Sərab (f) - bulaq, çeşmə və çayın başlanğıcı, sakit və aydın havada çöldə uzaqda su
kimi görünən və işığın in'ikasından törəyən optik hadisə, ilğım; məc. xəyal puç
ümid.
Sərv (f) - cənubda bitən həmişəyaşıl ağac; sərvi-xuraman - nazlı-nazlı gəzən.
Sərvər (f) - başçı, rəis; məc. ucaboylu, nazlı gözəl.
Sərdəftər (f) - giriş, müqəddimə.
Sərəfraz (f) - başqalarından seçilən, başı uca.
Sərgəştə (ə) - heyran, çaşmış, başını itirmiş.
Sərməst (f) - sərxoş, kefli.
Sərtapa (f) - başdan-ayağa kimi, tamamilə; başdan-başa.
Sərtasər (sərtəsər, sərasər) (f) - başdan-başa, bütünlüklə, tamamilə.
Səfdər (ə) - cəsur, qəhrəman, qorxmaz.
Səham (“səhm”in cəmi) (ə) - ox.
Səfhə (ə) - üz, bir şeyin düz üzü, bir cismin görünən xarici tərəflərindən hər biri,
səhifə, incə taxta, lövhə; məc. dövr.
Səhba (ə) - qızıl, şərab, badə, məc. xurmayı saçlı (adam).
Səhi (f) - qədd-qamətli, düz.
Səhl (ə) - asan, yüngül.
Səhm (ə) - qorxu.
Səhi (ə) - həyət, orta, aralıq, meydan, böyük kasa, səhnə.
Siyam (ə) - oruc, oruc tutma, orucluq; mahi-siyam - orucluq ayı.
Sim (f) - gümüş, gümüş pul, tar və s. bu kimi çalğı alətlərinin teli.
Simbər (simtən) (f) - bədəni gümüş kimi ağ, ağbədənli, gözəl.
Simin (f) - gümüşdən qayrılmış, gümüş kimi ağ və saf.
Sümizər (f) - qızıl-gümüş.
Sipər (f) - qalxan, daldalanacaq, sığnaq, günəş və yağışdan qorunmaq üçün pərdə və
s. müharibədə oxdan, güllədən qorunmaq üçün sədd.
Sipəh (sipah) (f) - qoşun, ordu.
Sirat (ə) - yol, dini əfsanəyə görə, cəhənnəm üzərində qurulmuş qıl körpü.
Sovgənd (f) - and, and içmə.
Sonmaq (sunmaq) (Az. arx) - içmək.
Soud (ə) - (“sə'd”in cəmi) xoşbəxtlik, uğur, ulduzların uğurlu tə'siri, ulduzların
uğurlu düzülüşü (astroloqların əqidəsinə görə) səadət ulduzu.
Suz (f) - alışma, yanma, göynəmə, acıma, acınma; məc. kədər, qüssə; suzi-dərd -
dərd yanğısı.
Suzan (f) - yandıran, yaxan, göynəyən, acışan, məc. kədərli, qəmli.
Sur (ə) - böyük buynuzdan qayrılmış boru, şeypur; suri-İsrafil - dini e'tiqada görə,
qiyamət günündə İsrafil adlı mələyin çalaçağı şeypur, İsrafilin şeypuru.
Süvar ( səvar) (f) - at və s.-yə minmiş, minici, atlı.
Süvər (“surət”in cəmi) (ə) - surətlər.
Sürahi (ə) - uzunboğazlı su və ya şərab şüşəsi.
Süxən (f) - söz, nitq.
Süha (ə) - göyün şimal tərəfində görünən kiçik bir ulduz.
Sünud (ə) - namaz və ya ibadət zamanı üzü yerə sürtmə, səcdə etmə.
Ş
Şabaş (f) - afərin! Əhsən!; Toylarda oynayanlara, çalğıçılara, verilən pul.
Şadan (f) - sevincək, məmnun.
Şayəd (f) - ola bilər ki, bəlkə, ehtimal ki.
Şakir (ə) - şükr edən, təşəkkür edən.
Şanə (f) - daraq, çiyin.
Şafi (ə) - şəfa verən, yaxşılaşdıran, qənaətləndirici.
Şahvar (şəhvar) (f) - hökmdara layiq, şaha münasib.
Şeyda (f) - dəlicəsinə vurğun.
Şeş (f) - altı.
Şəb (ə) - gecə.
Şə'ban (f) - ərəb təqvimində səkkizinci ayın adı.
Şəbistan (f) - yataq otağı; şahların hərəmxanası; dərvişlərin ibadətlə məşğul
olduqları və yatdıqları yer, hücrə.
Şəbi-hicr (ə-f) - ayrılıq gecəsi.
Şəbrəng (f) - gecə rəngində olan, qara; İran əsatirində Səyavuşun atının adı, odda
yanan neft qoxulu qara bir daş.
Şəbxun (f) - gecə basqını.
Şəqaiq (ə) - laləgülü, xoruzgülü.
Şəqq (ə) - yarma, çatlama, yırtma, parçalama, qırma, sındırma, yarıq, çatlaq.
Şəqqülqəmər (ə) - ayın parçalanması (islam əsatirinə görə, guya Məhəmməd
peyğəmbərin mö'cüzəsi olaraq ayın iki parçaya bölunüb yerə enməsi); mö'cüzə,
xariqə.
Şəddad (ə) - əsatirə görə, Yəmən ölkəsində (Ərəbistanda) yaşamış çox zalım bir
hökmdar; məc. zalım, sərt, qaba.
Şəkərdəhan (f) - şirindil, şəkərağızlı.
Şəkəristan (f) - şəkər qamışı tarlası.
Şəkərxa (f) - şəkər çiçəyi; məc. gözəl danışan.
Şəm' (ə) - bal, mum, şam.
Şəmail
(ə) - təbiətlər, xasiyyətlər, şəkil, əks, surət.
Şəms (ə) - günəş, gün.
Şəng (f) - gözəl, ədalı gözəl, göyçək; oğru, quldur, mubaliğə etmə.
Şərif (ə) - şərəfli, mübarək, müqəddəs, nəcib, əsil.
Şəhd (ə) - şan balı.
Şəhnə (ə) - keçmişdə şəhərin inzibati işlərinə baxan və xüsusilə gecə zamanı nizam-
intizamı qoruyan mə'mur, darğa.
Şəhriyar (f) - hökmdar, padşah.
Şə'bəə (ə) - parlaqlıq, parıldama, dəbdəbə, təmtəraq.
Şivə (f) - tərz, üslub, naz, işvə, əda, ləhcə, tələffüz.
Şikar (f) - ovlama, ov, ovlanan heyvan, qənimət.
Şikən (f) - qıran, sındıran; qıvrım, qırış, bürüşük
Şimdi (Az.) - indi.
Şirk (ə) - şərik olma, əlbir olma, bütpərəstlik, çoxallahlılıq.
Şuridə (f) - qarışıq, dağınıq; aşiq, vurğun.
Şurü şər (fuə) - hay-küy, qışqır-bağır, gurultu-partıltı.
Şum (ə) - uğursuz, bədşüküm.
Şümar (f) - say, hesab; yara.
Şühud (ə) - gözlə görmə, müşahidə, hazır olma, mövcud olma; şahidlər.
T
Tab (f) - qüvvət, güc, taqət, zəhmət, əziyyət, dözmə; işıq, ziya, yanma, işıq saçma;
buruq, qıvrım, eşmə, eşilmə (sap, ip, saç və s.).
Taban (f) - parlaq, parıldayan, işıqlı.
Təbəndə (f) - parlayan, işıq verən, işıq saçan.
Tabiş (f) - parlama, parlayış.
Təq (ə) - yarımdairə şəklində qapı, pəncərə və sairənin üstü, qübbə, günbəz, əzilmiş,
bükülmüş mə'nasında da işlənir.
Tamat (ə) - çərə-pərən sözlər, cəfəngiyat.
Tamu (t) - cəhənnəm.
Taif (ə) - dönən, dolanan, dövrə vuran.
Tapu (t) - xidmət, qulluq, səcdə (allah qarşısında), sədaqətlə qulluq etmək, hörmət
etmək.
Tahir (ə) - təmiz, pak.
Təalallah (ə) - allah yüksəkdir; məc. nə gözəl! Nə yaxşı!
Təbarək, (ə) - mübarək olsun! Mübarəkdir!
Təbarəkəllah (ə) - Nə gözəl! Nə yaxşı! Nə əcəb!
Təvəlla (ə) - ianə edilmiş əmlak üzərində nəzarət, bir adamın dostluğunu qazanmaq
üçün təşəbbüs.
Təqvim (ə) - kalendar, cədvəl.
Təqsim (ə) - bölmə, hissələrə ayırma.
Təyyib (ə) - yaxşı, xoş.
Təl'ət (ə) - üz, sifət, sima, görkəm, zahiri görünüş, tülu etmə, çıxma (günəş).
Tənab (ə) - ip, örkən.
Tənbur (f-ə) - saza oxşar üç simli dartımlı musiqi aləti.
Tənzil (ə) - endirmə, aşağı salma (ərəblərdə bu söz qur'ana aid edilir), güzəşt,
əksiltmə.
Tərəb (ə) - sevinc, şənlik, şadlıq, fərəh.
Təriq (ə) - yol, məslək, vasitə, səbəb, tərz, üslub.
Tərar (ə) - cibkəsən, oğru, doladırıcı
Tərsa (f) - xristian, xaçpərəst.
Tərəhhüm (ə) - rəhm etmə, yazığı gəlmə, acıma.
Tərcüman (ə) - tərcüməçi, dilmanc.
Təsbeh (ə) - təsbeh, dua.
Təsəlsül (ə) - zəncirləmə, zəncir kimi bir-birina bitişib uzanma, əlaqə, rabitə,
arasıkəsilmədən, nəsildən-nəsilə keçib davam etmə.
Tətəbbö' (ə) - ətraflı öyrənmə, tədqiq etmə, araşdırma, mütaliə, ardınca getmə,
izləmə
Təfərrüc (ə) - qəm-qüssəni dağıtmamaq, ürəyi açılmaq üçün gəzməyə, seyrə çıxma,
gəzmə, gəzinti, seyr.
Təfriqə (ə) - fikir ayrılığı, ikitirəlik, ayrılma, dağınıqlıq, pərakəndəlik, pərişanlıq.
Təfsir (ə) - mə'nasını izah etmə, şərh etmə.
Təhəyyür (ə) - heyran olma, heyrətə düşmə, mat-məəttəl qalma.
Təhəmmül (ə) - qatlaşma, səbr etmə, dözmə.
Təhiyyə (ə) - salam, salam vermə, xeyir-dua vermə.
Təhsin (ə) - bəyənmə, bəyənib əhsən demə, alqışlama, afərin.
Təşəbbüh (təşəbböh) (ə) - bənzətmə, oxşatma, tay olma.
Təşnə
(f) - susamış, susuz; məc. çox həvəskar, arzukeş.
Tiq (f) - qılınc, xəncər, ülgüc.
Timar (f) - baxma, qulluq etmə, qayğısına qalma.
Tinət (ə) - maya, əsil, zat, təbiət, xasiyyət.
Tüng (f) - sürahi, qrafin.
Tir (f) - yaydan atılan ox, dirək; Merkuri planeti, göy üzündə bəzən axan kimi
grünən od parçası, iti, sur'ətlə gedən; məc. igid, zirək.
Tirkeş (f) - oxqabı, oxdan.
Tovhid (tövhid) (ə) - bir neçə şeyi birləşdirmə, allahın birliyinə inanma (dini).
Türab (ə) - torpaq, toz; məc. qəbir, məzar.
Tüsmək ( tütər) (Az.) - od tutub yanmaq, tüstülənmək.
Tütün (Az. arx.) - tüstü.
Tüccar (ə) - tacirlər.
U
Ud (ə) - Hindistanda bitən və yandırıldıqda xoş iy verən ağacın adı; simli şərq
musiqi aləti.
Ulaşmaq (Az.) - yetişmək, çatmaq.
Ur (ə) - puç, batil, eyib, ar, lüt, çılpaq.
Uçmağ (Az.) - cənnət, behişt.
Ü
Üqba (ə) - axirət, o biri dünya.
Üqd (üqdə) (ə) - düyün; məc. həlli çətin olan iş, müşkül məsələ, insanın son dərəcə
arzu edib, nail ola bilmədiyi və qəlbində nisgil və düyün kimi qalan şey.
Üqud (“iqd”in cəmi) (ə) - boyunbağılar.
Üqul (“əql”in cəmi) - ağıllar, ağıl, idrak.
Üzar(ə) - yanaq, üz.
Üluləbsar (ə) - bəsirət, sahibləri, uzaqgörənlər (bax bəsirət).
Ümman (ə) - böyük dəniz, okean.
Ümmət (ə) - xalq, millət, icma, bir peyğəmbərin dininə mənsub olan adamlardan
ibarət icma.
Üşşaq (ə) - aşiqlər, muğamatda, şö'bə.
V
Vala (f) - uca, yüksək, ali.
Vali (ə) - vilayətin bütün işlərini dolandıran hökumət mə'muru.
Varid (ə) - yetişən, gələn.
Varmaq (Az.) – getmək, çatmaq, yetişmək.
Vasil (ə) - çatan, yetişən, qovuşan.
Vahib (ə) - bağışlayan, hədiyyə verən.
Vahid (ə) - tək, bir, yalnız.
Vahidiyyət (ə) - təklik, vahidlik, birlik.
Vey (f) - o (şəxs əvəzliyi); görə, dəfə; “və ey”in qısaldılmış forması.
Vəbal (ə) - günah, təqsir, xəta, yaramaz hərəkət, cavabdehlik; ağırlıq, əzab.
Vəli (ə) - lakin, amma.
Vəli (ə) - hami, himayəçi; yaxın dost; qəyyum; ağa.
Vərd (ə) - qızılgül. Vərdi-həmra qırmızı qızılgül.
Vərtə (ə) - uçurum, su burulğanı; qorxunc yer, təhlükəli yer.
Vəsm (ə) - damğa, dağ; pişan, əlamət; heyvanı dağlama.
Vəh (f) - bəh! bəh-bəh! əcəb! pah!
Vəhdət (ə) - birlik, allahın birliyinə inanma; yalqızlıq, təklik, vahidlik.
Vəhid (ə) - yalnız, tək; misilsiz.
Vəhy (ə) - bir fikir və hökmün allah tərəfindən peyğəmbərə xəbər verilməsi (dini).
Vəhm (ə) - əsassız və əsli olmayan fikir, xəyal; şübhə; yersiz qorxu.
Vəch (d) - üz, sima, surət; üst, səth; ön, alın; üsul, tərz; səbəb, vasitə; pul, vəsait;
yol, vasitə; ad, şöhrət; imtiyaz, üstünlük; qiymət, dəyər.
Vəchüllah (ə) - allahın siması, təzahürü.
Vürüd (ə) - gəlmə, yetişmə, çatma.
Vüslət (ə) - aşiqin sevgilisinə qovuşması, vüsalı.
Y
Yavuz (Az.) - çox gözəl, ə'la, lap yaxşı, şiddətli, çox sərt və tünd, yaman
Yarğu (Az.) - hökm vermək, davanı kəsmək, mübahisəli bir məsələni həll etmək;
bədnəzər, yaman göz.
Yarın (t) - sabah, gələcək.
Yasin (ə) - qur'anda bir surənin adı.
