28
FAİZİN (SƏLƏMÇİLİYİN) ÇOXALMASI
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: “Qiyamətdən öncə
% çoxalır”
108
.
Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: “İnsanların üzərinə elə bir vaxt
(zaman) gələcək ki, artıq insanı qazancının halal və ya haram yolla olması
maraqlandırmayacaq”
109
.
ƏMANƏTƏ XƏYANƏTİN ARTMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər
– sallallahu aleyhi və səlləm – dən soruşdu: «Qiyamət nə vaxt qopacaq?»
O: «Əmənət qaldırılacağı zaman siz Qiyaməti gözləyin» deyə buyurdu. O,
kişi: «Əmanət nə vaxt qaldırılacaq?» Peyğəmbər: «Layiq olmayan insana
əmanət verilərsə əmanət korlanmış olar» deyə buyurdu
110
. Əmanət –
xəyanətin ziddidir.
“Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri
yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona
yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona
insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır
əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini,
ağır nəticəsini bilmədi)”. (əl-Əhzab 72). Alimlər əmanəti bir çox
mənalarda açıqlamışlar. 1) Tövhid – çünki o, qulun yanında qoruması
lazım olan bir əmanətdir. 2) Əməl – qulun qoruması lazım olan bir
əmanətdir. Əmanət dinin əmrlərini yerinə yetirmək və qadağalarından
qaçmaqdır
111
. Xuzeyfə
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – bizə iki hədis rəvayət etdi. Onlardan birini
gördüm, ikincisini isə gözləyirəm. Birinci - əmanətdir. İnsanların (saleh
kimsələrin) qəlblərinin dərinliyinə enər. Sanki o, insanlar Quran və
Sünnəni bilirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə əmanətin
qaldırılmasından da danışdı. Bir kimsə yatar və əmanət onun qəlbindən
(hafizəsindən) silinib alınar. Əmanətin əsəri, rəngi solğun bir nöqtə
halında yanıq yeri kimi qalır. Sonra həmən şəxs bir də yatdığı zaman
əmanətin qalan qismi də alınır. Bunun da izi əməksevər bir kimsənin
ovcundakı qabarcıq (suluq) kimi yeri qalar. Belə ki, əmanət sənin ayağına
saldığın bir közün düşdüyü yeri şişirdib sənin onu qabarcıq (suluq)
halında gördüyün kimidir. Halbuki bu qabarcıqda (suluqda həyata təsir)
bir şeylər yoxdur. Bu şəkildə insanlar bir-birilərilə alış-veriş etməkdə
108
Munzirî “Tərğib və Tərhib” 9/3.
109
Buxari 2059, Nəsəi “Buyu” 7/243.
110
Fəthul-Bəri, Buxari “Rikâk” 11/333, Müslim.
111
Əhkamul Quran 3/1588,1589, Nəvəvi Şərh Müslim 2/168, İbn Kəsir 6/477, Fəthul Bəri 11/33.
29
sabahlayarlar. (Heç kimsə əmanəti kim ödəyər deyə bir kimsə tapmaz).
Belə ki: “(Gah) Filan oğulları içində əmin bir kimsə vardır (əmanəti ona
verək)” deyərlər. Yenə o, kimsə üçün: “O, nə ağıllı, nə tədbirli, nə də
cəsur bir kimsədir” deyərlər. Halbuki o, kimsənin qəlbində xardal dənəsi
qədər iman yoxdur. Xuzeyfə: “Mən elə bir zamanda yaşadım ki, o
dövürdə biri ilə alış-veriş etdikdə heç narahat olmazdım. (Alış-veriş)
edəcəyim kimsə müsəlmandırsa onu İslamı (xəyanət) etməkdən
çəkindirərdi. Əgər (alış-veriş) edəcəyim kimsə Xristian və Yəhudidirsə
onu yaşadığı yerin vəlisi xəyanətdən çəkindirər. Bu gün isə mən filan və
filankəsdən başqa heç kəslə alış-veriş edə bilmirəm”
112
.
QUL QADININ ÖZ AĞASINI DOĞMASI,
KASIBLARIN VARLANIB HÜNDÜR BİNALAR
TİKMƏKDƏ BİR-BİRLƏRİ İLƏ YARIŞMALARI
Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Qiyamətin əlamətləri
haqqında soruşan Cəbrailə belə cavab vermişdir: «Qul qadın öz ağasını
doğması, ayaq yalın, cılpaq, cobanların hündür bina tikməkdə bir-birləri
ilə yarışmaları»
113
.
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu:
“Qulun xərclədiyi hər bir şeydə əcr vardır. Lakin bina bundan
müstəsnadır»
114
. Əbu Hureyrə
– radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İnsanlar binaları qat-
qat yüksəltmədikcə Qiyamət qopmaz”
115
. İbn Həcər
– rahmətullahi aleyhi
- deyir ki: “Axır zamanda cariyələr hədisdə işarə edilən tərbiyə edilənlər
olacaqlar. Çünki cariyələr azad qadınlardan ayrı olaraq güclü adamların
himayəsində olacaqlar. Buna görə də hədisdə: “...Ayaq yalın, cılpaq,
cobanların hündür bina tikməkdə bir-birləri ilə yarışmaları” ləfzi ilə zikr
edilmişdir
116
.
İNSANLARIN YALNIZ TANIDIQLARI
KİMSƏLƏRƏ SALAM VERMƏLƏRİ
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətin əlamətlərindən biri də
insanların yalnız tanışlıq xatirinə bir-biri ilə salamlaşmalarıdır»
117
.
112
“Fəthul-Bəri”, Buxari “Rikâk” 11/333, “Fitən” 13/38.
113
Buxari, Müslim.
114
əl-Albani «Cəmius Səhih» 4442.
115
Fəthul-Bəri, Buxari “Fitən” 13/81,82.
116
“Fəthul-Bəri” 1/122-123.
117
İmam Əhməd “Müsnəd” 5/326, Əhməd Şakir “Səhih”.