Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
[buraxılış №1, 2015]
17
Nərgiz Yusifova
✵
“Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında” Qanun
da edilmiş dəyişiklik-
lərin Konstitusiyaya uyğunluğu məsələsi
Annotasiya
Məqalədə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna edilmiş
dəyişikliklərlə Konstitusiyanın müvafiq maddələri arasında yaranan fikir
ayrılıqları ətraflı təsvir edilir. Vətəndaşlığın əldə edilməsi qaydaları,
vətəndaşlığın əldə edilməsinin "qan hüququ" və "torpaq hüququ" prinsiplərinin
uzlaşması məsələsinin qanunvericilikdə öz əksini necə tapması, həmçinin
vətəndaşlığın itirilməsinin yeni əsasları barədə fikirlər məqalədə qeyd edilmişdir.
O cümlədən, bütün bu məsələlərin bir sıra xarici ölkə qanunvericilikləri,
beynəlxalq sənədlərlə müqayisəsi məzmunda öz əksini tapmışdır.
Summary
The article is about the conflict arose between provisions of Constitution and
recent changes to the “Law on Citizenship of the Republic of Azerbaijan”. The
methods of acquisition of citizenship, the reflection of conformity of the principles
of acquisition of citizenship as “right of the blood” and “right of the soil”, and new
grounds of loss of citizenship is taken place in the article. There is a comparative
analyses of these problems in legislation of various countries, international
documents.
Giriş
ətəndaşlıq şəxslə dövlət arasında qarşılıqlı hüquq və vəzifələrin
mövcudluğunda təzahür edən sabit, möhkəm, siyasi-hüquqi
əlaqədir.
1
İnsanın istifadə edə biləcəyi hüquq, daşıya biləcəyi vəzifə
bu şəxsin həmin dövlətin vətəndaşı olub-olmamasından birbaşa asılıdır. Dövlət
vətəndaşını müdafiə etməlidir, vətəndaşı xarici ölkənin ərazisində olduqda belə
onlara himayəçilik etməlidir. Vətəndaşlıq ayrıca şəxs və dövlət arasında hüquqi
əlaqəni bildirir, bu zaman həmin şəxsin etnik mənşəyi göstərilmir
2
. Vətəndaşlıq
çox geniş və mürəkkəb məsələdir. O, vətəndaşlığı olmayan (apatridlər), ikili
vətəndaşlığı olan (bipatridlər) şəxslərin, əcnəbilərin hüquqi statusu və bu
sahədə digər məsələləri özündə ehtiva edir və çoxlu sayda normativ aktlarla
tənzimlənir. Vətəndaşlıq məsələsi ilk növbədə Azərbaycan Respublikası
Konstitusiyasının 52-ci və 53-cü maddələri, daha sonra "Azərbaycan
Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının 30
sentyabr 1998-ci il tarixli qanunu, "Vətəndaşlıq haqqında" 7 noyabr 1997-ci il
tarixli Avropa Konvensiyası, "Çoxvətəndaşlıq hallarının azaldılması və çoxvətən-
daşlıq hallarında hərbi vəzifələrin icrası haqqında" 1963-cü il tarixli Konvensiya,
"Apatridlərin statusu haqqında" 1954-cü il tarixli Konvensiya, "Vətəndaşsızlıq
hallarının azaldılması haqqında" 1961-ci il 30 avqust tarixli Konvensiya və digər
bu kimi beynəlxalq sənədlərlə nizama salınır.
✵
Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs, 1430-cu qrup tələbəsi
1
Ziyafət Əsgərov. Konstitusiya hüququ, s. 286 (Bakı, 2011)
2
"Vətəndaşlıq haqqında" Avropa Konvensiyası Maddə 2, Bənd a
V
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
[buraxılış №1, 2015]
18
I. Qanuna edilmiş dəyişikliklər
Məlum olduğu kimi Azərbaycan Respublikasının vətəndaşlığı haqqında
30 sentyabr 1998-ci il tarixli qanuna 30 may 2014-cü il tarixdə dəyişikliklər
edilmişdir. Və bu dəyişikliklərdə diqqəti çəkən və nəzər yetirilməli olan bir sıra
məqamlar mövcuddur:
a) Vətəndaşlığın əldə olunması
Dəyişikliklərə daxil olan və ən çox diqqəti cəlb edən məqamlardan biri
qanunun 12-ci maddəsinin yeni redaksiyasıdır:
“Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni
əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.
Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri
əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan
Respublikasının vətəndaşı hesab edilmir.
Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni
vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının
vətəndaşıdır”.
Ümumiyyətlə, ilk növbədə qeyd etmək lazımdır ki, valideynlərin hər ikisi
eyni dövlətin vətəndaşı olduqda uşaqların vətəndaşlığı barədə heç bir problem
yaranmır. "Qan hüququ" prinsipi istisnasız tətbiq olunur. Problem valideynlər
müxtəlif dövlətlərin vətəndaşları ya da vətəndaşlığı olmayan şəxslər olduqda
yaranır. Belə olan halda "torpaq hüququ" prinsipi öz yardımçı rolunu oynayır.
Əvvəlki redaksiyadakı qanunda maddə yalnız hər iki valideyni vətəndaşlığı
olmayan şəxs olan uşağın vətəndaşlığını tənzimləyirdi və bu barədə heç bir fikir
ayrılığı ortaya çıxmırdı. Bu maddənin yeni redaksiyası isə təkcə vətəndaşlığı
olmayan şəxslərin yox, valideynlərinin hər ikisi əcnəbi və ya valideynlərindən
biri əcnəbi digəri vətəndaşlığı olmayan şəxslərin övladlarının vətəndaşlığını
tənzimləyir. Maddənin bəndlərinə nəzər saldıqda, Azərbaycan Respublikası
Konstitusiyasının 52-ci maddəsi ilə ziddiyyətə rast gəlinir. Belə ki, Konsti-
tusiyanın 52-ci maddəsi bəyan edir ki, Azərbaycan Respublikasının ərazisində və
ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan
Respublikasının vətəndaşıdır. Əvvəlki redaksiyada 12-ci maddənin yalnız bir
bəndi mövcud idi və bu Konstitusiya ilə heç bir ziddiyyət əmələ gətirmirdi.
Göstərilirdi ki, Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki
valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının
vətəndaşıdır. Lakin maddəyə əlavə edilmiş bəndlərlə bağlı bir sıra
anlaşılmazlıqlar yaranır. Yeni redaksiyada göstərilir ki, Azərbaycan
Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan, həmçinin
Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi,
digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının
vətəndaşı hesab edilmir. Konstitusiya isə əksinə, Azərbaycan Respublikası
ərazisində doğulan istənilən şəxsi Azərbaycan Respublikasının vətəndaşı hesab
edir. Belə olduğu təqdirdə, edilmiş bu dəyişiklərin ölkəmizin ən yüksək hüquqi
qüvvəyə malik, qanunvericilik sisteminin əsası hesab edilən Konstitusiya ilə
ziddiyyətini görmək heç də çətin deyil.
b) Vətəndaşlığın itirilməsi
Vətəndaşlığın itirilməsi əsasları 2 hissəyə bölünür. Könüllü (voluntary) və
qeyri-könüllü (involuntary). Bir çox ölkələrin hüququ bəyan edir ki, vətən-
daşlığın itirilməsi könüllü olaraq başqa dövlətin vətəndaşlığını qəbul etdikdə
əmələ gələ bilər. Bu müddəaların şərhindən isə belə məna hasil olur ki, könüllü
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
[buraxılış №1, 2015]
19
itirilmə vahid anlayış deyil. Əksər ölkələrin qanunvericiliyi belə hesab edir ki,
vətəndaşın açıq-aydın başqa dövlətin vətəndaşlığını qəbul etməsi barədə
məlumat bildirməsi könüllü olaraq vətəndaşlığın itirilməsi hesab edilsin.
Məsələn, Avstriyada şəxs Avstriya universitetinə professor təyin edilərsə,
avtomatik olaraq Avstriya vətəndaşlığını əldə edir. Bəzi ölkələr bu müddəaya
belə şərh verir ki, bu qeyri-könüllü vətəndaşlıqdır. Bir sıra digər dövlətlərin
qanunvericiliyinə görə isə vətəndaş başqa milliyyəti (vətəndaşlığı) qəbul edirsə
və bundan imtinaya görə heç bir güc tətbiq edilmirsə vətəndaşlıq itirilir.
3
18-ci
maddədə edilmiş dəyişikliklərə nəzər yetirək:
“Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:
1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını
könüllü əldə etməsi;
2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya
bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı
birləşmələrində könüllü xidmət etməsi;
3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi
zərər vuran davranışı;
4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin
vətəndaşlığa qəbul olunmaq üçün zəruri məlumatı qəsdən saxtalaşdırması
və ya saxta sənəd təqdim etməsi”.
Əvvəlki redaksiyada vətəndaşlığın itirilməsinin yalnız bir əsası
göstərilmişdisə və bu əsas Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş
şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən
saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi nəticəsində vətəndaşlığı
itirməkdən ibarət idisə, dəyişikliklərdən sonra bu əsasların sayı dördə qalxdı.
