Petrologiya-vulkanologiya-doktorantura-programma



Yüklə 54,07 Kb.
Pdf görüntüsü
tarix07.04.2018
ölçüsü54,07 Kb.
#36351


 

 



Tərtibçilər:  prof.V.M.Babazadə 

 

 

prof.M.N.Məmmədov 

 

 

prof.N.Ə.İmamverdiyev 

 

 

 

Redaktor: 

AMEA-nın müxbir üzvü, g.-m.e.d.,  

prof.V.M.Babazadə 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

BAKI DÖVLƏT UNİVERSİTETİ 

Geologiya fakültəsi Elmi Şurasının 03 saylı 25 noyabr 2013-cü 

il tarixli iclasında təsdiq edilmişdir 

Elmi Şuranın katibi:  

 

dos. E.A.Məmmədova 

 

FAYDALI QAZINTILAR KAFEDRASI 

 

25.15.01- “Petrologiya, vulkanologiya” İxtisas fənninin  

 

PROQRAMI 

 

 

 

 

(fəlsəfə doktoru proqramı üzrə təhsilin doktorantura 

pilləsi üçün) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı-2013 


 

Giriş 

Süxurlar  və  onların  təsnifati  haqqında  ümumi  anlayiş. 

Çökmə, 


maqmatik 

və 


metamorfik 

süxurlar. 

«Süxur», 

«Petroqrafiya»  anlayışları.  Süxurların  əmələ  gəlməsinin  endogen 

və ekzogen faktorları. 

Petroqrafiya və litologiya.Yer haqqında elmlərdə petroqrafi-

yanın  yeri.  Geoloji  problemlərin  həllində    petroqrafiyanın  rolu. 

Petroqrafiyanın  praktiki  əhəmiyyəti  və  dag-qazma  işləri  ilə  onun 

əlaqəsi. 

Baş  süxurəmələgətirən  minerallar.  Tünd  rəngli  (mafik) 

minerallar:  Olivinlər  və  onların  dəyişmə  məhsulları.  Rombik 

(enstatit,    hipersten,    ferrosilit)  və  monoklinik  piroksenlər 

(diopsid,    hedenbergit,    salit,    avgit,    pijonit,    omfasit,    egirin,  

jadeit,  spodumen). Amfibollar (tremolit,  aktinolit,  hornblendlər,  

arfvedsonit,  qlaukofan,  ribekit və s.). Mikalar (muskovit,  biotit,  

lepidomelan,    floqopit).  Açıq  rəngli  (salik)  minerallar: 

Plagioklazlar  və  onların  ikiləşmə  qanunları.  Optiki  üsullarla 

plagioklazların  nömrəsinin  tə’yini.  Natrium-kalium  çöl  şpatları 

(sanidin,      ortoklaz,    mikroklin    və  s.).  Feldşpatoidlər  (nefelin,  

leysit,    sodalit,    analsim).  Kvars  və  onun  modifikasiyaları. 



Aksessor  minerallar  (xromit,  maqnetit,    apatit,    şpinel  və  s.). 

Törəmə minerallar (serpentin,  xlorit,  serisit,  kaolinit və s.).          

 Maqmatik  süxurlar.  Maqma  haqqında  ümumi  məlumat. 

Maqmanın  əmələ  gəlmə  şəraiti.  Maqmatik  ərintilər,  onların 

xassələri  və  quruluşu.  İlkin  maqma  və  onun  differensiatları. 

Maqmatik  süxurların  mineralları  və  onların  əriməsi.  Maqmatik 

süxurların  əriməsi  və  kristallaşması.  Evtetik  tərkiblər.  Likvidus, 

solidus.  İntruziv  və  effuziv    süxurların  struktur,  teksturu  və 

genetik  əhəmiyyəti.  Süxurların  fiziki-kimyəvi  əmələ  gəlmə 

şəraitindən asılı olaraq əsas strukturların əmələ gəlməsi. 

Maqmatik  süxurların  yatım  şəraiti.  Maqmatik  süxurların 

vulkanik  və  plutonik  fasiyaları:  lavalar,  axınlar,  örtüklər, 

günbəzlər.  Piroklastik  süxurların  yatım  xüsusiyyətləri.  Vulkanik 

qurğuların  tipləri.  Subvulkanik  və  hipabissal  süxurlar  və  onların 




 

yatım  formaları:  nekklər,  daykalar,  ştoklar,  sillər,  lapolitlər, 



lakkolitlər.  

Maqmatik  süxurların  təsnifatı.  Təsnifatın  əsasları: 

süxurların  kimyəvi  və  mineral  tərkibi.  Beynəlxalq  petroqrafiya 

komitələrinin    təklif  etdiyi  maqmatik  süxurların  sistematika 

diaqramları.  Maqmatik  süxurların  seriyaları.  Normal  qələvili, 

mülayim  qələvili,  qələvi  süxurlar.  Maqmatik  süxurların 

seriyalarının  təsnifatı.  Toleit,  kalsiumlu-qələvili,  mülayim  qələvi 

və qələvi seriyalar.  

Ultraəsai  süxurlar.  Normal  petrokimyəvi  sıraya  aid  olan 

ultraəsası süxurlar. Meymeçitlər, pikritlər, komatiitlər, olivinitlər, 

dunitlər,  peridotitlər  -  harsburgitlər,  lersolitlər,  verlitlər,  onların 

kimyəvi  və  mineral  tərkibləri, 

əmələ  gəlmə  şəraitləri. 

Serpentinləşmə prosesi. Azərbaycanın ultraəsası süxurları. Qələvi-

ultraəsasi  süxurlar.  Biotit-piroksenli  pikritlər,  feldşpatoidli 

pikritlər,  kimberlitlər,  nefelinitlər,  yakupirangitlər,  meltoygitlər, 

iyolitlər, urtitlər və s. Onların kimyəvi və mineral tərkibləri, əmələ 

gəlmə şəraitləri. 



Ə

sasi süxurlar. Pikrit-bazaltlar və pikrit-doleritilər, olivinli 

bazaltlar  və  doleritlər,  leykobazaltlar  və  leykodoleritlər, 

hiperstenli  bazaltlar,  onların  kimyəvi  və  mineral  tərkibləri,  əsas 

petrokimyəvi  xüsusiyətləri,  əmələ  gəlmə  şəraitləri.  Bazalt  tufları. 

Bazaltların  geoloji  yatım  şəraitləri  və  assosiasiyaları.  Bazaltların 

okean 


və 

kontiental 

tiplərinə 

ayrılması. 

Ayda 

bazalt 


vulkanizminin  spesifikası,  bazalt  və  doleritlərin  Azərbaycanda 

yayılması.  Mülayim  qələvili  əsasi  süxurlar.  Mülayim  qələvili 

olivinli  bazaltlar  və  doleritlər,  mülayim  qələvi  olivinli 

leykobazaltlar  və  leykodoleritlər,  havayitlər,  muciyeritlər, 

traxibazalt  və  şoşonitlər,  onların  kimyəvi  və  mineral  tərkibləri. 

Əsas  petrokimyəvi  xüsusiyyətləri.  Azərbaycanın  mülayim  qələvi 

bazaltoidləri.  Ortopirokspenitlər,  vebsteritlər,  klinopiroksenitlər, 

qabbroidlər,  troktolitlər,  anortozitlər,  onların  kimyəvi  mineral 

tərkibləri,  əsas  petrokimyəvi  xüsusiyyətləri.  Azərbaycanın 

qabbroidləri.  Kiçik  Qafqazın  ofiolit  assosiasiyasının  qabbroid 




 

massivləri.  Qələvi  əsasi  süxurlar.    Analsimitlər,  nefelenitlər, 



leysititlər, tefritlər, leysitli tefritlər, nefelinli traxibazaltlar, leysitli 

traxibazaltlar, 

onların 

kimyəvi 


və 

mineral 


 

tərkibləri. 

Azərbaycanın əsasi qələvi vulkanik süxurları. Qələvi qabbroidlər - 

teralitlər,  teşenitlər,  esseksitlər,  şonkinitlər,  onların    kimyəvi  və 

mineral tərkibləri, əsas petrokimyəvi xüsusiyyətləri, Azərbaycanın 

qələvi qabbroidləri. 



Orta  süxurlar.  Andezibazaltlar,  andezitlər  və  onların 

piroklastik növləri, dioritlər, kvarslı dioritlər, kimyəvi və mineral 

tərkibləri,  əsas    petrokimyəvi  xüsusiyətləri.  Azərbaycanın  orta 

süxurları.  Mülayim  qələvili  orta  süxurlar.  Traxiandezibazaltlar, 

latitlər,  traxiandezitlər,  kvarslı  latitlər,  traxitlər,  mülayim  qələvi 

dioritlər, monsonitlər, mülayim qələvi kvarslı dioritlər, siyenitlər, 

onların  kimyəvi  və  mineral  tərkibləri.  Əsas  petrokimyəvi 

xüsusiytələri. Azərbaycanın mülayim qələvi orta süxurları. Qələvi 



orta  vulkanik  süxurlar.  Qələvi  traxitlər,  fonolitlər,  qələvi 

siyenitlər, onların kimyəvi və mineral tərkibləri.  



Turş  süxurlar.  Dasitlər,  riodasitlər,  riolitlər  və  onların 

şüşəvari  növləri:  obsidianlar,  pemzalar,  perlitlər,  iqnimbritlər. 

Piroklastik  süxurlar.  Kimyəvi  və  mineral  tərkibləri,  süxurların 

assosiasiyaları,  geoloji-struktur  vəziyyəti.  Azərbaycanın  turş 

vulkanik  süxurları.  Qranodioritlər,  tonalitlər,  plagioqranitlər, 

qranitlər.  Azərbaycanın  qranitoid  massivləri  (Merqi-Ordubad 

batoliti,  Daşkəsən,  Gədəbəy,  Üçtəpə  və  s.  massivləri).  Mülayim 

qələvili  turş  süxurlar.  Traxidasitlər,  traxiriolitlər,  kimyəvi  və 

mineral  tərkibləri.  Kvarslı  siyenitlər,  mülayim  qələvi  qranitlər, 

alyaskitlər,  kimyəvi  və  mineral  tərkibləri.  Qələvi  turş  süxurlar. 

Qələvi  traxidasitlər,  pantelleritlər,  kamenditlər,  onların  vulkanik 

şüşələri,  qələvi  kvarslı  siyenitlər,  qələvi  qranitlər,  kimyəvi  və 

mineral tərkibləri. 



Vulkanogen-qırıntılı  süxurlar.  Vulkanoklastik  süxurlar 

(lavoklastolitlər, 

piroklastolitlər, 

tefralar, 

ortotuffitlər, 

lavobrekçiyalar, 

klasto-lavalar, 

tufolavalar, 

avtomaqmatik 

brekçiyalar). 

Vulkanogen-çökmə 

süxurlar 

(paratuffitlər, 



 

tufpelitlər).  Terrigen  qırıntı  əmələ  gəlmələri.  Qırıntılı  süxurların 



tipləri, onalırn əmələ gəlmə şəraitləri. Azərbaycanın tuf yataqları. 

Maqmatik 

süxurların 

ə

mələ 

gəlmə 

səbəbləri. 

Diferensiasiya 

prosesləri. 

Fraksionlaşma 

diferensiasiyası.  

Bouenin  mineralların  reaksiyası  sırası  Likvasiya,  hibridləşmə, 

assimilyasiya, metasomatoz.  

Metamorfik  və  metasomatik  süxurlar.  Metamorfizm 

haqqında  ümumi  anlayış,  amilləri  və  növləri.  Metamorfik 

süxurların  mineraloji  tərkibi,  struktur  və  tekstur  əlamətləri. 

