Qafqaz Tədqiqat Resurs Mərkəzi (QTRM)- Azərbaycan
Avrasiya Fondunun Layihəsi
Sizi
Müstəqil Sosial Tədqiqat Mərkəzinin (Sankt Peterburq, Rusiya)
Direktor Müavini
Baş Tədqiqatçı
OLEQ PAÇENKOV
Tərəfindən aparılan
“Keyfiyyət göstəricilərinin sosial tədqiqat metodları”
üzrə regional treninqdə iştirak etməyə dəvət edirik.
Tarix: 25-27 Sentyabr, 2005-cü il
Muddət: 3 gün
Saat: 10:00—18:00
Tədrisin keçiriləcəyi ünvan: QTRM- Gürcüstan, Tiflis
Aşağıdakı mövzuları əhatə edəcək:
1. Keyfiyyət göstəricilərinin sosial tədqiqatının Epistemoloji Əsasları
2. Keyfiyyət göstəricilərinin sosial tədqiqatı metodları: giriş və ümumi məlumat
3. Müsahibələr
4. Mövzu/diskurs təhlili
5. Müasir sosial elmlərdə və müasir dünyada Keyfiyyət göstəricilərinin sosial tədqiqat metodları
Seminarda iştirak etmək üçün tələblər:
-
Sosial sorğularda təşkilində iştirak və ya sosial sorğuların təşkili sahəsində təcrübə
-
Statistikanın əsasları və sosiologiya haqqında ümumi anlayış
Treninq Rus dilində təşkil olunacaq.
Treninqdə iştirak pulsuzdur.
Treninqi uğurla başa çatdıranlara mərkəz tərəfindən sertifikatlar təqdim olunacaq.
Treninqdə iştirak etmək arzusunda olan şəxslər Sentyabr ayının 14-nə kimi öz peşəkar təcrübələrini göstərən sənədi/CV aşağıda göstərilən ünvana göndərə bilərlər: crrc@crrc.az v ya srustamova@efazerbaijan.org. Treninq iştirakçılarının sayı məhduddur. Treninqdə iştirak etmək üçün ən güclü namizədlər seçiləcək.
Hörmətlə,
Lətif Kəngərlinskiy
Direktor
QTRM- Azərbaycan
Dostları ilə paylaş: |