|
Mövzu Komanda işi anlayışıKomanda rollarının tipləri
|
səhifə | 14/20 | tarix | 23.12.2023 | ölçüsü | 255,89 Kb. | | #156352 |
| UNEC 1697617103Komanda rollarının tipləri
«Kollektivçi». Bu rolun nümayəndələri komandaya «hamarlayıcı» təsir göstərir: onların iştirakı mənəvi iqlimi yaxşılaşdırır və komanda üzvləri arasında əməkdaşlıq dərəcəsini yüksəldir. Çox vaxt komandalar öz tərkibinə çətin ünsiyyətə gələn insanları daxil etməyə məcbur olur ki, onların bu qrupda iştirakı münaqişələrlə nəticələnir. Belə hallarda «kollektiçsilər»in rolu xüsusilə əhəmiyyətlidir. Onlar yaranmış vəziyyətə yumşaq təsir göstərməklə potensial münaqişələrin qarşısına almağı bacarır, bununla da qarşıya qoyulmuş vəzifənin yerinə yetirilməsində komandanın rəsmi liderinə köməklik edirlər. “Kollektivçilər»in komandadakı yaranmış vəziyyətə bu cür təsiri onunla izah olunur ki, onlar komandanın maraqlarını öz şəxsi maraqlarından üstün tutur, başqalarına qulaq asmağı, mürəkkəb insanlarla ümumi dil tapmağı və ətrafdakılarla etimad doğuran münasibətlər qurmağı bacarırlar. Mahiyyət etibarilə onlar öz üzərlərinə komandanın daxili fasilitatorları rolunu götürürlər.
Testləşdirmənin nəticələrinə əsasən «kollektivçilər»ə ekstravertlərə xas olan ünsiyyət bacarığı, (lakin hökmranlığa meyillik olmamaq şərtilə), insanlara böyük maraq və xüsusilə də insanlar arasındakı qarşılıqlı münasibətlərə maraq xasdır. Onlar insanların vəziyyətini və əhval-ruhiyyəsini yaxşı hiss edir və onlara etibar edirlər. Bu tipin nümayəndələrinə çox vaxt təşkilatların ali rəhbərliyində rast gəlmək olur. Bu da təsadüfi deyil. Menecerlər kimi «formalaşdıranlar»ın üstünlük təşkil etdiyi təşkilatlarda rəhbərlik bəzən elə şərait yaradır ki, «kollektivçilər»in qayğıkeşliyinə və diplomatik vərdişlərinə ehtiyac duyulur, xüsusilə də rəhbərliyin avtoritar üsulu hər hansı münaqişəni dəf edərək çıxılmaz vəziyyətlərə səbəb olan təşkilatlarda. Bu zaman «kollektivçilər» həmkarlar tərəfindən onların plan və statuslarına təhlükə kimi qarşılanmır, qrupun maraqlarına sədaqətlərinə görə böyük hörmət qazanır və kiminsə başlanğıcı altında xidmət göstərən insanlar kimi qəbul olunurlar. Onlar üçün rəhbərliyin məsləhətçilik üsulu və həmkarları və tabeliyində olanlarla qeyri-rəsmi ünsiyyətə meyillilik xarakterikdir. Onlardan menecerlər üçün əla müəllim və rəhbər alınır.
Dostları ilə paylaş: |
|
|