gəlirlərlərinə söz verirlər ki, bunların da böyük bir hissəsi kompensasiya kimi məmurların
cibinə gedir.
Müasir cəmiyyətdə korrupsiya böyük təhlükə sayılır. Bunun səbəb budur ki, əgər dövlət
korrupsiyalaşıbsa onda hüquq normalarından söhbət belə gedə bilməz. Buna qarşı müdafiə
aktlarının istənilən forması rədd edilərək digərlərin burada nəzərə alınmır..
Hüquq normalarının əsas cəhətlərindən biri də fərdi hüquqların müdafiəsi olmaqla bura
həmçinin cinayyətdə müttəhim olunanların hüquqları da aiddir.
Müttəhimin əsas hüquqları özünü günahsız olmasını fərz etməkdən ibarətir. Bunun üçün
dövlət gərək sübut edə ki, siz həqiqətən də günahkarsınız. Belə əsaslı sübut olmursa, onda
hüquqlar da əsassız və davamsız olur. Bundan başqa müttəhimlər məhbusun məhkəməyə
verilməsi barəsində məhkəmə əmrinə də malik olmalıdırlar. Bura saxlanmanın qanunauyğun
olmamasına görə iddianın olması da aiddir ki, dövlət məcbur edilmə halları olubsa tədqiqat
apararaq sübuta yetirsin (dövlətin polis tərəfindən işgəncə və sui-istifadı hallarına görə
dəllilərə malik olması).
Müttəhimlərin digər hüquqlarına aşağıdakılar aiddir:
- Əsası olmayan axtarışlara və müsadirələrə yol verməmək,
- Həbs haqqında order yalnız inandırıcı səbəb olduqda nümayiş etdirilə bilər,
- Özünüzü günahlandırmaq üçün məcbur edilməməlisiz,
- Hüquqi vəkilin tutulması hüququ,
- Sizə qarşı duran şahidlə qarşılaşmaq hüququ,
- törənmiş cinayətin təxmin olunan yerdə tez və ictimai məhkəmənin keçirilməsi hüququ
- və həmçinin çoxlu girov yığmaq olmaz,
(bir yerdə qruplaşdırılanda, belə hüquqa “lazımi hüquq prosedurası” deyilir)
Bundan başqa fərdlərin günahkar bilindikləri təqdirdə şikayət etmək hüquqları var, bu zaman
onların həddən artıq cərimələnməsi, onlara qarşı qəddarlığın aparılması və qeyri-adi cəza
tədbirlərinə yol vermək olmaz. Mülkiyyət müsadirə olunduğu təqirdə buna görə iddiasız
kompensasiya verilməlidir. Müttəhimlər həmçinin, hərəkətlərinə görə əgər hələ cinayyət
törətməyibsə yeni qanunlara uyğun olaraq bəri-başdan ittiham olunmamalıdır. (Sonuncu
burada qanunun arxaya dönüş fakt (ex post facto) hüquqları kimi tanınır və ola bilsin ki, sonra
amnistiya qərarı da verilsin). Bundan əlavə fərdlər günahsızlığı əvvəlcədən sübut olunubsa
yenidən həmin məsələyə görə təqsirləndirilə bilməz (Bu cinayyət məsuliyyətinə ikinci dəfə
cəlb olunma adlanır).
Bu hüquq normalarına digər bir etiraz dövlətin belə vəziyyətlərə görə müstəsna olaraq
apardığı tədqiqatlar zamanı rast gəlinir. Misal üçün, ABŞ da məhbusun məhkəməyə verilməsi
barəsində məhkəmə əmri hüququ, ölkədə işğal və ya üsyan olan zaman ləğv oluna bilər. Belə
istisnalardan biri son dərəcə mübahisəlidir və onlar hüquqi normanın yaradılmasının
çətinliyinə səbəb kimi məhkəmlərin ədalətli aparılmalı olmasını qeyd edirlər.
Son məsələ bundan ibarətdir ki, axı qanun kimlər üçündür? Hüquqi sistem hüquqi şəxslərə
-33-
aid olmaqla onlarda “qanuni hüquq” və ya reputasiyanın olmasına əsaslanır (məhkəmə
prosesinin aparılması üçün hüquq). Hal-hazırda bu ancaq insanlar və institutları əhatə edir.
