genişlənməsinə, xalqlarımızın arasında tarixi dostluğun möhkəmlənməsinə
çalışır.
“OCAQ”AZƏRBAYCAN MƏDƏNİYYƏTİ
CƏMİYYƏTİ
(Tallin)
“Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyəti keçmiş sovet
respublikaları ərazisində azərbaycanlıların yaratdıqları ilk mədəni
cəmiyyətlərdən biridir. Estoniyada 1200 nəfərdən çox azərbaycanlı yaşayır,
onların
əksəriyyəti respublikanın paytaxtı Tallin şəhərində
məskunlaşmışdır. “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin təsis
yığıncağı 1989-cu ilin yanvarında Tallin şəhərində keçirilmişdir. Cəmiyyət
Estoniya Mədəniyyət Fondu nəzdində fəaliyyət göstərir və Milli-Mədəni
Cəmiyyətlər Assosiasiyasına daxildir. Cəmiyyətə idarə heyəti rəhbərlik
edir. Yarandığı ilk gündən Cəmiyyətə Niyazi Hacıyev sədrlik edir.
Cəmiyyətin “Ocaq” adlı qəzeti 1989-cu ilin dekabrından ayda bir dəfə nəşr
olunur. Qəzet Cəmiyyətin məqsədi, gördüyü işləri, onun fəaliyyətinin əsas
istiqamətləri haqqında məlumat verir. Azərbaycan oxucuları qəzetin
səhifələrində Cəmiyyətin fəaliyyəti, Estoniyada yaşayan soydaşlarımız,
onların həyatı, eyni zamanda Estoniyanın ictimai-siyasi mühiti ilə tanış
olurlar.
“Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyəti ilk gündən Estoniyanın
ictimai-siyasi həyatına fəal qoşulmuş, respublikada baş verən bütün
mühüm hadisələrdə, Estoniyada gedən demokratikləşmə hərəkatında
yaxından iştirak edir. Cəmiyyətin başlıca məqsədi Azərbaycan və Estoniya
xalqları arasında mədəni, iqtisadi, sosial sahədə körpü yaratmaq, estonların
və azərbaycanlıların bir-birini yaxından tanımasına, dostlaşmasına kömək
etməkdir. Cəmiyyət Azərbaycan və Estoniya mədəni əlaqələrinin, dostluq
münasibətlərinin qədimliyinə əsaslanaraq öz fəaliyyətini genişləndirir.
Hələ keçən əsrin axırlarında Estoniyanın Tartu şəhərində azərbaycanlı
tələbələrin Cəmiyyəti, əsrimizin əvvəllərində isə “Bakı Eston Cəmiyyəti”
fəaliyyət göstərmşdir. “Ocaq” Cəmiyyəti bu tarixi ənənələri yeni şəraitdə
inkişaf etdirməyə çalışır. Cəmiyyət Azərbaycanın milli bayramlarını
Azərbaycan Demokratik Respublikasının yaranması gününü, Novruz
bayramını Tallində yaşayan azərbaycanlılarla, estonlarla və digər xalqların
nümayəndələri ilə birlikdə qeyd edir. Tallində Azərbaycan mədəniyyəti
günlərin keçirilməsində, Azərbaycan kitablarının satışının təşkil
olunmasında və bir sıra başqa tədbirlərin hazırlanıb keçirilməsində
Cəmiyyət xeyli iş görmüşdür. Cəmiyyət Estoniyada yaşayan
azərbaycanlılar üçün eston dilinin tədrisi kursu açmışdır.
“Ocaq” Camiyyəti öz fəaliyyətində Azərbaycanda baş verən
demokratik proseslər, erməni təcavüzkarlarının xalqımıza qarşı törətdikləri
cinayətlər haqqında obyektiv məlumatları eston ictimaiyyəti arasında geniş
yayır. Cəmiyyət istər Alma-Ata, Tbilisi, Bakı, istərsə də Riqa və Vilnüs
faciələrinə və onları törədənlərə qarşı öz etiraz səsini ucaltmışdır. 1990-cı il
Bakıda yanvar faciəsi ilə əlaqədar Cəmiyyət Estoniya Ali Sovetinin
qarşısında böyük mitinq keçirmişdir. Mitinqdə nəinki Tallində yaşayan
azərbaycanlılar, eyni zamanda estonlar və digər xalqların nümayəndələri də
iştirak etmişlər. Ocaq Azərbaycan Mədəniyyəti Cəmiyyəti müstəqillik
yoluna qədəm qoyan Azərbaycan və Estoniya respublikalarında
demokratik proseslərin dərinləşməsi, xalqlarımızın arasında dostluğun və
qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi sahəsində öz fəaliyyətini
durmadan genişləndirir.
İNGİLTƏRƏ
“AZƏRBAYCAN DAYAQÇILARI
CƏMİYYƏTİ”
(London)
“Azərbaycan Dayaqçıları çəmiyyəti”nin əsas məqsədi Azərbaycanda
baş verən hadisələr, demokratik proseslər, Ermənistanın Azərbaycana qarşı
apardığı elan olunmamış müharibəsi haqqında həqiqəti dünya
ictimaiyyətinə çatdırmaqdır. Mərkəzə Mustafa Rəsuli sədrlik edir.
Azərbaycan Dayaqçılarının fəal iştirakı ilə "İndepedent" qəzeti Xocalı
faciəsi, erməni təcavüzkarlarının torpağımızda törətdikləri vəhşiliklər
haqqında bütöv bir səhifə həsr etmişdir. “Tayms” qəzeti bu haqda reportaj
vermişdir. Mərkəzin yaxından köməyi ilə qəzet öz nömrələrinin birində
respublikamızın həyatında mühüm hadisə olan prezident seçkilərinə həsr
etdiyi məqaləni “Azərbaycan öz prezidentini seçir” adlandırmışdır.
Londonda çıxan qəzetlər Mərkəzin təşəbbüsü və yaxından iştirakı ilə dərc
olunan bir sıra məqalələrində Azərbaycan torpağında baş verən hadisələrin
obyektiv mənzərəsini yaradır. Mərkəz Azərbaycan Respublikasına qarşı
yönəldilmiş informasiya blokadasının yarılması sahəsində öz səmərəli
fəaliyyətini davam etdirir.
M.Rəsuli cəmiyyətin Azərbaycanla əlaqələrini möhkəmləndirmək
məqsədilə respublikamızdakı müxtəlif mətbuat orqanları və ictimai
təşkilatlarla sıx əlaqə yaradır, danışıqlar aparır. Bu baxımdan “AssA
İradə”nin Londonda müxbir postu məhz “Azərbaycan Dayaqçıları
cəmiyyəti”nin nəzdində açılmışdır.
“AZƏRBAYCANA YARDIM FONDU”
(London)
“Azərbaycana Yardım Fondu”nun təsisçisi Yəhya bəy Boler
milliyətcə ingilisdir. Onun əsl adı Yan Bolerdir, müsəlmanlığı qəbul
etmişdir. Onun həyat yoldaşı Xamuş xanım Qacari Ağari Məhəmməd Şah
Qacarın nəslindəndir. Yəhya bəy uzun illər İranda yaşamışdır. O, həm də
neft və qaz kəmərləri sahəsində ixtisaslaşmış “AYMEQ” beynəlxalq
mühəndis kompaniyasına sədrlik edir. Son vaxtlar “Azərbaycana Yardım
Fondu” ilə “AYMEQ” kompaniyası hesabına Şuşa və Fizulidən köçüb
gələn qaçqınlara 250 min dollar həcmində 6 ton dərman verilmişdir. Fond
Ümumdünya ekoloji təşkilatların köməyi ilə Azərbaycandakı ekoloji
problemlərin ümumdünya miqyasına çıxarıb onların həllinə yönəltmək
üzərində çalışır.
“AZƏRBAYCAN MƏDƏNİYYƏT
MƏRKƏZİ”
(Mançestr)
İngiltərənin Mançestr şəhərində fəaliyyət göstərən “Azərbaycan
Mədəniyyət Mərkəzi” 1990-cı ildə yaradılmış və əsasən Cənubi
Azərbaycandan olan gəncləri birləşdirir. Cəmiyyətin sədri Əbülfəz
Dostları ilə paylaş: |