çox gözəl bilirdi ki, tədbirləri bir az da sərtləşdirsə, çevriliş qaçılmaz olacaqdır. Onun üçün, Əliəsfər
xan, bir başqa yolu, xalqı sakitləşdirmək yolunu sınamağı qarşısına məqsəd qoydu.
İran hökuməti, 1894-cü ilin may ayında şahın padşahlığının 50 illik ildönümü münasibəti ilə
keçiriləcək möhtəşəm şənliklərin hazırlığını görürdü. Baş vəzir xalqın bu şənliklərlə sakitləşəcəyini
ümid edirdi. Nəsrəddin şah da bu mərasimin təmtəraqlı keçməsini arzu edirdi. Bu səbəbdən də şah,
hazırlıqların hər bir xırdalığı ilə şəxsən özü məşğul olurdu. Artıq hər şey, bütün hazırlıqlar tamamlan-
mışdır. Nəsrəddin şah da, baş vəzir Əliəsfər xan da hazırlıqlardan çox razı idilər və tədbir gününün
gəlməsini gözləyirdilər.
Mərasimin keçirildiyi günə təsadüf edən bazar günündən əvvəlki cümə günü şah adəti üzrə cümə
namazını qılmaq üçün Əbdüləzim məscidinə getmişdir. Yanında dövlətin məsul vəzifə sahibləri və
həmişəkindən çox sayda mühafizəçiləri var idi. Bütün yollar kəsilmiş, fövqəladə tədbirlər
görülmüşdür. Şah da, baş vəzir də bir sui-qəsddən qorxurdular. Şah, cümə namazını belə bir ab-
havada qıldıqdan sonra məsciddən çıxıb saraya gedirdi. Nəsrəddin şahı görmək üçün məscidin
önündə toplaşmış xalq arasından gözlənilmədən bir adam çıxıb şahın üzərinə hücum etdi. Bu çıxış o
qədər anidən oldu ki, mühafizəçilər yerlərindən belə tərpənə bilmədilər. Adam dəlicəsinə şahın
üzərinə cumdu və əlində tutduğu bir xəncərlə şahın harasına gəldi vurmağa başladı. Şah, bu gözlənil-
məyən təcavüzün sonunda elə yerindəcə öldü. Beləcə türk olan Qacar xanədanına məxsus bir şah sui-
qəsdin qurbanı oldu. Qatil qaçmağa fürsət tapa bilmədi və dərhal həbs edildi.
Molla Rza adlı qatil beləcə İran tarixinə adını yazdırdı. Molla Rzanın işlətdiyi cinayət, müasir İran
tarixində, neft uğrunda işlənmiş ilk sui-qəsd olaraq təsdiqlənmiş və tarixə də belə düşəcəkdir.
Bəli, Nəsrəddin şah, İranın neft üçün verdiyi ilk qurban idi. Lakin, irəlidə görəcəyik ki, bu heç də
sonuncu qurban olmayacaqdır.
RUSLARIN İRANDA FƏALİYYƏTİ
Nəsrəddin şahın şəxsində İrana endirilən bu mənfur və vəhşi zərbədən sonra, hökumət hürkmüş və
şiddətli tədbirlər görməyə məcbur olmuşdur. Əsasən də bir hökumət çevrilişi gözləyən Baş vəzir
Əliəsfər xan, buna imkan verməmək üçün dərhal fövqəladə vəziyyət elan etdi. İranda yerləşən rus
hərbi qüvvəsinin komandanı polkovnik Lyaxova çox geniş səlahiyyətlərlə Tehranda asayişi təmin
etmək əmri verildi. Polkovnik Lyaxov da bu işi öz üsulları ilə icra etməyi bacardı. Lyaxov, geniş
şəkildə həbslərə başladı və vəziyyət bu şiddətli tədbirlər sayəsində qısa zamanda tənzimləndi. Baş
vəzir Əliəsfər xan isə İran dövlətinin paytaxtı Tehranda Lyaxovun axıtdığı qanlar qurumamış, uzun
illər İran Azərbaycanında valilik edən və qətlə yetirilmiş şahın varisi Muzəffərəddin xanı İranın şahı
elan etdi. Qətlə yetirilmiş Nəsrəddin şahın cənazəsi dəfn edilənə qədər Muzəffərəddin xan Tehrana
gəldi.
Ruslar İranın taleyinə o dərəcə hakim olmuş, bu hakimiyyətlərini o dərəcədə möhkəmlətmişdilər ki,
yeni şah rusların bu durumundan hürkdü və bir müddət sonra o da sələfi Nəsrəddin şah kimi rusların
toruna düşdü. Ruslar, Muzəffərəddin şaha Fransanın İrana 1901-ci ildə 8% ilə verdiyi istiqrazın
yerinə 5% ilə daha geniş kreditlər verərək yeni imtiyazlar əldə etdilər. Rusların Muzəffərəddin
şahdan aldıqları yeni imtiyazlardan ən mühümü İranın şimalındakı neft sahələri idi. Ruslar bu dövrdə
ingilislərdən daha cəld tərpənmiş və İranın şimal bölgələrini tamamən öz hakimiyyətləri altına
almışdılar.
İstiqraz müqaviləsinin imzalandığı tarixdən bir il sonra, yəni 1902-ci ilin sonlarında, ilk istiqraz
müqaviləsinə əlavə olaraq, ruslar 35 milyon rubl yenə verdilər. Beləcə İran ruslar ilə 1901-ci ilin
sonlarında müqavilə bağladıqları 60 milyon rublluq istiqrazı 95 milyon rubla çatdırdı və buna
qarşılıq olaraq Rusiyaya böyük imtiyazlar verdi.
İran ilə Rusiya arasındakı bu anlaşmalar və rusların istiqraz yolu ilə İrana yerləşmələri İngiltərəni
narahat etməyə bilməzdi. İllər boyunca İranın içərisində açıq və ya gizli apardığı neft axtarışlarının
bir nəticə verməməsi bu narahatçılığı daha da artırırdı. Bu səbəbdən də ingilislər, nefti bir an əvvəl
tapmaq üçün geniş surətdə tədbirlər görməyə başladılar. Bu tədbirlər təbii ki, gözlə görülən, əllə
tutulan deyildi. Deterdinqin adamları müxtəlif adlarla və müxtəlif peşə sahibləri kimi, xüsusilə,
“arxeologiya mütəxəssisləri” adı ilə İrana gəlməyə başladılar. Bu adamlar İranın hər tərəfini ələk-
vələk etdilər, lakin nefti tapa bilmədilər. Deterdinq İranda neftin olduğunu dəqiq bilirdi. Elə bil öz əli
ilə qoymuşdur. Lakin aldığı cavablar mənfi idi. Ayrıca, atəş məlakəsi Hörmüzün tarixi varlığı da
burada neftin olduğunu deməyə təminat verirdi. Ona görə də “neftə rast gəlmədik” sözü əlindəki
dəlillərə uyğun gəlmirdi. Beləcə, bu səbəbdən də Deterdinq, İrana göndərdiyi adamlarına fasiləsiz
olaraq neft axtarışlarını davam etdirmələrini və necə olursa-olsun nefti tapmalarını əmr etdi.
Deterdinqin adamları bir tərəfdən bütün İranı alt-üst edərkən, o biri tərəfdə isə, Villiam Knot D’Arcy
deyilən bir adam, London şəhərindəki bankirlərin bir hissəsinin təmsilçisi kimi İranı başdan-başa
dolaşır və atəş məlakəsi Hörmüzün enerji mənbəyi olan nefti axtarırdı. Villiam Knot D’Arcy
həqiqətən də bir çox yerlərdə neftə təsadüf etdi, lakin bu neft, torpaqla qarışmış kirli və qiymət
etibarı ilə bir şey ifadə etməyən çamurdan ibarət idi. Uzun müddət davam etdirdiyi bu araşdırmalar
onu qorxutmadı. Əksinə onu axtarışları daha inadla davam etdirməyə sövq etdi.
Dostları ilə paylaş: |