Metamorfizmin fiziki-kimyəvi parametrləri: temperatur, dərinliklə 

təyin 

olunan 


litostatik 

(hərtərəfli) 

və 

birtərəfli 



təzyiq. 

Metamorfizmin 

növləri. 

Kontakt 

metamorfizmi. 

Kontakt 


metamorfizminin  fasiyaları.  Albit  –  epidot  buynuz  daşı, 

hornblend-buynuz daşı. Piroksen-buynuz daşı, sanidinit fasiyaları. 



Regional  metamorfizm.  Regional  metamorfizmin  əsas  süxurları. 

Yaşıl şistlər fasiyası (fillitlər, şistlər, kvarsitlər, serpentinli, talklı, 

aktinolitli  şistlər),  epidot-amfibolit  fasiyası  (mikalı  kristallik 

şistlər,  kvarsitlər,  albit  –  epidotlu  amfibolitlər),  qarnulit  fasiyası 

(qranulitlər,  əsasi  kristallik  şistlər),  eklogit.  Dinamometamorfik 

süxurlar (tektonik brekçiyalar, kataklazitlər, milonitlər, fillonitlər, 

blastomilonitlər).  Avtometamorfizm,  onun  metamorfizmin    başqa 

növlərindən  fərqi.  Ultrametamorfizm,  miqmatitlər,  anateksis, 

palingenez.  Metasomatizm,  ümumi  anlayış.  Meiamorfizm  və 

metasomatizmin  fərqi  və  oxşarlığı.  Metasomatik  süxurlar  - 

propillitlər.  maqneziumlu  və  əhəngli  skarnlar,  albititlər  və 

qreyzenlər, 

törəmə 


kvarsitlər, 

listvenitilər, 

berezitlər, 

serpentinitlər. Metasomatoz və filiz əmələgəlmənin əlaqəsi.  

                                                                                                                              

 

Ə

DƏBİYYAT 

1.

 



Babazadə  V.M.,  Məmmədov  M.N.,  İmamverdiyev 

N.Ə.  Petroqrafiya.  Bakı  Universiteti  nəşriyyatı,  Bakı, 

2007.  



 

2.



 

Магматические 

горные 

породы: 


классификация, 

номенклатура, Т.1,2. Петрография, М.: «Наука», 1983.

 

3.

 



Петрография 

и 

петрология 



магматических, 

метаморфических  и  метасоматических  горных  пород  /  под 



редакдцией  В.С.Попова  и  О.А.Богатикова.  М.:  «Логос». 

2001.


 

4.

 



Петрография, часть 1, 2 и 3. Под ред. А.А.Маракушева, 

МГУ, 1976, 1981, 1985. 

5.

 

Князев 



В.С., 

Кононова 

И.Б. 

Руководство 



к 

лабораторным    занятиям  по  обшей  петрографии.  М. 

«Недра». 1991. 

6.

 



Оникиенко 

С.К. 


Методика 

исследования 

породообразующих  минералов  в  прозрачных  шлифах.  М.: 

«Недра», 1971. 

7.

 

Даминова  А.М.  Породообразуюшие  минералы.  М.: 



«Высшая школа». 1991. 

8.

 



Классификация  магматических  (изверженных)  пород  и 

словарь 


терминов. 

Рекомендации 

Подкомиссии 

по 


систематике  изверженных  пород  Международного  союза 

геологических  наук  (перевод  с  английского).  М.:  «Недра». 

1997. 

9.

 



A  classification  of  igneous  rocks  and 

glossary  of  terms.  Recommendations  of  the 

International  Union  of  Geological  Sciences 

Subcommision  on  the  Systematics  of  Igneous 

Rocks.  Edited  by  R.W.  Le  Maitre  et  al. 

Oxford, 


London, 

Edinburgh, 

Boston, 

Melbourne, 1989.  



 

 

Yüklə 54,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə