10
mədən onun həm məna, həm də bütün şəkli xüsusiyyətlərini saxlamaq
əsas meyar sayılır. Orta yüzilliklərin tərcümələrində (hərfi tərcümə nəzərə
alınmır) orijinalın mətninin ümumi məna və məzmunu saxlanılmaqla,
müəllifin bir çox əlavə və ixtisarlar apararaq məzmuna müdaxilə etməsi
isə bir növ qəbul edilə bilən hal sayılmışdır. Çağdaş tərcüməçilərdən fərqli
olaraq, orta əsrlər müəllifləri müraciət etdikləri əsəri olduğu kimi deyil,
görmək istədikləri kimi tərcümə etmişlər. Bu baxımdan prof. Nüşabə
Araslı haqlıdır: «...orta əsr türk şairləri içərisində Nizami poemalarının
bizim indi başa düşəcəyimiz mənada tərcüməsini tapmaq çox çətindir.
Türk məsnəvi ədəbiyyatında hər hansı bir mövzunu tərcümə kimi işləyən
şair öz tərcüməsində sərbəst olmuş, məzmuna müdaxilə etmək, lazımi
əlavələr yazıb, ixtisarlar aparıb, dəyişikliklər yaratmaq tərcümə əsərlərin-
də məqbul hesab edilmişdir».
1
Müasir dövrdə heç bir mütərcim özünü tərcümə etdiyi əsərin müəllifi
saymır; heç bir tərcümə əsəri mütərciminin adı ilə tanınmır və onun
əsərləri siyahısına daxil edilmir. Orta yüzilliklərdə isə mütərcim çevirdiyi
əsərin müəllifi hesab edilir, onun özünün yaradıcılıq məhsulu sayılaraq
əsərləri siyahısına daxil edilirdi. Həmin dövrdə tərcümə əsərlərinin adının
dəyişdirilməsi də çox vaxt məhz bu zərurətdən irəli gəlirdi. Çünki çağdaş
dövrdən fərqli olaraq, orta əsr müəllifləri tərcümə etdiyi əsərin orijinalla
dəyişik düşməməyini və onunla eyni olmadığını nəzərə alır, onu çox vaxt
ayrı başlıqla adlandırırdılar.
Klassik Azərbaycan-türk ədəbiyyatında hər hansı bir əsərin müasir an-
lamda tərcüməsini tapmaq çətindir. Təsadüfi deyil ki, türk alimi
A.S.Ləvənd əski türk ədəbiyyatında «tərcümə» sözünün xüsusi anlam
daşıdığını yazırdı.
2
Çoxsaylı ədəbi örnəklərə əsaslanaraq göstərə bilərik ki, orta yüzil-
liklərin tərcümə abidələrində işlənmiş «tərcümə» sözü bir çox hallarda əsl,
müstəqim mənasında işlənmişdir. Bəzi məqamlarda isə mütərcim bu
sözün əvəzinə «döndərmək» və ya «tərtib» sözlərini də həmin anlamda
işlətmişdir. Bir sıra hallarda orta çağ müəllifləri tərcümə etdiyi əsəri
«tərcümə» deyil, «təsnif» (əsər yazma; kitab tərtib etmə), «tərtib», yaxud
«təlif» (yazılmış və tərtib olunmuş kitab, əsər) adlandırmaqla, özünü də
«mütərcim» əvəzinə «müsənnif» (yazıçı, müəllif) kimi göstərmişlər.
(«…Nişati …bu kitabun tərtibinə məşğul oldu. Çün bu təsnifdən məqsud
1
N.Araslı. Nizami və türk ədəbiyyatı. Bakı, 1980, s. 20
2
A.S.Levend. Türk edebiyatı tarihi, I c., Ankara, 1984, s. 80
11
şəhidlərin əhvalıdır, adın «Şühədanamə» qoydı…»;
1
…Bu təzkirənin
təsnifinə məşğul oldum…».
2
Dissertasiya işində bədii tərcümənin prinsip məsələlərinə də xüsusi
diqqət yetirilir; orta yüzilliklərin Azərbaycan-türk tərcümə abidələri müx-
təlif bölgülərdə təsnif olunsa da,
3
onlar ənənəvi olaraq iki qrupda birləşdi-
rilir: 1) hərfi tərcümələr; 2) sərbəst tərcümələr. Araşdırmalardan çıxış edi-
lərək hərfi tərcümə prinsipinə daha çox dini və qismən elmi ədəbiyyatların
tərcüməsi zamanı əməl edildiyi göstərilir. Klassik Azərbaycan-türk ədə-
biyyatında sərbəst tərcümənin aparıcı tərcümə prinsipi olması göstərilir və
ədəbiyyatımızda onun çeşidli örnəklərlə zənginliyi nəzərə alınaraq həmin
əsərlər bir neçə qrupa bölünür: 1) əslinə uyğun tərcümələr; 2) tərcümə-
şərhlər; 3) tərcümə-nəzirələr.
Ədəbiyyat tariximizdə elə tərcümə abidələri vardır ki, onları əsli ilə
tutuşdurduqda həmin örnəklərin tərcümə olmasını müəyyənləşdirmək çox
da çətinlik törətmir; belə əsərləri əslinə uyğun tərcümələr adlandırmaq
daha doğrudur. (Ancaq unutmayaq ki, həmin abidələrin özündə də bir sıra
müəllif sərbəstlikləri vardır.) Məsələn, «Şühədanamə» (Nişati), «Tərcü-
meyi-Hədisi-ərbəin» (Füzuli) və s.
Klassik Şərq ədəbiyyatında təfsir və şərhlərin geniş yer aldığını və bir
çox hallarda tərcümənin təfsir və şərh yolu ilə edildiyini nəzərə alaraq,
klassik ədəbiyyatımızda sərbəst tərcümə yolu ilə edilən əsərlərin bir qru-
punu məhz tərcümə-şərh adlandırmaq daha məqsədəuyğundur. Azərbay-
can ədəbiyyatında XV yüzilliyin tərcümə abidələri sayılan Şirazinin
«Gülşəni-raz» və Əhmədinin «Əsrarnamə» məsnəvilərinin, eləcə də Bəva-
zicinin «Kəvamilüt-tə’bir» (XVI əsr) əsərlərinin bir sıra bölmələrində bir
çox anlayışların şərhində orijinalla müqayisədə həddindən artıq əlavələr
vardır. Bu isə həmin abidələrdə şərhçiliyin tərcümə elementlərini üstələ-
diyini göstərir.
Azərbaycan-türk ədəbiyyatında sərbəst tərcümə prinsipi ilə çevrilmiş
bir qisim ədəbi örnəklər isə tərcümə-nəzirə kimi dəyərləndirilir. Çünki
mövcud olan bir sıra ədəbi örnəklərə bu baxımdan yanaşdıqda həmin
1
M.H.Nişati. Şühədanamə, əlyazması, Füzuli adına Əİ, M-259, v. 4b-5a
2
M.H.Nişati. «Şeyx Səfi» təzkirəsi, əlyazmasının fotosurəti, Füzuli adına Əİ, FS-
645, v. 5a-b
3
A.S.Levend. Göstərilən əsəri, s. 80; H.Ayan. Divan edebiyatında hamseler //
Atatürk Universitesi Edebiyat Fakültesi Araştırma Dergisi, sayı:10, Ankara, s. 97-
98; Ə.Səfərli. XVII-XVIII əsrlər Azərbaycan epik şeiri. Bakı, 1982, s. 12;
M.Nağısoylu. Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti. Bakı, 2000, s. 21