komplekslər (kampuslar) yaradıla bilər.
1.18.
Ali Məktəb ali təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə digər ali təhsil
müəssisələri ilə sazişlər bağlamaq, elm, istehsal və digər müəssisə, təşkilat və idarələrin
iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək, tədris elmi-istehsal birlikləri
(assosiasiyaları) yaratmaq, ərazi tədris istehsal birlikləri və assosiasiyalarına daxil olmaq
hüququna malikdir.
1.19.
Ali Məktəbin filialları, fakültələri, kafedraları, tədris şöbələri, kitabxanaları, elmi
tədqiqat və sınaq laboratoriyaları, doktorantura, əlavə təhsil üçün müvafiq bölmələr,
qeydiyyat ofisləri, tədris-təcrübə təsərrüfatları, idman bazaları, tədris teatr və studiyaları,
konsert zalları, sərgi salonları, iaşə müəssisələri, xidmət və digər struktur bölmələri
fəaliyyət göstərə bilər. Ali Məktəbin strukturunda onun profilinə uyğun istehsal, klinika,
elmi tədqiqat, yaradıcılıq, müəssisə və təşkilatları yaradıla bilər.
1.20.
Ali Məktəbin strukturu onun elmi şurası tərəfindən müəyyənləşdirilir (filiallar istisna
olmaqla) və Ali Məktəbin rektoru tərəfindən təsdiq edilir. Ali Məktəbin struktur
bölmələrinin fəaliyyət dairəsi və funksiyaları onun Nizamnaməsinə uyğun həyata keçirilir.
1.21.
Ali Məktəbin struktur bölmələri tədris prosesi və elmi tədqiqat işlərinin təşkilində,
onun həyata keçirilməsində bilavasitə iştirak edir, Ali Məktəbin Elmi Şurasının qərarlarını,
rektorun əmr və sərəncamlarını yerinə yetirir.
1.22.
Struktur bölmələrinin rəhbərləri qanunvericiliyə uyğun olaraq təyin olunurlar.
1.23.
Ali Məktəbin bəzi struktur bölmələri Elmi Şuranın' qərarı ilə hüquqi şəxs statusuna
malik ola bilərlər.
1.24.
Ali Məktəb qanunvericiliyə və öz Nizamnaməsinə uyğun olaraq, ölkənin və xarici
dövlətlərin ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında
filiallar açmaq hüququna malikdir.
1.25.
Ali Məktəbin filialları öz funksiyalarını müstəqil olaraq həyata keçirirlər. Filialın
fəaliyyətinin idarə edilməsi Ali Məktəbin nizamnaməsinə və filialın əsasnaməsinə uyğun
həyata keçirilir.
1.26.
Filialın yaradılması, ləğv edilməsi, adının dəyişdirilməsi və onun yerləşdiyi ünvan
barədə rekvizitlər Ali Məktəbin nizamnaməsində öz əksini tapır.
1.27.
Filialın rəhbəri (direktoru) Ali Məktəbin vəsatəti əsasında Azərbaycan Dövlət Neft
Şirkəti tərəfindən təyin edilir.
1.28.
Ali Məktəbdə təhsil Azərbaycan Dövlət Neft Şirkətinin hesabına və ödənişli əsaslarla
həyata keçirilir.
1.29.
Ali Məktəb təhsil, tərbiyə və elm mərkəzi kimi, nizamnaməsinə uyğun aşağıdakı
vəzifələri yerinə yetirir:
-
hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı, ali təhsilalma tələblərinin
ödənilməsi;
-
təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi;
-
elmi araşdırmaların aparılması;
-
yüksəkixtisaslı elmi-pedaqoji, elmi kadrların hazırlanması;
-
ixtisasartırma və kadrların yenidən hazırlanmasının təmin edilməsi;
-
qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil, mədəni-maarif, turizm, maliyyə-
iqtisad, təsərrüfat, elmi-istehsalat sahələri üzrə kommersiya fəaliyyəti ilə məşğul
olunması;
-
beynəlxalq fəaliyyətin və xarici əlaqələrin təmin edilməsi.
1.30.
Həmin vəzifələri yerinə yetirmək üçün Ali Məktəb:
-
dövlət təhsil standartlarına və ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil
proqramlarına uyğun tədris sənədlərini və tədris prosesinin təşkilinə aid digər
sənədləri səlahiyyətləri çərçivəsində müstəqil hazırlayır;
-
tədris prosesini təşkil edir və onun monitorinqini həyata keçirir;
-
təlim prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə edir;
-
elmi, ixtisaslaşdırılmış və dissertasiya şuralarının işini təşkil edir və həyata keçirir;
-
profilinə uyğun elmi tədqiqat işlərini həyata keçirir və elmi-metodik sənədlər
hazırlayır;
-
elmi-praktik konfranslar, seminarlar, simpoziumlar, olimpiadalar, müsabiqələr,
sərgilər və s. təşkil edir və həyata keçirir;
-
elmi əlaqələr yaradır, təhsil və elmi-texniki əməkdaşlıq haqqında saziş və
müqavilələr bağlayır, təhsillə bağlı layihələrdə, o cümlədən beynəlxalq layihələrdə
iştirak edir;
-
təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında
beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinin tətbiqi ilə bağlı müasir
informasiya və elmi-metodik təminatını, ali təhsil müəssisəsinin xüsusi veb-portalını,
qlobal kompüter şəbəkəsi (internet) üçün informasiya resurslarını yaradır;
-
elmi əsərləri, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyatları hazırlayır və
nəşr edir;
-
tələbələrə və professor-müəllim heyətinə idman, sağlamlıq, iaşə və məişət xidmətləri
həyata keçirir;
-
təsərrüfat və maliyyə fəaliyyətini həyata keçirir;
-
maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi
istiqamətində işlər görür;
-
müəllim-tələbə mübadiləsini və onların xaricdə təcrübə keçmələri üçün beynəlxalq
əlaqələr yaradır.
1.31.
Ali Məktəbdə mütəxəssislər və elmi-pedaqoji kadr hazırlığı üç səviyyədən ibarətdir:
-
bakalavriat;
-
magistratura;
-
doktorantura.
1.32.
Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir:
-
əyani;
-
qiyabi;
-
distant (məsafədən);