73
sayəsində daha böyük nailiyyətlər əldə etmək olardı. Bu
yöndə dünya klassiklərinin tanınmış, oxucu rəğbəti qazanmış
əsərləri
dilimizə
tərcümə
olunur,
öz
kamil
bədii
nümunələrimiz dünyaya tanıdılırdı. Bir azca qabağa gedərək
onu da deyim ki, iş-işi göstərər prinsipindən yararlanan
Elçinlə Afət cütlüyü bir az sonra “Bayatı” dərgisini
yaratdılar. Bu dərgi otuzdan artıq ölkədə yayımlanaraq
Azərbaycan həqiqətlərinə çıraq tutdu. Sonra isə iki
beynəlxalq mükafat təsis elədilər. Elm sahəsində uğurlar
qazanan bilim adamlarını “Xudu Məmmədov” Beynəlxalq
mukafatı, ədəbi sahədə uğur qazananları isə “Şahmar
Əkbərzadə” Beynəlxalq mukafatı ilə dəyərləndirdilər.
Məram çox düzgün seçilmişdi. İki cəfakeş insanın min
bir
əziyyəti
bahasına
başa
gələn
“Vektor”
milli
dəyərlərimizin
qorunması,
təbliğ
olunması,
sabaha
çatdırılması yönündə çox böyük işlər görürdü. Bundan başqa
“Vektor” hələ Azərbaycanda görünməmiş xeyirxah işlərə də
rəvac verirdi. Yazmaq qabiliyyəti olan, ancaq imkansızlıq
ucbatından yazdıqlarını ictimaiyyətə təqdim edə bilməyən
xeyli sayda insanların kitablarını “Vektor” nəşrlər evi nəşr
edir, heç bir təmənna ummadan onları xalqa tanıdırdı. Belə
imkansız yazarların sayı-hesabı yox idi. Ancaq sözlə əlləşən
bu adamların kitablarını dərc etməkdən yorulmur, usanmır,
hələ desən, yaxşı əsərlərin sorağı ilə gələnləri həsrətlə
gözləyirdi Elçinlə onun həyat yoldaşı.
Bəzən kamil insanlar tərəfindən elə işlər görülür ki, bu
işlərin mahiyyətinə varanda dəhşətə gəlirsən. Sözün yaxşı
mənasında tüklərin biz-biz dayanır. Və istər-istəməz
düşünürsən; dünya belə insanların çiynində bərqərardır.
Yoxsa dünya bu zorun, bu yalanın, bu fitnə-fəsadın
qarşısında dayanıq gətirə bilməz, məhv olub gedər. Bu yöndə
psixoloqlar, filosoflar, zəka sahibləri də maraqlı fikirlər
74
səsləndiriblər. Bu fikirlərin toplum halında məcmusu bunu
deməyə əsas verir ki, yer üzərində olan bütün canlıların heç
də hamısı dünyanın əşrəfi deyil. Söhbət təbii ki, insanlardan
gedir. Dünyanı qoruyan, məhvərində saxlayan çox az faizli
kamil insanlardır ki, onların Tanrı ilə şüuraltı əlaqəsi yeri öz
oxu ətrafında saxlayır, uçub-dağılmağa qoymur. Elçin də
Tanrının belə bəndələrindən idi. Bəlkə də onun özü bunu
bilmirdi. Heç çevrəsində olanlar da. Amma iti bucaq altında
baxanda
Elçinin
Tanrının
seçilmişlərindən
olduğu
görünürdü.
Elçin müəllim və Afət xanım... “Vektor” elm
mərkəzinin prezidenti və vitse-prezidenti, həm də qurumun
həmtəsisçiləri.
Artıq bu adamlar böyük yol ayrıcına çıxmışdılar. Bu yol
onları səadət dolu günlərə aparacaqdı. Xalqa xeyir gətirən,
milləti təbliğ edən, insanlara sevinc paylayan bu xoşbəxtlik
yolunun yolçuları indi təkcə özləri üçün deyil, həm də böyük
çoxluğun rifahı naminə yaşamağı qarşılarına məqsəd
qoymuşdular.
75
AYŞƏN, AYDAN VƏ... ƏLİ
Birinci övladları dünyaya gələndə sevinclərinin həddi-
hüdudu yox idi. Bütün övladlar ata-ana üçün şirin olsalar da,
birinci övladın ailədə xüsusi yeri və çəkisi olur. Axı onun
dünyaya gəlməsi ilə ər ilk dəfə ata adlanır, qadın analıq
zirvəsinə yüksəlir. Elə buna görə də bütün ailələrdə birinci
övlad o biri övladlardan bir baş ucada dayanır. Bəlkə həm də
ona görə ki, ondan sonra dünyaya gələn bacı-qardaşlarının da
öndə gedəni elə o olur. Buna rəğmən birinci dünyaya gələn
övladlarının adını çox da düşünmədən Ayşən qoydular. Yəni
hər zaman ay kimi bədirli, işıqlı, sevinc gətirən insanlar kimi
şən və gülərüz olsun.
Ayşən çox ağıllı uşaq idi. Bal verən arı pətəyindən, bala
verən quş dimdiyindən bəlli olar deyiblər. Onun da lap
balaca vaxtlarından zəkalı bir kəs olacağı sezilirdi. Atasına,
ən çox da anasına gündə yüzlərcə suallar verirdi. Bu suallar
yerli-yersiz, mənalı-mənasız olsa da, ata-ana aramla uşağa
cavablar verir, usanmadan onun “məlumat bazasını”
zənginləşdirməyə çalışırdılar.
Ayşənin verdiyi qəribə suallar onu bir tərəfə aparıb
çıxarmalıydı. Çıxardı da. Xətai rayonundakı 27 saylı orta
məktəbi əla qiymətlərlə oxuyan bu qız arzularının qanadında
sənədlərini Bakı Dövlət Universitetinin biologiya fakultəsinə
verir. Oranı əla qiymətlərlə oxuyaraq, qırmızı diplomla
bitirir. Elə həmin il Azərbaycanda ilk dəfə olaraq London
Kral Universitetinin ekologiya mühəndisliyi ixtisası üzrə
76
magistraturasına daxil olur. Həmin universiteti də qırmızı
diplomla bitirən Ayşən Azərbaycan Dövlət Neft Şirkətinə
elmi işçi vəzifəsinə təyinat alır. Doktorant olur. Dəfələrlə
Amerikanın Kaliforniya, Texas, Mayami ştatlarında ixtisası
üzrə kurslar keçmiş və beynəlxalq sertifikatlar almışdır.
İnsanın taleyində zatın, kökün nə qədər önəmli rol
oynadığını hamımız bilirik. Sanki gözəgörünməz zat telləri
gecə-gündüz insanı öz ulusuna doğru çəkib aparır. Bir də
baxıb görürsən ki... Görürsən Elçin İsgəndərzadədən yeni
elçinlər törəyir. Və bu inama, etiqada inansaq bir müddətdən
sonra görəcəyik ki, Ayşən Elçinqızı artıq alimlik dərəcəsi
alıb, elmin zirvəsinə yüksəlib. Mənim daxilimdə buna çox
böyük bir inam var və elə belə də gözləyirəm.
Sonra dünyaya Elçin müəllimin ikinci qızı gəldi. Yenə
də çox fikirləşmədilər, qızın adını Aydan qoydular. Aydan...
Aydan qopub gələn qız. Ayın bir parçası. Bu onun simasına
verilən bir ad idi. Daxili aləmini də bir azdan göstərəcəkdi.
Göstərdi də. Çox şirin-şəkər, qəşəng, böyük bacısı kimi
mənalı-mənasız sualları ilə bol olan bu qızcığaz bir
müddətdən sonra oxuduğu Xətai rayonu 27 saylı orta
məktəbin göz bəbəyinə çevrildi. Hamı onu barmaqla
göstərdi. Elçin müəllimin qızı olduğuna görə yox, öz
savadına, istedadına, qabiliyyətinə görə. O, da böyük bacısı
kimi orta məktəbi əla qiymətlərlə bitirib sənədlərini
Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-prafilaktika
fakultəsinə verdi və yüksək balla həmin fakultəyə daxil oldu.
Aydanın çox böyük arzuları var idi. Lap uşaq
çağlarından onu bir məsələ narahat edirdi. Bəzi ümidsüz
xəstəlikləri
müalicə
edərək,
insanları
xəstəliklərin
caynağından qurtarmaq. Cavan vaxtında ömrü yarımçıq
qalan insanların nakam taleyi onun hələ bərkiməmiş qəlbinə
çox sıxıntılar gətirirdi. Xəyalında nağıllar qurur, özü bu
Dostları ilə paylaş: |