuna bir 

başa və dolayısı ilə aid olan məfhum və anlayışların izahlı lüğəti tər-

tib olunmuşdur; burada 230-a qədər məfhum və anlayışların məz-

munları açıqlanmış, onların qısa şərhləri verilmişdir. 

 Dərsliyin sonunda isə onun yazılmasında istifadə olunmuş  ədə-

biyyatın siyahısı verilmişdir. 

 

 

 



F İ K İ R L Ə Ş İ N 

 

1. Firma haqqında nəzəriyyələrə (neoklassik, instisional, davranma) 

mövqeniz necədir? 

2. Firma və müəssisənin oxşar cəhətləri və  fərqlərini izah edə 

bilərsinizmi? 

3. «Makro»- və «Mikroiqtisadiyyat»ın vəhdəti və fərqlərini şərh edin. 

4. Makroiqtisadiyatın inkişafında ev təsərrüfatının yeri və rolu 

haqqında nələri söyləyə bilərsiniz? 

5. «Firmanın iqtisadiyyatı» kursu nəyi öyrənir və onun tədqiqat 

obyekti nədir? 

6. «Firmanın iqtisadiyyatı» kursunun tədqiqat metodlarını izah 

edə bilərsinizmi? 

7. «Firmanın iqtisadiyyatı» kursunun məzmunu, vəzifələri və 

quruluşun aydınlaşdırın. 



 

 31



 

 

 

 

 

 

 

BÖLMƏ II 

İSTEHSAL FİRMALARININ TƏSNİFATI, QURULUŞU 

VƏ FORMALARI 

 

Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları

1. İstehsal firmalarının təsnifatı  

2. İstehsal firmasının quruluşu və onu müəyyən edən amillər 

3. Sahibkarlıq və firmanın (müəssisənin) təşkilati-hüquqi formaları 

4. Sahibkarlığın təşkilati-iqtisadi formaları, firmanın xarici və 

daxili mühiti 

5Firmanın yaradılması və ləğvi qaydaları  

1.İstehsal firmalarının təsnifatı  

Müxtəlif sahələrə mənsub firma və müəssisələrdə istehsal prosesi 

və onun həyata keçirilməsi şəraitləri bir-birindən fərqlənir. Bu səbəb-

dən də, ayrı-ayrı müəssisələrdə istehsalın təşkili və idarə edilməsi

əməyin və material-enerji ehtiyatlarının normalaşdırılması,  əməyin 

ödənilməsinin təşkili və s. bu kimi məsələlər müxtəlif olur. Bütün 

bunlara görə  də, istehsal firmaları  və ya sənaye müəssisələri aşağı-

dakı əlamətlərə görə təsnifləşdirilir. 



Buraxılan məhsulun iqtisadi təyinatına görə bütün sənaye müəs-

sisələri iki əsas qrupa: istehsal vasitələri və istehlak şeyləri istehsal 

edən sənaye müəssisələrinə bölünür. İstehsal vasitələri istehsal edən 

sənaye müəssisələrinə – metallurgiya, energetika, maşınqayırma, kim-

ya sənaye müəssisələri və s. aiddirlər. Bu sahələrin müəssisələri elmi-

texnki tərəqqi  əsasında həm özlərinin və  həm də ümumiyyətlə isteh-

salın iqtisadi səmərəliliyinin yüksəldilməsində və intensivləşdirilməsin-

də həlledici rol oynayırlar. Başqa sözlə, həmin müəssisələr elmi-texniki 

tərəqqinin maddi əsası, bələdçiləri və deməli, təminatçılarıdırlar. 

 

32




Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

Əhalinin maddi və  mədəni həyat səviyyəsinin yaxşılaşdırılması, 

əsasən, istehlak şeyləri istehsal edən firma və müəssisələr tərəfindən 

həyata keçirilir. Belə müəssisələrə misal olaraq, yeyinti və yüngül sə-

naye sahələrinin müəssisələrini göstərmək olar.  

İstehsal etdikləri xammal və materialların xarakterinə görə ha-

siledici və emaledici sənaye müəssisələri fərqləndirilir. Hasiledici müəs-

sisələr təbiətin vermiş olduğu sərvətləri – təbii sərvətləri – əldə edirlər. 

Bu növ müəssisələrə misal olaraq, neft, qaz, dəmir filizi və s. hasil edən 

müəssisələri göstərmək olar. Emaledici sənaye müəssisələri isə ha-

siledici sənayenin və kənd təsərrüfatının verdiyi xammalı emal edirlər. 



İl  ərzində  işləmə müddətlərinə görə müəssisələr üç qrupa ay-

rılır: bütün il boyu fasiləsiz işləyən sənaye müəssisələri (məsələn, 

domna sobaları, marten peçləri, neftayırma zavodları və s.), bütün il 

boyu fasiləli işləyən sənaye müəssisələri (məsələn, maşınqayırma 

zavodları) və mövsümi işləyən sənaye müəssisələri (məsələn, şəkər, 

konserv, pambıqtəmizləmə və s. zavodlar). 



Fəaliyyət miqyasına görə müəssisələr kiçik, orta və iri müəssisələrə 

bölünürlər. Dünya təcrübəsi göstərir ki, iqtisadiyyatın inkişaf səviyyə-

sindən asılı olmayaraq müəssisələrin kiçik, orta və iri sahibkarlığa aid 

edilməsi demək olar ki, bütün bazar iqtisadiyyatı ölkələrində  həyata 

keçirilir. Həm də bu zaman əsas meyar kimi işçilərin sayı qəbul edilir. 

Bazar iqtisadiyyatı  şəraitində  işləyən inkişaf etmiş ölkələrdə 

miqyasına görə kiçik, orta və iri firmalar (müəssisələr) eyni zamanda

paralel olaraq fəaliyyət göstərirlər. 

İri müəssisələrin orta və kiçiklərə nisbətən üstünlüyü onların güclü 

maliyyə  vəsaitlərinə, maddi və  əmək resurslarına malik olmaları ilə 

izah edilir. Belə firmalar elmi-texniki işləmələr aparmağa, özlərinin 

texnoloji istehsal üsullarını dəyişdirməyə, istehsal heyyətinin ixtisas 

dərəcəsini və ya təhsil senzini yüksəltməyə qadir olan təsərrüfat sub-

yektləridirlər. Lakin bütün bunlara baxmayaraq – tətbiq sahəsi düzgün 

müəyyən olunduğu təqdirdə – orta və kiçik sahibkarlıq cəmiyyətin eh-

tiyaclarının ödənilməsində əhəmiyyətli dərəcədə rol oynaya bilirlər. 

Kiçik firmalar bir çox hallarda özlərindən başqa iri firmalarlada 

rəqabət apara bilirlər. Onlar bazar konyunkturasının dəyişməsinə qar-

şı həsas olur, az kapital sahibi olduqlarından iri firmaların təsirlərinə 

tab gətirə bilirlər. 

 33



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə