77
nağılların qəhrəmanı olurdu. Elə bir qəhrəman ki, bu
qəhrəmanın sayəsində insanlar ağır xəstəliklərdən şəfa tapır,
dirçəlib ayağa qalxır, gülümsər gözləri ilə Aydana, o
nağılların qəhrəmanına şükranlıq hisslərini çatdırırdılar.
Yenə də genetik kod yaddaşı. Yenə də qandan gələn
sirli-sehrli aləmin bir möcüzəsi.
İkisi də balaca uşaq olanda Ayşənlə Aydanın
söhbətlərinə gizlincə qulaq asan Elçin müəllim qəribə
hisslərin əhatəsinə düşürdü. Hərdən ona elə gəlirdi ki, bu
qızlar, elə bütün bu yaşda olanlar dünyanın ən ağıllı
adamlarıdı. Kindən, məkrdən, yalan və xəyanətdən uzaq olan
bu cocuqlar elə təmiz, şəffaf hisslərin ağuşunda gəzib-
dolanır, dünyanı elə bərli-bəzəkli göstərirdilər ki, adam cani-
könüldən canlı aləmin əşrəfi olduğunu yadına salır, düşünür,
bundan qürurlanır, belə dünyada daha çox qalmağın,
yaşamağın yollarını axtarırdı. Ancaq yenə də ətrafa
baxanda... Çirkinliklərlə dolu mühitin “canlı ekranında”
gördükləri ilə o balaca qızcığazların düşüncələri arasında
böyük təzadın olduğunu ürək ağrısı ilə şah damarının
telindən keçirirdi.
...Aydan ailə həyatı qururdu. Şadlıq sarayına yığışan
qonaqlar
arasında
daha
kimlər
yox
idi:
Vasim
Məmmədəliyev, Xoşbəxt Yusifzadə, Nəriman Həsənzadə,
Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Amaliya Pənahova,
Nizami Cəfərov, Elçin Hüseynbəyli, Vahid Əziz, neçə-neçə
tanınmış elm, mədəniyyət, incəsənət, ədəbiyyat adamları...
Toyun çox qəribə, bəlkə də indiyə qədər görmədiyim bir
aurası var idi. Hər şeydən daha çox gözə carpan isə toyun
türk birliyinə köklənməsi idi. Elə ilk nəğmə də Azərbaycan-
Türkiyə qardaşlığını özündə ehtiva edən bir musiqi nömrəsi
ilə açıldı. Qəribə, sehrli bir aləmə düşmüşdüm elə bil. Sanki
Dədə Qorqud öz qopuzunu səsləndirib Turan dünyasını
78
buraya, “Kral” şadlıq sarayına yığmışdı. İnsanlar, toya
gələnlər bu qopuz havasından cuşa gəlib, saray boyunca bir-
biriylə salamlaşır, təbriklər deyir, alqışlarla yeni ailə həyatı
quran Aydanla Raminə xoşbəxtlik diləklərini yetirirdilər.
Hər zaman gözlərində işıq görmüşdüm Elçin müəllimin.
Ancaq bu axşamkı işıq o işıqdan deyildi. Bir başqa,
bambaşqa işıq idi ki, bu gecənin ruhundan doğmuşdu. O işığı
Afət xanımın da gözlərində gördüm...
Ramin bəy qərbi Azərbaycan bölgəsindən idi. O da
saysız-hesabsız soydaşlarımız kimi erməni qəsbkarlığının nə
demək olduğunu qanında, canında hiss eləmişdi. Bütün ruh
ağrısına
rəğmən
məktəbi
əla
qiymətlərlə
oxumuş,
Azərbaycan Dövlət Tibb Universiteti rəhbərliyinin göndərişi
ilə İstanbul Universitetinin tibb fakultəsində bakalavr və
uzmanlıq təhsili almışdır. Uzmanlıq imtahanı zamanı
Türkiyədən və xaricdən olan on beş min həkim içərisində
yığdığı ballara görə dördüncü nəticə göstərmişdir ki, bu da
çox yüksək göstərici hesab olunurdu.
İstanbul Batı Bahat özəl xəstəxanasında həkim-cərrah
vəzifəsində çalışan bu gənc həkimin çox tanınmış bir
professor olacağına mənim qəlbimdə qəribə bir inam var.
İndi onunla bir yerdə İstanbulda yaşayan Aydan da
burada təhsilini davam etdirib, püxtələşmiş bir həkim kimi
yetişməyi, xəstə insanların dadına yetməyi qarşısına məqsəd
qoymuşdu. Axı bacısının uşaq vaxtı dediyi sözlər yadından
çıxmamışdı. O sözlərə görə Aydan aydan, ulduzdan şəfalı
dərmanlar tapıb gətirməli, çarəsiz xəstələrə çarə olmalıydı.
Elçin müəllimlə Afət xanıma Tanrı iki qız övladı əta
eləmişdi. Ata-ana bu qızların sevinci ilə yaşayaraq, daxilən,
bir-birinə demədən, dillərinə gətirmədən daha bir övladın,
oğul payının həsrətini kölgəli bir həvəslə çəkirdilər. O oğul
79
payı gec, çox gec, on dörd ildən sonra gəldi. Gözlənilmədən,
Tanrının daha xoş bir bəxşişi, mükafatı kimi...
Uşağın adını Əli qoydular.
Elçin beylə, Afet hanım, ocağınız odlu olsun,
Güzel Aydan, güzel Ayşen,
kardaşınız kutlu olsun,
Dedem Korkud dile gelip
boy boylasın, soy soylasın,
“Elinde Zülfukarıyla bunun adı Ali olsun!...”
Gözlənilmədən Tanrı tərəfindən göndərilən bu oğul
bəxşişinin adının Əli qoyulmasının haradan qaynaqlandığını
bilmirəm. Hər halda, Əli adı elə- belə ad deyildi, Allahın çox
bəyəndiyi, qiymət verdiyi bəşər övladlarından (bəlkə də
bəşər övladlarının fövqündə dayanan) birinin adı idi. Bəlkə
bu adı yuxuda pıçıldamışdılar onlara? Bəlkə Əlidən başqa
heç bir ad qoymaq olmazdı bu uşağa, bilmirəm. Ancaq onu
bilirəm ki, bu müqəddəs adın cazibəsində, işığında, nurunda
böyüyüb boy atan bu oğlanı Tanrı himayəsində saxlayacaq,
qoruyacaq və al sabahlara aparıb çıxaracaqdı. Yəqin elə
bunları düşünüb türk şairi Osman Oktay bu şeiri Əlinin adına
bağlamışdı.
...Aydanın toy mərasimində Əlinin bacısı üçün gətirdiyi
böyük gül çələngini görəndə, bunu Əlinin bacısına uşaqlıq
vaxtı elədiyi yaxşılığın bir əvəzi və minnətdarlığı kimi qəbul
elədim nəyə görəsə...
Əlinin dünyaya gəlişi Elçin müəllimin qələmini də
həvəsə gətirmişdi. O, bir qərib gecə şirin yuxusundan oyanıb,
oğlunun adına poema yazmışdı. Demək olar ki, bir nəfəsə,
dayanmadan, yorulmadan... Adını da “Oğlum Əliyə dualar”
qoymuşdu.
80
Beşiyinin başında
anan laylay çalanda,
laylay səsi həzin-həzin
enəndə, alçalanda-
mən Şaman duaları
pıçıldamışam sənə.
Yuxuda şirin-şirin
gülümsəyirsən yenə.
İlahi bir təbəssüm
çiçəkləyir üzündə.
Röyada at çapırsan
bəlkə Cıdır düzündə?
Bəlkə Tanrı dağları
girir sənin röyana?
Sən yat, keşik çəkirəm
oğlum sənin dünyana.
Səbail rayonundakı 160 saylı gimnaziyanın 3-cü sinfində
əla qiymətlərlə təhsil alan Əlinin genetik koddan
bəhrələnərək gələcəkdə atası kimi elm adamı olacağına da
məndə qəti və qəribə bir inam var. Əgər gələcək günlərin
birində Əli Elçinoğlu İsgəndər adlı birinin adını böyük elm
adamlarının
sırasında
görsəniz,
buna
qətiyyən
təəccüblənməyin. Ona görə yox ki, mental hisslərdən gələn
bir duyğuyla o, atasının yoluyla getməlidir. Ona görə ki, o,
əsl elm fədaisinin qan yaddaşında yoğrulub. Və belə
insanların böyük alim olmalarına mən təəccüb eləmirəm.
Sən Turan ellərini
gəz-dolan qarış-qarış.
Sənin əcdadlarındı
Dədə Qorqud, Gilqamış.
Dostları ilə paylaş: |