Yezdan (f) - qədim zərdüştilərin e'tiqadınca xeyir allahı.
Yekdanə (f) - tayı olmayan, misilsiz, çox az, nadir.
Yekrəng (f) - bir rəngli, bir qayda üzrə olan; məc. razı.
Yeksən (f) - başdan-başa, bütün tamamilə, birdən, bir dəfədə.
Yekta (f) - tək, yalnız, nadir, tayı və bərabəri olmayan, misilsiz.
Yekcəhət (f) - birtərəfli, birüzlü, ardıcıl, əlbir.
Yegrək (t) - daha yaxşı, başqasından daha yaxşı bəyənilən.
Yelək (Az.) - donun baş tərəfinin enli hissəsi, qolsuz, gödək paltar.
Yəğma (f) - çalıb-çapma, qarət etmək, birinin malını zorla əlindən almaq.
Yələk (t) - Quş qanadının böyük tükü, bir növ qolsuz önü açıq qədim paltar növü.
Yüküş (öküş) (Az.) - çox.
Z
Zağ (f) - qarğa.
Zail (ə) - daimi olmayan, müvəqqəti, fani, keçib gedən, keçici, batan (ay və günəş
haqqında).
Zar (f) - ağlayan, nalan, inləyən, dərmansız, çarəsiz, çıxılmayan vəziyyət.
Zat (ə) -sahib, yiyə.
Zat (ə) - mahiyyət, əsl cövhər, şəxs. Zati-kibriya - allah adlarından biri.
Zahid (ə) - ibadətlə məşğul olan, pəhrizkar, asket, həyat, varlıq, yaşayış.
Zey - həyat, varlıq, yaşayış.
Zəbər (f) - üst, üstdə, üstdə.
Zəval (ə) - tələf olma, məhv olma, key cisimlərinim batması.
Zəlal (ə) - doğru yoldan azma, yolu itirmə, azma.
Zəmir (ə) - iç, hər şeyin iç üzü, batin, ürək, bir şeyin daxili.
Zəngi (f) - qara adam, zənci, zənci dili.
Zəmin (d) - zaman; yer, parçanın (qumaşın yerliyi), anlayış, məfhum.
Zinhar (f) - ay aman, saqın, ehtiyatlı ol! Aman, pənah, təhlükəsizlik, himayə.
Zir (f) - alt, altda, alta, ziri-dəst - əlaltı.
Zill (ə) - kölgə, himayəçi, hami; Zilli hümay - dövlət quşunun kölgəsi, uğurluluq,
xoşbəxtlik, səadət mə'nasında.
Zövrəq (ə) - qayıq.
Ziba (f) - bəzəkli, zinətli, yaraşıqlı, gözəl.
Zində (f) - diri, yaşayan, ruhlu, canlı, diribaş, sağlam.
Zindədil (f) - dindar, mö'min, zahid, gümrah.
Zöhid (ə) - pəhrizkarlıq, dinin qadağan etdiyi şeylərdən çəkinmə, saqınma, vaxtını
ibadətə sərf etmə, tərki-dünyalıq.
Zübdə (ə) - ən bəyənilmiş, seçilmiş hissə.
Zülal (ə) - sərin, duru və şirin su, yumurtağı maddəsi.
Zülmat (ə) - zülmətlər, qaranlıqlar, əfsanəvi dirilik suyunun olduğu qaranlıq dünya.
Züm (ür)rüd (ə) - yaşıl rəngli, qiymətli daş (zəlalət).
Zülfüqar (ə) - ikiağızlı qılınc, şiələrin birinci imamı Əlinin ləqəbi.
Zünun (ə) - zənnlər, düşüncələr, fikirlər.
Zünnar (ə) - xristanların riyazət əlaməti olmaq üzrə altdan bədənlərinə sarıdıqları
sərt qurşaq.
Turkiston Kutubxonasi
Turkistan Library
Туркестанская Библиотека
www.turklib.ru
www.turklib.uz
www.turklib.com
Dostları ilə paylaş: |