9
Türkçülük ideologiyası Azərbaycan bilginlərinin gəlişdir-
məsilə qafqazçılıqla bitkinləşmişdir. Çağdaş Azərbaycan
Respublikasının Ağalığı da bacardıqca qafqazçılıq siyasəti ye-
ritməlidir. Bu yol Məhəmməd Əmin Rəsulzadənin, Əlimər-
dan bəy TopçubaĢovun, Həsən bəy Ağayevin, Fətəli Xan
Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Hacı Zeynalabdin
Tağıyevin düzgün, ulusalçı yoludur.
Türk dilini ərəb, fars dillərindən arındırmaq, özgə dillərin
pis etkisindən qorumaq istəyilə, eləcə də 1930-cu il Paris
çapının adının uzunluğunu, indiki çağa bir az uyğunsuzluğunu
gözə alıb, türk dilinə yad VƏ bağlayıcısını da ataraq, kitabı
«Panturanizm. Qafqaz sorunu» adlandırdıq.
Kitabdakı «Rusiyanın qulluğunda» adlı birinci yazı Mə-
həmməd Əmin Rəsulzadənin 2009-cu ildə yayımladığımız
«Milli birlik» kitabında da verilmişdir. Onu ərəb, eləcə də
başqa dildən keçmə sözlərdən arındıraraq, cümhuriyyət, kom-
munist kimi sözləri də bir y, bir m-lə yazdıq.
Sayğılı igid yeniyetmə, gələcək politik ulusal ideyalar
qaynağı olan bu anıtı yaxĢı-yaxĢı oxu, ondakı toplumsal-
siyasi ideyaları anla, uyğula, türk dilinin gözəlliyini gör,
onu sev, dilini arındırıb gözəl dillə danıĢ, yaz!
Kitabdakı əyri ayrıcda () yazılanlar Məhəmməd Əmin
Rəsulzadənin, düz ayrıcdakılar [] Yadigar Türkelindir.
Kitabın çapında əməyi olan bütün aydınlara, daha çox da
fəlsəfə elmləri doktoru Mətləb Əbdüləli oğluna, Xan Bahadır
Törəliyə çox sağ ol! – deyirik.
YADĠGAR TÜRKEL
fəlsəfə elmləri doktoru
10
«QAFQAZ» YAYIM EVĠNDƏN
«Qafqaz» Yayım Evi Qafqazın görkəmli siyasətçisi,
Azərbaycan Demokratik Respublikasının (1918-1920) öncül-
lərindən biri Məhəmməd Əmin Rəsulzadənin bir sıra əsərlərini
yenidən çap etməyi gərəkli sayır. Qafqaz Bağımsızlıq Komitəsi
sizə çatdırdığımız bu kitabı da bütün Qafqaz üçün gərəkli sayıb
1930-cu ildə Parisdə çap etmişdir.
Kitaba «Rusiyanın qulluğunda», «Nə peyindir, nə də ma-
terial» yazıları,
«Panturanizm. Qafqaz sorunu» çıxışı
salınmışdır.
Birinci yazı Azərbaycanın siyasi sığınmaçılarını Türkiyəyə
qulluqda suçlayanlara, ikincisi Rusiyanın Keçid Ağalığının
başçısı A. Kerenskiyə cavab, «Panturanizm. Qafqaz sorunu»
isə Qafqaz, Ukrayna, Türküstanın siyasi sığınmaçıları
qarşısında edilmiş çıxışdır.
Məhəmməd Əmin Rəsulzadənin Qafqaz ellərinin birləşmə-
sinin gərəkliyi ideyası aktuallığını bu gün də itirməyib, tərsinə,
Orta Qafqaz ölkələri dövlət bağımsızlığı qazanandan sonra
yeni, çağdaş anlam aldığından, bu əsərlər bu gün də istə-
nilməkdədir.
«Qafqaz» Yayım Evi yenidən çap olunan əsərlərin
Azərbaycan Ulusal Axınının keçən yüzilin başlanğıcındakı
amacından, Qafqaz ellərinin birləşməsinə olan baxışından daha
dolğun bilgilər verəcəyini düşünür.
Kitabın dəyəri bir də oxucunu türk ellərinin fəlsəfi ideya
axınları, liderlərinin siyasi proqramları ilə tanışdırmağındadır.
Kitab uzmanlar, eləcə də başqa oxucular üçündür.
11
«QAFQAZ» YAYIM EVĠ
[2007-ci il]
YAYIM EVĠNDƏN
Məhəmməd Əmin Rəsulzadə bəy rus basınında «pantura-
nizm»lə bağlı yazılanlara cavab olaraq bir sıra yazılar çap
etdirmiş, dinləyicilər qarşısında çıxışlar etmişdir.
Bu yazılarda, çıxışlarda «türk» axını ilə bağlı çoxlu gerçək
material olmasından başqa, türklərin ulusal axınlarına qarşı
çıxan bütün boşboğazlıqlara, qarayaxmalara elliklə, eləcə də
Azərbaycan Ulusal Özgürlük Axınına qarayaxanlara tutarlı
cavab verilmişdir.
Yazarın görkəmli toplumsal-siyasi şəxsiyət, tanınmış
publisist, Azərbaycan Özgürlük Axınının ideoloqu olması bu
çıxışlara özəl ün, dəyər verir.
Qafqaz Bağımsızlıq Komitəsi neytral adamların biryönlü
yayımların bilgilərinin etkisinə düşməyib işi özləri anlamaları
üçün sayğılı yazarın bu konudan iki yazısı ilə bir çıxışını rus
dilində ayrıca toplu kimi çap etməyi gərəkli saydı.
Bizim toplu baxışlarına dəyər verdiyimiz oxuculara
Azərbaycan Ulusal Axınının amacı, istəkləri, onun Qafqaz
Konfederasiyası sorununa baxışını çatdıra bilsə, deməli,
istəyimizə çatmışıq.
12
ÖN SÖZ
Azərbaycanın tanınmış publisisti, böyük, demokratik
«Müsavat» partiyasının başçısı Məhəmməd Əmin Rəsulzadə-
nin yazdığı «Panturanizm. Qafqaz sorunu» kitabı müsəlman
dünyasının oyanışını izləyənlərdə çox böyük ilgi doğurur.
Biz burada türklərin ideya axınları, onların uyqarlıq,
özgürlük savaşı öncüllərinin siyasi proqramları ilə ilk qaynaq-
dan tanışırıq.
Yazar bu axınları olanüstü aydınlıq, böyük yetənək,
biliciliklə açıb onları xristian dünyasının uyğun axınları ilə
tutuşduraraq, oxucunu dəyərli, görk olası sonuca – dünya
uyqarlığının bütövlüyünə gətirir.
Demə, Qərbin buçağadək heç cür anlamadığı Doğu da
onun kimi yollarla gəlişir, o da, gec də olsa, ancaq dönmədən,
Batının Avropanın toplumsal-siyasi quruluşlarının ulusal-siyasi
düşüncəsini etkiləyərək çatdığı yüksəlişi keçirir, getdiyi yolu
addım-addım gedir.
Türkiyənin Avropa sivilizasiyasına dayanaraq yenidən
qurulması bir neçə şəxsiyətin dərin köklərə dayanmayan
improvizasiyası, şıltaqlığı yox, bütünlüklə doğal olub türk
ulusunun qabaqkı yaşamının gərəkən tarixi sononcudur.
Xristian düşüncəsi Türkiyə dövlətinin dini köklərdə, pa-
nislamizm özülündə varlığını heç cür anlaya bilmir, onu islam
dünyasının dəyərlərindən sayırdı. Ancaq o, bir çağlar papalara
boyun əyən Avropanın belə bir dini özüldə yaşadığını
unudurdu.
Dostları ilə paylaş: |