Tezislər
49
buluĢması ve bir birlerini selamlamaları, iliĢkilerin geliĢimi açısından çok
kıymetliydi. Türk tarafı özellikle Sovyet Rusya’nın dostluğunu elde etmek için,
BolĢeviklere hoĢ gözükmeye çalıĢıyor, aslında hiçte bünyesine uymayacak bir
tavra giriyordu. Nitekim Türk askerinin de artık kızıl amblemler taĢıması,
ismini değiĢtirmesi ve BolĢevik söyleme bürünmesi çok dikkat çekici bir
durumdu. Ġki tarafta Nahçıvan’daki iliĢkilerinin genel dostluğu Ģekillendireceği
kanaatindeydi ve özellikle Türk tarafı bu açıdan çok dikkatli ve programlı
hareket ediyordu.
Anahtar kelimeler: Osmanlı
Türkleri, Türk-Sovyet iliĢkileri, Kazım
Karabekir, Nahçıvan
NAXÇIVANIN DEMOQRAFĠYA TARĠXĠ
(1920-ci ildən müasir dövrədək)
KƏRĠM ġÜKÜROV
Azərbaycan Milli Elmlər Akademiyası
kkshukurov@mail.ru
Naxçıvanın siyasi, sosial-iqtisadi və mədəniyyət tarixinin öyrənilməsi
sahəsində mühüm elmi-tədqiqatlar aparılmıĢdır. Demoqrafiya tarixi sahəsində
isə hələlik, kompleks araĢdırmalar yoxdur. Demoqrafiya tarixinin mərkəzi
məsələsini əhalinin yeniləĢməsindəki (təkrar istehsalındakı) dəyiĢikliklər,
onların xarakteristikası və əsas meyllərinin müəyyənləĢdirilməsi təĢkil edir.
Bununla eyni zamanda, əhalinin say dinamikası, yerləĢməsi, tərkibi, miqrasiyası
və s. əhali problemlərinin öyrənilməsi də vacib məsələlərdəndir. Demoqrafik
amillərin tarixdə rolunun müəyyənləĢdirilməsi də demoqrafiya tarixinin
predmetinə daxildir.
Naxçıvanın muxtar statusu onun demoqrafiya tarixinin Azərbaycanın
tərkib hissəsi olmaqla yanaĢı, müəyyən xüsusiyyətlərə malik olmasını
ĢərtləndirmiĢdir. Bu baxımdan Naxçıvanın demoqrafiya tarixinin xüsusi
tədqiqat obyekti kimi ayrılması elmi baxımdan zəruruidir. Tədqiqatın mənbə
bazasını əhali siyahıya almalarının, əhalinin təbii və mexaniki hərəkətinə dair
cari statistikanın materialları və digər tarixi-demoqrafik qaynaqlar təĢkil edir.
Tədqiqat zamanı tarixi-müqayisə və demostatisk metodlardan (əmsal və s.)
istifadə olunur.
Aparılan araĢdırmalar nəticəsində 1920-ci ildən müasir dövrədək
Naxçıvan əhalisinin say dinamikası, yerləĢməsi və tərkibi müəyyənləĢdirilir, ilk
dəfə olaraq demoqrafik keçid nəzəriyyəsinə əsasən əhalinin yeniləĢməsinin
tarixi tipləri araĢdırılır. Naxçıvan tarixində demoqrafik faktorun rolu göstərilir.
Naxçıvanın demoqrafiya tarixinin öyrənilməsi, bütövlükdə Naxçıvan tarixinin
də daha dərindən dərk edilməsinə ciddi dəstək verir.
Açar sözlər: demoqrafiya tarixi, Naxçıvan, miqrasiya, əhalinin tərkibi,
doğum, ölüm, nikah,
demoqrafiya siyasəti
Beynəlxalq İpək Yolu
50
ĠRƏVAN BÖLGƏSĠNDƏ ƏHALĠNĠN DEMOQRAFĠK VƏZĠYYƏTĠ,
YERLƏġMƏSĠ, ETNĠK TƏRKĠBĠ
(XIX YÜZĠLLĠYĠN ƏVVƏLLƏRĠNDƏ)
ĠBRAHĠM KAZIMBƏYLĠ
―Naxçıvan‖ Universiteti
Ġbrahimkazımbeyli@gmail.com
Tarixi Azərbaycan ərazisi olan Ġrəvan bölgəsi bəhs olunan dövrədək
əhalinin mütləq əksəriyyətinin aborogen əhali olan azərbaycan türklərinin
doğma əzəli vətəninin bir hissəsini təĢkil edirdi.
Ġlkin Orta əsrlər dövründən etibarən tarixi–ipək yolunun keçdiyi
ərazilərdən olan qədim mədəniyyət və siyasi mərkəz kimi Ġrəvan bölgəsinin
yer-yurd adları bütövlükdə azərbaycanlılarla bağlıdır.
Cənubi Qafqazda ikinci bir xristian səddinin yaradılması Çar
Rusiyasının geniĢmiqyaslı strateji planına salındığından, XIX yüzilin I
yarısından baĢlayaraq digər ərazilərimizdə olduğu kimi bu bölgəmizdə də
demoqrafik situasiyanı öz məqsədlərinə uyğun dəyiĢdirməyə baĢladılar.
Erməniləri kütləvi Ģəkildə köçürərək doğma yurd yerlərimizin ən səfalı (xəzinə
torpaqlarında – Ġ.K.) yerlərində yerləĢdirdilər, bu köçürmə iĢi 100 ilə qədər
müxtəlif formalarda davam etdirildi.
Azərbaycan türkləri isə zaman-zaman öz doğma torpaqlarından didərgin
salındı. Ərazimizin bir hissəsində qondarma ―Ermənistan‖ dövləti yaradıldı.
Açar sözlər: Ġrəvan, bölgə, əhali,
demoqrafiya, yerləĢmə,
etnik tərkib
BÖYÜK DÖVLƏTLƏRĠN CƏNUBĠ QAFQAZ SĠYASƏTĠNDƏ
NAXÇIVAN(
XX yüzilliyin əvvəllərində)
ELÇĠN ZAMANOV
―Naxçıvan‖ Universiteti
zamanlielcin@yahoo.com
Versal konfransı beynəlxalq münasibətlərdə yeni dönəmin baĢlandığını
və yeni dünya düzəninin qurulmasında böyük dövlətlərin hərbi –siyasi
missiyalarını müəyyən etdi. Dünyanın aparıcı dövlətləri olan ABġ, Ġngiltərə,
Fransa,Türkiyə və Almaniyanın Cənubi Qafqazla bağlı siyasi yanaĢmalarında
mühüm geosiyasi bölgə rolunu oynayan Naxçıvan hadisələrin gündəmində əsas
məsələlərdən birinə çevrilmiĢdi. Azərbaycanın Versal Sülh konfransında olan
nümayəndələri də Ermənistan hökumətinin qədim Azərbaycan torpaqları olan
Naxçıvan və ġərur-Dərələyəzi, Qafqazda olan Cənub-Qərbi Qafqaz Türk
Respublikasını özünə birləĢdirmək niyyətlərinə, daĢnakların bu ərazilərdə
törətdiyi zorakılıq aktlarına qarĢı mübarizə aparırdılar. Bu barədə
Ə.M.TopçubaĢov avqust ayının 19-da Sülh konfransının sədrinə xüsusi etiraz