47
46
Bakı kommunasının dövriyyəyə
buraxdığı pullar
Bakı şəhər təsərrüfatı Şurasının əskinazları, nominal – 10, 25 və 50 rubl, iyul-
sentyabr 1918-ci il
49
48
Korporativ məsuliyyət
“Unibank” pərakəndə bankçılıqda Azərbaycanda
liderlərdən biri sayıla bilər və daima inkişafda olan
ölkəmiqyaslı özəl maliyyə təsisatı kimi korporativ
sosial məsuliyyət proqramlarına xüsusi önəm verir.
Təbii ki, Bankın səhmdarları, menecmenti və sıravi
əməkdaşlarının əsas məqsədi biznesin inkişafına nail
olmaqdır. Bu nailiyyət ilk növbədə müasir korporativ
idarəetmə üsulları əsasında geniş müştəri kütləsi
və bütöv cəmiyyətlə kommunikasiyaların qurulması
Sosial məsuliyyətli maliyyə təsisatı kimi, “Unibank” üç
prioritet sahələrdə fəaldır:
vasitəsi ilə əldə olunur. Bank işinin sosial məsuliyyət
prinsiplərə əsaslanaraq aparılması bu zaman əldə
ediləcək maliyyə nəticələrlə bərabər cəmiyyətdə də
müsbət sosial-iqtisadi dəyişikliklərə şərait yaradır.
Eyni zamanda, “Unibank” üçün artıq illərlə ölçülən
korporativ sosial məsuliyyət gələcək inkişafda
müəyyən strateji risklərin minimallaşdırılması
deməkdir.
Öz kredit fəaliyyətində “Unibank” ölkə iqtisadiyyatında
prioritet sahələrin inkişafı zərurətini daima nəzərə
alır. Bankın kredit siyasəti uzun illərdi ki qeyri-neft
sektorundakı sahələrin inkişafına yönəldilib və
bu amil bir daha onun sosial məsuliyyətli təsisat
olduğuna dəlalət edir. 2011-ci ildə Bank kiçik və
orta biznesin inkişafına maliyyə dəstəyi ilə ölkədə
yüzlərlə vətəndaşların işlə təmin olunmasında fəal
iştirak edib. Məlumdur ki, kiçik və orta biznes sahibləri
Bankın biznesin dəstəklənməsində əsas müştəri
seqmenti sayılır. Bu növ müştərilərə hesabat ilində
daha uzunmüddətli və ən əsası güzəştli şərtlərlə
kredit vəsaitləri ayrılıb. Bu zaman faiz dərəcələrin
endirilməsi ilə bərabər kredit qərarların çıxarılması
vaxtı da azaldılıb. Eyni zamanda “Unibank”-ın əhaliyə
təklif etdiyi yeni xidmətlər də minlərlə müştərilərin
maddi rifahlarının artırılmasına şərait yaradır. Bu iş
həm Bakıda, həm bölgələrdə bərabər sürətdə davam
etdirilir. Bu sırada mikrokreditləşdirmə alətlərinin
inkişafını xüsusi ilə qeyd etmək olar. 2011-ci
ildə “Unibank” Azərbaycan Mikromaliyyələşdirmə
Assosiasiyası tərəfindən ölkədə mikrobiznesin
dəstəklənməsində ən yaxşı maliyyə təsisatı adına
layiq görüldü.
Cəmiyyətdə tələbat artan sosial yönümlü pərakəndə
xidmətlərindən biri ipoteka kreditləridir. Bu sahədə
“Unibank” ASC-si Azərbaycan İpoteka Fondunun
tərəfdaş banklarından biri kimi fəal olaraq qalır.
2011-ci ildə Bankın filialları vasitəsi ilə 223 vətəndaş
ipoteka krediti cəlb edə bilib, onlardan 14 isə sosial
ipoteka kreditlərinin güzəştli şərtlərindən faydalana
bilib.
Bank işinin xüsusi diqqət tələb edən və həssas
hissəsi müştərinin əməliyyatları və gəlirləri
haqqında məlumatların qorunmasıdır. Demək olar ki,
fəaliyyətimizin xüsusiyyəti ondan ibarətdir ki, hər bir
müştərinin fərdi gəlirləri və xərcləri barədə məlumat
qanunsuz olaraq digər tərəflərə ötürülməməli və
kənar şəxslərin müdaxilələrindən daimi uzaq olmalıdır.
Bu sahədə 2011-ci ildə əsas diqqət İnternet-
bankinq sisteminin və orada aparılan ödəmələrə
yetirilib. “VerySign” və “3D Secure” texnologiyaların
tətbiqi isə eyni zamanda minlərlə kart sahiblərinin
əməliyyatlarının təhlükəsizliyini təmin edib.
“Unibank”-da tətbiq olunan idarəetmə üsulları Əmək
və Mülkü məcəllələrə, milli korporativ və antiinhisar
qanunvericiliyə tam uyğundur. Bankın fəaliyyəti
tərəfdaşların və maraqlı ola biləcək tərəflərin
mövqelərinə müvafiqdir, xüsusi diqqət səhmdarların
və sərmayədarların maraqlarına yetirilir. Təsadüfi deyil
ki, bu zaman ən geniş müştəri kütlələr və maraqlı
tərəflərlə daimi interaktiv dialoq aparır. Maraqlı
tərəflər qismində ilk növbədə Bankın səhmdarları
və investorları, əməkdaşlar və müştərilər, işğüzar
tərəfdaşlar, peşəkar və yerli icmalar, ictimai təşkilatlar
və kütləvi informasiya vasitələri çıxış edirlər.
Sadalanan təbəqələrlə qarşılıqlı əlaqə korporativ
sayt, maliyyə və sosial hesabatların dərc edilməsi,
relizlərin yayımlanması, korporativ qəzetin nəşri,
telefon mərkəzi, açıq elektron poçt vasitəsi aparılır.
Sosial hesabatların hazırlanmasını bu zaman maraqlı
tərəflərlə yeni əlaqə kommunikasiya növü kimi
qiymətləndirmək olar. Həmçinin qeyd etmək lazımdır
ki, Bankda daxil olan müştəri şikayətlərin qeydə
alınması və araşdırılması mexanizmi fəaliyyət göstərir.
Hər bir müştəri xüsusi “Qaynar xətt” (5555) vasitəsi
ilə öz təklif və iradlarını “Unibank” ASC-nin məsul
şəxslərinin diqqətinə çatdıra bilər.
Xidmətlərin genişlənməsi ilə bərabər onların
göstərilməsi zamanı keyfiyyət amillərinə
arxalanma prinsipi “Unibank” üçün çox vacibdir.
Bu səbəbdən Bank fərdi və korporativ müştərilərə
xidmət keyfiyyətinin artırılmasını başlıca hədəf
kimi daima diqqətdə saxlayır, yeni cəlb olunan
əməkdaşlar arasında xüsusi təlimlər aparır, işçilərin
qiymətləndirilməsi və attestasiyasını keçirir, digər
tərəfdən isə müştərilər arasında geniş imkanlar
verən loyallıq proqramları tətbiq edir. Xidmət
və prosedurların təkmilləşdirilməsi məqsədi ilə
yaxın gələcəkdə Mərkəzi ofis və filiallarda xidmət
keyfiyyətinin on-layn monitorinq sisteminin
quraşdırılması nəzərdə tutulub. Müştərilərin
loyallığı naminə front-ofis əməkdaşlarının
qiymətləndirilməsində əsas amillər kimi onların
çevikliyi, fərdi yanaşmaları və Bankın məhsulları
barədə tam aydın məlumatların çatdırmaq
qabiliyyətləri nəzərə alınır.
Daxili inkişaf, istedadlı əməkdaşların dəstəklənməsi və
xüsusi kadr ehtiyatının formalaşdırılması “Unibank”-ın
İnsan Resursları bölməsinin prioritetlərini təşkil edir.
