VİVO
Rəşid bəy və Səadət xanım
18
biri də gələcək gəlinləri. Bəli, əzizim, qəmlərimin və iztirablarımın əsl səbəbi
budur.
Bu sözlər Səadətin ağzından çıxar-çıxmaz bir dəstə dilənçi əllərini
açaraq yalvara-yalvara qapıdan daxil oldu. Mərhəmətli Səadət onların halına
yanır, əhvallarını soruşur və mərhəmətli bir tövr ilə təsəlli verirdi. Dilənçilər
Səadət xanıma təşəkkür edə-edə evi tərk etdikdə, Rəşid bəy dilənçi əbasına
bürünmüş bir halda özünü camaatın içinə qatıb yarı ilə bir neçə söz danışmağa
səy etdisə də, ürəyinin şiddətlə döyünməsi ona mane oldu.
O, Səadətin üzünə baxmaq istəyirdi, lakin Səadətin gözlərində parlayan
nur onun qüvvətini əlindən alırdı. Rəşid bəy danışmaq istəyirdi, lakin ağzı
yarıya qədər açılırdı və dili kəkələyərək anlaşılmaz sözlər söyləyirdi. Nəhayət,
gənc qız yalançı dilənçiyə müraciət etdi, lakin ona yanaşırkən qızda anlaşıl-
maz bir həyəcan oyandı. Qız dilənçiyə müraciətlə:
- Möhtərəm qoca, məndən nə xahiş edirsiniz?! - dedi.
Rəşid cavabında:
- Ey zavallıların ümidi, pənahı, mənim bir dərdim var ki, heç bir dil onu
izhar etməyə qadir deyil.
- Sizin dərdinizin davası mənim qüdrətim xaricində olmazsa, mən onu
sizdən əsirgəmərəm, - deyə Səadət cavab verdi və yenə də sözünə davam etdi.
- Əgər sizin cəsur bir dilavərə ehtiyacınız varsa, o zaman bütün zavallılar
yavəri Rəşid bəyə müraciət etmənizi sizə tövsiyə edirəm, onun ləyaqət və
cəsarətinə heç bir şey çatmaz, mən onu dünən özüm gördüm...
Sözünün bu yerində Səadətin səsi qırıldı, o, Rəşid bəyin mədhinə davam
edə bilmədi. Bu sözlərdən sonra Rəşid bəy Səadətin ona qarşı bəslədiyi
məhəbbəti duymazdımı? Onun alovlar saçan gözlərində zərif, lütfkar və atəşli
bir hissin macərasını oxumazdımı? Artıq o, dilənçi əbası altında qoca saqqalı
ilə üzünü gizlədə bilərdimi? Yox, bu olan şey deyil! O, özünün qondarma
paltarını və saqqalını bir tərəfə ataraq, qızın ayaqlarına döşənib sevgilisinə
müraciətlə:
- Sizin bəhs etdiyiniz xoşbəxt Rəşid mənəm. Sizi görmək və dinləmək
məqsədilə paltarımı dəyişib bağınızın qonşuluğunda aylarla bağbanlıq edən
mənəm. «Ah» və naləni bir cadugər təranəsi sayaraq sizi o səfalı bağçanızın
VİVO
Rəşid bəy və Səadət xanım
19
seyrlərindən və özümü sizi görmək səadətindən məhrum edən də mənəm.
Nəhayət, sizi candan artıq sevən və sizə pərəstiş edən mənəm. Mənim
xoşbəxtliyim və taleyim sizin əlinizdədir. Mən yalnız sizin bağda itirdiyiniz
üzüyə sahib olduğum üçün yaşayıram. Ah, Səadət! Mənim eşqimi rədd
etməyin, mənə nifrət etməyin, məndən etinanızı əsirgəməyin, məni sevin! Bu
üzüyü də məndən ayırmayın. Siz onu mənim əlimdən alsanız, o zaman mənim
əllərim rəqibim Əsgər ağanın qanına boyanacaqdır. O halda Kazımxan,
oğlunun intiqamını almaq üçün bütün qoşununu atamın kiçik məmləkətinə
yeridəcək. Atam isə, mənim sizə bəslədiyim eşqin yolunda öz mülkünü, məni
və bütün yavərlərini itirəcəkdir. İndi, Səadət, mənə bir cavab verin, taleyimin
müqəddəratını həll edin.
Səadətin həyəcanı bir dərəcəyə yetişdi ki, yalnız:
- Rəşid bəy, mən səni çoxdan sevirəm, - deyərək onun qucağına atıldı.
Bu qədər kifayət idi. Rəşid ona yalvarmağa başladı, bir uzaq və sakit
məmləkətə çəkilib, ata-anadan icazəsiz evlənməyi ona təklif etdi. Səadət elə
bil bir günlük ay kimi cavan idi. Çovğuna düşmüş gül yarpağı kimi əsirdi.
Nəhayət, titrək səslə Rəşidə:
- Mən səni sevirəm, səninlə hər yerə getməyə hazıram, üzüyüm də
qalsın səndə, lakin namusumu ləkələndirməmək üçün allaha and verirəm, tez
buradan çıx get, şəhərdə qal və məndən xəbər gözlə. - dedi.
Rəşid nişanlısının əlini öz sinəsi üzərində ovuşduraraq onun gözəl
saçlarından bir həlqə kəsib barmağına sarıdı və Şamahın bələdçiliyilə otaqdan
çıxdı.
Şamah geri döndükdə Səadətə dedi:
- İndi siz ata-ananızın razılığı olmadan, onların xeyir-duasını
gözləmədən naməlum bir şəxsə könül verdiniz. İndi söyləyin görüm, ananızın
söz verdiyi o oğlana biz nə kimi üzr gətirəcəyik?
Səadət cavabında:
- Əzizim Şamah, mənim bu qədər şiddətlə çırpınan könlümü sən də bir
tərəfdən həyəcana gətirmə! Mən Rəşidi ayaqlarıma döşənmiş gördükdə, ondan
məhəbbətimi əsirgəyə bilərdimmi? Onun həssaslığı, gözəlliyi və cəsarətinin
şöhrəti aləmə o qədər yayılmışdır ki, onu iki dəfə görməklə könlümdə ona
VİVO
Rəşid bəy və Səadət xanım
20
bəslədiyim məhəbbəti gizlədə bilmədim. Mehriban Şamahım! Mənə yazığın
gəlsin. Mən onu sevdiyimi söylədiyim üçün məni dərdə salma, əksinə, mənim
atəşli eşqimə nisbətən ona kafi dərəcədə məhəbbət izhar etmədiyim üçün məni
günahkar tut. Ah! Mənim həqiqi hissiyyatımı ona izhar edəcək bir qüdrətə
malik sözlər varmı?! Onun xurma ağacına bənzəyən zərif boyu, tağ şəklində
olan qara qaşları yalnız mənim deyil, bütün qadınların könlünü ələ ala bilər.
Onun parlaq gözləri hər baxdığı şeyi əritməyə və məlahətli səsi bütün
hissiyyatı heyran etməyə qadirdir. Ah, mən onun vücudunda gördüyüm bütün
məlahət və lətafətləri nə üçün onun qarşısında bir-bir söyləmədim. Mən İran
şairinin bu kəlamının həqiqi mənasını indi anlayıram: «Bülbül güldən uzaq
olduqda, onun eşqilə bütün təbiətə zövq verir, lakin gülün yanına gəldikdə lal
olur». İki sevgili də bir-birini gördükdə həmin hala düşür.
Səadəti öz sirdaşilə Tutu xanıma sirlərini söyləmək və Kazımxan
oğlunun diləyini rədd etmək üçün bir bəhanə axtarmaqda qoyaq, keçək Tutu
xanımın otağına. Tutu xanım sübh namazını qıldıqdan sonra, evdə lazımi
əmrləri verib, adəti üzrə, Qurandan bir surə oxumaqla məşğul idi. Bu halda
hərəmxanaya girməyə icazəsi olan hərəm nökəri qapıdan daxil oldu. Bu
məmləkətin bütün əyanı hərəmxanaya ən vəfalı, ən ağzı möhkəm və xüsusən
sinni keçmiş nökərlərdən qulluqçu seçərdilər. Nökər içəriyə girdikdə əllərini
döşünə qoyub dərin bir təzim və ehtiramla xanıma baş endirərək dedi:
- Xanım, sizə bu gün bir müjdə gətirməyə cəsarət etdim. Çoxdan bəri
gözlədiyimiz, gözəl xanımımızın nişanlısının göndərdiyi elçi bu saat
şəhərimizdədir. Gələn elçi Əsgər ağanın əmisidir. Onun qiymətli paltarlar
geyinmiş iki yüz atlısı var. Qız üçün çox böyük cehiz və qıza yengə olmaq
üçün özü ilə bərabər bir neçə xanım da gətirmişdir. Bu xoş xəbərlə sizi təbrik
edərək, bacınızı çağırmaq üçün əmrinizi gözləyirəm. O da buradan gəlinə
qoşulub ta oğlan evinə qədər bərabər getsin.
Hərəmxana nökəri bu sözləri deyib çıxdı. Bir neçə dəqiqədən sonra
Tutu xanımın bacısı şad bir halda qapıdan girdi və bacısını öpmək üçün
qollarını açdı. Hər ikisi Səadətə veriləcək cehizdən danışmağa başladılar.
Cehiz isə, bir yataq otağının avadanlığından, qızıl və gümüş ilə tikilmiş bir
neçə şeydən və toya gələnlərə hədiyyə etmək üçün bir neçə silah zinətlərindən
Dostları ilə paylaş: |