Publication1


‐ Rəşid müəllim, “müstəqil hakim” ifadəsi Sizə bir qədər paradoksal səslənmirmi?! Sizcə, əslində



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə10/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   6   7   8   9   10   11   12   13   ...   89
‐ Rəşid müəllim, “müstəqil hakim” ifadəsi Sizə bir qədər paradoksal səslənmirmi?! Sizcə, əslində
hakimin müstəqilliyi qanunlarla, habelə bəzən mükəmməl olmayan qanunlarla
məhdudlaşmırmı və belə olan halda hansı müstəqillikdən söhbət gedə bilər? Dolayısilə
hakimləri “qanunların əsirləri” kimi adlandırsaq yanılmarıq
 ki?!
­
“Müstəqil hakim” ifadəsi mənim üçün bir qədər paradoksal səslənir. Əgər biz hakim ifadəsini
səsləndiririksə bu ancaq müstəqil ola bilər. Hesab etmirəm ki, qanunlar, hətta sizin ifadə etdiyiniz
kimi desək, mükəmməl olmayan qanunlar hakimin müstəqilliyini məhdudlaşdırır. Əksinə, qanunlar
hakimlərin müstəqilliyini qoruyur və ölkəmizdə aparılam hüquq islahatları bunu təmin edir. Təsadüfi
deyildir ki, Az
ərbaycan Respublikasının ali qanunu olan Konstitusiyanın 127‐ci maddəsində də
hakimlərin müstəqilliyi qeyd edilmişdir. O ki qaldı, “hakim qanunun əsiridir” ifadəsinə, hesab edirəm
ki, bu ifadə korrekt bir ifadə deyildir. Qanunlar hakimə ədalətli və düzgün qərar qəbul etmək üçün
vardır. Mənim tələbəlik illərim sovet dövrünə təsadüf edib. O zaman “Xarici burjua dövlətlə
rinin
dövlət hüququ” adlı fənn bizə tədris edilirdi. Dərslikdə ABŞ məhkəmə sistemindən bəhs edə
n
bölmədə bir ifadə var idi ki, hansı ki, mənim yaddaşımda həmişəlik həkk olunub. ABŞ‐da Ali
M
əhməkənin hakimləri vəzifələrinə ömürlük təyin edilirlər. Bir jurnalist ABŞ Ali Məhkəməsinin
hakiminə belə bir sual vermişdir: “Nə olsun ki, siz bu vəzifəyə ömürlük təyin olunursunuz, axı siz
“qanunların əsiri”siniz, qanundan kənar heç bir qərar qəbul edə bilməzsiniz?!” Hakimin cavabı isə
belə olmuşdu: “Bəli, biz qanunlara tabeyik, lakin, qanun odur ki, onun haqqında biz nə deyirik!”
Bununla mən demək istəmirəm ki, hakim istədiyi qərarı çıxara bilər. Amma, bir daha təsdiq etmək
istərdim ki, hakimlər həmişə müstəqil olmalı və ədalət hissini bir an belə olsa itirməməlidirlər.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə