Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə10/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   6   7   8   9   10   11   12   13   ...   194

Telman Huseynov 

Oxuculara təqdim olunan bu dərsliyin məzmunu və quruluşu fir-

ma və müəssisələrin iqtisadiyyatı ilə bağlı proseslərin qarşılıqlı əlaqə 

və asılılığı nəzərə alınmaqla məntiqi ardıcıllıqla qurulmuşdur.  

«Firmanın iqtisadiyyatı» kursunun səmərəli tədrisi və tələbələr tə-

rəfindən asan mənimsənilməsi məqsədi ilə mövzular aşağıdakı böl-

mələr üzrə qruplaşdırılmışdır. 

Dərsliyin «Firma, onun iqtisadiyyatı kursunun tədqiqat obyekti, 

predmeti və məzmunu» adlanan ilk bölməsində müəssisə və firmanın 

oxşar cəhətləri və fərqləri haqqında iqtisadi ədəbiyatda mövcud olan çox-

saylı baxışlar nəzərdən keçirilmiş, onların səhf, doğru olan və habelə mü-

bahisə doğuran cəhətləri göstərilmiş, ümumiləşdirmələr aparılmış və nəti-

cələr çıxarılmışdır; müəssisənin firmaya çevrilməsinin ilkin həlledici şərt-

ləri – kommersiyalaşdırılması və restruktirizasiyası – səciyyələndirilmiş-

dir. Burada iqtisadiyyatın həm elmi-nəzəri, empirik və həm də metodoloji 

baxımdan tədqiqi və səmərəli idarə edilməsinin təşkili üçün o, özünün 4 

tərkib hissəsinə bölünmüşdür – «Makro» və «Mikro» iqtisadiyyat, «Mezo» 

və «Meqo» iqtisadiyyat. Bunlardan hər birinin ayrılıqda məzmunları açıl-

mış, tərifləri verilmiş,onlar müqaisə olunmuş, əlaqələri göstərilmiş və bun-

ların milli iqtisadiyyatın inkişafındakı rol və əhəmiyyəti göstərilmişdir. Bu 

bölmədə habelə «Mikro iqtisadiyyat»ın tərkib hissəsi olan «ev təsərrüfa-

tı»na xüsusi yer verilmişdir. Daha sonra isə «Firmanın iqtisadiyyatı» kur-

sunun tədqiqat obyekti və predmeti şərh olunmuş  və  əsaslandırılmışdır. 

Bölmənin sonunda kursun məzmunu, vəzifələri və quruluşu verilmişdir. 



«İstehsal firmalarının təsnifatı, quruluşu və formaları» adla-

nan II bölmədə, ilk öncə, firmaların təsnifatı verilmiş, bazar iqtisa-

diyyatı  şəraitində onların məqsəd və  vəzifələrinin müəyyənləşdiril-

məsinə, onların bazar əlaqələrinin öyrənilməsinə xüsusi yer verilmiş-

dir. Burada habelə firmaların quruluşuna və onu müəyyən edən amil-

lərə xüsusi diqqət yetirilmişdir. Məlumdur ki, bazar iqtisadiyyatına ke-

çidlə bağlı özəlləşdirmənin həyata keçirilməsi, iqtisadiyyatda və  sə-

naye müəssisələrində sahibkarlıq fəaliyyəti geniş vüsət almışdır. Bu 

səbəbdən də kitabın bu bölməsində sahibkarlıq, onun inkişaf mərhələ-

ləri, firmaların təşkilatı-hüquqi və təşkilatı-iqtisadi formaları və firma-

nın xarici və daxili mühitinin öyrənilməsinə lazımınca yer verilmişdir. 



Dərsliyin III bölməsi «İstehsal firmasında istehsal prosesi və 

istehsalın ictimai təşkili formaları» adlanır. Burada istehsal prose-

 

28




Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

sinin mahiyyəti, istehsal tsikli və onun tərkibi, firmada istehsal prose-

sinin təşkili və onun formaları şərh olunmuşdur. Bundan sonra isə is-

tehsalın ictimai təşkili formaları olan təmərküzləşdirmə, ixtisaslaşdır-

ma və kooperasiyalaşdırma, kombinələşdirmənin mahiyyəti açılmış, 

onların səviyyəsini və səmərəliliyini xarakterizə edən göstəricilər öy-

rənilmişdir; istehsalın ictimai təşkili formalarının  əsasında ictimai 

əmək bölgüsünün dayandığı xüsusi vurğulanmışdır. 

Kitabın  «Firmanın istehsal resursları  və onlardan səmərəli 

istifadənin zəruriliyi» adlanan IV bölməsi həm şərh olunmuş mə-

sələlərin  əhatə  miqyasına və  həm də firmanın iqtisadi inkişafındakı 

roluna görə çox önəmlidir. Burada, ilk öncə, firmanın kadrları, onun 

tərkibi, idarə edilmə xüsusiyyətləri,  əməyin məhsuldarlığı  və onun 

ölçülmə metodları,  əməyin normalaşdırılması,  əmək haqqı  və onun 

ödənilməsinin forma və sistemləri öyrənilmişdir. Bundan sonra isteh-

sal resurslarının mühüm tərkib hissəsi olan istehsal əsas fondlarına 

xüsusi yer verilmişdir: iqtisadi mahiyyəti açılmış, təsnifatı verilmiş, 

köhnəlməsi və amortizatsiyası şərh olunmuş, istifadə göstəriciləri sə-

ciyyələndirilmiş, istehsal gücünün hesablanma metodikasına xüsusi 

diqqət yetirilmişdir. Bölmənin sonunda firmanın dövriyyə fondları və 

dövriyyə vəsaitlərinə xüsusi yer ayrılmışdır. Burada, ilk əvvəl, döv-

riyyə fondlarının iqtisadi mahiyyəti açılmış, ondan istifadə göstəri-

ciləri səciyyələndirilmiş, maddi resursların normalaşdırılması qayda-

ları izah edilmiş, və sonda, tədavül fondlarının idarə edilməsi məsə-

ləsinə xüsusi yer ayrılmış və diqqət yetirilmişdir. 



«Firmanın inkişafının idarə edilməsi və planlaşdırılması» 

məsələləri dərsliyin V bölməsində öyrənilmişdir. Bölmənin əvvəlində 

firmanın idarəetmə mexanizmi, onun prinsipləri, funksiyaları, me-

todları və bunların tətbiqi istiqamətləri və habelə idarəetmə mexaniz-

minin təşlilat quruluşu izah olunmuşdur. Bundan sora isə firmanın 

istehsal-kommersiya fəaliyyətinin planlaşdırılması, onun metodları, 

inkişaf planın bölmələri və inkişaf proqramının tərtibi məsələləri ye-

tərincə  şərh olunmuşdur. Firmanın  miqyasca inkişafında investisiya 

qoyuluşu həlledici əhəmiyyət kəsb etdiyindəndir ki, bölmənin əvvə-

lində investisiyanın mahiyyəti və növləri, tərkibi və qurluşu, investi-

siya layihələrinin qiymətləndirilməsi metodları  və  səmərəliliyinin 

yüksəldilməsi yolları geniş şəkildə şərh edilmişdir. Bundan sonra bu 

 29



Telman Huseynov 

bölmədə firmanın fəaliyyətində ciddi keyfiyyət dəyişikliklərinə  sə-

bəb olan innovasiyanın texnoloji və iqtisadi imkanları, innovativ in-

kişafın mərhələləri, innovasiyanın iqtisadi səmərəliliyi haqqındakı el-

mi biliklər və müddəalar öz əksini tapmışdır. 

Burada habelə firma məhsullarının keyfiyyəti, standartlaşdırılma-

sı  və sertifikasiyanın təşkilatı-iqtisadi məsələləri  şərh olunmuşdur: 

məhsul keyfiyyətinin göstəriciləri, keyfiyyətin yüksəldilməsi iqtisadi 

inkişafın yolu kimi, məhsulun rəqabətqabliyyəti, məhsul keyfiyyə-

tinin idarə edilməsi, standartlaşdırma və sertifikasiya və habelə bu 

qəbildən olan digər məsələlər öz əksini tapmışdır.  

Kitabın VI bölməsi «Firmanın marketinq fəaliyyəti, maddi-texniki 



təminatı və məhsul satışı» məsələlərinə həsr olunmuşdur. Bu bölmədə 

firmanın marketinq fəaliyyətinin xüsusiyyətləri, bazarın tədqiqində  və 

seqmentləşdirilməsində, firmanın təsərrüfat-kommersiya fəaliyyətinin 

bazardan idarə edilməsindəki rolu və əhəmiyyəti öyrənilmişdir. Bunun 

ardınca firmanın maddi-texniki təminatı, onun istehsal vasitələrinə təlaba-

tının hesablanması metodları, istehsal ehtiyyatlarının idarə edilməsi üsul-

ları, maddi-texniki təminatın formaları və firmanın icarə münasibətlərinə 

(lizinq, françayzinq və s.) xüsusi yer verilmişdir. Bölmənin sonunda isə 

firmanın təsərrüfat fəaliyyətinin finişi kimi məhsulunun satışı, bu iş üzrə 

onun siyasəti, işin əsas icraçısı kimi satış şöbəsinin funksiya və vəzifələri, 

məhsul satışının səmərəli təşkili kimi məsələlər izah olunmuşdur.  

Dərsliyin VII bölməsi «Firmanın istehsal xərcləri, qiymət 

siyasəti, gəlirləri və fəaliyyətinin səmərəliliyi» adlandırılmışdır. 

Bölmənin  əvvəlində firmanın istehsal xərcləri və maya dəyərinin 

mahiyyəti, onların qarşılıqlı əlaqələri, vəhdəti və fərqləri verilmiş, maya 

dəyərinin göstəriciləri, maya dəyərinin idarə edilməsi və  aşağı salın-

ması yolları göstərilmişdir. Bundan sonra firmada qiymətin əmələ gəl-

məsi ilə bağlı qiymətin funksiyaları və növləri, firmanın qiymət siya-

səti, strategiyası, firmada qiymətqoyma kimi suallar aşkarlanmışdır. 

Bu bölmənin növbəti məsələsi firmanın maliyyəsi, gəlirləri və  mən-

fəəti kimi məsələləri  əhatə etmişdir. Bölmənin sonunda isə firmanın 

təsərrüfat-kommersiya fəaliyyətinin iqtisadi və sosial səmərəliliyinin he-

sablanmasının metodoloji məsələlərinə lazımınca diqqət yetirilmişdir.  

Nəhayət, dərsliyin «Firmanın xarici iqtisadi əlaqələri» adlanan 



sonuncu, VIII bölməsində bu fəaliyyətin növləri, firmanın idxal-

 

30




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə