6
onların yaddaş prosesində böyük əhəmiyyəti olduğunu göstərdi. Bununla əlaqədar
qarşıya belə bir sual çıxır. Doğurdanmı şərti refleks beyindəki real varlığı əks
etdirən yeganə xüsusiyyətdir və yaddaşla onun nə kimi əlaqəsi vardır? Akademik
İ.S.Beritaşvilinin, P.K.Anoxinin elmi əsərlərində bu suala şərti refleks fəaliyyəti
hüdudunda müəyyən izahatlar verilmişdir.
Yaddaşın mexanizminin tədqiq edilməsində 1921-ci ildə Berger tərəfindən kəşf
edilmiş bioelektrik aktivlik mühüm mərhələ kimi qiymətləndirildi. Bunun əsasında
yaddaşın neyronal modeli meydana çıxdı. Bu isə enerjinin sinapslar vasitəsilə
hüceyrələrdə yayılmasını əsas götürürdü. Hazırda yaddaşın bioloji (daha dəqiq
desək, biokimyəvi) əsasları haqqında danışmağa daha çox ehtiyac vardır. Son
illərdə meydana çıxmış və hərtərəfli tədqiq olunan “genetik yaddaş” “immunoloji
yaddaş” kimi anlayışlar məhz bioloji mexanizminin molekylyar səviyyədə
öyrənməsinə əsaslanır.
Elmi ədəbiyyatda geniş müzakirə olunan yaddaşın kimyəvi nəzəriyyəsi,
məlumatların hüceyrədaxili RNT və DNT-də əks oluması və saxlanması ilə izah
edilir. Məşhur neyrobioloq H.Hidenə görə beyin hüceyrələrinin müxtəlif qıcıqlar
nəticəsində oyanması RNT-nin tərkibinin 30-40%-dək dəyişir. Bu isə onun əvvəlki
tərkibinin dəyişməsinə səbəb olur. Həmin dəyişikliklər alınmış məlumatları əks
etdirir. Beləliklə, RNT tanış məlumatları əks etdirmək xüsusiyyəti kəsb edir.
Alimlərin tədqiqatı nəticəsində məlum olmuşdur ki, bir çay qaşığı DNT 400 km
3
məlumatı saxlaya bilən elektron hesablama maşınına bərabərdir. Psixoloqlar
Makqonel və Yakobsonun tədqiqatları nəticəsində müəyyən olunmuşdur ki, DNT-
ni bir canlıdan o birinə köçürməklə məlumatları da köçürmək mümkündür. Belə
təcrübələrdən biri balıqlar üzərində aparılmışdır.
İntellektin pozuntuları
İntellekt və ya əqli qabiliyyət yaddaşla sıx bağlı olub ancaq onun əsasında
yaranır. Belə ki, normal yaddaş intellekt üçün zəmin hazırlayır.
Bildiyimiz kimi, həyatda yaddaşı o qədər də güclü olmayan, lakin zəngin
intellektual qabiliyyətə malik adamlar vardır. Əksinə güclü yaddaşı olduğu halda
intellekti zəif adamlar da olur. Deməli intellekt yaddaşa əsaslansa da tamamilə
ondan asılı deyil.
İnsanın hansı xüsusiyyətlərini intellektin əks etdirməsi bu günədək
mübahisəlidir. Bəzi alimlər intellekti abstrakt (mürərrad) təfəkkür kimi qələmə
verir, insanın məqsədəuyğun fəaliyyət forması adlandırır. ABŞ, İngiltərə və digər
7
qərb ölkələrində intellekti müxtəlif sınaqlar (testlər) vasitəsilə təyin edilən, ölçülə
bilən psixi xüsusiyyət kimi qəbul etməyi təklif edirlər. M.O.Qureviç intellekti hər
bir şəxsin malik olduğu biliklərin, təcrübənin və potensial imkanların məcmu kimi
izah edir, başqa sözlə, toplanmış biliklərin fəaliyyəti olub əqli fəaliyyətin bir çox
cəhətlərini əks etdirmək xüsusiyyətinə malikdir. İ.P.Pavlov intellekti, orqanizmlə
xarici mühit arasında çoxcəhətli əlaqə yaradan əqli sistem adlandırmışdır.
İntellekt eyni zamanda fərdi olub hər bir şəxsin müstəqil inkişafı nəticəsində
yaranır. İntellektin səviyyəsi şəxsin xasiyyətində, mədəniyyətində, davranışında,
ümumiyyətlə psixi fəaliyyətinin bütün formalarında özünü biruzə verir. İntellektin
genişliyi, dərinliyi, müstəqilliyi, çevikliyi və s. cəhətləri onun ayrı-ayrı
xüsusiyyətlərini əks etdirir.
İntellekti geniş şəxslər eyni vaxtda olduqca çox sahələri – həyati prosesləri, ayrı-
ayrı şəxslərin xüsusiyyətlərini, müxtəlif istehsalat sahələrinin spesifikasını bilir və
onlara öz münasibətini bildirir. Təkamül nəzəriyyəsinin banisi Ç.Darvin rus
yazıçısı Dostayevski, ictimai xadim, yazıçı və həkim N.Nərimanov intellekti geniş
şəxslər olmuşlar. İntellektin dərinliyi dedikdə şəxsin hadisələrin dərinliyinə girmək
bacarığı, ən mürəkkəb hadisələri təhlil etmək, onların arasındakı
qanunauyğunluqları dərk və şərh etmək qabiliyyəti başa düşülür. Böyük kəşflər
edən məşhur alimlər: İ.Pavlov, A.Eynşteyn, kimyaçı Y.Məmmədəliyev və bu kimi
başqa alimlər dərin intellektə malik olmuşdular. İntellektin müstəqilliyi
hadisələrdən təkbaşına heç kəsdən asılı olmadan baş açmaq, düzgün nəticə
çıxarmaq qabiliyyətidir. Belə şəxslərin kənar adamların məsləhətlərinə ehtiyacı
olmur, özünə tənqidi yanaşmaq qabiliyyəti yüksək olur. Böyük hərbi xadimlər
M.Kutuzov, K.Jukov, H.Aslanov əqli qabiliyyətlərinin müstəqilliyi ilə
fərqlənmişlər. İntellektin çevikliyi – onu lazım gəldikdə tezliklə müəyyən
istiqamətə yönəltmək, vaxt itirmədən yeni-yeni yollar aramağı bacarmaq
xüsusiyyətidir.
Hər bir yaşın intellektual qabiliyyəti özünəməxsus tərzdə əks etdirmək cəhətləri
vardır. Məsələn, gənc yaşlarda intellekt daha çevik, canlı olur. Bilikləri tez
qavramaq, yeniliklərdən daha çox istifadə etmək qabiliyyəti aparıcı rol oynayır.
Yaşlı şəxslərdə isə müdriklik, hadisələrin dərinliyinə varmaq, təcrübəyə
arxalanaraq qərar qəbul etmək xüsusiyyətləri üstünlük təşkil edir.
İntellektin təzahür formalarından başlıcası nitqdir.Ona görə də intellektin
pozulması, ağıl zəifliyi (kəmağıllıq) özünü ilk növbədə, nitqdə göstərir.
Ağıl zəifliyi 3 qrupa bölünür: