“Vərəmin kompleks müalicəsi. Vərəmlə yanaşı xəstəliklər zamanı müalicənin
xüsusiyyətləri”
PROQRAM
Məkan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış Müalicə
Müəssisəsinin tibb xidmətinin Vərəm üzrə Təlim Mərəkəzi
Tarix:
29.05-30.05.2014-cü il
Təşkilatçılar: QF və ƏN TBİ
Mühazirəcilər: İradə Məmmədova, Elmira Qurbanova, Anar Hacıyev, Tünzalə
Heydərova, Şamil Aydəmirov, Elnarə Rzayeva, İlgar Məmmədov
İştirakçılar: İMM-nin həkimləri
Məqsəd
Azərbaycanın penitensiar müəssisələrində vərəmin müalicəsinin əsas strateji
prinsiplərini anlatmaq
Yanaşı xəstəliklər zamanı vərəm əleyhinə müalicənin xüsusiyyətlərini
anlatmaq
Vəzifələr:
Həkimlərə vərəm əleyhinə müalicənin
əsas prinsiplərini anlatmaq
İxtisaslaşdırılmış müalicə müəssisəsində tətbiq olunan vərəm əleyhinə müalicə
rejimləri və fazaları, müalicənin monitorinqinin aparılması barədə həkimlərin
biliklərini genişləndirmək
Həkimləri dünyada tətbiq olunan yeni müalicə sxemləri və dərman preparatları
haqqında məlumatlandırmaq
Həkimlərə müalicənin effektivliyini qiymətləndirməyi və müalicə nəticələrini
müəyyən etməyi öyrətmək;
Vərəm əleyhinə preparatların əlavə təsirlərinin idarə olunmasına dair
həkimlərin biliklərini genişləndirmək
Vərəmlə yanaşı infeksion hepatit, şəkərli diabet və böyrəklərin patologiyası
olan xəstələrdə müalicənin xüsusiyyətlərini, fərdi yanaşma prinsiplərini
həkimlərə anlatmaq
Həkimlərə vərəm/İİV koinfeksiyalı xəstələrdə ARV terapiyanın aparılması
prinsiplərini və dərmanların qarşılıqlı təsirini öyrətmək;
Həkimləri vərəmin müalicəsində cərrahi müdaxilənin rolu, cərrahi əməliyyata
olan götəriş və ərsgöstərişlər haqqında məlumatlandırmaq;
Həkimlərə vərəm xəstəliyinin inkişafında tütün risk faktorlarından biri
olduğunu anlatmaq.
Gözlənilən nəticələr:
Ftiziatr bilməlidir:
Vərəmin müalicəsi üçün dərman preparatlarını, onların təsir mexanizmlərini və
əlavə təsirlərini
Vərəm xəstələrinin müalicəsinin ümumi prinsiplərini, müalicə rejimlərini,
müalicənin
effektivliyinin
monitorinqini
və
müalicə
nəticələrinin
qiymətləndirilməsinin kriteriyalarını
Vərəmlə yanaşı xəstəliklər zamanı vərəm əleynə müalicənin xüsusiyyətlərini, fərdi
yanaşma prinsiplərini
Ftiziatr bacarmalıdır:
Vərəm xəstəsinə müalicə
rejimini təyin etməyi
Müalicə fonunda yaranan əlavə təsirlərin aradan qaldırılmağı
Müalicənin effektivliyinin monitorinqini aparmağı
Müalicənin nəticələrini qiymətləndirməyi