Lakin bu qanun həyatın başqa formalarına aid edilir, yeni-yeni ətraf mühit vəziyyəti nəzərdən
keçirilir
13. KONSTITUSIYA
Leqalizativ və hüquqi proseduralarının hissələrinin strukturlarında ölkədən-ölkəyə müxtəlif
əsaslı dəyişikliklər var. Elə bir millət yoxdur ki, onda konstitusiya və ya dövlətin qanuni sənədi
olmasın. Əksər dövlətlərdə bu bir dənədir (Birləşmiş Krallıq burada istisnadır), birdən artıq
deyil. Lakin həmin qanunların cəmi, yəni ümumi normalar onilliklər boyunca hətta əsirlərlə
yaradılmışdır və bu dövlət strüktularını, eləcə də mümkün bütün hüquqi məsələləri əhatə edir.
Bu dərsdə konstitusiyanın istifadə edilməsindən söhbət açılacaq. Daha sonra
çatışmamazlıqlar olan və artıq məhdudiyyət və balansların mövcud olmasına görə bu gün ən
yaxşı nümunələrindən biri olan ABŞ sistemi təsvir olunacaq.
Konstitusiya “ölkənin ali qanunudur”. O, milli müstəqilliyi təsdiq edir və höküməti qurur.
Bu ciddi məsuliyyətdir və bunu yerinə yetrimək üçün gərək bu sənəd yaxşı tərtib olunsun. Əks
təqdirdə o demokratiyanı dağıtmaq cəhdlərinə qarşı effektiv xidmət etməyəcək.
Bir çox ölkələrdə öz konstitusiyalarının yenidən dəfələrlə redaktə edilməsi faktının düzgün bir
iş olduğunu demək çətindir. Bu, mövcud konstitusiya və dövlətin milli siyası inkişafı arasındakı
qarşılıqlı əlaqəni əks etdirir. Əgər xalq demokratik olaraq primitivdirsə və buna görə indi də
avtoritarlıq qaydalarını, ənənələrini qəbul edirsə onda hətta ən güclü konstitusiya belə burada
uğursuzluğa düşəcək, buna misal dövlətin hərbi çevriliş zamanı devrilməsi ola bilər və yaxud
da zəif konstitusiyanı hakimiyyətdə olan məmurlar dəyişə və ya əbədi olaraq onu saxlaya
bilər.
Konstitusiya dövlətin strukturlarının şöbələrini qoruyur və bu quruluşlar məhdudiyyət və
balansların əlavə olaraq toplanmasının təcəssümüdür. Amerika dövlətinin əsasını ABŞ
konstitusiyasının ilk üç məqaləsi təşkil edir. Bunlar məlumdur ki, ilk olaraq Konqresi, ikincisi
Prezidenti və üçüncüsü Ali Məhkəməni əhatə edir. Başqa səbəblərlə yanaşı bu xalqın
simvolllaşdırdığı bir şöbə strukturuna olan inamını əks etdirir ki, bu da Konqresin əsas
prioriteti olmalıdır.
Konstitusiya dövləti hakimiyyətlərə ayırır ki, hakimiyyət istənilən şöbələrini məhdudlaşdıra
bilsin və qeyri- intutiv olaraq hər bir şöbələrinə kifayət qədər imtiyaz verir ki, digər ikisi
sövdələşməyə can atsınlar (Bu çox incə bir balansdır). Bundan başqa bu şöbələr uyğunlaşma
və ya bəzi hallarda isə məsuliyyəti bölüşürlər.
ABŞ- da Konqres ilkin hüquq variantını hazırlayır. Lakin prezidentin bunlara veto qoymaq
hüququ var. Konqres də öz növbəsində belə vetonu rədd edə bilər. Konqres buna görə
müharibə edə bilər, lakin Prezident də Silahlı qüvvələrin Baş Komandanı kimi ona rəhbərlik
məsuliyyətini daşıyır (Bunla demokratiyada bir başa hərbi əmrə malik olan siyasi hakimiyyət
-34-