16
Bakı lombardı (1905-ci il), Rus-Asiya bankı (1910-cu il), İran
uçot-ssuda bankının ikinci şöbəsi (1911-ci il), Tiflis ticarət bankı-
nın şöbəsi (1914-cü il), Azov-Don kommersiya bankının ikinci
şöbəsi (1916-ci il), 5 bankir kontoru, Bakıda və Yelizavetpolda
(Gəncədə) əmanət kassaları və bir çox müəssisələr daxil idilər.
Kredit təşkilatları, ilk növbədə banklar kifayət qədər pul
vəsaitlərinə malik idilər. Banklar müxtəlif sənaye və ticarət dai-
rələrinə, mülkədarlara, orta və xırda burjuaziya sinfinə kreditlər
verirdilər. Bakı banklarının əsas müştəriləri neft sənayesi və onunla
əlaqədar sahələrdə fəaliyyət göstərən iri sənayeçilər və səhmdar
firmaları idilər. Azərbaycanın başqa şəhərlərində – Yelizavetpol,
Nuxa və Şuşada ipəkdolama, pambıqtəmizləmə, konyak zavod-
larının sahibləri yerli kənd təsərrüfatı xammalının alqı-satqısı ilə
məşğul olan tacirlər bankların müştəriləri idilər. Pambıqçılıq, ipək-
çilik, üzümçülük, şərabçılıq, çəltikçilik, bağçılıq və taxılçılıq sahə-
lərində məşğul olan orta və xırda kənd burjuaziya nümayən-
dələri isə başlıca olaraq kredit cəmiyyətlərinin, ssuda əmanət
yoldaşlıqları və kassalarının müştəriləri idilər. İri mülkədarlar
torpaq banklarının xidmətlərindən istifadə edirdilər.
Yerli sənaye və ticarət dairələrinin kreditlə təchiz olunması,
veksellərin uçotu və əmtəə qalıqlarına verilən ssudalar qaydasında
kommersiya kreditinin iqtisadiyyata cəlb olunması, onun sürətli
inkişafına kömək edirdi. Birinci dünya müharibəsi ərəfəsində
kommersiya bankları hər il 70-80 mln. manat məbləğində veksel-
lərin uçotu əməliyyatlarını aparırdılar.
Kreditin digər növlərinə gəldikdə qeyd etmək lazımdır ki,
1914-cü ilə qədər iri mülkədarlar tərəfindən hər il orta hesabla
5-6 mln. manatlıq ipoteka krediti alınırdı. Orta və xırda kənd
burjuaziyası, xırda ticarətçilər və sənətkarlar 1909-1914-cü illər
ərzində kiçik kredit müəssisələrindən 6 mln. manat məbləğində
kredit almışdılar. Bakı şəhər kredit cəmiyyəti fəaliyyət göstər diyi
1900-1916-ci illər ərzində, şəhərin daşınmaz əmlakının girovu
müqabilində 21 mln. manat məbləğində ssuda əməliyyatları
aparmışdı.
Kredit müəssisələri öz müştərilərini sələmçilərə nisbətən daha
güzəştli
şərtlərlə, yəni illik 5-6 faiz dərəcəsi ilə kreditləş dirir dilər.