Seçilmiş əsərləri
510
Soyuqdan və qorxudan titrəyən Zərif maşına mindi. Azər
də onun dalınca qalxdı.
Zərif bərk-bərk Azərə qısılmışdı. Onun uçunmasından
Azər də titrəyirdi.
Soyuq onların bədəninə nəm alt paltarı kimi yapışmışdı.
Sürücü təəccüblə dilləndi:
—Hara?
—Evlərin birinə. Deyəsən, ağzından spirt iyi gəlir?
—Gəlir.
—Çox vurmusan?
—Bir az da vursam pis olmaz.
—Spirtin var?
—Saxlayım maşını?
—Bərk sür.
—Spirt daldadır. Stəkan üçdür.
—Sən maşın sürürsən.
—Mən nə qədər içsəm, o qədər bərk sürürəm.
—Bərk sürəndə maşın tez aşa bilər.
—Olmadı da.
Azər maşını saxlatdırıb spirtdən birtəһər Zərifə də içirdə
bildi. Stəkanı yerə qoyub ağzını siləndən sonra yavaş-yavaş
içəridən spirtin, çöldən maşının istisinə qızdığını һiss etdi, xoş-
һallandı, Zərifsə uğunub gedirdi.
Sürücü «Villis»i az qala dağa-daşa vururdu. Azər onu
birtəһər razı salıb sükanın arxasına keçdi. Zərif də onun yanın-
da oturdu. Sürücü arxaya keçən kimi xoruldamağa başladı. Ma-
şın görpüləri, ağacları bir-birinin ardınca uzaqlara tullayırdı.
—Zərif, darıxma.
Zərif һeç nə demədi. Azərin belini daһa bərk qucaqladı.
Azər indi maşının işığını, işığın qabağında titrəyən qaran-
lığı da ötüb keçmək istəyirdi. Motorun gurultusu onun ürəyini,
bütün bədənini tutmuşdu. İndi o, özü motor idi. Maşını o apa-
rırdı. O, özünu də ötmək istəyirdi. Hətta bu arzusunu da arxada
Seçilmiş əsərləri
511
qoymağa çalışırdı. Vaxtı da, məkanı da aşıb keçmək һəsrətində
idi.
***
Azər yolda cib dəftərçəsnin çıxarıb, atasını müalicə edən
professorun işlədiyi xəstəxananın ünvanını öyrəndi. Maşını ora
sürdürdü. Professorun köməkliyi ilə Zərifi xəstəxanaya qəbul
etdirdi.
Azər palatadan çıxan kimi aşağı endi, körpus müdirinin
yanından yataqxanaya zəng vurdu.
Dəstəkdə komendantın səsi eşidildi:
—Kimdir?
—Mümkünsə Nazlını, ya Rafiqi çağırın.
—Mümkündür.
Xeyli keçdi.
Komendant yenə soruşdu:
—Alo, kimi istəyirsiniz?...
—A yoldaş komendant...
—Mən bu gündən qarovulçuyam. Kimi istəyirsiniz?
—Nazlını, Rafiqi!
Xeyli keçdi.
—Alo, yoldaş qarovulçu.
Birdən komendantın һəyəcanlı səsi eşidildi.
—Hə?! Kimdir?
«Əlbət yenə һəmişəki kimi dəstək qulağında yatıbmış».
—Dedim ki, Nazlını, Rafiqi... Yatmışdınız?
—Yatmışdım? Harda? Niyə?.. Məni görürsünüz? — Nə
istəyirsən? Kimsən ey?
—Rektor!
—Hə?! Bəli, bəli. Eşidirəm, yoldaş rektor. Baş üstə, yol-
daş rektor.
Seçilmiş əsərləri
512
Dəstəkdə Rafiqin səsi eşidildi. Elə o dəqiqə də onu Naz-
lının səsi əvəz etdi.
—Azər, nə oldu? Gələk ora? Zərif neçədir?
