4
Redaktor: Müşfiq XAN
Ön sözün müəllifi: Elxan
Nəcəfov
Mətn tərtibatı: Bəxtiyar Ələkbərov
Dizayn və qrafika: Teymur Fərzi
“XAN” nəşriyyatının rəsmi razılığı olmadan kitabın təkrar çapı,
elektron, yaxud mexaniki üsulla çoxaldılması
qadağandır.
© “XAN” nəşriyyatı / 2014
5
Ön söz
Türk dünyasının dəyərli kitab əhli, sehrli qələm sahibi
olan Çingiz Aytmatovun gözəl bir sözü var: “Yaxşı kitab mü-
əllifin bəşər nəslinə hədiyyəsidir.” Hansı janrda yazılmasın-
dan asılı olmayaraq bədii əsərlər insan taleyinin üzərində qu-
rulmuş süjetlərlə təqdim olunur. İnsan bütün varlığı ilə mü-
rəkkəb və sonuna qədər çözülə bilməyən varlıqdır. Elə bu da
imkan verir ki, sehrli bir yaradılış olan insanın bütün dövr-
lərdə yaşadıqlarını müxtəlif yönləri ilə izah edən əsərlər ya-
ransın. İnsan qədər insan taleyindən bəhs edən bədii ədəbiy-
yat da mürəkkəb sənətdir. Yeni baxışın, yeni üslubun daşıyı-
cısı olan söz sənətkarı iz buraxmaq üçün öhdəsinə düşən və-
zifəni yaxşı bilməlidir.
Bu yazıda məqsədim heç bir ədəbi şəxsiyyəti digəri ilə
müqayisə etmək olmayacaq. Sadəcə nəfəs aldığımız dünya-
nın gözümüzlə görünən insanlarının taleyindən, əzabların-
dan, sevincindən, qəzəbindən və ən acısı ölümündən bəhs
edən bədii əsərlər müəllifi Rövşən Yerfi yaradıcılığına aid
şəxsi düşüncələrimi paylaşmaq istəyirəm. Müəllifin ilk oxu-
duğum əsəri “Sel” oldu. Müstəqillik illərinin əvvəllərində ya-
şadığımız sosial sıxıntıların acısını yaşayan ailənin faciəsi
üzərində qurulmuş süjet bədii ruhu ilə bərabər özündə real-
lığı ifadə edən əsər kimi diqqətimi cəlb etdi. Əsər janr para-
metrlərini gözləməklə bərabər, istər xronoloji ardıcıllıq, istər-
sə də təhkiyə dili baxımından qüsursuz əsər təsiri bağışladı.
Oxuya-oxuya düşündüyüm bu oldu ki, bu əsər ətrafımızda
gördüyümüz və bizə çox tanış olan insan faciələrinin müşa-
hidəsidir ki, sırf bu mövzuya olduqca az yazıçı toxunub. Ailə
6
ehtiyaclarını qarşılamaq üçün Rusiyaya gedən Fəxrəddinin
həyatındakı dəyişikliklər və onun vətənində üç uşağı ilə tək
buraxıb getdiyi həyat yoldaşı Məhluqənin həyatından bəhs
edən “Sel” oxucuya süjetdə olub-bitəni inandırmaqda və ona
təsir etməkdə çətinlik çəkmir. Hər iki obrazın – Fəxrəddinin
və Məhluqənin həyatından bir sel keçir. Elə bir sel ki..... Elə
bu haqda kitabda deyildiyi kimi: “Bu dünyada elə bir yük
var ki, nə gizlətmək mümkündür, nə də daşımaq... Bir sel
gəldi, bütün natəmizliklərin üstünü açdı, özü-özünü aldat-
maq istəyənlərin ümidlərini puç edən bir sel!..”
Birinci əsər haqqında təəssüratlarım müəlliflə geniş
yaradıcılıq mükaliməmizin qurulmasına gətirdi və ondan
sonra mən “Lənətə gələnlər” və “Günahsız qatil” əsərlərini
oxudum. Roman janrında yazılmış hər iki əsər yaşadığımız
zamanın acı həqiqətləri üzərində qurulmuş süjetə malikdir.
Paşanın faciəsi rəng baxımından Fəxrəddindən fərqlənsə də
faciənin mənbəyi baxımından oxşardır. Hər iki əsərdə sosial
çatışmazlığın qurbanı olan ailələr təsvir olunub. “Günahsız
qatil” romanı isə daha bir fərqli təsir bağışladı mənə. Düşün-
düyüm bu oldu ki, əsərin qurbanlarını həyatda biz də gör-
müşük. Amma biz onları qurban edən səbəblərin təfərrüatına
varmaq düşüncəsindən uzaq olmuşuq.
Bu əsərləri oxuduqdan sonra “Qadın düşərgəsi”, “Üz-
dəniraq ada” əsərləri ilə də tanış oldum. Müəllifin dil üslub
xüsusiyyətləri ilə bağlı hər əsəri üçün ayrı-ayrı fikirlər yaz-
maq olar. Məqamına düşdüyü üçün indiki anda müəllifə to-
xunduğu mövzulara görə təşəkkür etmək şərtdir. Bu əsərlər-
dəki taleyin oxşarını yaşayanları hər gün görürük. Bəzən on-
lara istehza edirik, onları nəyə görəsə günahlandırırıq. Fik-
7
rimcə bu əsərlərlə tanışlığımız mürəkkəb varlıq olan insanla
daha yaxından tanışlığımız ola bilər.
Müəllif – Rövşən Yerfi yeni kitabla qarşınıza çıxır və
bundan sonra da çıxacaq. Gəlin bir daha realist həyat həqi-
qətlərii ilə üz-üzə gələk. Əlimizdəki kitabla növbəti təzə əsər-
lər yazması arzusu ilə ona uğurlar arzulayıram.
Elxan Nəcəfov – filoloq-tənqidçi,
Hədəf kursları – Təhsil-tədris işləri üzrə direktor