yaratdığı
Qaraxanilər dövlətinin geniş bir əraziyə malik olmasını
yazır (46).
XI yüzilliyin müəllifi Mahmud Kaşqariyə görə
ciglər Taraz
(Cambul) vilayətinin yaxınlığındakı
Cigil şəhərində və onun
ətrafında yaşamışlar. Mənbələrdə Orta əsrlərdə İssıkkulun hər
tərəfini
cigil tayfalarının tutduğu bildirilir.
Quba rayonunun Cek kəndinin içərisində böyük bir qaya daşı
və bunun üstündə bir neçə ev var. Kəndin əhalisi bu daşa
kum, Cek
kəndindən çıxmış obaların əhalisinə isə
kumayti deyirlər. Kumayti
ceklərə görə
“Cek kəndindən çıxanlar” deməkdir. Cek həm də,
türk
dillərində “yarğan” mənasındadır.
QARAÇI
. Rayonun eyniadlı İƏV-də kənd. Ağçayın sahilində,
Samur-Dəvəçi ovalığındadır. Oykonim türkdilli xalqlar içərisində
siqan adlanan
qaraçı xalqının adı ilə bağlıdır. XIX əsrin əvvəl -
lərində kəndin ərazisində bir neçə
qaraçı ailəsinin yaşaması
mənbələrdən məlumdur. Mənşəcə Hindistanın
Kəraçi vilayətindən
çıxmaları haqqında fikirlər geniş yayılmışdır. M.Vəlili yazır ki,
Azərbaycan qaraçıları öz dilləri və türk sözləri ilə qarışıq tat
dilində danışırlar. Bununla bərabər onların dili hind-Avropa dillə -
rinin Şimal-Qərb qrupu əlamətlərinə malikdir (51, 64). Qaraçılar
əvvəl Azərbaycan ərazisində köçəri həyat sürürdülər. Hazırda isə
demək olar ki, oturaq həyata uyğunlaşmışlar.
Xaçmaz rayonunda
Qaraçı kəndi, Hacıqabul yaxınlığında
Qaraçı karvansarası, Ağdaş rayonu Mollalar kəndində
Qaraçı
təpəsi, Xanlar rayonu ərazisində
Qaraçı dərə, İsmayıllı rayonu
Güyüm kəndi yaxınlığında
Qaraçıbulaq, Zəngilan rayonu Keşikli
kəndi ərazisində
Qaraçı çuxuru toponimlərdə
qaraçı etnoniminin
izlərini qoruyub saxlaya bilmişdir.
QARADAĞ BUDUQ
. Oykonim Qaradağ və Buduq adlarının
birləşməsindən yaranmışdır. Qaradağlı kəndinin yaxınlığında
yerləşdiyinə görə digər Buduq kəndindən (indiki Ağyazı Buduq)
71