|
Öz-özünə alovlanma temperaturu Bayramov Seyfulla Elçin oğlstrreplN
|
səhifə | 1/4 | tarix | 06.08.2023 | ölçüsü | 19,99 Kb. | | #120381 |
| Öz-özünə yanma
Öz-özünə alovlanma temperaturu
Bayramov Seyfulla Elçin oğlu
P L A N
1.Öz-özünə alışma və öz-özünə yanma
2. Avtomatik alovlanma temperaturu. Yanma prosesi və onun növləri
3.Özbaşına yanma nəzəriyyəsinin elementləri
4.Yanma növləri
5.Alışma temperaturu
Öz-özünə alışma və öz-özünə yanma
Yanacağın oksidləşdiricilərlə kontaktı zamanı yanar sistem əmələ gəlir. Yanacaq və oksidləşdirici (hava, oksigen, halogenlər və s.) eyni və ya müxtəlif aqreqat halında ola bilər. Əgər qazşəkilli yanacaq və ya kondensləşdirilmiş yanar maddə buxarları hava və ya digər qazşəkilli oksidləşdiricilərlə qarışdırılarsa o halda yanar qarışıq yaranar.
Yanar qarışıqlar xüsusi inisiatorların iştirakı olmadan, xarici şəraitin dəyişməsi (temperatur və ya təzyiqin yüksəlməsi) nəticəsində də öz-özünə alovlanmaya məruz qala bilər. Bu hal öz-özünə alovlanma adlanır.
Alışma temperaturu mayenin elə bir minimal tempera- turudur ki, bu temperaturda onun səthində yaranmış buxar-hava qarışığına od mənbəyi təsir etdikdə o, qısa müddətə (5 saniyəyə qədər) alışa bilər.
Alışma temperaturu mayelərin yanğın təhlükəliliyini qiymətləndirmək üçün tətbiq edilən əsas parametrdir. Alışma temperaturunda maye yanmır, onun səthindəki buxarlar alışaraq sönür, çünki, bu zaman yanmanın sürəti mayenin buxarlanma sürətindən xeyli çox olur. Buna görə də, mayenin dayanıqlı yanması üçün onu alışma temperaturundan bir qədər çox qızdırmaq lazımdır.
Mayelər alışma temperaturuna görə iki sinfə bölünür: asan alovlanan və yanan. Alışma temperaturu 450S-dən aşağı olan mayelər asan alovlanan mayelərdir. Məsələn, aseton, benzin, skipidar, etil spirti və s.
Alışma temperaturu 450S-dən yüksək olan mayelər yanan mayelər adlanır. Məsələn, mazut, solyar yağı və s.
Alovlanma temperaturu maddənin elə minimal temperaturudur ki, bu temperaturda ona od mənbəyi təsir etdikdə alovlanaraq dayanıqlı yanır.
Dostları ilə paylaş: |
|
|