21
Kommersiya kreditinin ləğv olunması sərbəst pul vəsaitləri-
nin və bank sistemi vasitəsilə bölüşdürülən büdcə resurslarının
tamamilə səfərbər olunmasını təmin etdi. 1934-cü ildə planlı
ssudalar üzrə faiz dərəcələri 8 faizdən 6 faizə, yolda olan hesab-
laşma sənədlərinə verilən ssudalar üzrə isə faiz dərəcələri 8 faiz-
dən 4 faizə qədər azaldılır. 1936-cı ildə bu faiz dərəcələri ikinci
dəfə müvafiq olaraq 6 faizdən 4 faizə, 4 faizdən 2 faizə qədər
azaldılır.
1934-1937-ci illərdə Dövlət Bankı sistematik və müntəzəm
təsərrüfat əlaqələrinə malik olan müəssisələr arasında planlı
ödənişlər, habelə ödəniş tələbnamələrinin qarşılıqlı zaçotu hesab-
laşmalarını tətbiq edir.
Qeyd etmək lazımdır ki, ölkənin sənayeləşdirilməsi dövründə
manatın məzənnəsi xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki, məzənnə
ölkəyə xarici valyutanın cəlb olunmasına şərait yaratmalı idi.
SSRİ XKS 1936-cı ilin fevral ayında Dövlət Bankına 1 manat
=3 fransız frankı məzənnəsi üzrə xarici valyutanın mübadiləsinə
icarə verir. 1936-cı ilin aprel ayından bu məzənnə bütün mübadilə-
hesablaşma əməliyyatlarına şamil edilir. Frankın devalvasiyası
və dəyərsizləşməsindən sonra Dövlət Bankı 1937-ci ilin iyul
ayından başlayaraq xarici valyutaların məzənnəsini 5 manat
30 qəpik =1 ABŞ dolları nisbəti ilə müəyyənləşdirir.
1939-cu ildən başlayaraq Dövlət Bankı sənaye sahələrində
kreditləşmənin dövriyyə qaydasını tətbiq edir. İlk vaxtlar dövriyyə
üzrə kreditləşmə obyektləri kimi başa çatmamış istehsalın daimi
ehtiyatları və hazır məhsul, daha sonralar isə istehsal materialları
və yanacaq çıxış edirdi. 1940-cı ilin iyul ayından başlayaraq
dövriyyə üzrə kreditləşmə qaydası təchizat-satış təşkilatlarına da
tətbiq edilir. Bu illərdə ixrac və idxal əməliyyatlarının kreditləş-
məsindən ötrü də yeni qaydalar işlənib hazırlanır. Görülmüş
tədbirlər nəticəsində ölkəyə xarici valyutada daxil olan pul
hasilatı get-gedə artırdı.
Böyük vətən müharibəsinin başlanması ilə əlaqədar, maliyyə
resurslarının səfərbər olunmasından ötrü əlavə tədbirlərin görül-
məsinə zərurəti yarandı. Belə ki, müharibənin əvvəlində kar-
toçka sistemi tətbiq edilir, zəruri tələbat malları olmayan bir sıra
22
məhsulların pərakəndə satış qiymətləri artırılır, əmanət kassa-
larının ödənişləri bir əmanətçiyə ay ərzində 200 manata qədər
məhdudlaşdırılır, dövlət istiqraz vərəqələrinin girovuna verilən
ssudalar dayandırılır, hərbi vergi, bir qədər sonra subaylıq vergisi
tətbiq edilir, kənd təsərrüfatı vergilərinin dərəcələri artırılır, yerli
vergilər sisteminə yenidən baxılır, dövlətdaxili uduşlu istiqraz
vərəqələrinin əhalidən geri alınması müvəqqəti dayandırılır və s.
addımlar atılır.
Müharibənin əvvəlindən Dövlət Bankı qarşısında müstəsna
vəzifələr dururdu: hərbi sənayeni kreditləşdirmək üçün resurslar
axtarıb tapmaq, arxa cəbhəyə köçürülmüş müəssisələrə maliyyə
yardımı göstərmək, təsərrüfatlar arasında hesablaşmaların mün-
təzəmliyini və dəqiqliyini təmin etmək, ordunun maliyyə ehti-
yaclarını fasiləsiz ödəmək, pul emissiyasını maksimuma qədər
məhdudlaşdırmaq, sovet manatının möhkəmliyini qoruyub saxla-
maq lazım idi.
