Mühazirə №4 Mövzu: Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar Krizis mərkəzləri



Yüklə 44,92 Kb.
səhifə9/13
tarix09.01.2022
ölçüsü44,92 Kb.
#82737
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
4.Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar

Klub evləri

Fountain House təşkilatının başlanğıcı 1940-cı illərdə bir qrup insanı ilhamlandıran ideya ilə bağlıdır, ideya bundan ibarət idi ki, psixi pozuntusu olan insanlar bir- birinə müstəqil kömək edə bilərlər (Fountain House Organization).

Bütün dünyada Fountain House modeli kimi təşkil olunmuş icmalar yaradılmağa başladı. Onlar "klub evi" (clubhouse) adı altında birləşdirildi, belə ki, bu ad yeni hərəkatın fərqləndirici xüsusiyyətlərinə işarə idi: üzvlük və mənsubiyyət hissi, ümumi ev. qoşululuq mənsubiyyət ideyası klub evləri modelinin əsasında durur (ICCD: The International Center for Clubhouse Development, website).

Klubun gündəlik iş fəaliyyəti klub evinin yerləşdiyi yerdə qəbul olunmuş iş vaxtı rejiminə uyğun təşkil edilməlidir. Adətən bu bazar ertəsindən cümə gününə qədər davam edən 8 saatlıq iş vaxtı olur. Klubun üzvləri və personal çiyin-çiyinə, icmaları üçün əhəmiyyətli işi yerinə yetirən kolleqalar kimi işləyirlər. Bütün iş kənar müşahidəçi yox, klub evinin öz maraqları çərçivəsində görülür. Klub evlərində klinik terapiya və ya müalicə proqramları yoxdur. Klubun üzvləri hazır olduqlarını hiss etdikdə və öz fərdi maraqlarına uyğun olaraq işdə könüllü əsaslarla iştirak edirlər (ICCD: The International Center for Clubhouse Development, website).

Klub evi ilk növbədə psixi pozuntusu olan insanlara öz potensiallarını tam şəkildə reallaşdırmağa imkan verən yerli ictimai mərkəzdir. Kluba üzvlük prosesində onlar dostluq, ailə, məşğulluq və təhsil aləminə qayıtmaq, həmçinin xidmət və dəstək almaq imkanı qazanırlar ki, bu da sağalmanın davam etdirilməsi tələblərini təmin edir. Klub evi psixi pozuntu nəticəsində həyatı dağılmış, digər insanların dəstəyinə ehtiyacı olan, sağalma prosesində olan və psixi pozuntuların müalicə oluna bildiyinə əmin olan insanlar üçün bərpaedici mühit yaradır (ICCD: The International Center for Clubhouse Development, website).

Klub evi üzvlük əsası olan təşkilatlardandır və gəlib klubun işində iştirak edən insanlar onun üzvləri olur. Kluba üzvlük psixi pozuntusu olan bütün insanlar üçün açıqdır. Üzvlük ideyası klub evi konsepsiyasının əsasının təşkil edir: təşkilata üzvlük hissəvi iştirak və təşkilatın uğuruna görə ümumi məsuliyyət hissi deməkdir. Təşkilatın üzvü olmaq - icmaya aid olmaq, onda öz yerini tutmaq və orda səni görməyə hər zaman şad olduqlarını bilmək deməkdir. İştirak könüllüdür, yalnız hər bir üzv kargüzarlıq, ziyarətçilərin qəbulu, qidalanmanın təşkili, nəqliyyatın idarə edilməsi, informasion-maarifləndirmə ictimai işi, xidmət, tədqiqat, təhsil proyektləri, klub üzvlərinin məşğulluğu məsələsi, maliyyə hesabatı və s. daxil edən işdə işləməyə dəvət edilir (ICCD: The International Center for Clubhouse Development, website).

Klub evləri, əmək və əməklə əlaqədar münasibətlərin bərpa, şəxsiyyətin inkişafı və vacib fərdi nailiyyətlər əldə edilməsi üçün zəmin yaratması qənaətinə (Beard, Propst, Malamud, 1982), həmçinin normal sosial və məişət imkanlarının sağalma yolunda əhəmiyyətli addım olmasına əsaslanır. Personal klub evlərində bütün fəaliyyətlərdə üzvlərlə bərabər iştirak edərək hələ də özünə inanamayanları ruhlandırmaq və işə cəlb eləməyə cəhd edir. Personal kolleqaların, bərabərhüququlu işçilərin funksiyalarını yerinə yetirir, bu zaman klub üzvlərinin istedadını müəyyənləşdirmək və müsbət əhval-ruhiyyə qazanmaq imkanına sahib olur.

İlk Fountain House evi əsasında dünyada ən az dörd yüz klub evləri təşkil edilmişdir. Amma buna baxmayaraq klub evləri yaşayış yeri üzrə psixi sağlamlığın qorunması sahəsində olan digər modellərdən radikal fərqli olaraq qalır. Proqramların əksəriyyətində istifadəçinin sağlamlıq imkanlarının məhdudluq dərəcəsinin qiymətləndirilməsinə diqqət yetirilir və bu şəkildə gözləntilər məhdudlaşdırılır, reabilitasiya tədbirləri qismində isə öyrədilmə və terapiya istifadə olunur. Klub evlərində personal hələ özünə inanmayanları da ruhlandırmaq və işə cəlb etmək üçün üzvlərlə bərabər bütün fəaliyyətlərdə iştirak edir. Personal kolleqaların, bərabərhüququlu işçilərin funksiyalarını yerinə yetirir, bu zaman klub üzvlərinin istedadını müəyyənləşdirmək və müsbət əhval-ruhiyyə qazanmaq imkanına sahib olur.




Yüklə 44,92 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə