10
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə
Kamandar Nəsibov
Vəkillər Kollegiyası
Rəyasət Heyətinin üzvü
VƏKİLLİK FƏALİYYƏTİ ZAMANI
TƏCRÜBƏDƏ RASTLAŞILAN
PROBLEMLƏR (2‐ci yazı)
Ötən məqalədə biz əsasən vəkillik fəaliyyəti zamanı cinayət işləri üzrə rastlaşılan problemlər barədə
məlumat vermişdik. Bu məqalədə isə daha çox mülki işlər üzrə rastımıza çıxan əsas problemlərdən
bəziləri barədə məlumat verməyə çalışacağıq.
“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6‐cı maddəsinə
müvafiq olaraq hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı
cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış, müstəqil məhkəmə vasitəsilə, ağlabatan
müddətdə işinin ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu hüquq Azərbaycan
Respublikasının Konstitusiyasında və qanunlarında da öz əksini tapmışdır. Ədalətli məhkəmə
araşdırması geniş mənada başadüşülən hüquqdur və həmçinin qərarlardan şikayət verilməsi
hüququnu, həmçinin məhkəmə qərarlarının icra olunmasını da özündə ehtiva edir.
Vəkil kimi hüquqi yardım göstərdiyimiz Adamoviç Zinaida Aleksandrovnanın apellyasiya
məhkəməsinin qərardadından narazı qalıb Ali Məhkəməyə kassasiya şikayəti vermişdik. Lakin Bakı
Apellyasiya Məhkəməsinin 08 aprel 2013‐cü il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi
M.Bağırova, M.Məmmədov və R.Qurbanov) kassasiya şikayətimiz əsassız olaraq geri qaytarılmışdır.
Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407 və 408‐ci maddəsini
əsas tutaraq hesab etmişdir ki, kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmiş və kassasiya
şikayəti vəkil tərəfindən tərtib edilməmiş və imzalanmamışdır.
Halbuki, mülki işin materiallarında order və nümayəndə səlahiyyətini təsdiq edən etbarnamə öz
əksini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3‐cü
maddəsini əsas tutaraq hesab etmişdir ki, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamışdır.
Halbuki kassasiya şikayətləri tərəfimizdən imzalanmışdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4‐cü maddəsinə əsasən hər hansı bir
iş üzrə verilən order bağlanmış müqaviləyə əsasən iş mahiyyəti üzrə tam qurtarana qədər
qüvvədədir. İşə mahiyyəti üzrə baxılanadək qəbul edilmiş hər məhkəmə aktına görə orderin
verilməsi, işi mahiyyəti üzrə həll etməyən qərardadlardan verilən şikayətlərə görə müqavilənin
bağlanmasını zəruri edir. Bu da hüquqları müdafiə edilən şəxs tərəfindən əlavə vəsaitin ödənilməsi
gətirib çıxardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1‐ci maddəsinə əsasən
iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Kassasiya
şikayətinin məzmunundan bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
407.4‐cü maddəsində göstərilmişdir ki, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini
sübut edən sənəd əlavə olunur. Bildiyimiz kimi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası
Qanununun 8.4.2‐ci maddəsində göstərilmişdir ki, iş üzrə icraatın xitam verilməsindən, iddianın
baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlər istisna olmaqla,
digər heç bir halda məhkəmə qərardadlarından verilən şikayətlərə dövlət rüsumu əlavə edilmir.
11
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə
Lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4‐cü maddəsində kassasiya
şikayətinə orderin və rüsumun ödənilməsini sübut edən sənədin əlavə edilməsi imperativ qaydada
tələb edilir ki, bu tələb də yalnız mülki iş üzrə çıxarılmış qətnamələrə şamil oluna bilər. Belə ki,
məhkəməyə verilən bütün iddia ərizələrinə iddia tələbinə müvafiq olaraq dövlət rüsumu əlavə
edilir. İşi mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadalarından, o cümlədən apellyasiya
instansiyası məhkəməsinin qərardadlarından verilmiş kassasiya şikayətlərinə dövlət rüsumunun
ödənilməsi barədə sənəd əlavə edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 407.4‐cü maddəsində dövlət rüsumunun ödənilməsini sübut edən sənədin orderlə
birlikdə şikayətə əlavə edilməsinin imperativ qaydada tələb edilməsi faktiki olaraq həmin maddənin
konkret olaraq qətnamədən verilmiş kassasiya şikayətlərini özündə ehtiva etdiyini sübut edir.
Bundan başqa həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.1.2ci
maddəsinə əsasən prosessual tərəflər cinayət işləri üzrə apellyasiya instansiyası məhkəməsinin
ilkin baxış qərarından kassasiya instansiyası məhkəməsinə şikayət və ya prorest verilə bilər.
Təcrübədə qeyd edilən qərardan müdafiəçi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə
şikayət verilən zaman şikayət ərizəsinə apellyasiya instasiyası məhkəməsi üzrə verilmiş orderin
surətinin əlavə edilməsi şikayətə kassasiya instansiyası məhkəməsində baxılmasına kifayət edir.
Göründüyü kimi, mülki iş üzrə apellyasiya instansiyası məhkəməsinin iddianın təmin tədbiri barədə
qərardadından verilmiş şikayət cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin ilkin
baxışından verilmiş şikayət kimi işi mahiyyəti üzrə həll etməyən ara qərardan verilmiş şikayətdir.
Bu səbəbdən də hesab edirik ki, mülki işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilmədiyindən
iddia tələbi üzrə birinci instansiya məhkəməsinə təqdim edilmiş order kassasiya şikayətini
imzalamaq və kassasiya instasiyası məhkəməsində şikayəti müdafiə etmək üçün əsasdır.
Hesab edirik ki, qərardadlardan verilmiş kassasiya şikayətləri zamanı vəkildən yeni orderin tələb
edilməsi vətəndaşların ədalətli məhkəmə araşdırması və keyfiyyətli hüquqi yardım alma hüququnu
məhdudlaşdırır. Belə ki, eyni bir işdə bir neçə ara qərardan şikayətlər verilə bilər. Bu zaman
vətəndaş hər dəfə yeni order üçün müqavilə bağlamağa və bunun üçün ödəniş həyata keçirməyə
məcbur olur.
Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2013‐cü il tarixli qərardadından narazı qalaraq
tərəfimizdən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının 07 avqust 2013‐cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi V.Ə.İbayev,
G.A.Quliyev, İ.K.Dəmirov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyasının 08 aprel 2013‐cü il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün
apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə qərarını onunla əsaslandırıb ki, iş
materiallarında olan 30 noyabr 2012‐ci il tarixli 5 il müddətində verilmiş etibarnaməyə əsasən,
Adamoviç Zinaida Aleksandrovna bir sıra hərəkətləri icra etmək, o cümlədən kassasiya şikayəti vermək
səlahiyyətini Nəsibov Kamandar Rəfi oğluna vermişdir. Iş materiallarının 12‐ci vərəqində olan
orderdən görünür ki, Nəsibov Kamandar Rəfi oğlu fərdi fəaliyyət göstərən vəkildir və Adamoviç Zinaida
Aleksandrovna ilə ona hazırki mülki iş üzrə hüquqi yardım göstərilməsi barədə müqavilə bağlanmışdır.
Belə olan halda, iddiaçının vəkili və nümayndəsi olan Kamandar Nəsibov tərəfindən apellyasiya
instansiyası məhkəməsinin qərardadından verilmiş kassasiya şikayətinin şikayətə vəkilin orderinin
əlavə edilməməsi səbəbindən qaytarılması tərəfin məhkəməyə çatımlılıq hüququnu pozur və
süründürməçilik xarakteri daşıyır.
Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust
2013‐cü il tarixli qərarı ilə dediklərimizi təsdiq etmiş, apellyasiya instansiyası məhkəməsinin
qərardadından verilmiş kassasiya şikayətinin şikayətə vəkilin orderinin əlavə edilməməsi
səbəbindən qaytarılmasını məhkəməyə çatımlılıq hüququnun pozuntusu və süründürməçiliyə səbəb
olduğunu göstərmişdir. Ümid edirik ki, bu qərardan sonra məhkəmələr verilmiş kassasiya
şikayətləri zamanı vəkildən yeni orderin tələb edilməsi praktikasından imtina edəcəklər.
Son zamanlarda məhkəmə praktikasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı şikayətlərin
sayı xeyli artmış və məsələ aktual problemlərdən birinə çevrilmişdir. Azərbaycan Respublikası