Vətəndaşlığı itirmək üçün yeni əsaslardan biri Azərbaycan Respublikası
vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsidir. Bu
müddəanın özündə də müəyyən anlaşılmazlıq mövcuddur. Bildiyimiz kimi
Azərbaycan Respublikası ikili vətəndaşlığı tanımır. İkili vətəndaşlığın
tanınmaması o demək deyil ki, Azərbaycan Respublikası ikili vətəndaşlığı
qadağan edir. Bu, onu bildirir ki, Azərbaycan Respublikasının vətəndaşı başqa
dövlətin vətəndaşlığını qəbul edə bilər, lakin Azərbaycan Respublikası
qarşısında yalnız onun qanunlarından irəli gələn məsuliyyəti daşıyır və onun
qanunlarına tabedir. Azərbaycan Respublikası Vətəndaşlığı haqqında qanunun
yeni 10-cu maddəsi də bunu təsbit edir: Azərbaycan Respublikasının vətəndaşı
olan şəxsin ikili vətəndaşlığı olduqda, (Azərbaycan Respublikasının vətəndaşlığı ilə
yanaşı digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin
vətəndaşlığına
mənsubiyyəti
Azərbaycan
Respublikasının
beynəlxalq
müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikasının
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş
hallar istisna olmaqla tanınmır. Dəyişikliklər bildirir ki, Azərbaycan Respublikası
vətəndaşı başqa dövlətin vətəndaşlığını könüllü qəbul etdikdə, öz ölkəsinin
vətəndaşlığını itirir. Burdan belə nəticə çıxır ki, ikili vətəndaşlıq ümumiyyətlə
mövcud ola bilmir. Digər tərəfdən, "Vətəndaşsızlıq hallarının azaldılması
haqqında" 1961-ci il 30 avqust tarixli konvensiyanın 7-ci maddəsinin 4-cü
bəndinə əsasən (Azərbaycan Respublikası 31 may 1996-cı il tarixli 105-IQ
3
United States Office of Personnel Management Investigations Service. Citizenship laws of the
world, s. 5 (2011)
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
[buraxılış №1, 2015]
20
nömrəli qanunu ilə bu konvensiyaya qoşulmuşdur) başqa dövlətin
vətəndaşlığını qəbul etmiş şəxs müvafiq razılığa gələn dövlətin qanununda
müəyyən edildiyi müddətə (bu müddət 7 ildən az olmamalıdır) fasiləsiz xaricdə
yaşayarsa, öz vətəndaşlığını saxlamaq niyyətini müvafiq icra hakimiyyəti
orqanına bildirmədiyi təqdirdə vətəndaşlığını itirə bilər. Yəni iki dövlətin
vətəndaşlığını qəbul edənlərin vətəndaşlığını itirməsi azı 7 il ərzində fasiləsiz
xarici ölkədə yaşayan vətəndaşlara şamil edilir. Lakin qanuna edilmiş
dəyişiklikdə bu müddət nəzərdə tutulmamışdır.
18-ci maddənin ikinci bəndinə nəzər saldıqda aydın olur ki, bu bənd
vətəndaşlığın itirilməsi əsaslarından biri kimi Azərbaycan Respublikası
vətəndaşının xarici dövlətin dövlət və bələdiyyə orqanlarında, yaxud silahlı
qüvvələrində və ya silahlı birləşmələrində könüllü xidmət etməsini nəzərdə
tutur. Qeyd olunan dəyişikliyin mənfi cəhətini onda görürəm ki, bu, Azərbaycan
vətəndaşlarının xarici ölkələrə inteqrasiyası və onun xarici ölkələrin
orqanlarındakı fəaliyyətinin genişlənməsinə, güclənməsinə, onların xaricə
inteqrasiyasına mane olan haldır. Baxmayaraq ki, dövlətlərin çoxu öz
vətəndaşlarının xarici dövlət orqanlarında iştirakında maraqlıdır və bu sahədə
geniş tədbirlər görür.
Vətəndaşlığın itirilməsi əsaslarından digəri isə, Azərbaycan Respublikası
vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışıdır. Təəssüf ki,
qanunda dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranış adı altında hansı
hərəkətin nəzərdə tutulduğu göstərilməmişdir. Dövlətin təhlükəsizliyinə ciddi
zərər vuran davranışın hansı orqan tərəfindən, hansı əsaslara görə müəyyən
edilməsi haqqında göstərişlər də müəmmalıdır.