Məsuliyyətli iş təminatçısı kimi Bank ötən il 245 yeni
mütəxəssis cəlb edib. İşə cəlb olunan əməkdaşlar
xüsusi təlimlərdən keçib. Bundan başqa, bankdaxili
attestasiyalar nəticəsində aparılan rotasiyalar
nəticəsində 120 nəfər əməkdaşın vəzifələri və
Bank biznesi
İqtisadiyyatın qeyri-neft sahələrinin
maliyyələşdirilməsi;
Kiçik və orta sahibkarların dəstəklənməsi;
Əhaliyə gəlir gətirən və sosial əhəmiyyət
daşıyan pərakəndə xidmətlərin inkişafı;
Dövlət qurumlarına bank xidmətlərin
göstərilməsi;
Məsuliyyətli iş təminatçısı
Komanda quruculuğu
Yeni iş yerlərinin açılması;
Loyal əməkdaşların peşəkar karyera inkişafı
və maddi stimullaşdırılması;
Korporativ dəyərlərin və mədəniyyətin
inkişafı.
Cəmiyyətlə iş
İdman, elm və mədəniyyət sahələrində
layihələrin dəstəklənməsi;
Azərbaycan biznesinin nüfuzunun
qaldırılması;
Terorizmin maliyyələşdirilməsinə və
qanunsuz gəlirlərin
leqallaşdırılmasına qarşı tədbirlər.
51
50
əmək haqları artırılıb. İşçilərin daxili karyera inkişafını
menecer və supervayzer vəzifələrinə 24 sıravi
əməkdaşın təyin olunması təsdiqləyir. Bundan
başqa, 2011-ci ildə ənənəvi “İşçi məmnunluğu”
mövzusunda sorğu təşkil olunub. Anonim əsaslarda
keçirilən sorğunun nəticələri işçilərin əksər hissəsində
korporativ ruhun yüksək olmasını göstərib. Bu kimi
tədbirlər heç şübhəsiz ki, korporativ mədəniyyət
və dəyərlərin möhkəmlənməsinə gətirir. Korporativ
mədəniyyət isə yüzlərlə peşəkardan ibarət “Unibank”
komandasını birləşdirən amillərdəndir. İşçilərdə
loyyalıq, motivasiya və ən əsası uğurlu gələcəyə inam
yaradan korporativ mədəniyyət Azərbaycan lider
banklarından birində çalışan vətəndaşların cəmiyyətdə
də birgə mövqelərdə olmasına xidmət edir.
Qeyd edək ki, 2011-ci ildə Bankda korporativ
mədəniyyət əsasən daxili kommunikasiyalar hesabına
inkişaf edib. Bu vasitələr sırasında korporativ qəzetin
nəşri və yayımlanması, İntranetdə qurulan uniportal-
ın təkmilləşdirilməsi, birgə təlimlərin keçirilməsi,
rotasiyalar, team-building, “Uniİdea” müsabiqəsini,
himnin səslənməsi, birgə bayram şənlikləri və digər
tədbirləri qeyd etmək olar. Ötən ilin iyul-oktyabr
aylarında Bankda «Zolotaya Korana» təcili pul
köçürmələri sistemi ilə birgə xüsusi motivasiya
aksiyası keçirildi. Bu aksiyada müştərilərin təcili
pul köçürmələri üzrə əməliyyatlar aparan Bankın
bütün filial əməkdaşları iştirak ediblər. Əsas meyar
köçürmələrin sayı idi və fərqlənən 9 əməliyyatçıya
300, 200 və 100 manat dəyərində olan alış-veriş
üçün xüsusi sertifikatlar təqdim olundu. Bundan
başqa, 2011-ci ildə “Unibank”-da “Yeni İDEA”
layihəsinə start verildi. Əməkdaşların təşəbbüsünü
dəstəkləyən Bank rəhbərliyi, hər bir ideyaların
göndərilməsi, toplanması və öyrənilməsi üçün
xüsusi sistem yaradılmışdır. “Yeni İDEA” layihəsi
Bankın struktur bölmələrinin işinin təkmilləşdirilməsi,
müştəri xidmətinin yaxşılaşdırılması, məhsul xəttinin
genişləndirilməsi məqsədilə irəli sürülmüş müxtəlif
xarakterli səmərələşdirici təkliflərin qeydə alınmasına
və təhlil olunmasına yardım etdi. Bir nəticə kimi bu
layihə çərçivəsində il ərzində onlarla əməkdaşdan 200
yaxın təklif və ideyalar irəli sürülmüş, onlardan bir
neçəsi isə artıq həyata keçirilir.
“Unibank” ənənəvi olaraq iqtisadi profilli fakultələrdə
təhsil alan tələbələr və gənc mütəxəssislərlə
əməkdaşlıq edir. Bank tərəfindən 2011-ci ildə təsis
olunan “UniŞans” təqaüdü ali təhsil müəssisələrə ən
yüksək ballarla daxil olan 10 nəfər tələbələrə ödənilir.
Gənclərin seçimi universitetlərdə açıq elan olunan
müsabiqə əsasında aparılıb. Hər bir seçilən tələbəyə
iki il ərzində 100 AZN məbləğində təqaüd ödəniləcək.
“UniŞans” müsabiqəsində qalib gələn tələbələr
seçdikləri peşələrində təcrübə toplamaq üçün Bankın
bir çox bölmələrində təcrübəkeçmə proqramlarda
iştirak edəcəklər. Bununla bərabər, hər bir “UniŞans”
təqaüdçüsü “Unitraining” korporativ təhsil mərkəzində
təşkil olunan bir sıra təlim proqramlarına cəlb
olunacaq.
Yeniyetmələr və gənclərlə iş çərçivəsində «Unibank»
yetkinlik yaşına çatmayanlar üçün bank əməliyyatları
üzrə xüsusi prosedur və qaydalar hazırlayıb. Bu
sənədlər Mülki Məcəlləyə əsaslanaraq, Azərbaycan
Respublikası Mərkəzi Bankının normativ xarakterli
qərarlarına müvafiq tərtib olunub. Nəticədə hesabların
açılması və vəsaitlərin köçürülməsi kimi əməliyyatlar
artıq 14 yaşından 18 yaşınadək olan yeniyetmələr
tərəfindən aparıla bilər. Bunun üçün onların qanuni
nümayəndələri – valideynləri və himayəçilərinin yazılı
razılığı kifayətdir. Eyni zamanda, 16 yaşı tamam olan
gənclər də əmək müqaviləsi üzrə işlədikləri və ya
sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları təqdirdə
müstəqil şəkildə bank əməliyyatı apara bilərlər.
Ötən tədris ili ərəfəsində maddi cəhətdən
məhdudiyyətlərlə üzləşən ailələr üçün “Unibank”
məktəb çantaları, dəftərxana ləvazimatı və şagird
formasının alınmasını təşkil etdi. Korporativ sosial
məsuliyyət proqramları çərçivəsində Bank “Birliyə
doğru” qeyri-hökümət təşkilatı ilə birlikdə yardıma
ehtiyac olan 25 ailə seçdi. Onlar sırasında tədris ili
ərəfəsində maddi çətinlik Bank əməkdaşlarının ailələri
və yaxınları da var idi. Hədiyyə alanlar sırasında bu il
ilk dəfə 1-ci sinifə gedəcək uşaqlar çoxluq təşkil edirdi.
“Unibank” tərəfindən 2011-ci ildə dəstəklənən KSM
layihələr arasında “Əli və Nino” Nəşriyyat evinin
təsis etdiyi Milli Kitab Mükafatı xüsusi yer tutur.
Mədəniyyət və turizm nazirliyinin rəsmi dəstəyi ilə
təşkil olunan bu müsabiqədə Bank rəsmi sponsor
oldu. Bununla “Unibank” müasir milli ədəbiyyatının
inkişafına əhəmiyyətli pay verə biləcək bütün
yazıçılara dəstək verdi. Ümumilikdə 8 ay dava
edən Milli Kitab Mükafatı müsabiqəsi 2011-ci ilin
iyun ayında sona çatdı. Nüfuzlu Münsiflər heyəti
tərəfindən seçilən birinci mükafatın sahibi “Yad dildə”
romanının müəllifi Pərviz Cəbrayıl oldu. Müsabiqədə
ikinci mükafata “Şəhər meri” əsəri ilə yazıçı Məqsəd
Nur, üçüncü yerə isə Nəriman Əbdurrəhmanlı və
Natiq Rəsulzadə layiq görülüblər. MKM qaliblərinə pul
mükafatları ilə bərabər sponsorların köməyi ilə müəllif
olduqları əsərlərin çap olunması təmin olundu.
Yaranan gündən, “Unibank” Azərbaycan idmanının əsl
dostudur. Bu dostluqda Bankın ən səmimi niyyətlərini
Peşəkar Futbol Liqası ilə imzaladığı üç illik sponsor
sazişi oldu. Nəticədə ölkədə milyonların sevdiyi
futbol üzrə milli birincilik Unibank Premyer Liqası adı
altında davam etdi. Sponsor öhdəliklərindən başqa,
Bank Liqanın ən yaxşı oyunçularını mükafatlandırır.
Hər ayın milli futbol qəhrəmanı isə aparıcı KİV-lərin
redaktorları və futbol peşəkarların iştirakı ilə keçirilən
sorğu zamanı seçilir. Qeyd etmək lazımdır ki, ötən il
Azərbaycanda “Futbolla yaşa” şuarı altında keçib. Bu
şuara dəstək olaraq, Bank müxtəlif peşəkar futbol
klublarının azarkeşlərini stadionlara çağıran sosial
yönümlü çarx hazırlayıb. Çarx və bu üslubda Bankın
reklam konsepti 2011-ci ildə idman ictimaiyyəti və
media tərəfindən müsbət qarşılanıb.
2011-ci ildə «Unibank»-ın və sponsor olduğu Peşəkar
Futbol Liqasının nümayəndələri Şüvəlanda yerləşən
sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət
göstərən 12 saylı xüsusi İnternat-məktəbinin
qonaqları oldular. Dünya Azərbaycanlılarının həmrəylik
günü və Yeni il bayramı ərəfəsində Bank işçiləri
və futbol peşəkarları orada təhsil və xüsusi idman
hazırlığı keçən 133 uşaqlara hədiyyələr təqdim
etdilər. Xüsusi Olimpiya oyunlarında və əlillər arasında
müxtəlif beynəlxalq yarışlarda dəfələrlə uğurla iştirak
edən internat-məktəbin bütün şagirdlərinə məşqlər
və müalicəvi idman üçün vacib olan idman geyimi və
ayaqqabıları, trenajorlar, toplar və digər zəruri idman
ləvazimatı təqdim olundu. Eyni zamanda, Azərbaycan
gənc tamaşaçılar teatrı aktyorlarının iştirakı ilə "Yolka
şənliyi" keçirildi, internatın gənc futbol komandası
üçün isə kiçik məşq təşkil olundu.
KSM sahəsindəki layihələrimiz sırasında Bankın 2012-
ci il üçün hazırladığı təqvimlərdə gənc rəssamların
əsərlərindən istifadə etdiyini qeyd etmək vacibdir.
“EmArt” studiyasında incəsənət ailəminə ilk addımlar
atan balacalar, minlərlə “Unibank” müştərilərini təbiətə
onların gözü ilə baxmağa dəvət edirlər. Maraqlıdır ki,
gənc istedadların “Rənglər mənim dostumdur” şuarı
altında təşkil etdikləri ilk sərginin sponsoru da 2011-ci
ildə məhz “Unibank” oldu. Onların əsərləri əsasında
çap edilən təqvimlər isə təkrar istifadə olunan
kağızlarda nəşr edilib. Bununla, Bank təbiətin və
uşaqların dostu olduğunu bir daha nümayiş etdirdi.
Korporativ məsuliyyət
«Bank biznesinin nümayəndələri kimi biz biznesin cəmiyyətdəki əsas rollarından birini
ətrafdakıların həyatının iqtisadi və sosial baxımından yaxşılaşdırılmasında görürük. Məhz
buna görə “Unibank” öz sosial məsuliyyətini birbaşa fəaliyyətindən kənar olan, amma
cəmiyyətdə insani dəyərləri formalaşdıran sahələrin inkişafı kimi qiymətləndirir»
Faiq Hüseynov
İdarə Heyətin sədri
53
52
Azərbaycan respublikalarının
pulları
Azərbaycan Demokratik Respublikası (nominal 5 min manat), Azərbaycan Sosialist
Sovet Respublikasının (nominal 5 min və 1 mln. rubl) və Zaqafqaziya Sovet Sosialist
Respublikasına (nominal – 1 mlrd.) məxsus əskinazlar, 1919-1924-cü illər.
55
54
Törəmə müəssisələr
2011-ci il ərzində Azərbaycanda 5081,3 milyon
manatlıq qiymətli kağız buraxılışı qeydiyyata
alınmışdır. Qiymətli kağızlar bazarının ümumi
emissiyalarının 53,8% səhmlər, 9,4% dövlət
istiqrazları, 26% Mərkəzi Bankın notları, 10,3% isə
korporativ istiqrazlar təşkil etmişdir. Eyni zamanda,
Azərbaycan fond bazarının korporativ qiymətli
kağızlar seqmentində ən yüksək artım templəri
müşahidə edilib. Dövr ərzində özəl sektorun qiymətli
kağızlar bazarı vasitəsi ilə maliyyələşmə təşəbbüsləri
genişlənib. Belə ki, il ərzində korporativ qiymətli
kağızlar bazarında əməliyyatların sayı ötən ilin
müvafiq dövrü ilə müqayisədə 13%, əməliyyatların
həcmi isə 2,7 dəfə artaraq 2 144 milyon manat təşkil
etmişdir. Korporativ qiymətli kağızlarla əməliyyatların
48% səhmlər, 52% isə korporativ istiqrazlar təşkil
etmişdir.
Hesabat ili ərzində səhm bazarında əməliyyatların
sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14%,
2011-ci ilin nəticələrinə görə, Azərbaycanın lizinq
sektorunun lideri öz lizinq portfelini 42 mln. ABŞ
dollarına çatdırıb. İl ərzində məcmu məbləği 20
mln. ABŞ dollarına yaxın 226 lizinq sövdələşməsi
imzalanıb. Nəticədə müsbət işgüzar nüfuz hesabına
və əlverişli maliyyələşdirmə şərtlərinə görə şirkət 200
yeni müştəri cəlb edə bilib. Bu zaman portfel üzrə
orta faiz dərəcəsi illik 20,1%-ə, lizinq sazişlərin orta
müddəti isə - 45 ay təşkil edib.
Qeyd etmək lazımdır ki, lizinq portfelinin
genişlənməsində şirkətin Şəki, Gəncə, Quba, Saatlı
və Lənkəran ofisləri vacib rol oynayıblar. Belə ki, ötən
il onların fəaliyyəti nəticəsində bölgələr üzrə lizinq
portfeli 4 mln. ABŞ dollarına çatıb. Bu göstərici 2010-
cu il ilə müqayisədə 67% artım nümayiş edib.
«Unileasing»-in maliyyələşdirilməsində başlıca rolu
şirkətin təsisçiləri - «Unibank» ASC-ti və Avropa
Yenidənqurma və İnkişaf Bankı oynayırlar. Bununla
əməliyyatların həcmi isə 2 dəfə artaraq 1029 milyon
manat təşkil etmişdir. Korporativ istiqrazların ilkin və
təkrar bazarı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
3,7 dəfə artaraq 1115 milyon manat təşkil etmişdir.
Borc alətləri vasitəsi ilə maliyyələşmə imkanlarına
marağın artması da müşahidə olunmuşdur. Belə
ki, korporativ borc kağızlarının ilkin bazarında
əməliyyatların həcmi 4 dəfə artaraq 584,7 milyon
manat təşkil etmişdir.
Məcmu həcmi 523,4 mln. manat səviyyəsində
olan korporativ istiqrazlar emissiyalarının 20,42%
“Unicapital” şirkətinin payına düşür. Bankın investisiya
şirkəti tərəfindən hesabat ilində korporativ istiqrazlar
üzrə 11 emissiya təşkil edilib. Bu buraxılışların
ümumi həcmi 106,9 mln. manata bərabər olan halda,
istiqrazlar üzrə bağlanılan 67 əqdin həcmi bazarın
müvafiq seqmentində qeydə alınan əqdlərin 20%
çatıb. Əksər emissiyalar üzrə fond bazarında önəmli
rol oynayan “PaşaBank”-la market-meykerlik barədə
bərabər, 2011-ci ildə «Unileasing» qiymətli kağızların
emissiyası hesabına vəsait cəlb etmişdir. Şirkət may
ayının 31-də 5 milyon məbləğində faizli sənədsiz adlı
istiqrazların Bakı Fond Birjasında yerləşdirilməsini
başa çatdırdı. «Unicapital» şirkətinin anderraytinqliyi
ilə may ayının 24-də Qiymətli kağızlar üzrə Dövlət
Komitəsində (QKDK) qeydiyyatdan keçmiş və
5 min istiqraz həcmində olan bütün buraxılış
yerləşdirilmişdir. İstiqrazların dövriyyə müddəti 540
gün, hər birinin nominalı – 1 000 AZN, faiz dərəcəsi isə
illik 10% təşkil edir. Yerləşdirmədən əldə olunan vəsait
korporativ və pərakəndə seqmentlərdə, konkret olaraq,
xırda və orta biznes seqmentində, lizinq portfelinin
artımına yönəldilib.
2011-ci il ərzində şirkət bir sıra yeni layihələr həyata
keçirib, onlardan:
- «Qiymətlərin partlayışı» minik avtomobillərinin
lizinqi üzrə;
- «Mercedes-Benz» markalı avtomobillərinin lizinqi
razılaşma əldə olunub və bununla da buraxılışların
yerləşdirilməsi zamanı lazımi likvidlik təmin edilib.
Bundan əlavə, səhm emissiyaları üzrə “Unicapital”-ın
dövriyyəsi 2011-ci ildə 12,6 mln. manat tə.kil edib.
Azərbaycan fond bazarında aparılan əməliyyatlar üzrə
şirkət tərəfindən göstərilən broker və anderrayter
xidmətləri hesabına əldə olunan gəlir 20,2% artaraq
53,5 min manatdan çox təşkil edib.
üzrə xüsusi təklif;
- “İSUZU” kiçik tonnajlı yük maşınlarının lizinqi üzrə
xüsusi təklif;
- NCR tipli bankomatlarının lizinqi;
- yaşayış və ticarət məqsədli daşınmaz əmlakın lizinqi
və s. layihələri qeyd etmək olar.
“Unileasing” Qapalı Səhmdar Cəmiyyəti 2012-ci ili
bir sıra layihələrin tətbiqi üçün perspektivli dövr kimi
qiymətləndirir və bu səbəbdən lizinq portfelinin $8-
10 milyon artırılmasını və bu rəqəmin $53 milyona
çatdırılmasını planlaşdırır.
Xatırladaq ki, şirkət GAAP standartlarına uyğun
olaraq hesabatlar aparır və hər il Deloitte&Touche və
PricewaterhouseCoopers kimi ən böyük dünya auditor
şirkətləri tərəfindən auditdən keçir.
«Unicapital» ASC
Nizamnamə kapitalı
200.000 AZN,
Qiymətli kağızların sayı
100.000 əd.
Nominal dəyəri
2,00 AZN
Bankın sahib olduğu
qiymətli kağızların sayı
100.000 əd., 100%
«Unileasing» QSC
Nizamnamə kapitalı
1 800 000 AZN,
Qiymətli kağızların sayı
900.000 əd.,
Nominal dəyəri
2,00 AZN
Bankın sahib olduğu
qiymətli kağızların sayı
600.000 əd., 66.67%
56
Dostları ilə paylaş: |