IV. Kadrlarla iş
Kadrların seçilməsi və yerləşdirilməsi, metodbirləşmələr, yaradıcı problem, seminarlar, müşavirələr, qabaqcıl təcrübə və ixtisasartırma institutlarının təşkil etdiyi kurslar vasitəsilə kadrların ixtisasının artırılması.
V. Pedaqoji şuralar
Pedaqoji şuralar 6-12 qruplu məktəbəqədər müəssisələrdə 2 ayda bir dəfə, 3-5 qruplu müəsssisələrdə rübdə bir dəfə, 1-2 qruplu məktəbəqədər müəssisələrdə isə ildə iki dəfə keçirilir (pedaqoji şuralar haqqında əsasnaməyə bax). Pedaqoji şuranın müzakirəsinə 2-3 məsələ çıxarılır:
- “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı”nın yerinə yetirilməsi:
- Uşaqların həyatının sağlamlığının mühafizəsi və onların fiziki inkişafı, uşaq bağçasının qabaqcıl iş təcrübəsinin ümumiləşdirilməsi və məktəbəqədər tərbiyə üzrə aktual elmi-nəzəri-metodiki problemlərin, məruzələrin, məlumatların və s.`müzakirəsi.
Dostları ilə paylaş: |