REDAKTOR:
AMEA-nın müxbir üzvü, professor V.M.Babazadə
RƏYÇİLƏR:
- Geologiya-mineralogiya elmləri doktoru, pro-
fessor M.N.Məmmədov (
BDU-nun Faydalı qazıntılar
kafedrasının professoru);
-
Geologiya-mineralogiya
elmləri doktoru
Z.B. Abdullayev (
AMEA Geologiya İnstitutu, Petrologiya
şöbəsinin baş elmi işçisi)
İmamverdiyev N.Ə.
Maqmatik proseslərin geokimyası (petroloji əsaslarla).
Dərslik . Bakı: BDU, 2008, 192 səh.
Kitabda Yerin daxili qatlarının geokimyasına, yuxarı və aşağı manti-
yanın eksperimental məlumatlara və dərinlik daxilolmalarına görə quru-
luşuna, izotop geokimyasının əsaslarına, maqmatik proseslərin, müxtəlif tip
maqmatik süxurların geokimyası və petrogenezisinə baxılır. Bununla yanaşı,
kitabda mikroelementlərin paylanma əmsalı, onlara təsir edən müxtəlif fak-
torlar və bunun əsasında ərimə-kristallaşma,
fraksiyon kristallaşma, assim-
ilyasiya proseslərinin geokimyəvi modelləri verilmişdir.
«Faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı» istiqamətində
təhsil alan magistrlər, doktorantlar, həmçinin geokimya-petrologiya
sahəsində işləyən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
2008
003
003
07
658
02
1804020300
−
−
−
−
−
)
(
M
I
©
«Bakı Universiteti» nəşriyyatı, 2008
GİRİŞ
İstənilən faydalı qazıntı yatağı bir və ya bir neçə kimyəvi
elementlərin konsentrasiyasından ibarət olmaqla,
geoloji və pet-
roqrafik faktorlarla yanaşı, geokimyəvi qanunlarla da tənzim-
lənir. Ona görə də bir çox yataqların genezisini müəyyən
etdikdə geokimya ön plana çıxır. Yatağın ətrafındakı sahədə –
torpaqda, bitkilərdə, suda və süxurlarda, yeraltı qazlarda nadir
və səpələnmiş elementlərin axtarışında geokimya əvəzsiz rol
oynayır.
Bununla əlaqədar olaraq, geokimya praktiki əhəmiyyət
daşıyır və onun faydalı qazıntıların öyrənilməsilə əlaqəsi daha
da möhkəmlənir.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra
«yataq» məfhumuna yanaşma dəyişmişdir. Əvvəllər orta kate-
qoriyalı hesab olunan yataqlar hal-hazırda iri yataqlar qrupuna
daxil edilir. Ona görə də müasir dövrdə geokimya və
texnologiyanın qarşısında duran əsas
məsələlərdən biri hal-
hazırda yataq hesab edilə bilən faydalı metalların miqdarı
yüksək olan sahələri mənimsəməkdir. Bu səbəbdən faydalı
qazıntılar haqqında olan elmlər geokimya ilə sıx əlaqədardır,
filiz və qeyri-filiz yataqlarının genezisini, yaşını, formalaşma
mərhələlərini öyrəndikdə izotop geokimyasının üsullarından
geniş istifadə edilir.
Endogen filizləşmənin formalaşmasında maqmatizmin rolu
böyükdür. Petrokimyəvi seriyalar, formasiyalar, maqmatik sü-
xurların geokimyəvi tipləri və endogen
filizləşmə ilə müəyyən
korrelyasiyası endogen filizləşmənin formalaşmasında maqma-
tizmin böyük, bəzən isə həlledici rol oynamasına dəlalət edir.
Turş maqmatik süxurlarla əlaqədar olan maqmatogen filiz
yataqları bir sıra filiz elementlərinin (litium, berillium, nio-
bium, tantal, nadir torpaq elementləri, sirkonium) kristallar və
ərinti arasındakı aşağı paylanma əmsalına malik olduğu üçün,
qalıq ərintidə toplanması hesabına əmələ gəlir (Ryabçikov,
1975, Kovalenko, 1977, Antipin və b., 1984).
Lakin bu
proseslərdə flüid fazası da müəyyən rol oynayır. Ona görə də
filizli maqmanın əmələ gəlməsi bəzi elementlərin kristallar və
ərinti arasında paylanma əmsalının bu elementlərin ərintidəki
miqdarından spesifik asılılığı ilə təyin edilir.
Məhz bu nöqteyi-nəzərdən Bakı Dövlət Universitetinin
Faydalı qazıntılar kafedrasında «TM 010006 - Faydalı qazıntı-
ların proqnozlaşdırılmasının geoloji əsasları» ixtisası üzrə mag-
istr tədris planına «Maqmatik proseslərin geokimyası (petroloji
əsaslarla)» kursu daxil olunmuşdur. Kitabda yerin daxili qat-
larının geokimyasına, yuxarı və aşağı mantiyanın
eksperimental
məlumatların və dərinlik daxilolmalara (ksenolitlərə) görə qu-
ruluşuna, izotop geokimyasının əsaslarına, maqmatik proses-
lərin, müxtəlif tip maqmatik süxurların geokimyası və
petrogenezisinə baxılır. Bununla yanaşı, kitabda
mikroelementlərin paylanma əmsalına, onlara təsir edən
müxtəlif faktorlara və bunun əsasında ərimə-kristallaşma, frak-
siyon kristallaşma, assimilyasiya
proseslərinin geokimyəvi
modellərinə də baxılır.
Dərslik universitetlərin magistr pilləsində təhsil alan ma-
gistrantlar üçün nəzərdə tutulmuşdur. Kitab, habelə dok-
torantlar və geokimya, petrologiya ilə məşğul olan
mütəxəssislər üçün də çox faydalı ola bilər.
3
4