Göstərilən bu və digər məsələlərin həllində bilavasitə döyüşən
orduda Dövlət Bankının səhra müəssisələrinin yaradılması xüsusi
əhəmiyyətə malik idi. Cəbhələrdə səhra müəssisələri şəbəkəsi
fasiləsiz fəaliyyət göstərirdi.
Müharibə illərində xalq təsərrüfatında hesablaşmaların təşki-
latçısı kimi Dövlət Bankının rolu bir qədər də artır. Köçürülmüş
müəssisələr üzrə hesablaşmaların tənzim olunmasında bank kre-
diti xüsusi əhəmiyyətə malik idi. Bank krediti bir çox hallarda
təsərrüfatlara güzəştli şərtlərlə verilirdi.
Hələ müharibənin gedişində, yəni ərazilərin azad olunmasın-
dan dərhal sonra xalq təsərrüfatının bərpasına başlanılır. Azad
olunmuş ərazilərdə fəaliyyətlərini bərpa edən müəssisələrə də
güzəştli şərtlərlə kreditlər verilirdi.
Görülmüş tədbirlər nəticəsində ödəniş intizamı möhkəmlənir
və təsərrüfatlar arasında hesablaşmaların aparılması sürətlənirdi.
Qarşılıqlı hesablaşma büroları vasitəsi ilə icra edilən hesablaş-
malar sistemi daha yaxşı inkişaf etmişdi.
Müharibədən sonrakı əsas təsərrüfat vəzifələri öz əksini
IV beşillik planda tapdı. Beşillik plana görə, ilk növbədə ağır
sənayeni və dəmir yol nəqliyyatını bərpa və inkişaf etdirmək,
23
bunun əsasında kənd təsərrüfatını xalq istehlakı malları istehsal
edən sənayeni qaldırmaq ticarəti geniş inkişaf etdirmək, müha-
ribədən əvvəlki istehlak səviyyəsinə çatmaq tələb olunurdu. Təbii
ki, belə irimiqyaslı tədbirlər bankların kredit yardımı olmadan
reallaşdırıla bilməzdi. Bu məqsədlə kredit planlaşdırılmasının
təkmilləşdirilməsi üzrə bir sıra işlər görülür. Nazirlər Sovetinin
1946-cı il 29 avqust tarixli qərarı ilə Dövlət Bankı tərəfindən hər
rüb kredit və kassa planlarının tərtib olunması nəzərdə tutulurdu.
Müharibədən sonra həyata keçirilən iri miqyaslı tədbirlərdən
biri kimi, pul islahatını qeyd etmək xüsusilə vacibdir. Pul isla-
hatının həyata keçirilməsinə 1947-ci ilin dekabr ayında başlanı-
lır və çox qısa müddət ərzində sona çatdırılır. Pul islahatından
sonra manatın qızıl məzmunu müəyyənləşdirilir və onun məzən-
nəsi bir dollara nisbətən əvvəlki 5,3 manatdan 4 manat nisbətinə
qədər azaldılır.
Xalq təsərrüfatında ödəniş dövriyyəsini normallaşdırmaq və
qarşılıqlı borcları ləğv etmək məqsədi ilə, Dövlət Bankının Azər-
baycan kontoru 1950-ci ildə iki nazirliklərarası və 23 nazirlik-
lərdaxili zaçot həyata keçirir.
Kredit sisteminin sonrakı inkişafında və təkamülündə “SSRİ
Dövlət Bankının rolu və vəzifələri haqqında” SSRİ Nazirlər
Sovetinin və Sov. İKP MK-nın 21 avqust 1954-cü il tarixli qəra-
rının xüsusi əhəmiyyəti olur. Bu qərara müvafiq müəssisələrin
maliyyə fəaliyyəti nəticələrindən asılı olaraq, kreditləşmə və
hesablaşmalar zamanı onlara differensial yanaşma üsulu tətbiq
edilir, plan tapşırıqlarını yerinə yetirməyən təşkilatlara bank təsiri
tədbirləri artırılır, kreditləşmənin və hesablaşmaların xüsusi reji-
minə keçilir. 1957-ci ildən başlayaraq isə Dövlət Bankı hesab-
laşmalarda mallar və xidmətlər üzrə ödəniş tələbnamə lərinin
sonradan aksepti qaydasını tətbiq edir.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 7 aprel 1959-cu il tarixli
fərmanı ilə kredit sistemində növbəti struktur dəyişiklikləri apa-
rılır. Bu fərmanla Kənd Təsərrüfatı Bankı, Kommunal və Mənzil
tikintisinin maliyyələşdirilməsi Bankı və kommunal banklar
ləğv edilir və bu bankların bütün aktiv və passivləri Dövlət
Dostları ilə paylaş: |