Respublikanın ümumtəhsil məktəblərinin
1-ci sinifləri üçün “Musiqi” fənni üzrə müəllim
üçün metodik vəsait
Müəlliflər: Nərgiz Rəcəbova
Şəhla Quliyeva
Zemfira Əliyeva
Bakı: Şərq-Qərb, 2012.
Müəllim üçün metodik vəsaitlə bağlı TQDK-ya daxil olan
qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış
YEKUN RƏY
2
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1. Proqrama uyğunluq baxımından;
2. Struktur baxımından;
3. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımdan;
4. Dizayn və bədii tərtibat baxımından.
1. Proqrama uyğunluq baxımından
Musiqi təhsil sisteminin qurulması sahəsində ibtidai siniflər üçün yazılan
dərsliklər uşaqların musiqiyə olan tələbatını nəinki təmin edir, həm də bu tələblərin
inkişafı, yüksəlməsi, musiqi qabiliyyətinin formalaşması sahəsində mühüm rol
oynayır.
Dərsliklərdə nəzərdə tutulan musiqi aləminə səyahət, musiqi dinləyişi, mahnı
oxumaqla bərabər musiqi savadına da yiyələnməsi, onların musiqi-estetik tərbiyəsi və
inkişafının uğurlu nəticələrindən xəbər verir.
1-ci sinif üçün “Musiqi” dərsliyi müəllim üçün metodik vəsait kimi nəzərdə
tutulmuşdur. Burada musiqi aləminə 43 mövzu, emosional dəyərləndirməyə 32
mövzu, musiqi fəaliyyətinə 41 mövzu həsr edilmişdir ki, bu da orta ümumtəhsil
məktəblərinin 1-ci sinifləri üçün nəzərdə tutulan məzmun standartlarına uyğundur,
fənnin tədrisinin əsas məsələlərini əhatə edir və qarşıya qoyulan məqsədə nail olur.
Dərs prosesinin təşkili, fənnin hər bir bölməsinin məqsədi, məzmunu,
təlim-tədris fəaliyyəti sinif üzrə təlim nəticələri və məzmun standartları əsasında
qurulmuşdur. Məzmun standartları və fənlərarası inteqrasiya cədvəlində tədris
vahidi, dərsin mövzusu, musiqinin “Azərbaycan dili”, “Həyat bilgisi”, “Təsviri
incəsənət”, “Riyaziyyat” və “Fiziki tərbiyə” ilə inteqrasiyası əks olunmuşdur. Tədris
proqramının illik planlaşdırma cədvəlində tədris vahidi, dərsin mövzusu ilə birgə
musiqi repertuarı tərtib olunmuşdur.
2. Struktur baxımından
Səhifə 8-də kiçik summativ qiymətləndirmənin aparılması üçün tərtib olunmuş
test tapşırıqları şəkillər əsasında yerinə yetirilir. Verilmiş test tapşırıqlarında 3.1
3
bölməsinin 3-cü sualında” “Azərbaycan” xalq rəqsinin ritmik müşayiəti üçün aid olan
aləti seçin” sualına 2 cavab təqdim olunub:
A)
Nağara B) Susəpən.
Burada ya sual dəyişilməlidir, məsələn, “verilmiş şəkillər arasında musiqi alətini
seçin”, və ya cavablardan susəpən başqa bir musiqi aləti, məsələn tütək ilə əvəz
olunmalıdır.
Səhifə 9-da tədqiqat sualında verilmiş şəklə uyğun musiqi nümunələrini yada
salıb onun xarakterini bir cümlə ilə ifadə etmək tələb olunur. Doğrudur, bu sual T.n.y
qrupundakı uşaqlara verilir, amma 6 yaşlı uşağın şəklə baxıb (məsələn “Döyüş
səhnəsi” şəklinə) müəyyən bir musiqi nümunəsini yada salmağı nə dərəcədə
mümkündür?
Səhifə 10-da 1-ci mövzuda “Birinci zəng” mahnısının 16-cı xanəsində “do”
notunun əvvəlində bekar işarəsi yersizdir . “F dur” tonallığında “do” notu heç bir
alterasiyaya uğramayıb ki , onun qarşısında bekar işarəsi qoyulsun.
Səhifə 14-də “Azərbaycan” xalq rəqsinin not nümunəsində 6/8 və 3/4 ölçülərinin
dəyişməsi göstərilir. Lakin burada heç bir xanə 3/4 ölçüsündə qruplaşdırılmayıb.
Səhifə 16-da “Birincilərik biz” mahnısında volta işarəsi yersizdir. Məlum olduğu
kimi musiqi parçasının təkrarı zamanı sonluqlar uyğun gəlmirsə, onda volta işarəsi
qoyulur. I volta I sonluğu, II volta isə musiqi parçasının yenidən təkrarından sonra II
sonluğu göstərir. Mahnıda isə həm I, həm də II voltada sonluqlar eynidir. Burada
yalnız repriza işarəsi kifayət idi. Mahnıda 2 dəfə bu texniki qüsura yol verilmişdir.
Eyni hal səhifə 37 və səhifə 44-də də müşahidə olunur.
Səhifə 19-da M. Maqomayevin “Radio marşı” nümunəsində notların
qruplaşdırılması və yazılışında səhv var.
Səhifə 21-də “Tədqiqatın aparılması” mərhələsində T.n.y. olan şagird qrupuna
mahnının xarakteri ilə məzmunu arasındakı əlaqəni araşdırmaq tapşırılır. Mahnının
xarakteri deyiləndə həm musiqi, həm məzmun nəzərdə tutulur. Ona görə də burada
“xarakter” sözü “musiqi” sözü ilə əvəz olunsa daha yaxşı olar.
Səhifə 26-da “Dağ çiçəyi” xalq rəqsində III sətirdə rəqsin birinci hissəsi
bitməmiş II hissəyə keçid alınır.
Səhifə 30-31-də 1. “Əlifba bayramı” mahnısında vokal musiqidə notların
qruplaşdırılmasında səhvlər var. 2. Uşaqlar üçün ikisəsli vokal musiqi çox çətin
olduğundan II səsi çıxarmaq tövsiyə olunur.
4
Səhifə 34-də “Nəlbəki” rəqsinin not nümunəsində I cümlənin dörd dəfə təkrarı
artıqdır. (4, 5, 6-cı xanələr). Sonuncu sətrin I və IV xanələrində qruplaşdırılma
düzgün deyil. Pauza vasitəsilə iki sinkopalı xanənin ardıcıl səslənməsi uyğun gəlmir.
Həmin xanələrdə pauza atılmalı, vurğu xanənin qüvvəli hissəsinə düşməlidir.
Səhifə 37-də “Nağıl nəğmə”nin not nümunəsinin sonuncu sətrinin II xanəsində
sol notunun qarşısında bekar işarəsi qoyulmalıdır.
Səhifə 44-də “Qonaqlıq” mahnısının I cümləsində volta işarəsi əvəzinə repriza
qoyulmalıdır.
3. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-
pedaqoji baxımdan
Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi pedaqoji baxımdan tapşırıq və
çalışmalarda yenilik və yaradıcılıq uşaqların yaş səviyyəsinə, psixologiyasına uyğun
verilmişdir. Hər bir şagird üçün onun yaş səviyyəsinə uyğun tapşırıq verilir. Sinfin
təlim nəticələri yüksək olan, təlim nəticələri zəif olan, sağlamlıq imkanları məhdud
olan qruplara bölünməsi bütün şagirdlərin dərs prosesində fəal iştirakını təmin edir,
heç bir şagirdin dərsdən yayınmasına imkan vermir. Musiqi dinləyişi uşaqlarda
emosional təəssürat oyadaraq onlarda hərəkətverici reaksiyalara səbəb olur. Dərs
prosesində şən musiqi, rəngarəng əyani vəsaitlər, uşaq musiqi alətləri, mahnıların
öyrənilməsi üçün istifadə olunan oyuncaqlar (top, şar və s.) uşaqların yaş
psixologiyasına uyğun olaraq onlarda sevinc hissi, hərəkət etmək arzusu, bir sözlə bu
fənnə məhəbbət hissi oyadır. 1-ci sinif musiqi dərsliyinin dil və yazı üslubundan bəhs
edərkən dərsliyin yalnız müəllim üçün metodik vəsait olduğunu nəzərə alsaq
dilimizin zəngin lüğət tərkibi, alınma sözlər, elmi-metodoloji baxımdan müxtəlif
terminlər dərslikdə öz əksini tapmışdır.
4. Dizayn və bədii tərtibat baxımından
Dərsliyin üz qabığının dizayn tərtibatında həm şərq, həm də qərb musiqisinə xas
olan atributlar – öndə milli alətlərimiz, arxada isə Avropa alətləri təsvir olunmuşdur.
Bu da milli musiqimizə verilən yüksək qiymətdən irəli gəlir. Dərsliyin iç səhifələri
5
çox sadə tərtibatda verilmişdir. Dərslik müəllim üçün nəzərdə tutulduğundan
tərtibatda əlavə olaraq yalnız yaşıl rəngdən istifadə olunmuşdur.
Nəticə
1. MMV-nin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının
Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap
olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Himnin musiqisinin
müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas
səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamənin
təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli
Qanununun tələblərinə uyğun çap olunmayıb.
2. Ümumilikdə, ümumtəhsil məktəblərin 1-ci sinifləri üçün “Musiqi” fənni üzrə
müəllim üçün metodik vəsait məzmun standartlarını reallaşdırmağa imkan verir.
3. Struktur baxımından 15 irad bildirilib və onlardan 10-u müəlliflər
tərəfindən qəbul olunub.
Dostları ilə paylaş: |