A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ 2013/1
32
dövlətdaxili hüquqla qarşılıqlı əlaqənin müxtəlif qaydaları vardır. Bu baxımdan beynəlxalq
hüququn birbaşa tətbiqindən söz gedə bilməz.(27) Beynəlxalq müqavilələrin tətbiqi məsələləri
ilə məşğul olacaq orqan dövlətin özü tərəfindən müəyyən edilir. Məsələn, “Xarici qanunvericiliyinin
tətbiqinə dair Avropa Konvensiyası”nın yerinə yetirilməsinə dair Azərbaycan Respublikası
Prezidentinin 16 iyun 2000‐ci il tarixli Sərəncamına əsasən tənzimləyici orqan kimi Ədliyyə
Nazirliyi müəyyən edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2006‐cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq
edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 2 Nazirlik öz
fəaliyyətində, o cümlədən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri
və bu Əsasnaməni rəhbər tutur. Bundan əlavə Nazirlik Azərbaycan Respublikasının beynəlxalq
müqavilələri ilə tənzimlənən və Nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan
Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir (8.18); hüquqi yardım
haqqında beynəlxalq müqavilələrin hazırlanması və bağlanması ilə əlaqədar zəruri tədbirlər
həyata keçirir (9.39); Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması
haqqında təkliflərə və həmin müqavilələrin mətnlərinə dair rəy verir və s. Beynəlxalq
müqavilələrin müddəalarının tətbiqi vəzifəsi digər Nazirlik və idarələrinin əsasnaməlindədə əks
olunmuşdur.(28)
Məhkəmə təcrübəsində beynəlxalq müqavilələrin müddəaları ümumən milli normalarla birlikdə
əlavə əsaslandırma kimi və müqayisəli təhlilin aparılması zamanı tətbiq edilir. Burada beynəlxalq
müqavilələrin müddəalarının milli hüquq sistemində hərəkət sxeminin qeyd edilməsi vacibdir.
Yenədə beynəlxalq hüquq normalarının növləri (özü icra olunan və özü icra olunmayan) öz sözünü
deyəcəkdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 3‐cü maddəsinə əsasən tətbiq
edilməsi üçün dövlətdaxili aktın qəbul edilməsini tələb etməyən müqavilə müddəaları birbaşa
tətbiq edilir.
Bəzi qanunlar müəyyən orqanlara birbaşa beynəlxalq müqavilələrə istinad etməyi tövsif edir.
Məsələn, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.1‐ci maddəsinə əsasən
məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən
hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası prezidentinin fərmanlarına, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə
əsasən həll edir. Bu halda məhkəmənin xarici hüquqa və Azərbaycan Respublikası tərəfdar
çıxmadığı beynəlxalq müqavilələrin müddəalarına istinad edə biləcək imkanları azıq qalır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.3‐cü maddəsinə əsasən Azərbaycan
Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan
Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan
Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq
müqavilənin müddəaları tətbiq edilir. Hesab edirik ki, bu cür müddəa beynəlxalq müqavilələrin
müddəalarının yalnız kolliziyalar baş verdikdə tətbiq edilmir.
Sonda diqqəti öz xüsusiyyətləri ilə seçilən insan hüquqları sahəsində beynəlxalq‐hüquqi aktlarla
kolliziyaya yönəltmək yerinə düşərdi. Bir tərəfdən Azərbaycan Respublikasının Konstitusiyasının
151‐ci maddəsi beynəlxalq dövlətlərarası müqavilələrin üstünlüyünü tanıyır, digər tərəfdən isə
Konstitusiyanın 12‐ci maddəsi Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və
azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq
edildiyini təsdiqləyir. Bundan əlavə Konstitusiyanın 71‐ci maddəsinin VI hissəsinə əsasən
Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
Bu həmin sahənin özünəməxsus xüsusiyyətləridir. İnsan hüquq və azadlıqlarının təminatı qismində
o cümlədən Konstitusiyanın 155‐ci maddəsidə çıxış edir. Bu maddəyə əsasən Konstitusiyanın
III‐cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan
daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.
33
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ 2013/01
İqtibas qeydləri:
(1) Bax: Ìåæäóíàðîäíîå ïðàâî. Ó÷åáíèê äëÿ âóçîâ. Îòâåòñòâåííûå ðåäàêòîðû ïðîô. Ã.Â. Èãíàòåíêî è ïðîô. Î.È. Òèóíîâ. Ì.,
1999. S.197
(2) Bax: Áàðöèö È.Í. Ìåæäóíàðîäíîå ïðàâî è ïðàâîâàÿ ñèñòåìà Ðîññèè// Æóðíàë ðîññèéñêîãî ïðàâà. 2001. ¹2. S.27
(3) Bax: Îñìèíèí Á.È. Ïðèíÿòèå è ðåàëèçàöèÿ ãîñóäàðñòâàìè ìåæäóíàðîäíûõ äîãîâîðíûõ îáÿçàòåëüñòâ. Ì., 2006. S. 6.
(4) Bax: Êóðäþêîâ Ã.È. Ýôôåêòèâíîñòü äåÿòåëüíîñòè ãîñóäàðñòâ ïî ðåàëèçàöèè íîðì ìåæäóíàðîäíîãî ïðàâà. Â êí.: Âîïðîñû
óíèâåðñàëüíîñòè è ýôôåêòèâíîñòè ìåæäóíàðîäíîãî ïðàâà / Îòâ. ðåä. Ã.Â. Èãíàòåíêî. Ñâåðäëîâñê, 1981. S. 61.
(5) Bax: Ìèíãàçîâ Ë.Õ. Ýôôåêòèâíîñòü íîðì ìåæäóíàðîäíîãî ïðàâà. Ì., 1990. S. 155.
(6) “Azәrbaycan” qәzeti. 17 fevral 2011ci il, №37
(7) Bu prinsip “Azәrbaycan Respublikasının beynәlxalq müqavilәlәrin bağlanması, icrası vә lәğvi haqqında” Qanunun 15ci maddәsindә
öz әksini tapmışdır: “Azәrbaycan Respublikası beynәlxalq hüquq normalarına uyğun olaraq Azәrbaycan Respublikasının beynәlxalq
müqavilәlәrinә dönmәdәn әmәl etmәlidir.Azәrbaycan Respublikası beynәlxalq müqavilәlәrә vicdanla әmәl edilmәsi prinsipinә uyğun
olaraq, Azәrbaycan Respublikasının iştirak etdiyi ikitәrәfli vә çoxtәrәfli beynәlxalq müqavilәlәrin digәr iştirakçılarının da bu müqavilәlәrdәn
irәli gәlәn öhdәliklәri yerinә yetirmәsi üçün sәylәr göstәrir.”
(8) Bax: «Vәtәndaşların pensiya tәminati haqqinda» Azәrbaycan Respublikasi qanununun
109cu maddәsinin birinci hissәsinin Azәrbaycan Respublikasi Konstitusiyasinin
25, 38, 71ci maddәlәrinә uyğunluğunun yoxlanilmasina dair Azәrbaycan Respublikasi Konstitusiyası mәhkәmәsinin qәrarı; Azәrbaycan
Respublikası Konstitusiyasının 100cü maddәsinin «...başqa dövlәtlәr qarşısında öhdәliyi olmayan...» müddәasının şәrh edilmәsinә dair
Azәrbaycan Respublikasi Konstitusiya Mәhkәmәsinin Qәrarı vә d..
(9) Bax: Azәrbaycan Respublikası CinayәtProsessual Mәcәllәsinin 158.3cü maddәsinin bәzi müddәalarının, 158.4 vә 290.3cü
maddәlәrinin şәrh edilmәsinә dair Azәrbaycan Respublikasi Konstitusiya Mәhkәmәsi Plenumunun Qәrarı. Bu qәrara әsasәn AR CPMnin
bәzi müddәaları 1950ci il İnsan hüquqlarının vә әsas azadlıqlarının müdafiәsi haqqında Konvensiya 5ci maddәsinә zidd olduğundan
qüvvәdәn düşmüşdür. Konstitusiyanın 130cu maddәsinә әsasәn isә mәhkәmә Azәrbaycan Respublikası qanunlarının yalnız Konstitusiyaya
uyğunluğunu yoxlayır.
(10) Bax: Гусейнов Т.И. «Взаимодействие норм международного и азербайджанского права» // Azәrbaycan hüquq jurnalı 2002№1.
S.183
(1) Bax: Õèæíÿê Â.Ñ. Âçàèìîäåéñòâèå íàöèîíàëüíîãî ïðàâà Ðîññèè è ìåæäóíàðîäíîãî ïðàâà//Ñîâðåìåííîå ïðàâî. 2002. ¹2. S.15
(2) Bax: Çèìíåíêî Á.Ë. Ñîãëàñîâàíèå íîðì âíóòðèãîñóäàðñòâåííîãî è ìåæäóíàðîäíîãî ïðàâà â ïðàâîâîé ñèñòåìå Ðîññèè //MBHJ.
2000.¹4. S.95
(3) Bax: Çèìíåíêî Á.Ë. Ìåæäóíàðîäíûå äîãîâîðû â ñóäåáíîé ñèñòåìå ÐÔ//MBHJ. 1999. ¹2. S.111
(4) Bax: Òàëàëàåâ À.Í. Ñîîòíîøåíèå ìåæäóíàðîäíîãî è âíóòðèãîñóäàðñòâåííîãî ïðàâà è Êîíñòèòóöèÿ ÐÔ// MBHJ. 1994. ¹4.
S.89
(5) Bax: Äåéñòâóþùåå ìåæäóíàðîäíîå ïðàâî.  3õ òîìàõ. Ñîñòàâèòåëè Þ.Ì. Êîëîñêîâ è Ý.Ñ. Êðèâ÷èêîâà. Ò.1. Ì., 1996. S.351
(6) “Maddә 151. Azәrbaycan Respublikasının qanunvericilik sisteminә daxil olan normativ hüquqi aktlar ilә (Azәrbaycan Respublikasının
Konstitusiyası vә referendumla qәbul edilәn aktlar istisna olmaqla) Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı dövlәtlәrarası müqavilәlәr
arasında ziddiyyәt yaranarsa, hәmin beynәlxalq müqavilәlәr tәtbiq edilir.”