II. Prinsiplərin uzlaşması məsələsi
Bildiyimiz kimi vətəndaşlığın əldə edilməsinin müxtəlif formaları
mövcuddur. İnsanın doğulduğu andan vətəndaşlıq əldə etməsi filiasiya adlanır.
Bu halda vətəndaşlıq "qan hüququ" (jus sanguinus) və "torpaq hüququ" (jus soli)
prinsipləri əsasında həll edilir. "Qan hüququ" prinsipinə görə uşağın hansı
ölkənin
ərazisində
doğulmağından
asılı
olmayaraq,
valideynlərinin
vətəndaşlığını əldə edir. "Torpaq hüququ" prinsipinə görə isə uşağın valideyn-
lərinin hansı ölkənin vətəndaşı olub-olmamasından asılı olmayaraq, onun
vətəndaşlığı doğulduğu ölkənin ərazisi ilə müəyyən olunur. Uşaq hansı ölkənin
ərazisində doğulubsa, o ölkənin də vətəndaşlığını əldə edir. Torpaq hüququ
prinsipi tətbiq olunan ölkələrdə uşaqlar vətəndaşlığı doğulduqları ölkə üzrə
avtomatik əldə edərkən, qan hüququ prinsipi tətbiq olunan ölkələrdə
vətəndaşlıq uşaqlara valideynlərinin vətəndaşlığına uyğun olaraq irsən keçir.
4
"Torpaq hüququ" prinsipi adətən Amerika qitəsindəki ölkələrdə tətbiq edilir.
5
Çox vaxt hər iki prinsip bu və ya digər dərəcədə birləşdirilir. Bu həmçinin
Azərbaycan Respublikası Konstitusiyasında da belədir. Konstitusiyanın 52-ci
maddəsində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində və Azərbaycan
Respub-likasının vətəndaşlarından doğulan şəxs Azərbaycan Respublikasının
vətəndaşıdır. Burada "torpaq hüququ" və "qan hüququ" prinsipi eyni dərəcədə
tətbiq olunur. Konstitusiyamızın 52-ci maddəsi də "Azərbaycan Respublikası
4
Graziella Bertocchi. Citizenship Laws and International Migration in Historical Perspective, s. 4
(November 2004)
5
Boris Aleksendreviç Straşun. Xarici ölkələrin konstitusiya (dövlət) hüququ, s. 187
(Bakı 2007)
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
[buraxılış №1, 2015]
21
ərazisində və ya Azərbaycan Respublikası vətəndaşlarından doğulan şəxs
Azərbaycan Respublikasının vətəndaşıdır" cümləsində "və ya" bağlayıcısı
işlətməklə "torpaq hüququ" prinsipini "qan hüququ" prinsipinə bərabərləşdirir.
Ümumiyyətlə, bu və ya digər vətəndaşlığın seçilməsi və ya ona üstünlük
verilməsi başlıca olaraq həmin dövlətin demoqrafiya sahəsindəki siyasətilə
şərtlənir və ona uyğun olaraq müəyyənləşdirilir. Əgər dövlət öz əhalisinin
sayının sürətlə artmasında maraqlıdırsa, o zaman o hər iki qaydanı tam həcmdə
tətbiq edə bilər. Buna misal olaraq, Meksika Konstitusiyasının 30-cu maddəsinin
A bəndini misal göstərə bilərik. Həmin hissəyə müvafiq olaraq:
1) uşaqların valideynlərinin hansı milliyyətə, yəni vətəndaşlığa malik
olmasından asılı olmayaraq, respublikanın ərazisində doğulmuş uşaqlar;
2) hər iki valideyni-atası yaxud anası meksikalı olub xaricdə doğulmuş
uşaqlar;
3) Meksikaya məxsus hərbi gəmidə ticarət gəmisində və ya təyyarədə
doğulmuş uşaqlar doğulduğu andan meksikalıdırlar.
6
Amerika qitəsi ölkələrində olduğu kimi bizim qanunvericiliyimizdə də iki
prinsip bərabərləşdirilir. Əslində isə bizdə demoqrafik vəziyyət yaxşıdır, ölkə
əhalisi köç hesabına deyil, təbii artım hesabına yaranıb və başqa yerlərdən
buraya köçü həvəsləndirməyə heç bir ehtiyac yoxdur. 52-ci maddənin üçüncü
cümləsi isə qeyd edir ki, valideynlərindən biri Azərbaycan Respublikası
vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Əgər bu müddəa
olmasaydı, "torpaq hüququ" prinsipini "qan hüququ" prinsipinə tabe etdirmək
olardı. Lakin bu cümlədən çıxan nəticə qeyd etdiyimiz kimi torpaq hüququ
prinsipini qan hüququ prinsipinə köməkçi bir prinsip kimi qəbul etməyə imkan
vermir. Qanuna edilmiş dəyişikliklərlə bu problem qeyd etdiyimiz qaydada həll
olunmağa istiqamətlənmişdir. Bunun üçün 12-ci maddəyə nəzər salaq
:
"Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni
əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.
Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri
əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan
Respublikasının vətəndaşı hesab edilmir.
Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni
vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının
vətəndaşıdır".
Fikir verdikdə görmək olur ki, bu elə də asan həll olunan məsələ deyil.
Əsas məsələ normativ hüquqi aktların iyerarxiyasındadır. Əgər bu prinsip həll
olunmalıdırsa, qeyd etdiyimiz qaydada ilk əvvəl konstitusiyanın müddəaları
dəyişilməlidir. Çünki normativ hüquqi aktların iyerarxiyası sistemində ən
yüksək hüquqi qüvvəyə Konstitusiya malikdir. Qanunlar isə Konstitusiyaya
tabedir və onun müddəalarına uyğun olmalıdır. "Azərbaycan Respublikasının
vətəndaşlığı haqqında" Qanun da Konstitusiyadan aşağı hüquqi qüvvəyə
malikdir və sonradan qəbul olunmasına baxmayaraq Konstitusiyanın mənasını
və təsirini dəyişə bilməz. Qanun sözügedən problemi aradan qaldırmaq
iqtidarında deyil. Bunun üçün isə referendum vasitəsilə Konstitusiyanın 52-ci
maddəsi dəyişilməlidir.
6
Straşun, s. 187
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
[buraxılış №1, 2015]
22
Nəticə
Vətəndaşlığın itirilməsi şərtlərinin bu qədər sərtləşdirilməsi özündə bir
sıra müsbət və mənfi cəhətləri ehtiva edir. İlk növbədə qeyd etmək istəyirəm ki,
bu şərtlərin bu qədər sərtləşdirilməsi vətəndaşa öz dövləti ilə olan hüquqi
əlaqələrinə daha ciddi önəm verilməli olduğu tələbini özündə əks etdirir. Digər
tərəfdən qeyd olunması vacibdir ki, bu şərtlərin bu qədər sərtləşdirilməsi
vətəndaşsızlıq hallarının artmasına gətirib çıxaracaq. Bu gün dünyanın müxtəlif
ölkələrində, ən əsası da Rusiya və Gürcüstanda yaşayan vətəndaşlarımızın sayı
milyonlarladır. Onların məcburi səbəblərə görə Rusiya və yaxud digər
dövlətlərin vətəndaşlığını qəbul etməsi onları Azərbaycan Respublikası
vətəndaşlığından məhrum edir. Qeyd edək ki, "Vətəndaşsızlıq hallarının azal-
dılması haqqında" 1961-ci il 30 avqust tarixli Konvensiyanın, o cümlədən
"Apatridlərin statusu haqqında" konvensiyanın (Azərbaycan Respublikası bu
Konvensiyanı 1996-cı il 31 may tarixli 106-IQ saylı qanunu ilə ratifikasiya
etmişdir) əsas məqsədi vətəndaşsızlıq hallarının azaldılmasıdır. "Apatridlərin
statusu haqqında" Konvensiyanın 5-ci fəslinin 32-ci maddəsində qeyd edilir:
"Razılığa gələn dövlətlər, imkan daxilində apatridlərin assimilyasiyasını və
naturalizasiyasını asanlaşdıracaqlar. O cümlədən onlar naturalizasiya işini sürət-
ləndirmək və bununla bağlı rüsum və xərclərin mümkün qədər azaldılması üçün
özlərindən asılı olan hər şeyi edəcəklər".
Əksinə, bu dəyişikliklər isə hüquqda anomaliya sayılan vətəndaşsızlıq
hallarının sayının artmasına gətirib çıxaracaq. Belə olduğu təqdirdə, bu mövzuda
daxili qanunvericiliyimizlə beynəlxalq sənəd arasında anlaşılmazlıq yaranır .
Bütün bu məsələlərin eyni zamanda başqa dövlətlərin vətəndaşlığına
mənsub olan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətinə mənfi
təsir göstərə biləcəyini, qanunvericilikdə mövcud olan kolliziyaları nəzərə
alaraq, qanunda olan bu müddəaların dəqiqləşdirilməsi, sanksiyaların
yumşaldılması vacib və arzuolunan məsələdir.
Dostları ilə paylaş: |