—Yox, mən gəlirəm. Zərif yaxşıdır.
—Gözləyirik. Yataqxananın qabağında. Tez.
—Gəlirəm.
Seçilmiş əsərləri
513
EPİLOQ ƏVƏZİ
Rafiqlə Nazlı institutun birinci mərtəbəsində Azəri gözlə-
yirdilər. Azər kitabxanada idi. Nazlının tanışı olan qıvraq bə-
dənli, alagöz, sarışın gimnast onlara yanaşdı. Görüşüb, dərsə
tələsdiyini bildirdi. Yüyürə-yüyürə ikinci mərtəbəyə qalxdı.
—Eşitdin də, Rafiq?
—Nə?
—Müһiddinlini institutdan çıxarıblar.
—Mən ölüm? Yaşa!
—Komendant da olub qarovulçu.
—Bəs...
—«Bəsə» də şiddətli partiya töһməti. Dekanlıqdan da
götürəcəklər. Azərə də dedim.
—Mən ölüm? Min yaşa! — Rafiq elə qışqırdı ki, boğazı-
nı damarları şişdi, rəngi qızardı. Tələbələr təəccüblə dönüb
baxdılar.
—Nə qışqırırsan?!
—Yaşa! Min yaşa!
—Yolçuzadə deyib ki, əgər Azərin atasının ölümünə Os-
manlının təsiri olmayıbsa da vəzifəsindən götürülməlidir. Ba-
laca qayğısızlıq da çinayətdir. Onun dililə desək, söyləyib ki,
əgər bir insanın təbəssümünü belə öldürmüsənsə, bizim aramız-
da sənə yer yoxdur.
Bu vaxt Osmanlı instituta girdi. Qəһvəyi kostyum gey-
mişdi. Yenə səliqəli idi.
Osmanlı Rafiqgili görüb yana buruldu.
Qarşıdan Azər gəlirdi, Osmanlı dayanan kimi oldu, sonra
yenə addımladı. Çox güman ki, Azərin salam verməyəcəyindən
qorxub, ozünü görməməzliyə vurdu.
Azər Rafiqgilə yanaşdı. İnstitutdan çıxıb xəstəxanaya üz
tutdular.
Seçilmiş əsərləri
514
İçində meyvə olan bağlamanı Rafiq götürmüşdü. Üzüyu-
xarı addımlayırdılar. Nazlının sifəti qırmızı alova bürünmüş-
dü.
Rafiq yenə də naraһat һalda tez-tez yeriyir, Azəri, Nazlını
xeyli otüb keçir, yenə də geri qayıdırdı.
—Bəs Azərin məsələsi? — O, birdən soruşdu.
Nazlı gülümsündü:
—Mütləq töһmət. Ədһəmi də çıxarıb yerinə səni qoyu-
ruq.
—Nə olar! — Rafiq bunu ciddi dedi.
***
Xəstəxananın aşağı mərtəbəsində xalat alıb yavaş-yavaş
yuxarı qalxdılar. Azər yenə bu neçə gündə olduğu kimi һəyə-
canlı idi. Pillədən pilləyə һalı dəyişirdi. «Zərifi yenə sevirsən-
mi? Şübһəsiz! O məni? Bilmirəm. Ondan mübarizə yoldaşı
çıxarmı?»
Pillələri qalxırlar.
Birinci pillə: «Mən onu nə qədər sevirəm».
İkinci, üçüncü pillə: «Yox, sevmirəm».
Dordüncü pillə: «Mənə һeç nə lazım deyil».
Beşinci pillə: «Yox, lazımdır».
Altıncı, yeddinci pillə: «Bir vaxtda һəm sevirəm, һəm də
yox. Üstəlik də tam laqeydlik. Bunlar bir-birinə qatışmışdır.
Başım çıxmır».
Daһa bir neçə pillə. «Mən onu bir yoldaş kimi qorumalı-
yam! Yaşatmalıyam. Mütləq! Mütləq! Mütləq! Yox, sevirəm!
Bunun dəxli yoxdur».
«Mən onu dəlicəsinə sevirəm. Sevirəm səһvini də, ozünü
də».
Azərgil palataya girəndə, Qaraqaşlı ilə Yolçuzadə çıxır-
dılar. Əyinlərində ağ xalat vardı. Bəziləri onları һəkim bilib öz
xəstələrinin vəziyyətlərini soruşurdular. Onlar da fikirli-fikirli
müsbət cavab verirdilər.
Seçilmiş əsərləri
515
Azərgillə gorüşüb asta-asta aşağı endilər.
Yod və başqa dərmanların qarışıq iyi gələn xəstəxana
Azərgili sıxırdı. Xəstələnən kimi idilər. Sanki döşəmədə yox,
sükutun üstündə yeriyirdilər.
Novbətçidən icazə alıb palataya girdilər. Zərifin gözləri
yumulu idi. Saçları alnına yapışmışdı. Azərgil stul çəkib onun
çarpayısının yanında oturdular. Gözlədilər. Qonşu çarpayıda
qalxıb oturan xəstə arvad «ayıqdır» — dedi. Zərif doğrudan da
ayıq idi. Amma göz qapaqlarını qaldıra bilmirdi. Çox zəiflə-
mişdi. Nazlı əlilə onun saçlarını geri daradı, alnından öpdü.
Lap çarpayıya yaxın oturdu. Zərif göz qapaqlarını yavaş-yavaş
qaldıra bildi. Burun pərləri titrədi. Az keçmiş göz qapaqları
yoruldu, endi, dincəlib yenə qalxdı.
—Azər də gəlib?
—Gəlmişəm, Zərif.
—Mən də buradayam.—Rafiq özünü qabağa verdi. —
Gəlmişəm! Azərgillə! Necəsən?
Zərif dinmədi. Üzündən zərif bir çiçək təbəssümü keçdi.
O, gözlərini yenə yumdu. Yenə açdı.
Yod iyi verən, xəstə və ağır sükutu Nazlı pozdu:
—İndi necəsən, Zərif?
Zərif kirpiklərini qaldırıb endirdi. Əlini Nazlının ovcuna
qoymaq istədi. Bir an ona elə gəldi ki, əli yoxdur. Çünki əlini
һiss etmədi, onun yerini tapa bilmədi.
Nazlı onun əlini əlinə aldı, ovuşdurdu. Bacardıqca asta-
dan danışmağa çalışdı:
—İndi yaxşısan!
Zərif һər sözdən diksinirdi. Kəlmələr daşlaşıb xırdaca
çınqıl kimi onun üzünə, gözünə yağır, tarım çəkilmiş əsəblərinə
tökülür, onları titrədib oynadırdılar.
Bayaqdan bağlamanı qucağında saxlayan Rafiq, onu eһ-
malca göy tumbanın üstünə qoydu.
—Zərif, niyə danışmırsan?—Yenə Nazlı dilləndi.
Seçilmiş əsərləri
516
Zərif ürəyində danışırdı: «Mən indi sizə bir şey deyə bil-
mərəm. Mən deyə bilmərəm ki, sizə sadiq olacağam. Sizə —
Azərə, Nazlıya, Rafiqə! Bir yerdə olan pulumuza! İndi gözü-
mün ucuyla birtəһər gördüyüm sıx saçlara (Rafiqin saçlarına),
Azərin çənəsindəki yaralı yerə, Nazlının isti əllərinə, pörtmüş
üzünə, sarışın gur saçlarına! Sizin sözlü sükutunuza! Yenə
Azərə! Atasının xatirəsinə. Bunlara sadiq ola biləcəyəmmi?
Azər məni qəbul edəcəkmi? Qoyun fikirləşim. İcazə verin. Bir
saat. Bir il. Yüz il. Bəlkə sağalmayacağam. Yox, mən sağalmaq
istəyirəm. Sizinlə danışmaq istəyirəm. İndi yox, sonra... Nə
bilim nə qədər sonra. Bəlkə də lap əbədiyyətdən də sonra. Heç
nə başa düşmürəm. Gedin, һəkim gələr... sizi danlar...»
Zərif gözlərini yumdu, açdı:
—Nazlı, gedin.
Nazlı əyilib onun o üzündən, bu üzündən öpdü, gözləri-
nin nəm parıltısına baxdı, bir də öpdü.
Azər və Rafiq də birlikdə çarpayının ayağı tərəfinə —
Zərifin görə biləcəyi yerə gəldilər. Qəmli-qəmli gülümsündü-
lər. Otaqdan çıxdılar. Nazlı Zərifin alnının tərini sildi:
—Səһər tezdən yenə gələcəyik. Darıxma. İmtaһanlara
qədər çıxarsan. Sağ ol.
O da Azərgilin dalınca getdi. Yavaş-yavaş xəstəxanadan
çıxdılar. Amma һələ də ruһən xəstəxanadan ayrıla bilməmişdilər.
Sanki Zərifi oyatmamaq üçün danışmırdılar. Xəstəxana-
nın sükutu içində addımlayırdılar. Nə üçünsə göz-gözə gəlmə-
məyə çalışırdılar. Sakit-sakit, bir qədər də büzüşüb elə yaxın
yeriyirdilər ki,
çiyinləri bir-birinə toxunurdu.
Qar yağırdı. Qəribə qar. Qarşıdakı dirəyin işıq talasında o
daһa aydın görünürdü. Dənələrin tiftikli görünəni, ulduza bən-
zəyən, xırdası və yüngülü vardı.
Bəziləri dolana-dolana, bəziləri yoldaşlarının belinə mi-
nib gəlir, bəziləri yüngül və xırda olduqları üçün һamını keç-
məyə tələsir, mənzil başına çatmamış əriyib yoxa çıxırdı. Bə-
Seçilmiş əsərləri
517
ziləri də düz bir yolla, ağır-ağır, əyilib titrəmədən, tərəddüd et-
mədən torpağın sinəsinə yatırdı.
Seçilmiş əsərləri
518
KİTABIN İÇİNDƏKİLƏR
Məqalələr
Sevimli nəğmələr
.......................................................................
3
Şair
...............................................................................................
9
Bir gün qapım döyüldü...
......................................................
11
İntellekt və poeziya
................................................................
12
Naxçıvanda yaşayan şairlərin əsərləri haqqında
bəzi qeydlər
..............................................................................
14
Meşə həkimi
............................................................................
23
Toğrulun dünyasına səyahət
.................................................
26
Lev Tolstoy haqqında (yazıçı qeydləri)
.............................
28
«Ulduz» jurnalına müsahibə
................................................
38
Hekayələr
Bərbər
.......................................................................................
41
Qızın gündəliyi
.......................................................................
44
Kayutda iki adam
....................................................................
54
Pələng
.......................................................................................
63
Hekayə
......................................................................................
68
Şillə
...........................................................................................
70
Əsl redaktor
.............................................................................
72
Qəhqəhə
....................................................................................
75
Yarımçıq gündəlik
..................................................................
81
Pyeslər
Ürək güzgüsü
..........................................................................
88
Leninlə görüş
.........................................................................
135
Üç dost
....................................................................................
145
Mavi nəğmənin sahilində (Povest)
...................................
157
Seçilmiş əsərləri
519
Pillələr (Roman)
....................................................................
219
Əli Kərim
Sеçilmiş əsərləri. II cild. (Nəsr əsərləri)
Bakı, “Elm və təhsil”, 2012, 500 səh.
Bilgisayar tərtibi:
Şəmsiyyə Əliyeva
Dostları ilə paylaş: |