26
Bazarın mənfəətliliyinin təhlili. Hər bir müəssisə və təsərrüfat rəhbəri bazar fəaliyyətində
istehlakçıların kənd təsərrüfatı və ərzaq məhsullarına tələblərinin dolğun ödənilməsi ilə yanaşı, həm
d
ə geniş təkrar istehsalın həyata keçirilməsi üçün kifayət qədər mənfəət əldə edilməsini qarşıya
m
əqsəd qoyur.
Amerika iqtisadçısı Maykl Porterə görə, bu və ya digər sahənin (və yaxud bazarın)
c
əlbediciliyini (və yaxud cəlbedici olmamasını), eyni zamanda onun mənfəətli (və yaxud
mənfəətli
olmamasını) beş amilin və yaxud qüvvənin təsiri şərtləndirir. Onlara aşağıdakılar aiddir: bazarda
f
əaliyyət göstərən (mövcud) müəssisələr; alıcıların bazar mövqeyi; malgöndərənlərin bazar mövqeyi;
əvəzedici məhsulları bazara təklif edən müəssisələrin meydana çıxma təhlükəsi; bazara yeni
iştirakçıların daxilolma təhlükəsi.
Yuxarıda sadalanan amillərin və yaxud qüvvələrin müəssisənin bazar fəaliyyətinə təsiri
mü
əyyənləşdirildikdən sonra həmin fəaliyyətin səmərəli olub-olmayacağı haqqında qənaətə gəlmək
mümkün olur. M
əsələn, ölkəmizdə ərzaq bazarının qida məhsulları seqmentində sadalanan
qüvv
ələrin həmin sahədə fəaliyyət göstərən müəssisələrin fəaliyyətinə təsiri hiss olunmayacaq
s
əviyyədədir. Belə ki, qida sənayesi müəssisələri bazara təklif etdikləri məhsulları istehsal etmək
üçün xammal
əldə etmək baxımından çətinliklərlə qarşılaşmır (xammal göndərən rolunda çıxış edən
k
ənd təsərrüfatı məhsulları istehsalçılarının bazar mövqeyi zəifdir), ölkəmizdə konsyumerizm
h
ərəkatı zəif inkişaf etmişdir (istehlakçıların qida məhsullarına qarşı tələbkarlığı aşağıdır), qida
m
əhsullarının əvəzedicilərinin bazar təklif olunma ehtimalı azdır və s. Sadalanan bu və başqa
s
əbəblərdən ölkəmizin qida sənayesində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan
keçmiş subyektlərin sayı son illər dəfələrlə artmışdır. Ərzaq bazarının bu seqmentindən
fərqli olaraq,
bilavasit
ə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan subyektlərin bazar fəaliyyəti daha
risklidir. Bel
ə ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisə və təsərrüfatlar
istehsal prosesi üçün lazım gələn xammal və materialların əldə edilməsində kifayət qədər çətinliklərlə
qarşılaşırlar ki, bu da bəzən onların bazar fəaliyyətinin zərərlə başa gəlməsi ilə nəticələnir.
İstehsalçıların bu sahədə qarşılaşdıqları çətinliyinin aradan qaldırılması üçün əlaqədar dövlət
strukturları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına istehsal prosesində lazım gələn
maddi-
texniki resursların qiymətləri tənzimlənir. Bütün bu məsələlər kənd təsərrüfatı və ərzaq
m
əhsullarının istehsalı ilə məşğul olan müəssisə və təsərrüfat rəhbərləri tərəfindən bazar
f
əaliyyətinin həyata keçirilməsi zamanı nəzərə alınmalıdır.
M
əsrəflərin strukturu. Bazarda fəaliyyəti üçün tələb olunan məsrəflərin strukturu haqqında
bilgil
ərə malikolma həmin bazar üzrə müəssisənin müvəffəqiyyətli fəaliyyətinə təsir edən amilləri
mü
əyyənləşdirməyə imkan verir. Müəssisənin bazar fəaliyyəti üzrə müvəffəqiyyətinin əsas amillərini
mü
əyyənləşdirmək üçün isə, istehlakçılar üçün dəyərin yaradılması zəncirinin (marketinq həm də
istehlakçı üçün dəyərin yaradılması prosesi kimi izah edilir) təhlilinə ehtiyac yaranır. Bu təhlil
nəticəsində
d
əyərin yaradılması prosesinin ayrı-ayrı mərhələlərində tələb olunan xərcləri müəyyənləşdirmək, daha
çox x
ərc tələb edilən mərhələdə xərclərin səviyyəsinin optimallaşdırılmasına nail olmaq və beləliklə də,
r
əqabət üstünlüyü qazanmaq mümkün olur.
B
əzən əlavə edilmiş dəyərin əsas hisəssinin yaradıldığı mərhələdə məsrəflər üzrə üstünlüyün
əldə edilməsi mümkün olmur. Belə ki, bəzi növ xammallar istehsalçının əsas məsrəfləri (məsələn,
çör
əkbişirmə müəssisələri üçün un) rolunu oynayırsa və həmin xammalları münasib qiymətə əldə
etm
ək mümkündürsə, onda məsrəf amilinə müəssisəyə rəqabət mübarizəsində müvəffəqiyyət
gətirən
amil kimi baxmaq doğru deyil. Bununla belə, dəyərin yaradılması zəncirində hazır məhsulun
istehsalına çəkilən xərclərin mərhələlər üzrə müəyyənləşdirilməsi və daha çox xərc tələb edən mərhə-
l
ələrdə xərclərin azldılması üzrə tədbirlərin işlənib hazırlanması çox vacibdir.
Bazarın öyrənilməsi zamanı məsrəflərin strukturunun təhlil edilməsinə başqa yanaşma təcrübə
əyrisi üzrə effektin əldə edilməsinin mümkünlüyünü müəyyənləşdirməkdən ibarətdir. Müəssisə özü
üçün konkret biznes üzr
ə təcrübənin artırılması sayəsində məsrəflər üzrə dayanıqlı üstünlüyə nail
olmanın yollarını müəyyənləşdirə bilər. Təcrübənin artırılması sayəsində azaldılması mümkün olan
sabit x
ərc maddələri müəyyənləşdirilə və bu yolla müəssisənin bazar fəaliyyətinin səmərəliliyi
yüks
əldilməsi üzrə tədbirlər işlənib hazırlana və reallaşdırıla bilər.
27
Bölüşdürmə və satış sistemi. Səmərəli bölüşdürmə kanalının mövcudluğu müəssisə və təsərrüfatların
bazara
əlyetərliliyini müəyyənləşdirən amillərdən biridir. Bu baxımdan, bazarın təhlili zamanı
m
əhsulların bölüşdürülməsi və satış sisteminin öyrənilməsinə xüsusi fikir verilməlidir. Bazar nə
q
ədər
cəlbedici olsa da, müəssisə və təsərrüfatların həmin bazar üzrə məhsulları bölüşdürmə və satış
sistemi yoxdursa, onda h
əmin bazar üzrə həmin müəssisə və təsərrüfatların fəaliyyətinin perspektivi
d
ə yoxdur. Məhsulların bölüşdürülməsi sistemi öyrənilən zaman hansı alternativ bölüşdürmə
kanalının mövcud olduğu müəyyənləşdirilməli, bu kanallarda nə kimi dəyişikliklərin baş verdiyi
aşkara çıxarılmalı, bu və ya digər kanaldan istifadə zamanı kanal iştirakçılarından kimin mövqeyinin
güclü olduğu və hansı yeni kanalın meydana gəldiyi aydınlaşdırılmalıdır.
M
əhsulların bölüşdürülməsi və satış kanallarının təhlili və həmin kanallarda baş verən
d
əyişikliklərin müəyyənləşdirilməsi bazar fəaliyyəti üçün əsas müvəffəqiyyət amillərinin və
bütövlükd
ə bazarın fəaliyyətinin başa düşülməsi baxımından çox vacibdir.
K
ənd təsərrüfatı və ərzaq məhsulları üzrə tələblərə cavab verən bölüşdürmə və satış
şəbəkəsinin mövcud olması həmin məhsulları istehsal edən müəssisə və təsərrüfatların bazar
mövqel
ərinin güclənməsinə, konkret məhsul seqmentlərinin müəssisə və təsərrüfatlar
üzrə perspektiv
əhəmiyyət kəsb etməsinə gətirib çıxarır. Bazarın tutumunun böyük, həmin bazar üzrə məhsulların
bölüşdürülməsi və satış sisteminin zəif inkişaf etməsi isə istehsalçıların bazara çıxışının
ç
ətinləşməsinə və deməli, konkret bazarın müəssisə və təsərrüfatların inkişafı baxımından
perspektivinin azalmasına gətirib çıxarır.
Bu v
ə ya digər müəssisənin öz məhsullarının satış kanalına nəzarət etməsi isə həmin
mü
əssisənin inkişafı üçün çox böyük perspektivlər yaradır. Ölkəmizdə heyvandarlıq məhsulları
baz
arının, o cümlədən onun süd və süd məhsulları seqmentinin tutumunun kifayət qədər böyük
olmasına baxmayaraq, həmin məhsulların bölgələrdə istehsalı ilə məşğul olan çoxsaylı müəssisələr
bazar mövqel
ərinin gücləndirilməsi baxımından problemlərlə qarşılaşırlar. Bu müəssisələrdən biri
Ağstafa rayonunda fəaliyyət göstərən “Ceyrançöl MMC”–dir. Sözügedən müəssisədə bütün
standartlara cavab ver
ən süd və süd məhsulları - qatıq, pendir, xama, dovğa, kəsmik, ayran və s.
istehsal olunur. Mü
əssisə sadalanan məhsulları istehsal etmək üçün özünün xammal bazasını inkişaf
etdirm
əyə (geriyə inteqrasiya) müvəffəq olmuşdur. Belə ki, müəssisənin südə ehtiyacını ödəmək
üçün onun t
ərkib hissəsi kimi hüquqi şəxs statusuna malik olmayan heyvandarlıq kompleksi
f
əaliyyət göstərir. Bu bölmədən alınan süd hesabına dərin emaldan keçmiş heyvandarlıq məhsulları
istehsal olunub
bazara t
əklif edilir. Müəssisənin özünün kənd təsərrüfatı sahəsini inkişaf etdirməsi
onun bazara t
əklif etdiyi heyvandarlıq məhsullarının maya dəyərinin müəyyən qədər azalmasına
g
ətirib çıxarmışdır. Bu müəssisə əvvəllər xammala olan ehtiyacını ödəmək üçün xammalın (südün)
ayrı-ayrı rayonlardan və bölgələrdən tədarükünü təşkil edirdi və bu, həmin müəssisəyə kifayət qədər
başa gəlirdi. Belə ki, xammalın dəyərinin yüksəlməsi ondan istehsal olunan məhsulların da
qiym
ətlərinin yüksəlişinə və müəssisənin məhsullarının rəqabətqabiliyyətliliyinin azalmasına gətirib
çıxarırdı. Xammal bazasının qismən də olsa inkişafı, müəssisənin marketinq fəaliyyətində meydana
çıxan probleminin müəyyən qədər aradan götürülməsi ilə nəticələnmişdir. Lakin bu müəssisənin satış
kanalında mövqeyinin zəif olması onun vasitəçilərdən güclü asılılığını hələ də saxlayır. Belə ki,
mü
əssisədə hər kq-nın maya dəyəri təqribən 3 manata başa gələn pendir vasitəçilərin
köməyi ilə
satılır ki, bu da sonradan həmin miqdarda məhsulun istehlakçı üçün qiymətinin 6 manata qədər
bahalaşmasına gətirib çıxarır. İstehsalçının satış kanalına nəzarət edə bilməməsi onun külli miqdarda
g
əlir itirməsinə və inkişafının ləngiməsinə gətirib çıxarır. Süd məhsulları bazarının tutumunun böyük
olmasına baxmayaraq, həmin məhsulları bölgələrdə istehsal edən və bilvasitə satış kanalına nəzarət
ed
ən bilməyən çoxsaylı müəssisələr mövcuddur. Bu müəssisələr tərəfindən satış kanalına nəzarət
edilm
əsi - onların özlərinin satış mağazalarına sahib olmaları (birbaşa satış kanalı) süd və süd
m
əhsullarının müəyyən qədər ucuzlaşmasına və yerli müəssisələrin bazar mövqelərinin güclənməsinə
g
ətirib çıxara bilər.
Bazarın inkişaf meyli. Müəssisənin xarici marketinq mühitinin təhlilinin ən mühüm
istiqam
ətlərindən biri bazarın inkişaf meylinin təhlilidir. Bazarın inkişaf meylinin təhlili prosesində
sah
ədə hansı dəyişikliklər baş verdiyi və bu dəyişikliklərin nə dərəcədə əhəmiyyətli olduğu
mü
əyyənləşdirilməlidir. Bu aspektdə təhlil müəssisə və təsərrüfatların bazar fəaliyyətinin