49
ideyasının gəlişməsinin ən üstün anı olduğunu demişdik.
Bu çağda keçmiĢ Rusiya Ġmperiyasındakı müsəlman-
lardan daha çox türklərin özünü anladıqları doğrudur.
Buna, bizə qarşı çıxanların sevə-sevə dediyi kimi, türk
yayıcıları yox, tutucu ağalıqla sağ partiyaların tutumundan
başqa rus toplumunun liberal kəsiminin başında duranların bal-
kanlara gedən tibb bacılarına verdiyi «yaralı bir slavyan
döyüĢçüsü olduqca, türk əskərinin yarasını sarıma» kimi
«slavyanofil göstərişlər» nədən olmuşdu.
Bax, bu yanaşma doğal olaraq keçmiş Rusiya İmperiya-
sının türk ellərində ulusal oyanışa nədən olub «Qızıl ay»a
yardımlar topladır, türk oxuyanlarının qarşı çıxışlarına, yeni-
yetmələrin savaşan türk ordusuna könüllü getmələrinə nədən
olurdu.
Bu durum, bu ovqat Türkiyə ilə Rusiyanın qarşı-qarşıya
olduğu dünya savaşı çağında da dəyişməz qalmışdı.
***
Savaşların deyilən çağı türk ellərinin özünüanlama
gerçəklərilə doludur. Türk uluslarının bütün görkəmli adam-
larının qatıldığı, bütün türk aydınları içində geniş yayılmış
ulusal türk ideyasının sevilən «Türk yurdu» curnalı bu çağda
yayımlanmışdır. Bir ara doğrudan da yeni ideyanın alovlanan
ocağı olub, yeniyetmələrin ürəyində türkçülüyün «qutsal
alovunu» yandıran «Türk ocaqları» topluluğu da bu çağda
yaradıldı. Bu savaş günlərində türklərin ulusalçı şairi Mehmet
Emin bəyin kitabı da çox böyük uğurla yayımlandı.
Bundan başqa türkçülüyün ayrı-ayrı konularını gəlişdirən
bir sıra publisistik əsərlər çap olundu: Yaqub Qədrinin, Orxan
Seyfinin hekayələri, tanınmış türk yazıçısı Xalidə Ədibin
50
romanları «qurtulmuş Turan»ın ideal tiplərini, obrazlarını
verirdi. Xalidə xanımın «Yeni Turan» romanı bunlardandır.
Yeni ideya axını təkcə şairlərlə yazıçıları yox, tanınmış
araşdırmaçı alimlərimizi də özünə çəkdi. Türkologiyada
tezliklə bütün Avropada tanınan Mehmet Fuad Köprülzadə irəli
çıxdı.
Ziya Göyalp bəyə gəlincə isə onun təkcə yeni ideologi-
yanın publisisti, ədəbi yayıcısı kimi qalmayıb, yaratdığı yeni
sosioloci okulla bütün axının ortasında işıq saçan ulduza
çevrilməsi önəmlidir.
O, İstanbul Universitetinin kafedrasında Dürkheym
[Fransız sosioloqu] ideyalarından dərs deməkdən başqa,
Türkiyədə birinci olaraq yeni türkçülük elmini poetik çəkə, fəl-
səfi düşünə, elmi açıqlamağa çalışan toplumsal-siyasi ideo-
logiya yarada bildi. Onun bu yönlü əsərləri oxuyan yeni-
yetmələrin düşüncəsində, ovqatında silinməz izlər buraxdı.
Ziya bəy bir ara, doğrudan da, Türkiyə toplumunun düşünən
bölümünün düşüncəsinin ağası olmuşdu.
O, sonralar özünün bütün toplumsal-siyasi sistemini ölüm-
qabağı yazdığı, yuxarıda adı keçən «Türkçülüyün əsasları»
kitabında verdi.
«Türkçülüyün əsasları»ında ulusun toplumsal-siyasi, ədə-
bi-estetik, kültürəl-dini yaşamının bütün sorularına cavab
verilmişdir. Aydın sistemləşdirilmiş bu cavablar ulusal-kültürəl,
gəlişən demokratik düşüncəyə bütünlüklə uyğundur.
O çağda bu ideyalar bu ya başqa biçimdə Rusiya türklə-
rinin toplumsal-ədəbi çevrələrində də gəlişirdi.
Toplumsal ideologiyanın bütün sistemi o çağa kimi
«müsəlman» adlandırılan türk basınındakı «müsəlman»
anlayıĢını
da
«türk»ə dəyiĢməklə islamçılığın din
51
sistemindən türkçülüyün ulusal sisteminə keçirdi.
1915-ci ildə, savaş çağında yayımlanan «Açıq söz»
1
ordu
senzurasının törətdiyi çətinliklərə baxmayaraq, Rusiya mü-
səlmanlarını türk adlandırıb, bəlli bir türkçü, ulusal-demokratik
ideologiya yaymağa çalışırdı.
Tezliklə bu ideologiya ilə o çağa kimi gizli işləyən «Mü-
savat» partiyası ortaya çıxıb Rusiyanın ulusal-topraq böl-
gələrinə bölünməsi sorununu gündəliyə çıxarır, özəlliklə də
Azərbaycanın bağımsızlığına çalıĢır, onun ideoloqları bu
amacı Rusiya sınırlarındakı başqa türk elləri üçün də istəyir. Bu
baxış 1917-ci ilin mayında Moskvada toplanan «Rusiya
Müsəlmanları Qurultayı»nda uğurla alqılanır.
Türkçülük ideologiyası o çağda Qazan, başqa deyimlə,
Volqaboyu tatarları içində də yayılır, ulusal ideyaya şeirlər
yazan şairlər, eləcə də Zəki Vələdi Toqan kimi tarixçilər ortaya
çıxıb, yanılmıramsa, 1913-cü ildə [Vikipedi Özgür Ansik-
lopedidə 1911-ci il] özünün «Türklərin tarixi»ni çap etdirir.
***
Panislamizmdən qurtulan türk toplumsal-siyasi düşüncəsi
indi çatdığı gerçək ulusal ideyaya o anda çatmadı.
Bu, psixoloci baxımdan aydındır. Elliklə savaş, qorxu
çağında belə böyük islam birliyi çağırışından üz döndərən ulu-
salçılar onun yerinə düşüncələri onuntək etkiləyəcək çağırış
qoymalı idilər. Bu, ancaq ulusal birlik ola bilərdi. «Din birliyi
çağı keçdi, indi tarixi uluslar irəli aparır. Yaşasın, Dunaydan
Altayadək türk uluslarının birliyi!»…Özü də tarix almanların
birləşməsini bilirdi, Avstriya-Macarıstan, Osmanlı İmperiyası,
1
«Açıq söz» Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə yayımlanırdı.
Dostları ilə paylaş: |