(7) Bax, mәsәlәn:: Sinclair, Sir Ian. The Vienna Convention on the Law of Treaties. 2nd ed. Manchester, 1984. P. 4445
(8) Bax: Гусейнов Т. Взаимодействие норм международного и национального права// Azәırbaycan hüquq jurnalı. 2002№1. S.183
(9) Mәsәlәn, bax: Azәrbaycan Respublikasının 06 may 2011ci il tarixli №105IVQ saylı Qanun/ “Azәrbaycan” qәzeti (19 may 2011ci
il ¹107).
(20) 18 iyun 2010cu il tarixli Qanuna әsasәn maddәnin mәzmunu dәyişdirilmişdir. – Bax: “Azәrbaycan” qәzeti (20 iyul 2010cu il
¹154).
(21) Azәrbaycan Respublikası Prezidentinin 2003cü il 24 yanvar tarixli 844 nömrәli fәrmanı ilә tәsdiq edilmişdir. Azәrbaycan Respublikası
Dövlәt Neft Şirkәtinin Nizamnamәsinın 1.3cü bәndinә әsasәn Şirkәt öz fәaliyyәtindә Azәrbaycan Respublikasının Konstitusiyasını,
Azәrbaycan Respublikasının qanunlarını, Azәrbaycan Respublikası Prezidentinin fәrman vә sәrәncamlarını, Azәrbaycan Respublikası
Nazirlәr Kabinetinin qәrar vә sәrәncamlarını, digәr normativ hüquqi aktları, Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq
müqavilәlәri, Azәrbaycan Respublikasının qanunları ilә tәsdiq edilmiş neftin vә qazın kәşfiyyatı vә işlәnmәsi sahәsindә bağlanmış sazişlәri
vә bu Nizamnamәni rәhbәr tutur.Qeyd etmәk lazımdır ki, AR Prezidentinin müvafiq sәrәncamı әsasında Şirkәtә hәr bir müqavilәni dövlәtin
adından imzalamaq sәlahiyyәti verilir.
(22) Mәsәlәn, bax: 06 iyul 1998ci il Azәrbaycan Respublikasında «Muradxanlı», «Cәfәrli» vә «Zәrdab» neft yataqlarının daxil
olduğu blokun bәrpası, kәşfiyyatı, işlәnmәsi vә hasilatın pay bölgüsü haqqında Azәrbaycan Respublikasının Dövlәt Neft Şirkәti ilә Ramko
Enerji (Muradxanlı) Limited vә ARDNŞnin Ortaq Neft Şirkәti arasında Sazişin 26.1 bәndi.
(23) Bax: Õèæíÿê Â.Ñ. Ìåæäóíàðîäíîå ïðàâî è ðîññèéñêèé êîíñòèòóöèîíàëèçì// MBHJ. 2004. ¹2. S.212
(24) Mәsәlәn, bax: AR Mülki Mәcәllәsinin 3.1ci maddәsi: “Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı dövlәtlәrarası müqavilәlәr bu
Mәcәllә ilә tәnzimlәnәn mülki hüquq münasibәtlәrinә (beynәlxalq müqavilәdәn onun tәtbiqi üçün dövlәtdaxili normativ hüquqi aktın
qәbul edilmәsi tәlәbinin irәli gәldiyi hallar istisna edilmәklә) birbaşa tәtbiq edilir.”
(25) Bax: Ìàðî÷êèí Ñ.Þ. Äåéñòâèå íîðì ìåæäóíàðîäíîãî ïðàâà â ïðàâîâîé ñèñòåìå Ðîññèéñêîé Ôåäåðàöèè. Òþìåíü, 1998. S.
85
(26) Bax: Á.Ë.Çèìíåíêî Ñîãëàñîâàíèå íîðì âíóòðèãîñóäàðñòâåííîãî è ìåæäóíàðîäíîãî ïðàâà â ïðàâîâîé ñèñòåìå Ðîññèè //MBHJ.
2000.¹4. S.98
(27) Bax: Çèìíåíêî Á.Ë. Ìåæäóíàðîäíûå äîãîâîðû â ñóäåáíîé ñèñòåìå ÐÔ//MBHJ. 1999. ¹2. S..118
(28) Mәsәlәn, bax: Azәrbaycan Respublikası Prezidentinin 2006cı il 28 dekabr tarixli Fәrmanı ilә tәsdiq edilmiş Azәrbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Әsasnamәnin 1.2, 3.1.29, 3.1.33. 3.1.37, 3.1.42, 4.14, 4.15 bәndlәri; Azәrbaycan
Respublikası Prezidentinin 2009cu il 09 fevral tarixli Fәrmanı ilә tәsdiq edilmiş Azәrbaycan Respublikasının Әdliyyә Nazirliyi haqqında
Әsasnamәnin 2, 8.59, 9.24 Положения о Министерстве Финансов Азербайджанской Республики, утвержденного Указом Президента
АР от 09 февраля 2009 года vә s.