Müəllim: dos. N. Z.Çələbiyev Fənn: Klinik psixologiya Mövzu Hafizə təfəkkürünün pozuntuları



Yüklə 188,4 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix26.09.2017
ölçüsü188,4 Kb.
#2133
1   2   3   4   5   6   7

 

onların yaddaş prosesində böyük əhəmiyyəti olduğunu göstərdi. Bununla əlaqədar 



qarşıya  belə  bir  sual  çıxır.  Doğurdanmı  şərti  refleks  beyindəki  real  varlığı  əks 

etdirən yeganə xüsusiyyətdir və yaddaşla onun nə kimi əlaqəsi vardır? Akademik 

İ.S.Beritaşvilinin,  P.K.Anoxinin  elmi  əsərlərində  bu  suala  şərti  refleks  fəaliyyəti 

hüdudunda müəyyən izahatlar verilmişdir. 

     Yaddaşın mexanizminin tədqiq edilməsində 1921-ci ildə Berger tərəfindən kəşf 

edilmiş bioelektrik aktivlik mühüm mərhələ kimi qiymətləndirildi. Bunun əsasında 

yaddaşın  neyronal  modeli  meydana  çıxdı.  Bu  isə  enerjinin  sinapslar  vasitəsilə 

hüceyrələrdə  yayılmasını  əsas  götürürdü.  Hazırda  yaddaşın  bioloji  (daha  dəqiq 

desək,  biokimyəvi)  əsasları  haqqında  danışmağa  daha  çox  ehtiyac  vardır.  Son 

illərdə meydana çıxmış və hərtərəfli tədqiq olunan “genetik yaddaş”  “immunoloji 

yaddaş”  kimi  anlayışlar  məhz  bioloji  mexanizminin  molekylyar  səviyyədə 

öyrənməsinə əsaslanır. 

     Elmi  ədəbiyyatda  geniş  müzakirə  olunan  yaddaşın  kimyəvi  nəzəriyyəsi, 

məlumatların  hüceyrədaxili  RNT  və  DNT-də  əks  oluması  və  saxlanması  ilə  izah 

edilir.  Məşhur  neyrobioloq  H.Hidenə  görə  beyin  hüceyrələrinin  müxtəlif  qıcıqlar 

nəticəsində oyanması RNT-nin tərkibinin 30-40%-dək dəyişir. Bu isə onun əvvəlki 

tərkibinin  dəyişməsinə  səbəb  olur.  Həmin  dəyişikliklər  alınmış  məlumatları  əks 

etdirir.  Beləliklə,  RNT  tanış  məlumatları  əks  etdirmək  xüsusiyyəti  kəsb  edir. 

Alimlərin tədqiqatı nəticəsində məlum olmuşdur ki, bir çay qaşığı DNT 400 km

3

 



məlumatı  saxlaya  bilən  elektron  hesablama  maşınına  bərabərdir.  Psixoloqlar 

Makqonel və Yakobsonun tədqiqatları nəticəsində müəyyən olunmuşdur ki, DNT-

ni  bir  canlıdan  o  birinə  köçürməklə  məlumatları  da  köçürmək  mümkündür.  Belə 

təcrübələrdən biri balıqlar üzərində aparılmışdır. 



İntellektin pozuntuları 

    İntellekt  və  ya  əqli  qabiliyyət  yaddaşla  sıx  bağlı  olub  ancaq  onun  əsasında 

yaranır. Belə ki, normal yaddaş intellekt üçün zəmin hazırlayır. 

    Bildiyimiz  kimi,  həyatda  yaddaşı  o  qədər  də  güclü  olmayan,  lakin  zəngin 

intellektual qabiliyyətə  malik  adamlar  vardır.  Əksinə güclü  yaddaşı olduğu halda 

intellekti  zəif  adamlar  da  olur.  Deməli  intellekt  yaddaşa  əsaslansa  da  tamamilə 

ondan asılı deyil. 

     İnsanın  hansı  xüsusiyyətlərini  intellektin  əks  etdirməsi  bu  günədək 

mübahisəlidir.  Bəzi  alimlər  intellekti  abstrakt  (mürərrad)  təfəkkür  kimi  qələmə 

verir, insanın məqsədəuyğun fəaliyyət forması adlandırır. ABŞ, İngiltərə və digər 



 

qərb ölkələrində intellekti müxtəlif sınaqlar (testlər) vasitəsilə təyin edilən, ölçülə 



bilən psixi xüsusiyyət kimi qəbul etməyi təklif edirlər. M.O.Qureviç intellekti hər 

bir şəxsin malik olduğu biliklərin, təcrübənin və potensial imkanların məcmu kimi 

izah edir, başqa sözlə, toplanmış biliklərin fəaliyyəti olub əqli fəaliyyətin bir çox 

cəhətlərini  əks  etdirmək  xüsusiyyətinə  malikdir.  İ.P.Pavlov  intellekti,  orqanizmlə 

xarici mühit arasında çoxcəhətli əlaqə yaradan əqli sistem adlandırmışdır. 

   İntellekt  eyni  zamanda  fərdi  olub  hər  bir  şəxsin  müstəqil  inkişafı  nəticəsində 

yaranır.  İntellektin  səviyyəsi  şəxsin  xasiyyətində,  mədəniyyətində,  davranışında, 

ümumiyyətlə psixi fəaliyyətinin bütün formalarında özünü biruzə verir. İntellektin 

genişliyi,  dərinliyi,  müstəqilliyi,  çevikliyi  və  s.  cəhətləri  onun  ayrı-ayrı 

xüsusiyyətlərini əks etdirir. 

    İntellekti geniş şəxslər eyni vaxtda olduqca çox sahələri – həyati prosesləri, ayrı-

ayrı şəxslərin xüsusiyyətlərini, müxtəlif istehsalat sahələrinin spesifikasını bilir və 

onlara  öz  münasibətini  bildirir.  Təkamül  nəzəriyyəsinin  banisi  Ç.Darvin  rus 

yazıçısı Dostayevski, ictimai xadim, yazıçı və həkim N.Nərimanov intellekti  geniş 

şəxslər olmuşlar. İntellektin dərinliyi dedikdə şəxsin hadisələrin dərinliyinə girmək 

bacarığı,  ən  mürəkkəb  hadisələri  təhlil  etmək,  onların  arasındakı 

qanunauyğunluqları  dərk  və  şərh  etmək  qabiliyyəti  başa  düşülür.  Böyük  kəşflər 

edən məşhur alimlər: İ.Pavlov, A.Eynşteyn, kimyaçı Y.Məmmədəliyev və bu kimi 

başqa  alimlər  dərin  intellektə  malik  olmuşdular.  İntellektin  müstəqilliyi 

hadisələrdən  təkbaşına  heç  kəsdən  asılı  olmadan  baş  açmaq,  düzgün  nəticə 

çıxarmaq  qabiliyyətidir.  Belə  şəxslərin  kənar  adamların  məsləhətlərinə  ehtiyacı 

olmur,  özünə  tənqidi  yanaşmaq  qabiliyyəti  yüksək  olur.  Böyük  hərbi  xadimlər 

M.Kutuzov,  K.Jukov,  H.Aslanov  əqli  qabiliyyətlərinin  müstəqilliyi  ilə 

fərqlənmişlər.  İntellektin  çevikliyi  –  onu  lazım  gəldikdə  tezliklə  müəyyən 

istiqamətə  yönəltmək,  vaxt  itirmədən  yeni-yeni  yollar  aramağı  bacarmaq 

xüsusiyyətidir. 

    Hər bir yaşın intellektual qabiliyyəti özünəməxsus tərzdə əks etdirmək cəhətləri 

vardır.  Məsələn,  gənc  yaşlarda  intellekt  daha  çevik,  canlı  olur.  Bilikləri  tez 

qavramaq,  yeniliklərdən  daha  çox  istifadə  etmək  qabiliyyəti  aparıcı  rol  oynayır. 

Yaşlı  şəxslərdə  isə  müdriklik,  hadisələrin  dərinliyinə  varmaq,  təcrübəyə 

arxalanaraq qərar qəbul etmək xüsusiyyətləri üstünlük təşkil edir. 

   İntellektin  təzahür  formalarından  başlıcası  nitqdir.Ona  görə  də  intellektin 

pozulması, ağıl zəifliyi (kəmağıllıq) özünü ilk növbədə, nitqdə göstərir. 

   Ağıl zəifliyi 3 qrupa bölünür: 




Yüklə 188,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə