Nərgiz Yusifova ✵ “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun da edilmiş dəyişiklik



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü0,93 Mb.
#66094


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

17 

Nərgiz Yusifova



 



“Azərbaycan Respublikasının vətəndaşlığı 

haqqında” Qanun

da edilmiş dəyişiklik-

lərin Konstitusiyaya uyğunluğu məsələsi 

Annotasiya 

Məqalədə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna edilmiş 

dəyişikliklərlə  Konstitusiyanın  müvafiq  maddələri  arasında  yaranan  fikir 

ayrılıqları  ətraflı  təsvir  edilir.  Vətəndaşlığın  əldə  edilməsi  qaydaları, 

vətəndaşlığın əldə edilməsinin "qan hüququ" və "torpaq hüququ" prinsiplərinin 

uzlaşması  məsələsinin  qanunvericilikdə  öz  əksini  necə  tapması,  həmçinin 

vətəndaşlığın itirilməsinin yeni əsasları barədə fikirlər məqalədə qeyd edilmişdir. 

O  cümlədən,  bütün  bu  məsələlərin  bir  sıra  xarici  ölkə  qanunvericilikləri, 

beynəlxalq sənədlərlə müqayisəsi məzmunda öz əksini tapmışdır. 

Summary 

The  article  is  about  the  conflict  arose  between  provisions  of  Constitution  and 

recent changes to the  “Law on Citizenship of the  Republic of Azerbaijan”.  The 

methods of acquisition of citizenship, the reflection of conformity of the principles 

of acquisition of citizenship as “right of the blood” and “right of the soil”, and new 

grounds of loss of citizenship is taken place in the article. There is a comparative 

analyses  of  these  problems  in  legislation  of  various  countries,  international 

documents. 

Giriş

 

ətəndaşlıq  şəxslə  dövlət  arasında  qarşılıqlı  hüquq  və  vəzifələrin 

mövcudluğunda  təzahür  edən  sabit,  möhkəm,  siyasi-hüquqi

əlaqədir.

1

  İnsanın istifadə edə biləcəyi hüquq, daşıya biləcəyi vəzifə 



bu şəxsin həmin dövlətin vətəndaşı olub-olmamasından birbaşa asılıdır. Dövlət 

vətəndaşını müdafiə etməlidir, vətəndaşı xarici ölkənin ərazisində olduqda belə 

onlara himayəçilik etməlidir. Vətəndaşlıq ayrıca şəxs və dövlət arasında hüquqi 

əlaqəni bildirir, bu zaman həmin şəxsin etnik mənşəyi göstərilmir

2

. Vətəndaşlıq 



çox  geniş  və  mürəkkəb  məsələdir.  O,  vətəndaşlığı  olmayan  (apatridlər),  ikili 

vətəndaşlığı  olan  (bipatridlər)  şəxslərin,  əcnəbilərin  hüquqi  statusu  və  bu 

sahədə  digər  məsələləri  özündə  ehtiva  edir  və  çoxlu  sayda  normativ  aktlarla 

tənzimlənir.  Vətəndaşlıq  məsələsi  ilk  növbədə  Azərbaycan  Respublikası 

Konstitusiyasının  52-ci  və  53-cü  maddələri,  daha  sonra  "Azərbaycan 

Respublikasının  vətəndaşlığı  haqqında"  Azərbaycan  Respublikasının  30 

sentyabr 1998-ci il tarixli qanunu, "Vətəndaşlıq haqqında" 7 noyabr 1997-ci il 

tarixli  Avropa Konvensiyası, "Çoxvətəndaşlıq hallarının azaldılması və çoxvətən-

daşlıq hallarında hərbi vəzifələrin icrası haqqında" 1963-cü il tarixli Konvensiya, 

"Apatridlərin  statusu  haqqında"  1954-cü  il  tarixli  Konvensiya,  "Vətəndaşsızlıq 

hallarının azaldılması haqqında" 1961-ci il 30 avqust tarixli Konvensiya və digər 

bu kimi beynəlxalq sənədlərlə nizama salınır. 

Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs, 1430-cu qrup tələbəsi 



1

 Ziyafət Əsgərov. Konstitusiya hüququ, s. 286 (Bakı, 2011) 

   

2

 "Vətəndaşlıq haqqında" Avropa Konvensiyası  Maddə 2, Bənd a 






Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

18 

 

I. Qanuna edilmiş dəyişikliklər 



Məlum  olduğu  kimi  Azərbaycan  Respublikasının  vətəndaşlığı  haqqında 

30  sentyabr  1998-ci  il  tarixli  qanuna  30  may    2014-cü  il  tarixdə  dəyişikliklər 

edilmişdir. Və bu dəyişikliklərdə diqqəti çəkən və nəzər yetirilməli olan bir sıra 

məqamlar mövcuddur:  



a) Vətəndaşlığın əldə olunması 

Dəyişikliklərə  daxil  olan  və  ən  çox  diqqəti  cəlb  edən  məqamlardan  biri 

qanunun 12-ci maddəsinin yeni redaksiyasıdır: 

“Azərbaycan  Respublikasının  ərazisində  doğulmuş  və  hər  iki  valideyni 

əcnəbi  olan  uşaq  Azərbaycan  Respublikasının  vətəndaşı  hesab  edilmir. 

Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri 

əcnəbi,  digəri  isə  vətəndaşlığı  olmayan  şəxs  olan  uşaq  Azərbaycan 

Respublikasının vətəndaşı hesab edilmir. 

Azərbaycan  Respublikasının  ərazisində  doğulmuş  və  hər  iki  valideyni 

vətəndaşlığı  olmayan  şəxs  olan  uşaq  Azərbaycan  Respublikasının 

vətəndaşıdır”. 

Ümumiyyətlə, ilk növbədə qeyd etmək lazımdır ki, valideynlərin hər ikisi 

eyni dövlətin vətəndaşı olduqda uşaqların vətəndaşlığı barədə  heç bir problem 

yaranmır. "Qan hüququ" prinsipi istisnasız tətbiq olunur. Problem  valideynlər 

müxtəlif dövlətlərin vətəndaşları  ya da  vətəndaşlığı olmayan şəxslər olduqda 

yaranır. Belə olan halda "torpaq hüququ" prinsipi öz yardımçı rolunu oynayır. 

Əvvəlki  redaksiyadakı  qanunda  maddə  yalnız  hər  iki  valideyni  vətəndaşlığı 

olmayan şəxs olan uşağın vətəndaşlığını tənzimləyirdi və  bu barədə heç bir fikir 

ayrılığı  ortaya  çıxmırdı.  Bu  maddənin  yeni  redaksiyası  isə  təkcə  vətəndaşlığı 

olmayan şəxslərin yox,  valideynlərinin  hər ikisi əcnəbi və ya valideynlərindən 

biri  əcnəbi  digəri  vətəndaşlığı  olmayan  şəxslərin  övladlarının  vətəndaşlığını 

tənzimləyir.  Maddənin  bəndlərinə  nəzər  saldıqda,    Azərbaycan  Respublikası 

Konstitusiyasının  52-ci  maddəsi  ilə  ziddiyyətə  rast  gəlinir.  Belə  ki,  Konsti-

tusiyanın 52-ci maddəsi bəyan edir ki, Azərbaycan Respublikasının ərazisində və 



ya  Azərbaycan  Respublikasının  vətəndaşlarından  doğulmuş  şəxs  Azərbaycan 

Respublikasının  vətəndaşıdır.  Əvvəlki  redaksiyada  12-ci  maddənin  yalnız  bir 

bəndi  mövcud  idi  və  bu  Konstitusiya  ilə  heç  bir  ziddiyyət  əmələ  gətirmirdi. 

Göstərilirdi  ki,  Azərbaycan  Respublikasının  ərazisində  doğulmuş  və  hər  iki 

valideyni  vətəndaşlığı  olmayan  şəxs  olan  uşaq  Azərbaycan  Respublikasının 

vətəndaşıdır.  Lakin  maddəyə  əlavə  edilmiş  bəndlərlə  bağlı  bir  sıra 

anlaşılmazlıqlar  yaranır.  Yeni  redaksiyada  göstərilir  ki,  Azərbaycan 



Respublikasının  ərazisində  doğulmuş  və  hər  iki  valideyni  əcnəbi  olan,  həmçinin 

Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, 

digəri  isə  vətəndaşlığı  olmayan  şəxs  olan  uşaq  Azərbaycan  Respublikasının 

vətəndaşı  hesab  edilmir.  Konstitusiya  isə  əksinə,  Azərbaycan  Respublikası 

ərazisində doğulan istənilən şəxsi Azərbaycan Respublikasının vətəndaşı hesab 

edir. Belə olduğu təqdirdə, edilmiş bu dəyişiklərin ölkəmizin ən yüksək hüquqi 

qüvvəyə  malik,  qanunvericilik  sisteminin  əsası  hesab  edilən  Konstitusiya  ilə 

ziddiyyətini görmək heç də çətin deyil. 

b) Vətəndaşlığın itirilməsi 

Vətəndaşlığın itirilməsi əsasları 2 hissəyə bölünür. Könüllü (voluntary) və 

qeyri-könüllü  (involuntary).  Bir  çox  ölkələrin  hüququ  bəyan  edir  ki,  vətən-

daşlığın  itirilməsi  könüllü  olaraq  başqa  dövlətin  vətəndaşlığını  qəbul  etdikdə 

əmələ gələ bilər. Bu müddəaların şərhindən isə belə məna hasil olur ki, könüllü 



Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

19 

 

itirilmə  vahid  anlayış  deyil.  Əksər  ölkələrin  qanunvericiliyi  belə  hesab  edir  ki, 



vətəndaşın  açıq-aydın  başqa  dövlətin  vətəndaşlığını  qəbul  etməsi  barədə 

məlumat  bildirməsi  könüllü  olaraq  vətəndaşlığın  itirilməsi  hesab  edilsin. 

Məsələn,  Avstriyada  şəxs  Avstriya  universitetinə  professor  təyin  edilərsə, 

avtomatik  olaraq  Avstriya  vətəndaşlığını  əldə  edir.  Bəzi  ölkələr  bu  müddəaya 

belə  şərh  verir  ki,  bu  qeyri-könüllü  vətəndaşlıqdır.  Bir  sıra  digər  dövlətlərin 

qanunvericiliyinə görə isə vətəndaş başqa milliyyəti (vətəndaşlığı) qəbul edirsə 

və bundan imtinaya görə heç bir güc tətbiq edilmirsə vətəndaşlıq itirilir.

3

 18-ci 



maddədə edilmiş dəyişikliklərə nəzər yetirək: 

“Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 

1)  Azərbaycan  Respublikası  vətəndaşının  digər  dövlətin  vətəndaşlığını 

könüllü əldə etməsi;  

2)  Azərbaycan  Respublikası  vətəndaşının  xarici  dövlətin  dövlət  və  ya 

bələdiyyə  orqanlarında,  yaxud  silahlı  qüvvələrində  və  ya  digər  silahlı 

birləşmələrində könüllü xidmət etməsi; 

3)  Azərbaycan  Respublikası  vətəndaşının  dövlətin  təhlükəsizliyinə  ciddi 

zərər vuran davranışı; 

4)  Azərbaycan  Respublikasının  vətəndaşlığını  əldə  etmiş  şəxsin 

vətəndaşlığa qəbul olunmaq üçün zəruri məlumatı qəsdən saxtalaşdırması 

və ya saxta sənəd təqdim etməsi”. 

Əvvəlki  redaksiyada  vətəndaşlığın  itirilməsinin  yalnız  bir  əsası 

göstərilmişdisə  və  bu  əsas  Azərbaycan  Respublikası  vətəndaşlığını  əldə  etmiş 

şəxsin  vətəndaşlığa  qəbul  olunmaq  üçün  zəruri  olan  məlumatı  qəsdən 

saxtalaşdırması  və  ya  saxta  sənəd  təqdim  etməsi  nəticəsində  vətəndaşlığı 

itirməkdən  ibarət  idisə,  dəyişikliklərdən  sonra  bu  əsasların  sayı  dördə  qalxdı. 

Vətəndaşlığı  itirmək  üçün  yeni  əsaslardan  biri  Azərbaycan  Respublikası 

vətəndaşının  digər  dövlətin  vətəndaşlığını  könüllü  əldə  etməsidir.  Bu 

müddəanın  özündə  də  müəyyən  anlaşılmazlıq  mövcuddur.  Bildiyimiz  kimi 

Azərbaycan  Respublikası  ikili  vətəndaşlığı  tanımır.  İkili  vətəndaşlığın 

tanınmaması  o  demək  deyil  ki,  Azərbaycan  Respublikası  ikili  vətəndaşlığı 

qadağan edir.  Bu, onu  bildirir ki, Azərbaycan Respublikasının vətəndaşı başqa 

dövlətin  vətəndaşlığını  qəbul  edə  bilər,  lakin  Azərbaycan  Respublikası 

qarşısında  yalnız  onun  qanunlarından  irəli  gələn  məsuliyyəti  daşıyır  və  onun 

qanunlarına  tabedir.  Azərbaycan Respublikası  Vətəndaşlığı  haqqında qanunun 

yeni  10-cu  maddəsi  də  bunu  təsbit  edir:  Azərbaycan  Respublikasının  vətəndaşı 



olan şəxsin ikili vətəndaşlığı olduqda, (Azərbaycan Respublikasının vətəndaşlığı ilə 

yanaşı digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin 

vətəndaşlığına 

mənsubiyyəti 

Azərbaycan 

Respublikasının 

beynəlxalq 

müqavilələrində  nəzərdə  tutulmuş  və  ya  Azərbaycan  Respublikasının 

Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndinə  müvafiq  surətdə  həll  edilmiş 

hallar istisna olmaqla tanınmır. Dəyişikliklər bildirir ki, Azərbaycan Respublikası 

vətəndaşı  başqa  dövlətin  vətəndaşlığını  könüllü  qəbul  etdikdə,  öz  ölkəsinin 

vətəndaşlığını  itirir.  Burdan  belə  nəticə  çıxır  ki,  ikili  vətəndaşlıq  ümumiyyətlə 

mövcud  ola  bilmir.  Digər  tərəfdən,  "Vətəndaşsızlıq  hallarının  azaldılması 

haqqında"  1961-ci  il  30  avqust  tarixli  konvensiyanın  7-ci  maddəsinin  4-cü 

bəndinə  əsasən  (Azərbaycan  Respublikası  31  may  1996-cı  il  tarixli  105-IQ 

                                                            

3

  United States Office of Personnel Management Investigations Service. Citizenship laws of the 



world, s. 5 (2011) 


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

20 

 

nömrəli  qanunu  ilə  bu  konvensiyaya  qoşulmuşdur)  başqa  dövlətin 



vətəndaşlığını  qəbul  etmiş  şəxs  müvafiq  razılığa  gələn  dövlətin  qanununda 

müəyyən edildiyi müddətə (bu müddət 7 ildən az olmamalıdır) fasiləsiz xaricdə 

yaşayarsa,  öz  vətəndaşlığını  saxlamaq  niyyətini  müvafiq  icra  hakimiyyəti 

orqanına  bildirmədiyi  təqdirdə  vətəndaşlığını  itirə  bilər.  Yəni  iki  dövlətin 

vətəndaşlığını  qəbul  edənlərin  vətəndaşlığını  itirməsi  azı  7  il  ərzində  fasiləsiz 

xarici  ölkədə  yaşayan  vətəndaşlara  şamil  edilir.  Lakin  qanuna  edilmiş 

dəyişiklikdə bu müddət nəzərdə tutulmamışdır.  

18-ci  maddənin  ikinci  bəndinə  nəzər  saldıqda  aydın  olur  ki,  bu  bənd 

vətəndaşlığın  itirilməsi  əsaslarından  biri  kimi  Azərbaycan  Respublikası 

vətəndaşının  xarici  dövlətin  dövlət  və  bələdiyyə  orqanlarında,  yaxud  silahlı 

qüvvələrində  və  ya  silahlı  birləşmələrində  könüllü  xidmət  etməsini  nəzərdə 

tutur. Qeyd olunan dəyişikliyin mənfi cəhətini onda görürəm ki, bu, Azərbaycan 

vətəndaşlarının  xarici  ölkələrə  inteqrasiyası  və  onun  xarici  ölkələrin 

orqanlarındakı  fəaliyyətinin  genişlənməsinə,  güclənməsinə,  onların  xaricə 

inteqrasiyasına  mane  olan  haldır.  Baxmayaraq  ki,    dövlətlərin  çoxu  öz 

vətəndaşlarının xarici dövlət orqanlarında iştirakında maraqlıdır və bu sahədə 

geniş tədbirlər görür. 

Vətəndaşlığın itirilməsi əsaslarından digəri isə,  Azərbaycan Respublikası 

vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışıdır. Təəssüf ki, 

qanunda dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranış adı altında hansı 

hərəkətin  nəzərdə  tutulduğu  göstərilməmişdir.  Dövlətin  təhlükəsizliyinə  ciddi 

zərər  vuran  davranışın  hansı  orqan  tərəfindən,  hansı  əsaslara  görə  müəyyən 

edilməsi haqqında göstərişlər də müəmmalıdır. 

II. Prinsiplərin uzlaşması məsələsi 

Bildiyimiz  kimi  vətəndaşlığın  əldə  edilməsinin  müxtəlif  formaları 

mövcuddur. İnsanın doğulduğu andan vətəndaşlıq əldə etməsi filiasiya adlanır. 

Bu halda vətəndaşlıq "qan hüququ" (jus sanguinus) və "torpaq hüququ" (jus soli

prinsipləri  əsasında  həll  edilir.  "Qan  hüququ"  prinsipinə  görə  uşağın  hansı 

ölkənin 


ərazisində 

doğulmağından 

asılı 

olmayaraq, 



valideynlərinin 

vətəndaşlığını əldə edir. "Torpaq hüququ" prinsipinə görə isə uşağın valideyn-

lərinin  hansı  ölkənin  vətəndaşı  olub-olmamasından  asılı  olmayaraq,  onun 

vətəndaşlığı doğulduğu ölkənin ərazisi ilə müəyyən olunur. Uşaq hansı ölkənin 

ərazisində  doğulubsa,  o  ölkənin  də  vətəndaşlığını  əldə  edir.  Torpaq  hüququ 

prinsipi  tətbiq  olunan  ölkələrdə    uşaqlar  vətəndaşlığı  doğulduqları  ölkə  üzrə 

avtomatik  əldə  edərkən,  qan  hüququ  prinsipi  tətbiq  olunan  ölkələrdə 

vətəndaşlıq  uşaqlara  valideynlərinin  vətəndaşlığına  uyğun  olaraq  irsən  keçir.

4

 

"Torpaq  hüququ"  prinsipi  adətən  Amerika  qitəsindəki  ölkələrdə  tətbiq  edilir.



5

 

Çox  vaxt  hər  iki  prinsip  bu  və  ya  digər  dərəcədə  birləşdirilir.    Bu  həmçinin 



Azərbaycan  Respublikası  Konstitusiyasında  da  belədir.  Konstitusiyanın  52-ci 

maddəsində göstərilir ki,  Azərbaycan Respublikasının ərazisində və Azərbaycan 

Respub-likasının  vətəndaşlarından  doğulan  şəxs  Azərbaycan  Respublikasının 

vətəndaşıdır. Burada "torpaq hüququ" və "qan hüququ" prinsipi eyni dərəcədə 

tətbiq  olunur.  Konstitusiyamızın  52-ci  maddəsi  də  "Azərbaycan  Respublikası 

                                                            

4

 Graziella Bertocchi. Citizenship Laws and International Migration in Historical Perspective, s. 4  



(November 2004) 

5

 Boris Aleksendreviç Straşun. Xarici ölkələrin konstitusiya (dövlət)  hüququ,  s. 187   



(Bakı 2007) 


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

21 

 

ərazisində  və  ya  Azərbaycan  Respublikası  vətəndaşlarından  doğulan  şəxs 



Azərbaycan  Respublikasının  vətəndaşıdır"  cümləsində  "və  ya"  bağlayıcısı 

işlətməklə "torpaq hüququ" prinsipini "qan hüququ" prinsipinə bərabərləşdirir. 

Ümumiyyətlə,  bu  və  ya  digər  vətəndaşlığın  seçilməsi  və  ya  ona  üstünlük 

verilməsi  başlıca  olaraq  həmin  dövlətin  demoqrafiya  sahəsindəki  siyasətilə 

şərtlənir  və  ona  uyğun  olaraq  müəyyənləşdirilir.  Əgər  dövlət  öz  əhalisinin 

sayının sürətlə artmasında maraqlıdırsa, o zaman  o hər iki qaydanı tam həcmdə 

tətbiq edə bilər. Buna misal olaraq,  Meksika Konstitusiyasının 30-cu maddəsinin 

A bəndini misal göstərə bilərik. Həmin hissəyə müvafiq olaraq: 



1)  uşaqların  valideynlərinin  hansı  milliyyətə,  yəni  vətəndaşlığa  malik 

olmasından asılı olmayaraq, respublikanın ərazisində doğulmuş uşaqlar; 

2)  hər  iki  valideyni-atası  yaxud  anası  meksikalı  olub  xaricdə  doğulmuş 

uşaqlar; 

3)  Meksikaya  məxsus  hərbi  gəmidə  ticarət  gəmisində  və  ya  təyyarədə 

doğulmuş uşaqlar doğulduğu andan meksikalıdırlar.

6

 

           Amerika qitəsi ölkələrində olduğu kimi bizim qanunvericiliyimizdə də iki 

prinsip  bərabərləşdirilir.  Əslində  isə  bizdə  demoqrafik  vəziyyət  yaxşıdır,  ölkə 

əhalisi  köç  hesabına  deyil,  təbii  artım  hesabına  yaranıb  və  başqa  yerlərdən 

buraya  köçü  həvəsləndirməyə  heç  bir  ehtiyac  yoxdur.  52-ci  maddənin  üçüncü 

cümləsi  isə  qeyd  edir  ki,  valideynlərindən  biri  Azərbaycan  Respublikası 

vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Əgər bu müddəa 

olmasaydı, "torpaq hüququ" prinsipini "qan hüququ" prinsipinə tabe etdirmək 

olardı.  Lakin  bu  cümlədən  çıxan  nəticə  qeyd  etdiyimiz  kimi  torpaq  hüququ 

prinsipini qan hüququ prinsipinə köməkçi bir prinsip kimi qəbul etməyə imkan 

vermir. Qanuna edilmiş dəyişikliklərlə bu problem qeyd etdiyimiz qaydada həll 

olunmağa istiqamətlənmişdir. Bunun üçün 12-ci maddəyə nəzər salaq

 



"Azərbaycan  Respublikasının  ərazisində  doğulmuş  və    hər  iki  valideyni 

əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. 

Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri 

əcnəbi,  digəri  isə  vətəndaşlığı  olmayan  şəxs  olan  uşaq  Azərbaycan 

Respublikasının vətəndaşı hesab edilmir. 

Azərbaycan  Respublikasının  ərazisində  doğulmuş  və    hər  iki  valideyni 

vətəndaşlığı  olmayan  şəxs  olan  uşaq  Azərbaycan  Respublikasının 

vətəndaşıdır". 

             Fikir verdikdə görmək olur ki,  bu elə də asan həll olunan məsələ deyil. 

Əsas məsələ normativ hüquqi aktların iyerarxiyasındadır. Əgər bu prinsip həll 

olunmalıdırsa,  qeyd  etdiyimiz  qaydada  ilk  əvvəl  konstitusiyanın  müddəaları 

dəyişilməlidir.  Çünki    normativ  hüquqi  aktların  iyerarxiyası  sistemində  ən  

yüksək  hüquqi  qüvvəyə  Konstitusiya  malikdir.  Qanunlar  isə  Konstitusiyaya 

tabedir  və  onun  müddəalarına  uyğun  olmalıdır.  "Azərbaycan  Respublikasının 

vətəndaşlığı  haqqında"  Qanun  da  Konstitusiyadan  aşağı  hüquqi  qüvvəyə 

malikdir və sonradan qəbul olunmasına baxmayaraq Konstitusiyanın mənasını 

və  təsirini  dəyişə  bilməz.  Qanun  sözügedən  problemi  aradan  qaldırmaq 

iqtidarında  deyil.  Bunun  üçün  isə  referendum  vasitəsilə  Konstitusiyanın  52-ci 

maddəsi dəyişilməlidir. 

                                                            

6

 Straşun, s. 187 



 


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

22 

 

Nəticə 



Vətəndaşlığın itirilməsi şərtlərinin bu qədər sərtləşdirilməsi özündə bir 

sıra müsbət və mənfi cəhətləri ehtiva edir. İlk növbədə qeyd etmək istəyirəm  ki, 

bu  şərtlərin  bu  qədər  sərtləşdirilməsi  vətəndaşa  öz  dövləti  ilə  olan  hüquqi 

əlaqələrinə daha ciddi önəm verilməli olduğu tələbini özündə əks etdirir. Digər 

tərəfdən  qeyd  olunması  vacibdir  ki,  bu  şərtlərin  bu  qədər  sərtləşdirilməsi 

vətəndaşsızlıq hallarının artmasına gətirib çıxaracaq. Bu gün dünyanın müxtəlif 

ölkələrində, ən əsası da Rusiya və Gürcüstanda yaşayan vətəndaşlarımızın sayı 

milyonlarladır.  Onların  məcburi  səbəblərə  görə  Rusiya  və  yaxud  digər 

dövlətlərin  vətəndaşlığını  qəbul  etməsi  onları  Azərbaycan  Respublikası 

vətəndaşlığından  məhrum  edir.  Qeyd  edək  ki,  "Vətəndaşsızlıq  hallarının  azal-

dılması  haqqında"  1961-ci  il  30    avqust  tarixli  Konvensiyanın,  o    cümlədən 

"Apatridlərin  statusu  haqqında"  konvensiyanın  (Azərbaycan  Respublikası  bu 

Konvensiyanı  1996-cı  il  31  may  tarixli  106-IQ  saylı  qanunu  ilə  ratifikasiya 

etmişdir)  əsas  məqsədi  vətəndaşsızlıq  hallarının  azaldılmasıdır.  "Apatridlərin 

statusu haqqında" Konvensiyanın 5-ci fəslinin 32-ci maddəsində qeyd edilir: 

"Razılığa gələn dövlətlər, imkan daxilində apatridlərin assimilyasiyasını və 

naturalizasiyasını asanlaşdıracaqlar. O cümlədən onlar naturalizasiya işini sürət-

ləndirmək və bununla bağlı rüsum və xərclərin mümkün qədər azaldılması üçün 

özlərindən asılı olan hər şeyi edəcəklər". 

 Əksinə,  bu  dəyişikliklər  isə  hüquqda  anomaliya  sayılan  vətəndaşsızlıq 

hallarının sayının artmasına gətirib çıxaracaq. Belə olduğu təqdirdə, bu mövzuda 

daxili qanunvericiliyimizlə beynəlxalq sənəd arasında anlaşılmazlıq yaranır . 

Bütün  bu  məsələlərin  eyni  zamanda  başqa  dövlətlərin  vətəndaşlığına 

mənsub olan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətinə mənfi 

təsir  göstərə  biləcəyini,  qanunvericilikdə  mövcud  olan  kolliziyaları  nəzərə 

alaraq,  qanunda  olan  bu  müddəaların  dəqiqləşdirilməsi,  sanksiyaların 

yumşaldılması vacib və arzuolunan məsələdir. 

 

                                    



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə